Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-880/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7 550,42 (yeddi min beş yüz əlli manat qırx iki) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 95,51(doxsan beş manat əlli bir) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 777.9 kv.m olan fərdi yaşayış evi İddiaçı ASCnin xüsusi mülkiyyətindədir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 777.9 kv.m olan fərdi yaşayış evi aylıq 400 manat olmaqla cavabdehə icarəyə verilmişdir(1-ci, 5-ci bəndlər). Bank müqaviləyə uyğun olaraq üzərinə düşən öhdəliyi icra edərək əmlakı hazırkı iş üzrə cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqvilə üzrə öhdəliyini icra etməyək, icarə haqqında gecikmələrə yol verməklə lazımınca icra etməmişdir. 01 iyun 2024-cü il tarixdə əmlak cavabdeh tərəfindən Banka təhvil verilmişdir. Qeyd edilənlərə əsasən, cavabdehin İddiaçı ASC-nə7 550.42 (yeddi min beş yüz əlli manat qırx iki) manat məbləğində borcu qalmışdır. İddiaçı ASC tərəfindən 95.51 manat dövlət rüsumu ödəmişdir
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək tam təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh icarə obyektini qeyri-yaşayış sahəsi (anbar) kimi istifadə edirdi. Bunu təsdiq edən fotoşəkillər də məhkəməyə təqdim edilib.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Lənkərəna şəhəri, 28 may küçəsi, ev1 ünvanında yerləşən 777.9 kv.m. sahədən ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları "xxxx" ASC-nin adına hüquqi qeydiyyata alınmışdır.
8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən:
9. Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən ünvan 2ünvanında mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 777.9 kv.m. olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə özünə məxsus sahəsindən aşağıda göstərilə hissəni icarəyə verir: icarəyə verən "xxxx" ASC (tam hissə 777.9 kv.m.), icarəçi Cavabdeh;
10. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozumasına dair heç bir təkif irəli sürməzlərsə icarə müdəi 6 ay müddətinə uzadılmış hesab edilir.
11. Müqavilənin 5-ci bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən Paşabank ASC-yə aylıq 400 manat icarə haqqı ödəyir.
12. Hesabdan çıxarışa əsasən icarə üzrə hesablanan məbləğin 14173,66 manat, ödənilən məlbəğin isə 7775 manat olduğu qeyd olunmuşdur.
13. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
14. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
15. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
16. Belə ki, işin halları ondan ibarətdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Lənkərəna şəhəri, 28 may küçəsi, ev1 ünvanında yerləşən 777.9 kv.m. sahədən ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları "xxxx" ASC-nin adına hüquqi qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən: Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən ünvan 2ünvanında mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 777.9 kv.m. olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə özünə məxsus sahəsindən aşağıda göstərilə hissəni icarəyə verir: icarəyə verən "xxxx" ASC (tam hissə 777.9 kv.m.), icarəçi Cavabdeh. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozumasına dair heç bir təkif irəli sürməzlərsə icarə müdəti 6 ay müddətinə uzadılmış hesab edilir. Müqavilənin 5-ci bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən Paşabank ASC-yə aylıq 400 manat icarə haqqı ödəyir.
17. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi qeyri-yaşayış sahəsi cavabdehin istifadəsində olmuş, əvvəlki dövrlərdə cavabdeh tərəfindən icarə haqqı ödənilsə də, son dövrlərdə isə öz öhdəliklərini yerinə yetirmədiyi üçün həmin müqavilə üzrə borcu yaranmışdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
21. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
22. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;
23. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
24. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
25. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
26. Qeyd olunanlardan və işdə olan hesabdan çıxarışdan da göründüyü kimi cavabdeh müqavilə üzrə ödənilməli olan icarə haqqı borcunu tam ödəməmiş və həmin borcun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf isə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və hazırkı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olmuşdur.
27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 7550,42 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən cəmi 7550,42 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 95,51 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 95,51 manat məbləğində dövlət rüsumu xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 7550,42 manat icarə haqqı borcu və dövlət rüsumunun əvəzi olaraq 95,51 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova