Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-886/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəsi üzrə 16 sentyabr 2024-cü il tarixə "xxxx" ASC-yə olan 41340,24 (qırx bir min üç yüz qırx manat iyirmi dörd qəpik) manat əsas, 2952,75 (iki min doqquz yüz əlli iki manat yetmiş beş qəpik) manat faiz, 200,96 (iki yüz manat doxsan altı qəpik) manat cərimə olmaqla, cəmi 44493,95 (qırx dörd min dörd yüz doxsan üç manat doxsan beş qəpik) manat borcu və ödənilmiş 223,48 (iki yüz iyirmi üç manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank XidmətlərininGöstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəyə əsasən Cavabdeh4 35 (otuz beş) ay müddətinə illik 18% olmaqla 42500 (qırx iki min beş yüz manat) manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC iləCavabdeh5 arasında 15 dekabr 2023-cü il tarixli ZM-KBMK5388187B121 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bağlanmış 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtındayerinə yetirilməsində Cavabdeh5 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 15 dekabr 2023-cü il tarixli ZM-KBMK5388187B121 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bağlanmış 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtındayerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh3 arasında 15 dekabr 2023-cü il tarixli ZM-KBMK5388187B121 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bağlanmış 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylƏı lavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtındayerinə yetirilməsində Cavabdeh3 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında 15 dekabr 2023-cü il tarixli ZM-KBMK5388187B121 saylı zaminlik müqaviləsbağlanmışdır. Zaminlik müqaviləsində bağlanmış 17 avqust 2022ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtındayerinə yetirilməsində Cavabdeh1 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh4 hər ay ödəniş etməli olduğu halda, o bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda Cavabdeh4,Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmiş və 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı müqavilə üzrə 16 sentyabr 2024-cü il tarixə "xxxx" ASC-yə borcu 41340,24 (qırx bir min üç yüz qırx manat iyirmi dörd qəpik) manat əsas, 2952,75 (iki min doqquz yüz əlli iki manat yetmiş beş qəpik) manat faiz borcu, 200,96 (iki yüz manat doxsan altı qəpik) olmaqla, cəmi 44493,95 (qırx dörd min dörd yüz doxsan üç manat doxsan beş qəpik) manat təşkil edir. Cavabdehlərə borcun qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, ödəniş qrafiki və kredit borcuna dair maliyyə arayışdır.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, cavabdehlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
4. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin:
6. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
7. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
8. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
9. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
10. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəyə əsasən Cavabdeh4 35 ay müddətinə illik 18% olmaqla 42 500 (qırx iki min beş yüz manat) manat kredit verilmişdir.
12. İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli ZMKBMK5388187B121 saylı zaminlik müqaviləsinə görə zamin 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində borcalanla eyni dərəcədə məsuliyyət götürmüşdür.
13. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli ZMKBMK5388187B121 saylı zaminlik müqaviləsinə görə zamin 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində borcalanla eyni dərəcədə məsuliyyət götürmüşdür.
14. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli ZMKBMK5388187B121 saylı zaminlik müqaviləsinə görə zamin 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində borcalanla eyni dərəcədə məsuliyyət götürmüşdür.
15. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli ZMKBMK5388187B121 saylı zaminlik müqaviləsinə görə zamin 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində borcalanla eyni dərəcədə məsuliyyət götürmüşdür.
16. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə, 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəsi üzrə cavabdehin iddiaçıya 16 sentyabr 2024-cü il tarixə olan borcu 41340,24 manat əsas, 2952,75 manat faiz, 200,96 manat cərimə olmaqla, cəmi 44493,95 manat təşkil edir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/2606 saylı ekspert rəyinin nəticə hissəsinə görə, 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəyə əsasən Cavabdeh4 xx.xx.2024-cü il tarixə borcu 40683,47 manat (40663,14 manat əsas borc, 20,33 manat faiz borcu), xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək edilmiş 4095,40 manat ödəniş nəzərə alındıqda isə əsas borc 36588,07 manat, faiz borcu 0 manat təşkil edir.
18. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
22. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
23. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
24. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
26. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh4 iddiaçı ilə bağladığı 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəyə əsasən 35 ay müddətinə illik 18% olmaqla 42500 (qırx iki min beş yüz manat) manat krеdit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ilə zaminlik müqavilələri imzalanmış və onlar bank qarşısında öz üzərlərinə borclu ilə birgə məsuliyyət götürmüşlər. Cavabdeh4 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əsas borcun və faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilərək cavabdehlərdən (əsas borclu və zaminlər) əsas borc birgə qaydada tutulmalı, cavabdehlərdən tutulacaq əsas borcun məbləği xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən edilməli, faiz borcunun tutulması hissəsində isə iddia təmin edilməməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/2606 saylı ekspert rəyinin nəticə hissəsinə görə, 17 avqust 2022-ci il tarixli, **********17082022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 15 dekabr 2023-cü il tarixli, KBMK5388187B121 saylı Əlavəyə əsasən Cavabdeh4 faiz borcu 0 manat təşkil edir.
29. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 36588,07 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 200,96 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 36588,07 manat əsas borc və 200,96 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200,37 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 23,11 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
36. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə (müştərək) qaydada 36588,07 manat əsas borc, 200,96 manat dəbbə pulu, 200,37 manat dövlət rüsumu, ümumilikdə 36989,40 (otuz altı min doqquz yüz səksən doqquz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 23,11 (iyirmi üç manat on bir qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova