Məhkəmə qərarları › İş №e-2-2(113)-888/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-888/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-888/2023 20.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Nümayəndə və X2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktoru) X4 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” Müqavilələrin ləğv edilməsi, cavabdeh tərəfindən icarəyə götürülmüş tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 5900 manat məbləğində pul vəsaitinin və 1770 manat dəbbə pulunun, cəmi 7670 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 12000 manat məbləğində pul vəsaitinin və 1800 manat məbləğində faiz borcunun, cəmi 13800 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, cavabdehdən kommunal xərclərə görə 280,21 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən vurulmuş maddi zərərə görə 6446 manat məbləğində pul vəsaitinin və ödənilmiş 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “Avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələrin vaxtından əvvəl xitam verilmiş hesab edilməsi, cavabdeh tərəfindən icarəyə götürülmüş tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdehdən xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 5900 manat məbləğində pul vəsaitinin və 1770 manat dəbbə pulunun, cəmi 7670 manat məbləğində pul vəsaitinin, xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “Avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 12000 manat məbləğində pul vəsaitinin və 1800 manat məbləğində faiz borcunun, cəmi 13800 manat məbləğində pul vəsaitinin, kommunal xərclərə görə 280,21 məbləğində borcun, vurulmuş maddi zərərə görə 6446 manat məbləğində pul vəsaitinin və ödənilmiş 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP- 027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” Müqavilələrin ləğv edilməsi, cavabdeh tərəfindən icarəyə götürülmüş tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 5900 manat məbləğində pul vəsaitinin və 1770 manat dəbbə pulunun, cəmi 7670 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 12000 manat məbləğində pul vəsaitinin və 1800 manat məbləğində faiz borcunun, cəmi 13800 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, cavabdehdən kommunal xərclərə görə 280,21 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən vurulmuş maddi zərərə görə 6446 manat məbləğində pul vəsaitinin və ödənilmiş 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AMEA Yüksək Texnologiyalar Parkı (Texnopark) Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmışdır. Texnopark yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir. Texnopark elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Texnoparkda rezidentlərin fəaliyyətin həyata keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə” ilə tənzimlənir. Rezidentlərdən biri olan cavabdehə Texnoparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lazımı şərait və imtiyazlar verilmişdir. Belə ki, cavabdeh “Müxtəlif avadanlıqların, qurğu, cihaz və robototexnikaların istehsalı ilə birgə, onların süni intellekt vasitəsilə idarəedilməsi üçün proqram təminatlarının yazılması, led lampaların və müxtəlif təyinatlı plataların istehsalı işlərinin təşkili” adlı investisiya layihəsi əsasında 28 iyul 2022-ci il tarixli **********2 nömrəli Qeydiyyat Şəhadətnaməsi təqdim edilərək rezidentlik statusu almışdır. İnvestisiya layihəsinin ümumi dəyəri 500000 manat göstərilmişdir. Layihə üzrə istehsal binasının tikinti xərclərinə 200000 manat, avadanlıqların və digər əsas vəsaitlərin alınmasına 200000 manat, dövriyyə vəsaitlərinin alınması və digər xərclər üçün isə 100000 manat vəsaitin ayrılması planlaşdırılmışdır. Layihə üzrə göstərilən işlərin yerinə yetirilməsi və müəssisənin investisiya layihəsində göstərilən fəaliyyətin təmin edilməsi üçün avadanlıqların 2022-ci ilin oktyabr-noyabr ayınadək idxal edilməsi və istehsalata cəlb edilməsi planlaşdırılmışdır. Cavabdehə investisiya layihəsi üzrə yuxarıda göstərilən işlərin həyata keçirilməsinədək fəaliyyətini dayandırmaması məqsədilə Texnoparkın ərazisində sahəsi 270 kv.m olan tikili və daxilində olan texnoloji istehsalat avadanlıqları icarəyə verilmişdir. Lakin, cavabdeh tərəfindən təqdim edilən layihəyə görə - istehsalat obyektinin tikintisi, istehsal avadanlıqlarının alınması və quraşdırılması, istehsalın başlanması və sair işlər 2022-ci ilin noyabr ayınadək həyata keçirilməli olduğu halda, layihə üzrə işlərin icrasına dair heç bir addım atılmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022ci il tarixli 04/22-YTP027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilənin şərtlərinə əsasən dövlət mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 270 m sahəsi olan tikili sahə cavabdehə 5 il müddətinə icarəyə verilmiş, aylıq icarə haqqı isə 1000 manat məbləğində müəyyən edilmişdir (ƏDV daxil isə 1180 manat təşkil edir). Eyni zamanda, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 08/22- YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə” əlaqədar bağlanmış müqavilənin şərtlərinə görə dövlət mülkiyyətində olan DMG MORO ecoMill 50 markalı, DMG Mori ecoTurn 310 markalı və X5 TSP-WS260 markalı avadanlıqlar (dəzgahlar) cavabdehə 5 il müddətinə icarəyə verilmiş, icarə haqqı isə iddiaçı tərəfindən müəyyən edilmiş icarə qiymətlərinə uyğun olaraq avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilən məbləğə bərabərdir. Həmin müqavilələr ilə bağlı razılaşdırılmışdır ki, müəyyən edilən aylıq icarə haqqının ödənişi iddiaçı ilə cavabdeh arasında bağlanılmış 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqavilədə nəzərdə tutulan xidmət haqları ilə əvəzləşdirilsin. Həmin xərclər qeyd edilən müqaviləyə 1 nömrəli Əlavəsində əks olunmuşdur. Belə ki, xx.xx.2022ci il tarixli 04/22-YTP-027-X nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqaviləsinin 1.3-cü bəndinə əsasən, “hazırki müqavilənin ayrılmaz hissəsi olan X1 göstərilən şərtlər “İcraçı” tərəfindən “Sifarişçi”nin sifarişi verdiyi tarixindən maximum 30 təqvim günü müddətində həyata keçirilir”. Müqavilənin 1.4-cü bəndinə əsasən, “görülən işlər Sifarişçi tərəfindən qəbul edildikdən və buna dair ikitərəfli təhvil-təslim aktı imzalandıqdan sonra İcraçı tərəfindən yerinə yetirilmiş hesab edilir”. Lakin, müqavilələrin bağlanmasından artıq 5 ay müddətin keçməsinə baxmayaraq, “Xidmətlərin göstərilməsinə dair” müqavilədə göstərilən işlərin icrasına və müvafiq ödənişlərinə dair rəsmi sənədlər bu günə kimi təqdim edilməmiş, dəfələrlə işlərin icrası ilə bağlı təhvil-təslim aktının rəsmiləşdirilməsi tələb olunsa da, hər dəfə bir bəhanə edilərək işlərin təhvil verilməsindən imtina edilmişdir. Beləliklə də, icarə müqavilələri üzrə müəyyən edilən aylıq icarə haqqının “Xidmətlərin göstərilməsinə dair” müqavilədə nəzərdə tutulan xidmət haqqları ilə əvəzləşdirilməsi mümkün olmamışdır. Ona görə də, cavabdehdən mübahisələndirilən icarə müqavilələri üzrə müəyyən olunmuş icarə haqların ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh tərəfindən ödəniş etməkdən imtina edilmişdir. Beləliklə, icarə obyekti və qeyd edilən avadanlıqlar 10 avqust 2022-ci il tarixdən cavabdehə təhvil verilməsinə və təhvil verilməsindən artıq 5 (beş) ay müddətinin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər icarə haqqından hər hansı ödəniş aparılmamışdır. Cavabdehə həm şifahi, həm də yazılı qaydada edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəliklərini yerinə yetirməmişdir. Müqavilələr üzrə ödənilməli olan icarə haqqı icarəçi tərəfindən ödənilmədiyindən müqavilələrə xitam verilməsi barədə cavabdehə bildiriş təqdim edilmişdir. Ən vacib əsaslardan biri də cavabdehin rezident olaraq Texnoparkdakı fəaliyyətinin “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”yə əsasən həyata keçirilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin 8.15.1-ci və 8.15.2-ci bəndlərinə əsasən, rezidentin vəzifələri kimi “öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağlanmış müqaviləyə uyğun təşkil etmək, icarə haqlarını və texnoparkın saxlanılması ilə bağlı xərcləri ödəmək” nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı tərəfindən texnoparkda fəaliyyət göstərən rezidentlərə xidmət haqqı onların istifadəsinə verilmiş torpaq sahəsinin ölçülərinə müvafiq olaraq hesablanır. İddiaçı təsərrüfathesablı müəssisə olduğundan texnoparkın saxlanılması məqsədilə çəkilməsi zəruri olan bütün xərclərin qarşılanması yalnız rezidentlər tərəfindən ödənilən daxilolmalar əsasında həyata keçirilir. Planlaşdırılan xərclərin həyata keçirilməsi məqsədilə aylıq xidmət haqlarının vaxtında icra edilməsi zəruridir. Lakin, cavabdeh tərəfindən Texnoparkda fəaliyyətininin həyata keçirilməsinə dair müqavilənin imzalanması icra olunmamışdır. Nəticədə istifadəsində olan torpaq sahəsinin ölçülərinə müvafiq olaraq aylıq xidmət haqqların ödənilməsi də təmin olunmamışdır. Bununla da, cavabdeh tərəfindən təsərrüfathesablı müəssisə olan iddiaçının saxlanılmasına zəruri olan ödənişlər həyata keçirilməmişdir. Bununla bağlı, cavabdehə xəbərdarlıq göndərilmiş və eyni zamanda qeyd edilən “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” 04/22-YTP-027-İ nömrəli, xx.xx.2022-ci il tarixli və “Avadanlığın icarəyə verilməsi” ilə bağlı 08/22-YTP-027-İ-2 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilələrin şərtləri yerinə yetirilmədiyindən həmin müqavilələrə xitam verilməsi ilə bağlı müvafiq bildirişlər göndərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamənin 8.1-ci bəndinə əsasən, “Texnoparkın rezidenti texnoparkda fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağladığı müqaviləyə əsasən həyata keçirir.” 8.2-ci bəndinə əsasən, “Texnoparkda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər bu Əsasnamə ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək, texnoparkın qeydiyyat şəhadətnaməsini almalıdırlar”. Həmin Əsasnamənin 8.13-cü bəndinə əsasən, “Texnoparkın rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra otuz gün müddətində idarəedici təşkilatla (operatorla) texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə və idarəedici təşkilatla fəaliyyət göstərəcəyi sahənin icarə müqaviləsini bağlayır”. Əsasnamənin 8.19-cu bəndinə əsasən, “Bu Əsasnamənin 8.18-ci bəndində göstərilən əsaslarla texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqaviləyə xitam verilməsi texnoparkın rezidentinin fəaliyyət göstərdiyi sahənin icarə müqaviləsinin, texnoparkın rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvinə səbəb olur”. Qeyd edilən iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən, “X12 2.1-ci bəndində göstərilən tikili sahə Nümunəvi Əsasnamənin 8.13-cü bəndinə əsasən bağlanılan texnologiya parkında fəaliyyətin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlər üçün icarəyə verilir....” Lakin fəaliyyətin həyata keçirilməsinə dair müqavilənin cavabdeh tərəfindən imzalanması icra olunmadığına görə, icarəyə verilən tikili sahədən və avadanlıqlardan istifadə edilməsi də tamamilə əsassız olduğunu təsdiq edir. Bundan əlavə, qeyd edilən Müqavilənin 2.6-cı bəndinə görə, “X15 əsasında tikili sahə üzərində yaranmış icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır”. Lakin, cavabdeh tərəfindən müqavilə əsasında yaranmış icarə hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin cavabdehin həmin müqavilənin 4.2-ci bəndində icarəçi olaraq icarəyə götürülmüş tikili sahədən X15nə və innovasiya fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə uyğun olaraq təyinatı üzrə istifadə etmək, icarəyə götürülmüş tikili sahəni X15nə xitam verildikdən sonra İcarəyə verənə qaytarmaq və tikili sahədən istifadəyə görə icarə haqqını tam və vaxtında ödəmək və sair vəzifələri vardır. Həmin müqavilənin 4.2.3-cü və 4.2.5-ci bəndlərinə əsasən “icarəyə götürülmüş tikili sahəni X15nə xitam verildikdən sonra İcarəyə verənə qaytarmaq” və “tikili sahədən istifadəyə görə icarə haqqını tam və vaxtında ödəmək” kimi icarəçinin vəzifələri nəzərdə tutulmuşdur. Müqavilənin 5.5-ci bəndinə əsasən, “İcarəçi X12 5.2-ci bəndində nəzərdə tutulmuş müddətdə icarə haqqını tam ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1 %-i miqdarında dəbbə pulu ödəyir”. Müqavilənin 8.1-ci bəndinə əsasən, “Tərəf X15 üzrə öz öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə digər Tərəfə dəymiş zərərin əvəzini ödəməlidir. Müqavilənin 11.3-cü bəndinə görə, “X15nə aşağıdakı hallarda xitam verilir: 11.3.1. İcarə Müqaviləsinin müddəti başa çatdıqda; 11.3.2. innovativ fəaliyyətin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə; 11.3.3. İcarəçinin icarəyə götürdüyü tikili sahədən istifadəsi X12 şərtlərinə uyğun gəlmədikdə; 11.3.4. İcarəçi icarə haqqının və ya onun mühüm hissəsinin ödənilməsini 3 (üç) aydan çox gecikdirdikdə”. Qeyd edilənlərdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə cavabdehin icarə haqqları üzrə 5 (beş) ay üçün 5900 manat məbləğində borcu yaranmışdır. Belə ki, icarə haqqının məbləği hər ay üçün ƏDV daxil 1180 manat müəyyən olunmuşdur. Bundan əlavə, icarə haqqının ödənilməməsinə görə dəbbə pulun məbləği 1770 manat təşkil edilmişdir. Beləliklə, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə 5900 manat məbləğində pul vəsaiti və 1770 manat dəbbə pulu ödəməlidir. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə” əlaqədar bağlanmış müqavilənin tələblərinə əsasən, İcarəçinin, yəni cavabdeh "xxxx" MMC-nin öhdəliklərinə avadanlıqın icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu Müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək, icarəyə alınmış avadanlığı ona uyğun olan texniki istismar qaydalarına müvafiq olaraq saxlamaq və birbaşa təyinatı üzrə yalnız xidməti ehtiyacları üçün istifadə etməkdir. İddiaçının öhdəliklərinə isə icarəyə verilmiş avadanlıqdan lazım olan, birbaşa təyinatı üzrə istifadəsinə nəzarət etmək və zəruri hallarda, avadanlıqın istifadəsi barədə İcarəçidən hesabat tələb etməkdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilənin 6.2-ci bəndinə görə, “tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda müqavilə digər tərəfin tələbi ilə qüvvədə olan qanunvericiliyin müəyyən etdiyi qaydada ləğv oluna bilər”. Müqaviləyə əsasən, avadanlıqların istifadəyə verilməsinə görə icarə haqqı avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilən məbləğə bərabərdir. İcarə müddəti ərzində icarə əsasında cavabdehə təhvil verilən avadanlıqların fəaliyyət göstərdikləri sahədə günün əksər hissəsində işlək olduğu və istismar edildiyi müşahidə olunmuşdur. Lakin, cavabdeh tərəfindən avadanlıqların istismar edilməsindən əldə edilən mənfəət barədə məlumatlar gizlədilmiş, bununla bağlı bildirilmişdir ki, avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işləri və üzərində testlər aparılır. Eyni zamanda, məlum olmuşdur ki, cavabdeh tərəfindən avadanlıqlardan biri (“X5 TSP-WS260” markalı) istifadə olunmur, daha sonra həmin avadanlığın təhvil veriləcəyi barədə məktub da göndərilmişdir. Bu məqsədlə, cavabdehin istifadəsinə verilmiş tikili sahənin və DMG MORO ecoMill 50 markalı, DMG Mori ecoTurn 310 markalı avadanlıqların aylıq icarə dəyərinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə müraciət olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəylərinə əsasən, cavabdehin istifadəsinə verilmiş tikili sahənin aylıq icarə dəyəri 1650 manat, avadanlıqların isə aylıq icarə dəyəri 1800 və 1200 manat dəyərində təşkil etmişdir. Cavabdehə yazılı şəkildə icarə haqlarının ödənilməsi barədə xəbərdarlıq edilmiş və göstərilən müqavilə əsasında təhvil alınan avadanlıqların istifadəsinə xx.xx.2022-ci il tarixindən etibarən istismarının dayandırılması və icarəyə verilən tikili sahənin xx.xx.2022-ci il tarixinədək boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. DMG MORO ecoMill 50 markalı, DMG Mori ecoTurn 310 markalı avadanlıqların cavabdeh "xxxx" MMC-nin istifadəsində 4 (dörd) ay müddətində olduğunu nəzərə alaraq, hesab edir ki, həmin müddət üçün icarə haqqının dəyəri hər ay üçün 3000 manat olmaqla, ümumilikdə 12000 manat məbləğində təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə, həmçinin “Azərbaycan Respublikasının Mülki Məcəllənin 339.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-cü il tarixli qərarın tələblərinə əsasən və avadanlıqların aylıq icarə dəyərinin 3000 manat olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən həmin məbləğin illik beş faiz olmaqla (3000*12*5%) cəmi 1800 manat məbləğində faiz ödəməlidir. Beləliklə, cavabdeh tərəfindən avadanlıqların icarəyə verilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli müqavilə üzrə ödənilməmiş icarə haqqına görə 12000 manat məbləğində pul vəsaiti və 1800 manat məbləğində faiz borcunu iddiaçıya ödənilməlidir. Göstərilənlərdən əlavə, bildirir ki, cavabdehin Texnoparkın ərazisində fəaliyyətə başladığı gündən bütün kommunal xərclər üzrə 280,21 məbləğində borc yaranmış və həmin borc da cavabdeh tərəfindən ödənilməmişdir. Bundan əlavə, 28 noyabr 2022-ci il tarixində Texnoparkın ərazisində nasaz olduğu üçün əsas xəttən ayrılan və istismarı dayandırılan qaz borusundan qaz sızıntısının olduğu aşkarlanmışdır. Bununla bağlı olaraq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən icarə əsasında istifadəsinə verilmiş tikili sahənin istilik sistemlərinin yoxlanılması və sazlanması məqsədilə kənar şəxs çağrılmışdır. Bu zaman, cavabdeh tərəfindən Yüksək Texnologiyalar Parkının heç bir məsul şəxs məlumatlandırılmadan, qəzalı olduğu üçün istismardan kənarlaşdırılan boru xətti ilə tikili sahə təbii qaz ilə təmin edilmişdir. Bu müddət ərzində qaz ilə təchiz olduğu barədə yenə də Yüksək Texnologiyalar Parkına heç bir məlumat daxil olmamışdır. xx.xx.2022-ci il tarixində əməyin mühafizəsi, təhlükəsizliyi, yanğından mühafizə və mülki müdafiə üzrə aparıcı mütəxəssis ərazi üzrə ümumi nəzarət işlərini həyata keçirərkən cavabdehin istifadəsində olan tikili sahənin yanındaki boru xəttindən qaz sızıntısı səsinin eşidildiyini baş mühəndisi Rahim Heydərova dərhal bildirmişdir. Müəyyən olunmuşdur ki, qəzalı boru xətti istismara cəlb edilib və bu səbəbdən qaz sızıntısı baş vermiş, nəticədə iddiaçı külli miqdarda zərərə məruz qalmışdır. xx.xx.2022-ci tarixdə “Azəriqaz” İB tərəfindən qaimə faktura təqdim olunmuşdur. Faktura üzrə cari ayda istifadə edilən qazın həcmi 80438 kub metr və ya 17696.36 manat vəsait təşkil edir. Mövsümün soyuq günlərinin başladığını və cari sərfiyyatın istənilən halda keçən aydan daha yüksək olacağı texnopark tərəfindən gözlənildiyi nəzərə alınsa da, hər rezident üzrə sayğac göstəricilərinin əldə olunması və ümumi sərfiyyatdan çıxılması nəticəsində müəyyən olmuşdur ki, cavabdehin özbaşına müdaxiləsi nəticəsində qaz borusundan sızan qazın ümumi həcmi 29300 kub metrdir. Manatla ifadə edildiyində cavabdehin qanunuz əməlləri nəticəsində iddiaçıya vurduğu zərər 6446 manat təşkil etmişdir. Bundan əlavə, cavabdehin Texnoparkda fəaliyyətin həyata keçirilməsi müddəti ərzində bir sıra digər qanunpozuntuları aşkar edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində iddiaçının əməkdaşları tərəfindən cavabdehin Texnopark ərazisində fəaliyyətinə nəzarətin aparılması və YTP-76- 17/55 nömrəli xx.xx.2022-ci il tarixli bildirişin tələblərinin yerinə yetirilməsi məqsədilə cavabdehə ayrılmış tikili sahəyə rezidentin nümayəndəsinin müşaiyəti ilə daxil olunmuşdur. Əməkdaşlar istehsalat sahəsində olduğu zaman cavabdehin rəhbəri Anar Nəbiyev əraziyə daxil olaraq əməkdaşların işinə sərt etirazını bildirmiş, İstehsalat sahəsinin onun nəzarətində olduğunu və onun istifadəsində olan avadanlıqların möhürlənməsinin yolverilməz olduğunu bildirmişdir. Anar Nəbiyevin etirazına cavab olaraq iddiaçının baş mühəndisi Rahim Heydərov avadanlıqların dövlət əmlakı olduğunu, onların istismarının müqavilə əsasında baş tutmuş razılaşmadan kənar şəkildə davam edilməsinin mümkün olmadığını qeyd etmişdir. Bu zaman, cavabdehin direktoru Anar Nəbiyev bu baş verənlərin media orqanlarına bildirəcəyi, işinin əngəllənməsinin məsələsinin isə məhkəmə ilə yekunlaşacağını kimi fikirlər bildirərək əməkdaşlara qarşı qeyri-etik davranış nümayiş etdirmişdir. Bundan sonra, Texnopark əməkdaşlarının mobil telefon nömrələrinə təhqir məzmunlu mesajlar göndərmiş, təşkilatın normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol vermişdir. Bundan əlavə, cavabdeh tərəfindən əmək və vergi qanunvericiliyinin tələblərinin pozulması halları da aşkar edilmişdir. Belə ki, Texnoparkda rezidentlər tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı qanunvericilik aktlarına və Texnoparkın əsasnaməsinə əməl edilməsi ilə bağlı məsələlərə nəzarət edilməsi məqsədi ilə cavabdehə əməkdaşlar ilə bağlanmış əmək müqavilələrinin surətinin təqdim edilməsi tələb edilmişdir. Cavab olaraq cavabdeh tərəfindən Texnoparka 11 nəfər şəxsin adları qeyd edilmiş siyahı təqdim edilmişdir. Müəyyən edilmişdir ki, 11 nəfər şəxsin heç biri ilə rəsmi olaraq əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinə cəlb edilmişlər. Əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi əmək və vergi qanunvericiliyinin şərtləri cavabdeh tərəfindən kobud şəkildə pozulmasını təsdiq edir. Həmin məsələnin araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müvafiq məktublar göndərilmişdir. Bundan əlavə, gündüz iş vaxtı bitdikdən sonra hərbi formada şəxslərin cavabdehə ayrılmış istehsal sahəsində fəaliyyət göstərməsini müşahidə edilmişdir. Bununla əlaqədar cavabdehə ünvanladığı müraciətə cavab olaraq bildirilmişdir ki, qeyd edilən şəxslər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarıdır və işdənkənar cavabdehdə fəaliyyət göstərirlər. Bu hall bir daha sübut edir ki, rezident əmək müqaviləsi olmadan müxtəlif şəxsləri əmək münasibətlərinə cəlb etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehin ilk növbədə texnopark daxilində sabitliyə və peşəkar mühitə zərər verməsi, eyni zamanda öz öhdəliklərinin icrasından yayınmaqla birlikdə bağlanan razılaşmaları pozması əsas tutularaq rezidentlik statusuna xx.xx.2023-cü il tarixindən etibarən xitam verilmiş və bu barədə qəbul edilmiş qərar aidiyyəti qurumlara göndərilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən icarə əsasında istifadəyə verilmiş tikili sahə və avadanlıqlar bu günə kimi təhvil verilmədiyindən, bu barədə cavabdehə rəsmi bildiriş göndərilmişdir. İcarə müqavilələri üzrə cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməməsinə görə yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə cavabdehə təklif göndərilmiş, daha sonra 15 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə iclas təyin edilmişdir. Lakin, cavabdehin rəhbərinə iclas barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməkdən imtina etmişdir. İddiaçı tərəfindən 200 manat məbləğində ilkin mediasiya xərcləri ödənilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (direktoru) X10 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh sünu intelektlə, yəni proqramlaşdırmayla məşğul olan şirkətdir. Texnofest başlayan zaman texnofestdə robotlarla iştirak etmək lazım idi. Vasif bəy onu dəvət etdi, bildirdi ki, ona iş verəcək. Ledlampalarla və laqonda daşı ilə bağlı biznes plan vermişdir. Vasif bəy şərik olacağını bildirdi. Daha sonra Milli Elmlər Akademiyasından çıxıb, Təhsil Nazirliyinə keçəndə bunların hamısı dayandı. O, pulu risqə ata bilməyəcəyini, heç bir maliyyə buraxa bilməyəcəyini bildirdi. Hətta Təhsil Nazirliyi gələndə onun düzətdiyi 15000 manatlıq dəzgahını gətiriməyini bildirdilər. Hətta onlar 19000 Avroya aldıqlarını, cavabdehin isə 15000 manata düzəltdiyini demişlər. 4 ay müddətinə dəzgahları düzəltmişdir. Dəzgahlara da proqram təminatını yazmaq üçün 50000 avro pul istəyir. Dəzgahları 21-ci əsrin dəzgahlarıdır. İddiaçı tərəf svarka istifadə edəndə işığı avtomatdan söndürürdü, belə olan zaman isə dəzgaha yenidən proqram təminatı yazmaq lazım olurdu. Bir dəfə də 3 fazı qoşanda dəzgah tərsinə işləməyə başladı deyə dəzgahın içərisi dağılıb, töküldü. Kommunal borclarla bağlı ona gələn qaimə əsasında borcları ödəmişdir. Həmin dəzgahları düzəldəndə xərci çox görünürdü. Cavabdeh 30000 manata razılaşıb, imzalamışdır ki, dəzgahlardan nə xeyir gəlsə yarı yarıya böləcəylər. Dekabrın biri əllərində bildirişlə gəlib, bütün dəzgahları skoçlayıb, kadrlar şöbəsinin möhürü ilə möhürlədilər və ona müqavilənin ləğv olunduğunu bildirdilər. Orda da qeyd olunurdu ki, dəzgahların işləmirdi, prosesin nədən getdiyindən şübhələnirlər. İddiaçı tərəf Müdafiə Sənayesi Nazirliyinə götürüb, rəsmi məktub yazıblar ki, Anar Nəbiyev müdafiə sənayesinin işçiləri ilə birlikdə burda silah hazırlayır, satır. Onlar da cavab yazıblar ki, düzgün yerə müraciət etməmisiz. İddia tələbi əsassızdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində biznes inkişafi və rezident iş şöbəsinin rəhbəridir. Rezidentə götürdüyü bütün şəxslərlə ilkin görüşmə aparır. Anar Nəbiyevlə də bu konteksdə tanış olmuşlar. İlkin olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inkibasiya vəziyyətində qəbul olunmuşdur. Sonrakı proseslərdə rezident statusu vermişlər. İnkibasiya prosesində tanımağı onunla bağlı idi ki, Anar müəllimin təqdim etdiyi layihədə iddiaçının bir növ qəbul etdiyi layihə texnoparkın qəbul etdiyi layihəyə uyğun idi. Bu niyyətlə qəbul etmişdirlər. Anar Nəbiyevin vəziyyətinə görə iddiaçı ona bir növ yardım etmişlər. Əlavə bir biznes planla da rezident statusu vermişlər. İddiaçı bu münasibətə bir növ gələcəyə yatırım kimi baxmışdır. Cavabdeh iddiaçı ilə müqaviləyə əsasən xidmətlərin göstərilməsi təhvil-təslim etməli idi, iddiaçı isə əvəzində icra haqqını əvəzləşdirəcəkdi, lakin cavabdehlə xidmətlərin görülməsi təhvil-təslim edə bilməmişlər və bu formada öhdəliyi qarşı tərəfə ötürmüşlər. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 20,02 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilədən görünür ki, iddiaçı dövlət mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 270 m2 sahəsi olan istehsalat binasını (Tikili sahəni) 10 avqust 2022-ci il tarixdən 10 avqust 2027-ci il tarixədək cavabdehə müddətli istifadəsinə verməyi, cavabdeh isə həmin tikili sahənin istifadəsinə görə X15 ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “Avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilədən görünür ki, iddiaçı, qanuni əsaslarla ona məxsus olan “DMG Mori ecoMill 50” markalı Avadanlığı (dəzgahı), “DMG Mori ecoTURN 310” markalı Avadanlığı (dəzgahı) və “X6 TSP-WS260” markalı Avadanlığı (dəzgahı) icarəyə verməyi, cavabdeh isə həmin avadanlığı xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etməyi və avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilən məbləğə bərabər icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli Xidmət müqaviləsindən görünür ki, iddiaçı özünə məxsus avadanlıqlara müvafiq xidmətlərin göstərilməsini sifariş verib, cavabdehə bu müqavilənin əlavəsi hesab olunan X1 razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada avadanlıqlara müvafiq xidmətləri göstərməyi öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən “DMG Mori ecoMill 50” markalı Avadanlığı (dəzgahı), “DMG Mori ecoTURN 310” markalı Avadanlığı (dəzgahı) və “X6 TSP-WS260” markalı Avadanlığı (dəzgahı) cavabdehə təhvil verilmiş və həmin avadanlıqlar cavabdeh tərəfindən təhvil alınmışdır. İddiaçının 09 yanvar 2023-cü il tarixli 14 saylı qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 iyul 2022-ci il tarixli 8 nömrəli Qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin AMEA Yüksək Texnologiyalar Parkının rezidenti statusunun əldə etməsinə əsas olan **********2 nömrəli Qeydiyyat Şəhadətnaməsi ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, 28 noyabr 2022-ci il tarixində AMEA Yüksək Texnologiyalar Parkının ərazisində nasaz olduğu üçün əsas xəttən ayrılan və istismarı dayandırılan qaz borusundan qaz sızıntısının olduğu aşkarlanmışdır. Bununla bağlı olaraq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, 24 noyabr 2022- ci ıl tarixində texnoparkın rezidenti "xxxx" MMC tərəfindən icarə əsasında istifadəsinə verilmiş tikili sahənin istilik sistemlərinin yoxlanılması və sazlanması məqsədilə kənar şəxs çağırılmışdır, Bu zaman, “Tronıq" MMC tərəfindən AMEA Yüksək Texnologiyalar Parkının heç bir məsul şəxsini məlumatlandırmadan, qəzalı olduğu üçün istismardan kənarlaşdırılan boru xətti ilə tikili sahə təbii qaz ilə təmin edilmişdir. Bu müddət ərzində qaz ilə təchiz olduğu barədə yenə də AMEA Yüksək Texnologiyalar Parkına heç bir məlumat daxil olmamışdır. xx.xx.2022-ci il tarixində əməyin mühafizəsi, təhlükəsizliyi, yanğından mühafizə və mülki müdafiə üzrə aparıcı mütəxəssis Oleq İsmayılov ərazi üzrə ümumi nəzarət işlərini həyata keçirərkən "Tronıq” MMC-nin istifadəsinə olan tikili sahənin yanındaki boru xəttindən qaz sızıntısı səsinin eşidildiyini baş mühəndisi Rahim Heydərova dərhal bildirmişdir. Tezliklə aydın olmuşdur ki, qəzalı boru xətti istismara cəlb edilib və 24 noyabr tarixindən 28 noyabr tarixinədək boruda qaz sızıntısı davam etmiş və "xxxx" MMC külli miqdarda zərərə məruz qalmışdır. Dərhal "xxxx" MMC-nin rəhbərliyi çağırılmış və özbaşına müdaxilə həyata keçirildiyi üçün ciddi xəbərdarlıq edilmişdir. Yalnız bütün bunlardan sonra “Tronıq" MMC tərəfindən AMEA Yüksək Texnologiyalar Parkına keçmiş tarixli məktub ünvanlanaraq istilik sisteminin təmir edildiyi barədə məlumat verilmiş və xərclərlə bağlı akt təqdim edilmişdir. Aktlaşdırılaraq bildirilir ki, həm təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə həm də qış mövsümünə hazırlığın zəruriliyi barədə rəsmi müraciət etməyinə baxmayaraq "xxxx" MMC rəhbərliyi və əməkdaşları tərəfindən səhlənkarlıq halları və yuxanda qeyd edildiyi kimi qaz boru xəttinə öz başına müdaxilələr kimi bədbəxt hadisələrə səbəb olacaq davranışlar qeydə alınmışdır. Eyni zamanda qaz sızıntısı ilə bağlı “AMEA Yüksək Texnologiyalar Parkı" MMC-yə dəymiş zərərin həcmi “Azəriqaz” İB tərəfindən göndəriləcək cari ayın sərfiyyatını əhatə edəcək hesab faktura ilə müəyyən ediləcəkdir. xx.xx.2022-ci il tarixli 317/22 saylı hesab-fakturadan görünür ki, cavabdehin kommunal, yanacaq, enerji sərfi və s. işlər üzrə xidmətlər, o cümlədən noyabr ayı üçün elektrik enerjisi üzrə ümumilikdə 280,21 manat borcu vardır. xx.xx.2022-ci il tarixli EBCK seriyalı 782570 nömrəli elektron qaimədən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə 17696,36 manat məbləğində elektron qaimə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "AMEA Yüksək Texnologiyalar Parkı” MMC və YT Parkın rezidenti Cavabdeh MMC arasında 10 avqust 2022 ci-il tarixli 04/22-YTP-027-X nömrəli müqaviləyə əsasən YT Parkın mülkiyyətində olan DMG MORO ecoMill 50, DMG Mori eco Turn 310 və X5 TSP-WS260 markalı dəzgahların texniki nasazlıqlarının aradan qaldırılması və işlək vəziyyətinə çatdırılması məqsədilə işçi qrupa müvafiq tapşırıqlar verilmişdir. Qeyd edilən dəzgahlarda 04/22-YTP-027-X nömrəli müqavilənin 1 saylı əlavəsindəki görülən işlər (göstərilən xidmət) nəticəsində hər üç dəzgahda nasazlıqlar aradan qaldırılmışdır. Məlum olduğu kimi həmin dəzgahlar 10 avqust 2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli müqavilə əsasında "xxxx" MMC-nin istifadəsi məqsədi ilə icarəyə verilmişdir. Hazırda X5 TSP-WS260 markalı dəzgahdan istifadə edilmir. Sözügedən dəzgahın mülkiyyətçisi olan AMTA YT Parkına geri təhvil verilməsini, istifadəsinə zərurət yarandığı halda yenidən rəsmiləşdirilməsini uyğun hesab edir. YT Parkın həmin dəzgahın istifadəsinə və ya texniki məsələlərində yardımına zərurət olduğu halda "TRONİQ” MMC buna hazır olduğunu nəzərinizə çatdırır. Qeyd: Sözü gedən dəzgahın yerləşdiyi iş sahəsinin açarları YT Parkı rəhbərliyinin tapşırığı əsasında NBM -nə təhvil verililb. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, təxmini xx.xx.2022-ci il tarixdə YT Parkın elektrik enerjisinin təçhizatından cavabdeh şəxslər tərəfindən cəmiyyətiin istifadəsində olan tikili sahəsində elektrik enerjisi, əvvəlcədən xəbərdarlıq edilmədən dayandırılmışdır və fazların yerləri dəyişdirilmişdir, nəticədə istifadəsində olan DMG markalı dəzgahda texniki qəza baş vermişdir və bununla əlaqədar müraciət ünvanlanmışdır. Müraciətə əlavə olaraq bildirmişdir ki, qəza baş vermiş dəzgahda təmir-bərpa işlərinin aparılması məqsədilə xx.xx.2022-ci il tarixdən etibarən dəzgahın işləməməsinin səbəblərini mütəxəssislərlə birlikdə araşdırmışdır. Qeyd edilən dəzgahda mexaniki hissəsinin təmir-bərpa işləri təxmini xx.xx.2022-ci il tarixində başa çatdırıldı və daha sonra dəzgahın elektron-proqram hissəsində "XƏTA" məlumatı ortaya çıxdı. Bununla əlaqədar Türkiyyədəki istehsalçı şirkətin mütəxəssislərinə müracət etdikdə, xətanın məsafədən həll edilə bilməyəcəklərini, yalnız yerində baxıb bərpa edə biləcəklərini bildirdilər. Nəticədə, texniki mühəndis və proqramçı-mühəndisərimiz qeyd edilən "XƏTA"nı aradan qaldıraraq dəzgahı bərpa etdilər. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli YTP-76-17/55 saylı Müqavilələrə xitam verilməsinə dair bildirişdən görünür ki, 10 avqust 2022-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında tikili sahənin icarəyə verilməsinə dair 04/22-YTP- 027-İ nömrəli və avadanlığın icarəyə verilməsi 08/22-YTP-027-İ-2 nömrəli müqavilələr bağlanılmışdır. Razılaşdırılmışdır ki, 04/22-YTP-027-İ nömrəli 10 avqust 2022-ci il tarixli ‘Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə müəyyən edilən aylıq icarə haqqının ödənişi, 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqavilədə nəzərdə tutulan xidmət haqqları ilə əvəzləşdirilsin. Əvəzləşdirilməsi nəzərdə tutulan xidmət haqları 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027- X nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə 1 nömrəli əlavədə əksini tapan xərclərdir. Lakin, müqavilənin bağlandığından 4 aya yaxın müddətin keçməsinə baxmayaraq, “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə 1 nömrəli Əlavəsində göstərilən zəruri xərclərin yaranmasına və ödənilməsinə dair heç bir rəsmi sənəd təqdim edilməmişdir. Eyni zamanda, bu müddət ərzində icarə əsasında müəssisənizə təhvil verilən avadanlıqların fəaliyyət göstərdiyiniz tikinti sahəsində günün əksər hissəsində işlək olduğu və istismar edildiyi müşahidə edilmişdir. Bununla da, sözü gedən xərclərin ödənilmədən avadanlıqların işlək vəziyyətə gətirilməsi və istismara cəlb edilməsinə dair əsaslı şübhələr aşkar edilmişdir. Müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən “AMEA Yüksək Texnologiyalar Parkı" MMC ilə bağladığı 04/22-YTP-027-İ nömrəli 10 avqust 2022ci il tarixli tikili sahənin icarəyə verilməsi ilə əlaqədar və 08/22-YTP-027-İ-2 nömrəli 10 avqust 2022-ci il tarixli avadanlığın icarəyə verilməsi ilə bağlı müqavilələrin şərtləri yerinə yetirilmir, tələb olunan hesabatlar hazırlanmasından və təqdim edilməsindən imtina edilir. Bununla da, təsərrüfat hesablı müəssisə olan "xxxx" MMC-nin saxlanılması üçün zəruri olan daxilolmalar "xxxx" MMC həyata keçirmir. Yuxarıda qeyd edilənlərə əsasən, 08/22- YTP-027-İ-2 nömrəli 10 avqust 2022-ci il tarixli “Avadanlığın icarəyə verilməsi ilə bağlı” müqavilə əsasında təhvil aldığı avadanlıqların istifadəsinə xx.xx.2022-ci il tarixindən etibarən xitam verilir və 04/22-YTP-027-İ nömrəli 10 avqust 2022-ci il tarixli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar" müqavilə üzrə icarəyə verilən tikinti sahənin xx.xx.2022-ci il tarixinədək təhvil verməyi tələb etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli UNİ/S86-1436/22 saylı Daşınar əmlakın icarə dəyəri barədə rəyindən görünür ki, xx.xx.2022-ci il tarixə “DMG Mori ecoMill 50” markalı Avadanlığının (dəzgahı) icarə dəyəri 1800 manat, “DMG Mori ecoTURN 310” markalı Avadanlığının (dəzgahı) icarə dəyəri 1200 manat müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı dövlət mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 270 m2 sahəsi olan istehsalat binasını (Tikili sahəni) 10 avqust 2022-ci il tarixdən 10 avqust 2027-ci il tarixədək cavabdehə müddətli istifadəsinə verməyi, cavabdeh isə həmin tikili sahənin istifadəsinə görə X15 ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli 08/22-YTP- 027-İ-2 nömrəli “Avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı, qanuni əsaslarla ona məxsus olan “DMG Mori ecoMill 50” markalı Avadanlığı (dəzgahı), “DMG Mori ecoTURN 310” markalı Avadanlığı (dəzgahı) və “X6 TSP-WS260” markalı Avadanlığı (dəzgahı) icarəyə verməyi, cavabdeh isə həmin avadanlığı xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etməyi və avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilən məbləğə bərabər icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. Həmçinin tərəflər arasında xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı özünə məxsus avadanlıqlara müvafiq xidmətlərin göstərilməsini sifariş verib, cavabdehə bu müqavilənin əlavəsi hesab olunan X1 razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada avadanlıqlara müvafiq xidmətləri göstərməyi öhdələrinə götürmüşlər. Göründüyü kimi tərəflər arasında həm icarə müqavilələri, həm də xidmət müqaviləsi bağlanmış və tərəflər, aralarında bağladıqları xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli Xidmət müqaviləsinin 4.1-ci bəndinə əsasən icarə müqavilələri üzrə iddiaçıya ödənilməli olan icarə haqlarının ödənilməsini xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya göstəriləcək xidmətlərin dəyəri ilə əvəzləşdirməyi nəzərdə tutmuşlar. Xidmət müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilənin 10 avqust 2022-ci il tarixli 1 nömrəli razılaşdırma protokolunda göstərilən xidmətlərin (görülən işlərin) ödənişi "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 avqust 2022-ci il tarixli 04/22-YTP- 027-İ və 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-İ -2 nömrəli xidmət müqaviləsində nəzərdə tutulan xidmət haqları ilə əvəzləşdiriləcək. Hazırda iddiaçı, cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə xidmətlərin göstərilmədiyini və müvafiq olaraq icarə haqlarının ödənilmədiyini iddia edir, cavabdeh isə avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işlərinin aparılması səbəbindən xidmətlərin göstərilmədiyini bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən icarə haqlarının ödənilməsi, xidmətlərindən göstərilməsindən asılı olduğundan bu xidmətlərin göstərilməsinin sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə iddiaçıya xidmətlərin göstərilməsi, o cümlədən avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işlərinin aparılmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hətta, avadanlıqlarda (dəzgahlarda) təmir-bərpa işlərinin aparılmasını nəzərə aldıqda belə, tərəflər arasında müqavilə 10 avqust 2022-ci il tarixdə bağlanmış, sözügedən hal barədə məlumat isə cavabdeh tərəfindən iddiaçıya 28 noyabr 2022-ci il tarixdə verilmişdir. Həmin məlumatdan da görünür ki, təmir-bərpa işləri xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 1 ay müddətində aparılmışdır. Lakin tərəflər arasında müqavilələrin bağlanmasında 5 aydan artıq müddət keçmişdir ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir xidmət göstərilməsinə və ya icarə haqqının digər formada ödənilməsinə dair iş materiallarında sübut yoxdur. xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilənin 11.3.4-cü bəndinə əsasən icarəçi icarə haqqının və ya onun mühüm hissəsinin ödənilməsini 3 (üç) aydan çox gecikdirdikdə X15nə xitam verilir. xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflərdən birinin bu Müqavilənin şərtlərini pozduğu hallarda Müqavilə diğər tərəfin tələbi ilə qüvvədə olan qanunvericiliyin müəyyən etdiyi qaydada ləğv oluna bilər. İddia tələbinin müqavilələrnin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh bağlanmış icarə müqavilələri üzrə icarə haqlarını ödəməməklə müqavilələri əhəmiyyətli dərəcədə pozmuşdur ki, qeyd olunan xüsusat xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” Müqavilələrin ləğv edilməsinə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04/22- YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” Müqavilələr ləğv edilməlidir. Məhkəmə iddia tələbinin tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi hissəsinə münasibətdə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən tikilinin və avadanlıqların icarə verilməsinə dair müqavilələr ləğv edildiyindən iddia göstərilən hissədə təmin edilməlidir. İddia tələbinin icarə haqlarının ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi icarə haqlarının ödənilməsi, cavabdeh tərəfindən göstərilməli xidmətlərin dəyəri ilə əvəzləşdirilməsindən asılı olduğundan və bu xidmətlər cavabdeh tərəfindən iddiaçıya göstərilmədiyindən, iddiaçı icarə haqlarının pul vəsaiti ilə ödənilməsini tələb etməkdə haqlıdır. İcarə haqları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə: Göstərilən müqavilənin 5.1-ci bəndinə əsasən X15 üzrə icarəyə verilən tikili sahədən istifadəyə görə icarə haqqı Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnaməyə, “icarə haqqında” Azərbaycan Respublikasının Qanununa və "xxxx" MMC tərəfindən onun balansında olan tikili sahə (ofis binası, anbar binası, istehsalat binası) üçün müəyyən edilmiş aylıq icarə qiymətlərinə uyğun olaraq 1000 (bir min) manat (AZN) məbləğində müəyyən olunur, icarə haqqının tərkibinə ƏDV daxil deyil və İcarəçi tərəfindən ayrıca ödənilir. Göründüyü kimi tikili sahənin aylıq icarə haqqı məbləği 1000 manat müəyyən edilmiş, ƏDV-nin isə cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən isə icarə haqqını əvəzləşdirəcək xidmətlər göstərilməmiş, eyni zamanda icra haqqı məbləğinin ƏDV-si ödənilməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə cavabdehin icarə haqları üzrə 5 (beş) ay üçün 5000 manat və ƏDV-yə görə 900 manat (5*180(1000*18%)=900), cəmi 5900 manat məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə: Göstərilən müqavilənin 3.1-ci bəndinə əsasən X15 üzrə icarəyə verilən Avadanlıqların istifadəyə görə icarə haqqı Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnaməyə, İcarə haqqında" Azərbaycan Respublikasının Qanununa və "xxxx" MMC tərəfindən müəyyən edilmiş icarə qiymətlərinə uyğun olaraq bu müqavilənin 1.1-ci maddəsində göstərilən avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilən məbləğə bərabərdir. Göründüyü kimi avadanlıqların icarə haqqı məbləği avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətin 50 faizi həcmində müəyyən edilmişdir. Cavabdeh tərəfindən avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəəti və ya mənfəətinin olmaması barədə nə iddiaçıya, nə də məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də avadanlıqların icarə haqqı məbləğini müqavilə üzrə müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən avadanlıqların icarə haqlarının məbləği ilə bağlı məhkəməyə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli UNİ/S86-1436/22 saylı Daşınar əmlakın icarə dəyəri barədə rəyi təqdim edilmiş və həmin rəyə əsasən “DMG Mori ecoMill 50” markalı Avadanlığının (dəzgahı) icarə dəyəri 1800 manat, “DMG Mori ecoTURN 310” markalı Avadanlığının (dəzgahı) icarə dəyəri 1200 manat müəyyən edilmişdir. İcarə müqaviləsində avadanlıqların icarə haqqının konkret müəyyən edilməməsini və avadanlıqların hər biri üçün ayrılıqda əldə edilən rüblük mənfəətə dair sübutların olmamasını nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi ilə müəyyən edilən icarə haqqı məbləği, inandırıcı sübut kimi qəbul edilməklə avadanlıqlara görə icarə haqqının məbləği həmin rəylə müəyyən edilmiş icarə haqqı məbləğləri əsas götürülməklə hesablanmalıdır. Həmin rəyə əsasən 2 ədəd avadanlığa görə aylıq icarə haqqı məbləği ümumilikdə 3000 manat təşkil edir. Beləliklə, xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə cavabdehin avadanlıqların icarə haqları üzrə bir ay təmir-bərpa müddəti çıxılmaqla 4 (dörd) ay üçün 12000 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqavilələrində nəzərdə tutulan qaydada icarə haqqını ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış göstərilən müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.5-ci bəndinə əsasən, icarəçi X12 5.2-ci bəndində nəzərdə tutulmuş müddətdə icarə haqqını tam ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1 %-i miqdarında dəbbə pulu ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 295 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilə üzrə faizin tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, cavabdeh, icarə haqqının göstərəcəyi xidmətlərin dəyəri ilə əvəzləşdirilməsini öhdəlik kimi götürsə də, öhdəliyini icra etməmiş, hətta icarə haqqını digər formada da ödəməmişdir. Gecikdirilmiş vaxt üçün tələb olunan faizin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən 1800 manat ödənilməsini tələb etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı icarə haqqının ödənilməsinin gecikdirilmiş vaxtı üçün illik beş faiz ödənilməsini 12 ay üzrə hesablamışdır. Lakin işin hallarından görünür ki, iddiaçı hazırki tələblə müqavilələrin bağlanmasından 5 ay sonra məhkəməyə müraciət etmiş, avadanlıqlara görə icarə haqqı məbləğini 1 ay təmir-bərpa müddətini istisna etməklə 4 ay üzrə hesablamışdır. Belə olan halda gecikdirilmiş vaxtı üçün tələb olunan faizin məbləği hər ay üzrə 3000 manat icarə haqqı nəzərə alınmaqla, gecikdirilmiş ayların sayına uyğun olaraq hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən 125 manat (50 manat (3000 x 5% / 12 ay x 4 ay) + 37,5 manat (3000 x 5% / 12 ay x 3 ay) + 25 manat (3000 x 5% / 12 ay x 2 ay) + 12,5 manat (3000 x 5% / 12 ay x 1 ay) = 125 manat) faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin kommunal xərclərə görə borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2022-ci il tarixli 317/22 saylı hesab-fakturadan göründüyü kimi cavabdehin kommunal, yanacaq, enerji sərfi və s. işlər üzrə xidmətlər, o cümlədən noyabr ayı üçün elektrik enerjisi üzrə ümumilikdə 280,21 manat borcu vardır. Cavabdehin nümayəndəsi kommunal xərcləri ödədiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia kommunal xərclərin ödənilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə iddia tələbinin maddi zərər hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı maddi zərərə görə cavabdehdən 6446 manat pul ödənilməsini tələb etsə də, bu zərəri, o cümlədən göstərilən hissə üzrə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 174,59 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 200 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 65,97 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 140,59 manat (200 manat (mediasiya xərci) – 59,41 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 140,59 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” Müqavilələr ləğv edilməli, cavabdeh tərəfindən icarəyə götürülmüş tikili sahə boşaldılmalı və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməli, xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə 5900 manat məbləğində icarə haqqı və 295 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə 12000 manat məbləğində icarə haqqı və 125 manat məbləğində faiz borcu, kommunal xərclərə görə 280,21 manat məbləğində borc və mediasiya xərcinə görə 140,59 manat, cəmi 18740,8 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” Müqavilələr ləğv edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəyə götürülmüş tikili sahə boşaldılsın və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə 5900 manat məbləğində icarə haqqı və 295 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə 12000 manat məbləğində icarə haqqı və 125 manat məbləğində faiz borcu, kommunal xərclərə görə 280,21 manat məbləğində borc və mediasiya xərcinə görə 140,59 manat, cəmi 18740,8 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar