Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-894/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit müqaviləsi üzrə əsas və faiz borcu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12931.78 manat əsas, 3521.33 manat faiz, cəmi 16453.11 manat pul vəsaitinin və 139.36 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2023-cü il tarixli KBSK4295561B252 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 12931.78 manat əsas, 3521.33 manat faiz, cəmi 16453.11 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
İİ Tərəflərin mövqeləri:
3.Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar.
4. İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iş üzrə bütün sənədlərin təqdim edildiyini qeyd etmiş, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC (bank) ilə Cavabdeh (müştəri) arasında 17 oktyabr 2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********17102023 nömrəli (mikrokredit üzrə) ümumi müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank həmin müqavilə çərçivəsində müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim etmişdir: a) cari hesabın açılması, b) əmanət; c)kredit, d) qarantiya e) akkreditiv, f) faktorinq, g) korporativ kart, h) lokal kart, i) əmək haqqı kartları, j) pos-terminal, k) inkassasiya xidməti, l) elektron ticarət xidməti.
8. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********17102023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK4295561B252 saylı Əlavənin: 1-ci bəndinə əsasən, hazırkı əlavə Bank və Borcalan arasında bağlanmış 17 oktyabr 2023-cü il tarixli, **********17102023 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 (bundan sonra “Müqavilə” adlanacaq) ayrılmaz tərkib hissəsi hesab olunur. - 2-ci bəndinə əsasən, bank aşağıdakı xüsusi şərtlərlə Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür: kreditin növü fərdi mikro kredit, müddəti 24 ay, məbləği 15000 manat, kredit üzrə illik faiz dərəcəsi 22 faiz, kreditin köçürülməli olduğu bank hesabı 410400G**********121, kreditdən istifadə etmənin maksimal müddəti 24 aydır.
9. İddiaçı ASC tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli 15/00511 nömrəli maliyyə arayışından görünür ki, tərəflər arasında elektron qaydada bağlanmış xx/xx/2023-cü il tarixli KBSK4295561B252 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə Kapital Bank ASC-yə borcu 12931.78 manat əsas, 3521.33 manat faiz borcu olmaqla, cəmi 16453.11 manat təşkil edir.
10. İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, müştəri Cavabdeh hesabına 15000 manat pul köçürülmüşdür.
11. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-774- 16/MH23195 nömrəli məktubda xx.xx.2024-cü il tarixə əsas borc məbləği 12931.78 manat, faiz borcunun məbləği 3521.33 manat olmaqla, cəmi 16453.11 manat borcun olduğu bildirilmiş, borc məbləğinin ödənilməsi cavabdehdən tələb olunmuşdur.
12. İddiaçı ASC tərəfindən təqdim edilən müraciət ərizəsindən görünür ki, sifarişçi Cavabdeh, sifariş olunan maliyyələşdirmə növü kredit, məbləği 15000 manat, müddəti 24 ay, illik dərəcəsi 22 faiz olmuşdur.
13. İddiaçı ASC tərəfindən təqdim edilən ödəniş qrafikindən görünür ki, KBSK4295561B252 nömrəli kredit müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 15000 manat əsas, 3681.65 manat faiz borcu olmaqla, cəmi 18681.65 manat ödənişin edilməsi nəzərdə tutulmuşdur.
14. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixə müqavilə üzrə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən götürülmüş 15000 manat kredit məbləğindən 2068.22 manat əsas, 1111.34 manat faiz borcundən ödəniş olmuş, qalıq borc məbləği 12931.78 manat təşkil edir.
15. ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 139.36 manat dövlət rüsumu ödənilmişdir.
16. Beləliklə, hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmişdir. İddia kontragentin Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
18. Məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında bağlanmış 17 oktyabr 2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********17102023 saylı ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK4295561B252 saylı əlavə əsasında İddiaçı tərəfindən Cavabdehə 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. İddiaçı qeyd edilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdehin İddiaçıya əsas və faiz borcu yaranmışdır.
19. Əsas borc məbləğinə münasibətdə məhkəmə, əsas borcu üzrə 2068.22 manat əsas ödəniş olunmasını nəzərə alaraq hesab edir ki, Cavabdehdən 12931.78 manat əsas borc İddiaçının xeyrinə tutulmalıdır. (15000-2068.22=12931.78).
20. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdehə bildiriş ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilə üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması əsası ilə müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini qarşı tərəfə bildirmişdir. Odur ki, İddiaçı həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri, (3521.33 manat) tələb etməkdə haqqlıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir....Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur.
22. Beləliklə məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin öz öhdəliklərini lazımı qaydada icra etmədiyini, belə olan halda isə İddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12931.78 manat əsas borc və 3521.33 manat faiz borcu tutulmalıdır.
23. İddiaçı eyni zamanda ödənilmiş 139.36 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş edir. İddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iş materiallarına əlavə etmişdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əla- qədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. V Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12931.78 manat əsas, 3521.33 manat faiz borcu olmaqla, cəmi 16453.11 manat (on altı min dörd yüz əlli üç manat on bir qəpik) pul və 139.36 manat dövlət rüsumu tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov