Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9/2025 18.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: pul tələbi) X9 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. Ləğv prosesində olan İddiaçı ASC-nin (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC (VÖEN №**********) v ə "xxxx" İstehsalat Birliyi MMC-dən (VÖEN №**********) xx.xx.2020-ci il tarixli 665/M saylı Kredit Xətti müqaviləsi üzrə ümumilikdə 474 509.70 (dörd yüz yetmiş dörd min beş yüz doqquz.70) manat (əsas məbləğdən borcu 375 000 (üç yüz yetmiş beş min) manat, faiz borcu 99 509.70 (doxsan doqquz min beş yüz doqquz.70) manat) məbləğində vəsaitin və 765 manat məbləğində ödənilmiş rüsumunun tutularaq İddiaçı ASC–yə (VÖEN № **********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 (VÖEN №**********) arasında xx.xx.2020-ci il tarixində 665/M saylı Kredit Xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Borc alana xx.xx.2022-ci il tarixinə qədər illik faiz dərəcəsi 21 (iyirmi bir) % olmaqla, 1 000 000 (bir milyon) AZN məbləğində bərpa olunan kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh2 (VÖEN №**********) arasında xx.xx.2020-ci il tarixində 665/M saylı Kredit Xətti müqaviləsinə Əlavələr bağlanmışdır. xx.xx.2020-ci il tarixli 665/M saylı Kredit Xətti müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən, kredit xəttinin qalıq hissəsinin istifadə müddəti xx.xx.2022-ci il tarixinədək artırılmışdır. X11” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN №**********) tərəfindən xx.xx.2020-ci il tarixili 665/M saylı Kredit Xətti müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən, xx.xx.2020-ci il tarixli 665/M saylı Kredit Xətti müqaviləsi üzrə Cavabdeh2 MMC-nin (VÖEN №**********) əsas borcu 375 000 (üç yüz yetmiş beş min) AZN, faiz borcu 99 509.70 (doxsan doqquz min beş yüz doqquz.70) AZN, ümumilikdə 474 509.70 (dörd yüz yetmiş dörd min beş yüz doqquz.70) AZN məbləğində təşkil edir. xx.xx.2020-ci il tarixli 665/M saylı Kredit Xətti müqaviləsinin təminatı kimi, İddiaçı ASC ilə "xxxx" X5 Məsuliyyətli Cəmiyyəti (VÖEN №**********) arasında xx.xx.2020-ci il tarixli 665/M saylı Zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli 665/M saylı Zaminlik müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavə bağlanmışdır. Bildirmək istəyirik ki, "xxxx" İstehsalat Birliyi MMC (VÖEN №**********) tərəfindən xx.xx.2020-ci il tarixli 665/M saylı Kredit Xətti müqaviləsi ilə əlaqədar Zəmanət məktubları İddiaçı ASC-yə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli 02/193 saylı Zəmanət məktubuna əsasən, “AZON” ZAVODU” MMC-nin (VÖEN №**********) xx.xx.2022-ci il tarixinədək uzadılacaq 375 000 AZN qalıq məbləğinin (faiz məbləğ 29 728.45 AZN məbləğindədir) əsas və faiz borcunun vaxtında ödənilməsinə "xxxx" İstehsalat Birliyi MMC zəmanət vermişdir. xx.xx.2022-ci il tarixli arayışa əsasən tərəflər arasında ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin tərəflər arasında ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilmədi. İddia qiyməti 50000 manatdan çox olduğundan ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 (dörd yüz) manat haqq İddiaçı ASC tərəfindən ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixində 665/M saylı Kredit Xətti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borc verən Borc alana "Dövlət sifarişi proqramına əsasən nəzərdə tutulmuş müqavilələrin icrası, mal-material, dəstləşdiricilərin alınması və əmək haqqı ödənişlərinin həyata keçirilməsi" məqsədi ilə , xx.xx.2021-ci il tarixinə qədər 1 000 000 manat məbləğində bərpa olunan kredit xətti açır. 5.1-ci bəndinə əsasən kreditin ödənilməsi Borc verən tərəfindən bu müqaviləyə ilə müəyyən olunmuş müddətlərdə həyata keçirilir.Borc alan kreditdən istifadə üçün faizləri hər ilin sonuna kimi ödəməlidir. 5.2-ci bəndinə əsasən kredit bu müqaviləyə ilə müəyyən olunmuş müddətlərdə və məbləğlərdə Borc alan tərəfindən ödənilməzsə, Borc verən ödənilməmiş borc məbləğini vaxtı keçmiş borca aid edərək, həmin gündən Borc alandan gecikdirilmiş ödənişlərin məbləğindən illik 42 (qırx iki) % dərəcəsi ilə kreditdən istifadə haqqı tutacaqdır. 7.1-ci bəndinə əsasən borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "X1" MMCnin xx.xx.2020-ci il tarixli 02/51 №-li Zəmanət məktubu ilə təmin edilir. Zəmanət məktubu bu kredit müqaviləsi üzrə Borc alanın bütün öhdəliklərinin tam yerinə yetirilməsinə qədər qüvvədədir. Kredit xətti müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 9.İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqavilənin məzmunu “Zamin”in Borc verən ilə Borc alan arasında Bakı şəhərində bağlanmış xx.xx.2020nci il tarixli 665/ M №-li , 12 (on iki) ay müddətinə, illik 21% hesablanmaqla bağlanmış , 1 000 000 (bir milyon) manat məbləğində olan Kredit xətti müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə daşıdığı məsuliyyət təşkil edir. - 2.1-ci bəndinə əsasən Əgər «Borclu» kredit xətti müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə. Zamin Bankın ona göndərdiyi bildirişin alınması vaxtından üç gündən gec olmamaq şərtilə «Borclunun» bütün borclarının ödənilməsinə zamin olur. - 3.1-ci bəndinə əsasən Zaminlik müqaviləsi kredit xətti müqaviləsi ilə birlikdə qüvvəyə minir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli X3 imzalanmışdır.Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən 1.1 Bu müqavilənin məzmunu “Zamin” olan Cavabdeh1 MMC-nin, “Borc verən” İddiaçı ASC ilə “Borc alan” "Azon Zavodu” MMC arasında Bakı şəhərində bağlanmış xx.xx.2020-ci il tarixli 665/ M №-li Kredit xətti müqaviləsinin xx.xx.2021 -ci il tarixli Əlavəsinə əsasən yaranan öhdəliyə (375 000 AZN qalıq borcunun istifadə müddəti xx.xx.2022-ci il tarixinə qədər artırılır) görə daşıdığı məsuliyyət təşkil edir.
10. İddiaçı ASC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən Borc verən tərəfdən Borc alana “Dövlət sifarişi proqramına əsasən nəzərdə tutulmuş müqavilələrin icrası, mal-material, dəstləşdiricilərin alınması və əmək haqqı ödənişlərinin həyata keçirilməsi” məqsədi ilə 12 ay müddətinə , illik 21% hesablanmaq, faizlər aylıq əsas məbləğ müddət ərzində ödənilmək şərti ilə açılan 1 000 000 manat məbləğində olan kreditin 403 171.58 manat qalıq məbləğinin (faiz məbləğ 31 871.21 manat məbləğindədir) istifadə müddəti xx.xx.2021-ci il tarixinə qədər artırılır və ödəniş şərti dəyişdirilərək faizlər rüblük , əsas məbləğ müddət ərzində ödənilməklə təyin edilir.
11. İddiaçı ASC ilə Cavabdeh2 arasındac imzalanmış xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən Borc verən tərəfdən Borc alana “Dövlət sifarişi proqramına əsasən nəzərdə tutulmuş müqavilələrin icrası, mal-material, dəstləşdiricilərin alınması və əmək haqqı ödənişlərinin həyata keçirilməsi” məqsədi ilə 12 ay müddətinə (xx.xx.2021-ci ilə qədər artırılıb), illik 21% hesablanmaq, faizlər aylıq əsas məbləğ müddət ərzində ödənilmək şərti ilə açılan 1 000 000 (bir milyon) manat məbləğində olan kreditin 375 000 manat qalıq məbləğinin (faiz məbləğ 29 728.45 manat məbləğindədir) istifadə müddəti xx.xx.2022-ci il tarixinə qədər artırılır.
12. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC - ilə "Azon Zavodu” MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 665/M saylı Kredit müqaviləsinə əsasən illik 21 % dərəcəsi ilə, 12 ay müddətinə (əlavəyə əsasən kreditin istifadə müddəti xx.xx.2022 ci il tarixinə qədər uzadılmışdır.) 1 000 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli 665/M saylı Kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə " Azon Zavodu” MMC -nin xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə cəmi borcu 474 509.70 manat (375 000 manat əsas borc, faiz borcu üzrə 99 509.70 manat,) təşkil edir.
13. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixii 665/M saylı Kredit xətti müqaviləsinə əsasən verilmiş kredit üzrə ” Azon Zavodu” MMC -nin xx.xx.2023-ci il tarixinə "xxxx" ASC-yə cəmi borcu 505 196.90AZN (375 000 AZN əsas borc, faiz borcu üzrə 130 196.90AZN,) təşkil edir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2024-cü il tarixli, 3-16-16/2-9/8070/2024 saylı ekspert rəyinə əsasən “Azon Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixində 665/M saylı kredit xətti müqaviləsinə və hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2022ci il tarixədək əsas borcu 388682.10 manat,faiz borcu 59176.85 manat,əldən çıxmış fayda borcu 7503.72 manat və xx.xx.2024-cü il tarixədək əsas borcu 378680.80 manat,faiz borcu 59176.85 manat,əldən çıxmış fayda borcu 46553.88 manat məbləğində müəyyən edilir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/945/2024 saylı ekspert rəyinə əsasən “Azon Zavodu" MMC-nin banka ödənilmiş pui vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2020-ci il tarixli, 665/M saylı kredit müqaviləsinin və xx.xx.2021-ci il tarixli Əlavənin şərtləri nəzərə alınmaqla “Azon Zavodu" MMC-nin xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix), xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2022ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 447.858,95 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixə:əsas borc üzrə 388.682,10 manat, faiz borcu üzrə 59.176,85 manat. Kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavə üzrə hesablandıqda (razılaşdırılmış əsas və faiz borcu nəzərə alınmaqla) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Azon Zavodu" MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2020-ci il tarixli, 665/M saylı kredit müqaviləsinin və xx.xx.2021-ci il tarixdə Əlavənin şərtləri nəzərə alınmaqla “Azon Zavodu" MMC-nin xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 444.103,45 manat məbləğində müəyyən edilir. O cümlədən:xx.xx.2022-ci il tarixə:əsas borc üzrə 375.000,00 manat, faiz borcu üzr 69.103,45 manat təşkil edir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2025-ci il tarixli, 3-16-16/2-9/434/2025 saylı ekspert rəyinə əsasən bütün ödənişlər nəzərə alınmaqla İddiaçı ASC ilə “Azon Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli 665/M saylı kredit xətti müqaviləsinə, ona edilmiş əlavələrə və hesabdan çıxarış məlumatlarına əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 388682.10 manat, faiz borcu 59176.85 manat; xx.xx.2022- ci il tarixə banka olan əsas borcu 388682.10 manat, faiz borcu 48973.94 manat; xx.xx.2024- cü il tarixə banka olan əsas borcu 378681.80 manat, faiz borcu 59176 manat,əldən çıxmış fayda borcu 52128.92 manat təşkil edir. V. Tətbiq edilən hüquq:
17. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuşr redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -
18. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
20. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X7rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixində 665/M saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixinə qədər illik faiz dərəcəsi 21 % olmaqla, 1 000 000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 MMC kredit müqaviləsi üzrə kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.
23. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh2 MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh2 MMC-nin xx.xx.2022- ci il tarixə banka olan əsas borcu 388682.10 manat, faiz borcu 59176.85 manat;müəyyən edilmişdir.
24. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
25. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri) yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün hesablamaqda haqlıdır.
26. Odur ki, hazırkı halda kredit müqaviləsi üzrə kreditin verilmə müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün hesablanmış faiz borcunu tələb edə bilər.
27. Belə olan halda iddia qismən təmin edilməli, Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə 375000 manat əsas borc, faiz borcunun tutulması tələbinə dair hissədə isə ekspert rəyinə uyğun olaraq 59176.85 manat məbləğində tutulmalıdır.
28. Məhkəmə zamin “Optika X2” MMC-nin xx.xx.2020-ci il tarixli 665/M saylı Kredit Xətti müqaviləsi üzrə borc alan Cavabdeh2 MMC-nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada tutulmalıdır.
29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 365 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
30. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 765 manat təşkil edir.
31. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
32. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
33. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərclərinin əvəzi olaraq 324 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən 375000 (üç yüz yetmiş beş min) manat əsas borc, 59176.85 (əlli doqquz min yüz yetmiş altı manat səksən beş qəpik) manat faiz borcu və 324 (üç yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı LPO İddiaçı ASC - nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova