Məhkəmə qərarları › İş №e-2-2(113)-90/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-90/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-90/2023 30.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, ilkin İddiaçı MMC-nin ilkin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən, Cavabdeh MMC-dən ödənilməmiş icarə haqqı üzrə 15.818,50 manat məbləğində əsas, 2.847,33 manat məbləğində ƏDV və 1.800 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20.465,83 manat məbləğində pulun və 200 manat məbləğində mediasiya xərclərinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanan ofis icarəsinə dair müqavilənin ayrılmaz hissəsi olan, 1 saylı Əlavəsinə əsasən Cavabdeh MMC 130 kv.m. sahənin icarəsinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 2119 manat+18% ƏDV, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2340 manat+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 aylıq olmaq şərti ilə aylıq hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Daha sonra həmin müqavilənin ayrılmaz hissəsi olan, 13 yanvar 2021-ci il tarixli 2 saylı Əlavəsinə əsasən İcarəçi üçün 2021-ci ilin yanvar ayı üzrə icarə haqqına görə 50% güzəşt tətbiq edilir və müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir. İcarə müqaviləsinin 4.2-ci maddəsinin (a) bəndinə əsasən, icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci madəsinə əsasən, İcarəyə verən binanın 4-cü mərtəbəsində yerləşən 130 kv.m. Sahəni icarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, icarəçi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 2119 manat+18% ƏDV, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2340 manat+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 aylıq olmaq şərti ilə hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri mövcud olmuşdur və cavabdeh tərəfindən - 679621 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin yanvar ayı üçün cəmi 826 manat icarə haqqı ödənilmişdir; - 145218 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin fevral ayı üçün cəmi 826 manat icarə haqqı ödənilmişdir; - 679623 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin mart ayı üçün cəmi 2500,42 manat icarə haqqı ödənilmişdir; - 145219 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin aprel ayı üçün cəmi 2500,42 manat icarə haqqı ödənilmişdir; - 373177 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin may ayı üçün cəmi 2500,42 manat icarə haqqı ödənilmişdir; - 105397 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin iyun ayı üçün cəmi 2500,42 manat icarə haqqı ödənilmişdir; Ümumilikdə cavabdeh tərəfindən 11.653,68 manat məbləğində icarə haqqı ödənilmişdir. 679621 saylı, xx.xx.2021-ci il tarixli yanvar ayı üçün və 145218 saylı, xx.xx.2021-ci il tarixli fevral ayı üçün elektron qaimələr üzrə qalıq icarə haqqı borcu, 752567 saylı, xx.xx.2021-ci il tarixli iyul ayı üçün; 164700 saylı, xx.xx.2021-ci il tarixli avqust ayı üçün; 431293 saylı, xx.xx.2021-ci il tarixli sentyabr ayı üçün; 430012 saylı, xx.xx.2022- ci tarixli oktyabr, noyabr və dekabr ayları üçün elektron qaimələr üzrə isə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırki müqavilə üzrə Cavabdeh MMC-nin 2021-ci ilin yanvar, fevral, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları olmaqla 8 ay üçün (yanvar- 359,50 əsas borc+64,71 ƏDV= 424,21 manat; fevral – 1419+255,42= 1674,42 manat; iyul –2360 əsas borc+424,8 ƏDV= 2784,80 manat; avqust 2320 əsas borc+417,60 ƏDV= 2737,60 manat; sentyabr- 340 əsas borc+421,20 ƏDV= 2761,20 manat, oktyabr- 2340 əsas borc+421,20 ƏDV= 2761,20, noyabr– 2340 əsas borc+421,20 ƏDV= 2761,20 manat; dekabr– 2340 əsas borc+421,20 ƏDV=2761,20 manat) cəmi 15.818,50 manat əsas borc, 2847,33 manat ƏDV borcu, ümumilikdə 15.818,50 +2847,33 =18.665,83 manat icarə haqqı borcu mövcuddur. Əlavə olaraq, hazırkı müqavilənin 5.1-ci maddəsinə əsasən, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1 faizini ödəməlidir. Belə ki, Cavabdeh MMC-nin icarə haqqını gecikdirməyə görə 1800 manat cərimə borcu vardır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşləri, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmayıb. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə “Mediasiya prosesin tətbiqi barədə Təklif” göndərilmişdir. Lakin, cavabdeh tərəfindən həmin Təklif 10 gün ərzində qəbul edilmədiyindən iddiaçı Mediasiya Şurasına müraciət etmişdir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 19 may 2022-ci il tarixli arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Eyni zamanda 02 iyun 2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən müqavilə öhdəliklərinin icrası təmin edilərək 34.624 manat məbləğində pul vəsaitinin, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında ofis icarəsinə dair xx.xx.2020-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən 2021-ci ilin yanvar ayı üçün 826 manat, fevral ayı üçün 2466 manat, mart ayı üçün 2500,42 manat, aprel ayı üçün 2500,42 manat, may ayı üçün 2500 manat, iyun ayı üçün 2500 manat, iyul ayı üçün 2761 manat, avqust ayı üçün 2761 manat, sentyabr ayı üçün 2239,20 manat, oktyabr ayı üçün 2761,20 manat, noyabr ayı üçün 877,60 manat – ümumilikdə 24.692,84 manat məbləğində ödəniş həyata keçirilmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçı ilə cavabdeh arasında 2018-ci ildən bəri ofis icarəsinə dair müqavilələr imzalanmışdır. Bu müqavilələr üzrə Cavabdeh tərəfindən müqavilədə qeyd olunan məbləğlərdən artıq ödənişlər həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixli müqavilənin 1 saylı Əlavəsində icarəçinin xx.xx.2018-xx.xx.2019-cu ilədək 700 manat+18% ƏDV aylıq icarə haqqını ödəməli olduğu öz əksini tapmışdır. İddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üçün 3186 manat, 2019-cu ilin yanvar ayı üçün 3186 manat, fevral ayı üçün 3186 manat, mart ayı üçün 3186 manat, aprel ayı üçün 3186 manat, may ayı üçün 2936 manat, iyun ayı üçün 2936 manat, iyul ayı üçün 2986 manat, avqust ayı üçün 3216 manat, sentyabr ayı üçün 3186 manat, oktyabr ayı üçün 3216 manat, noyabr ayı üçün 3216 manat, dekabr ayı üçün 3216 manat – ümumilikdə 40838 manat; 2020-ci ilin yanvar ayı üçün 2526 manat, fevral ayı üçün 2496 manat, mart ayı üçün 200 manat, oktyabr ayı üçün 2466 manat, noyabr ayı üçün 966 manat, dekabr ayı üçün 826 manat – ümumilikdə 9480 manat ödəniş etmişdir. xx.xx.2018- xx.xx.2019-cu ilədək iddiaçı tərəfindən 30100 manat, 2020-ci il üzrə isə 4524 manat məbləğində artıq ödəniş həyata keçirilmişdir. Həmçinin iddiaçı hüquqlarını bərpa etmək üçün 210 manat hüquqi yardıma görə və məhkəməyə müraciət etmək üçün 200 manat dövlət rüsumu ödəyərək xərc çəkmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddiaya yazılı izahatı məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, cavabdeh xx.xx.2018-ci il müqaviləsi üzrə 2018-ci ilin dekabr ayı üçün 3186 manat, 2019-cu ilin yanvar ayı üçün 3186 manat, fevral ayı üçün 3186 manat, mart ayı üçün 3186 manat, aprel ayı üçün 3186 manat, may ayı üçün 2936 manat, iyun ayı üçün 2936 manat, iyul ayı üçün 2986 manat, avqust ayı üçün 3216 manat, sentyabr ayı üçün 3186 manat, oktyabr ayı üçün 3216 manat, noyabr ayı üçün 3216 manat, dekabr ayı üçün 3216 manat - ümumilikdə 40.838 manat; 2019-cu ilin yanvar ayı üçün 2526 manat, fevral ayı üçün 2496 manat, mart ayı üçün 200 manat, oktyabr ayı üçün 2466 manat, noyabr ayı üçün 966 manat, dekabr ayı üçün 826 manat - ümumilikdə 9480 manat ödəniş etmişdir. xx.xx.2018-xx.xx.2019-cu ilədək qarşılıqlı iddiaçı tərəfindən 30.100 manat, 2020-ci il üzrə isə 4524 manat məbləğində artıq ödəniş etdiyini bildirmişdir. Belə ki, cavabdeh məhkəməyə 2018 və 2019cu illərə aid qəbzləri təqdim edərək artıq ödənişlər etdiyini və İddiaçı MMC-dən əsassız varlandığına görə həmin illər üzrə olunan ödənişlərin geri qaytarılmasını tələb edir. Bildirmək istəyirlər ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Mülki Məcəllənin tələbini nəzərə alsaq cavabdehin 2 il müddətə əsasən 2018 və 2019-cu illərə aid qəbzlər üzrə ödənişlərin də geri qaytarılmasını tələb hüququ yoxdur. Həmin müqaviləyə əsasən 2020-ci il üzrə isə cavabdeh cəmi 6 ay üzrə- yanvar, fevral, mart, oktyabr, noyabr və dekabr ayları üzrə ödəmə etdiyini qarşılıqlı iddiasında da göstərir. Qalan 6 ay üzrə ödəmə ilə bağlı heç bir münasibət bildirməmişdir. Nəzərə alınsa ki, 2020-ci il üzrə cavabdeh hər ay ƏDV daxil 826 manat olmaqla, ümumilikdə iddiaçıya 9912 manat ödəniş etməli idi, cavabdeh qalan 6 ay aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə icarə borcunun ödənilməsi ilə heç bir qəbz təqdim etmədiyindən, aydın görünür ki, cavabdeh həmin aylar üzrə icarə haqqını ödəməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən 2020-ci il üzrə əlavə ödəniş olunmamışdır. Göründüyü kımı cavabdehin xx.xx.2018-ci il müqaviləsinə əsasən 2018, 2019 və 2020-ci il üzrə artıq ödənişlər etməsi ilə bağlı iddiası tamamilə əsassızdır. İzahata əlavə edilmiş cədvəldən göründüyü kimi hal-hazırda cavabdehin iddiaçıya 18.665,83 manat icarə borcu vardır. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC tərəfindən təqdim olunmuş qarşılıqlı iddianın tam rədd edilməsi və İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Həmçinin Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddia müddəti ilə bağlı qeyd edir ki, müddətin axımı hüquq pozuntusunun şəxsə məlum olduğu vaxtdan başlayır. İlkin iddia üzrə cavabdehə artıq ödəmələrin növbəti il üçün hesablanacağını vəd etmişdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edib, izahatında pandemiya başladığı vaxtdan işsiz olduğunu, qarşı tərəf onun hüquqlarını ciddi şəkildə pozduğunu, tələb edilən məbləğin tərəfindən ödənildiyini bildirərək, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin Qanuni nümayəndə izahatında təqdim edilən nömrəsiz və möhürsüz qəbzlərin kommunal xərclər və internetdən istifadə edilməsi ilə bağlı da təqdim edilmiş, həmin ödənişlərin nəzərə alınsa da, lakin icarə haqqı ödənişləri nəzərə alınmamışdır. Qanuni nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ildə ödəniş etmiş, icarə haqqı 2500 manat təşkil edirdi. 2020-ci ildə, pandemiya dövründə ödəniş etməmişdir. Artıq ödəmələri olub, borcu oradan çıxılırdı. Pandemiya dövründə ödəniş edilməməsi ilə bağlı şirkət ilə şifahi razılıqları olub. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Həmçinin Vəkil1 qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, ərizəyə əlavə edilmiş kağızlar mötəbər sübut hesab edilə bilməz. Həmin sənədlər onlar tərəfindən verilməmiş, ştamp onlara məxsus deyil. Bu kağızlar ilkin idia üzrə cavabdeh də tərtib etmiş ola bilər. Vəkil1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, icarəçilər İddiaçı MMC-yə sadəcə icarə haqqını ödəyirdilər. İnternet xidmətindən istifadə edilməsi ilə bağlı onlara ödəniş edilmirdi. Digər ödənişlər ilə bağlı məlumatı yoxdur. İş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin təsisçisidir. İddiaçı MMC ilə aralarında icarə münasibətləri var idi. Pandemiya dövründə hissə-hissə ödəniş edirdi və bununla bağlı ona K-1 ştamplı qəbzlər verilirdi. Hazırda İddiaçı MMC ilə aralarında məhkəmə mübahisəsi davam edir. Daha sonra şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2019-cu ilin mart ayında icarə müqaviləsi bağlamışlar. Aylıq icarə haqqı 260 manat idi. Qanuni nümayəndə tanıyır. Bildiyinə görə “Oskar” şirkətinə də möhürsüz və nömrəsiz qəbzlər təqdim edilirdi. Lakin dəqiq məlumatı yoxdur. O artıq ödəniş etməmişdir. Etdiyi ödənişləri qeydə almayıblar və ona borc hesablanıb. Sözügedən qəbzləri ona Qanuni nümayəndə göstərmişdir, sonradan məlumatı olub. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı MMC (icarəyə verən) ilə X7” MMC (icarəçi) arasında 28 noyabr 2018-ci il tarixdə “ofis icarəsinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2-ci bəndinə görə icarəyə verən Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında icarəçiyə verir. 4.2-ci bəndinin a) bəndinə əsasən icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. 4.2-ci bəndinin b) bəndinə əsasən icarəçi kommunal xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə bu ödənişləri vaxtında həyata keçirməlidir. 5.1-ci bəndinə görə icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1%-ini ödəməlidir. 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək qüvvədədir. 8.2-ci bəndinə görə tərəflərdən biri, digərinə icarə müddətinin bitməsinə ən azı 90 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidirlər. Əks halda müqavilənin müddəti 1 il daha uzadılmış hesab olunur. 9-cu bəndinə əsasən icarəçi Əlavə 1-in 2.1-ci maddəsində göstərilən məbləği, bu maddədə göstərilən qaydada icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə X7” MMC (icarəçi) arasında imzalanmış ofis icarəsinə dair müqavilənin 1 saylı əlavəsinin (ofis sahəsi): 1.1-ci bəndinə görə icarəyə verən, İ Plazanın 4-cü mərtəbəsində yerləşən 72 m2 sahəni icarəçiyə icarəyə verir. 2.1-ci bəndinə əsasən icarəçi xx.xx.2018-xx.xx.2019-cu ilədək 700 manat+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq olaraq, hər ayın əvvəlində elektron hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. 2.2-ci bəndinə görə icarə haqqına sahədən tam istifadə, texniki xidmət xərcləri, kommunal xidmətlər (elektrik enerjisindən istifadə haqqı, telefon nömrələrinin alınması, aylıq abunə, beynəlxalq danışıq və internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla) daxil olacaqdır. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-xx.xx.2019-cu il tarixləri əhatə edən (GÖQ və ĞLL seriyalı) kassa mədaxil orderlərinin qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2018-ci ilin dekabrdan 2019-cu ilin dekabr ayınadək olan dövr (13 ay) üçün ümumilikdə 10.738 manat icarə haqqı ödəmişdir. Kassa mədaxil orderlərinin qəbzləri İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. xx.xx.2018-xx.xx.2020-ci il tarixləri əhatə edən mədaxil (xəzinə) orderlərindən görünür ki, Cavabdeh MMC tərəfindən 2018-ci ilin dekabrdan 2019-cu ilin dekabr ayınadək olan dövr (13 ay) üçün ümumilikdə 29.980 manat icarə haqqı ödənmişdir. Mədaxil (xəzinə) orderləri xəzinədar tərəfindən imzalanmış və orderlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən mədaxil (xəzinə) orderlərindən görünür ki, Cavabdeh MMC tərəfindən 2020-ci ilin yanvar, fevral və mart (3 ay) ayları üçün ümumilikdə 3.480 manat icarə haqqı ödənmişdir. Mədaxil (xəzinə) orderləri xəzinədar tərəfindən imzalanmış və orderlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur. İddiaçı MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli 767 nömrəli, xx.xx.2020-ci il tarixli 783 nömrəli, xx.xx.2020-ci il tarixli 787 nömrəli, xx.xx.2020-ci il tarixli 836 nömrəli və xx.xx.2020-ci il tarixli 900 nömrəli qəbzlərdən görünür ki, 2020-ci ilin oktyabr ayı üçün ümumilikdə 1.640 manat icarə haqqı Cavabdeh MMC-dən alınmışdır. 767, 783, 787, 836 və 900 nömrəli qəbzlər kassir tərəfindən imzalanmış və qəbzlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur. İddiaçı MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli 1156 nömrəli və xx.xx.2020-ci il tarixli 1193 nömrəli qəbzlərdən görünür ki, 2020-ci ilin noyabr ayı üçün ümumilikdə 1.640 manat icarə haqqı Cavabdeh MMC-dən alınmışdır. 1156 və 1193 nömrəli qəbzlər imzalanmasa da və qəbzlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən (GÖQ və ĞLL seriyalı) kassa mədaxil orderlərinin qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2020-ci ilin yanvar, fevral, oktyabr, noyabr və dekabr (5 ay) ayları üçün ümumilikdə 4.130 manat icarə haqqı ödəmişdir. Kassa mədaxil orderlərinin qəbzləri İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 10 dekabr 2020ci il tarixdə “ofis icarəsinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2-ci bəndinə görə icarəyə verən Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında icarəçiyə verir. 4.2-ci bəndinin a) yarımbəndinə əsasən icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. 4.2-ci bəndinin b) bəndinə əsasən icarəçi kommunal xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə bu ödənişləri vaxtında həyata keçirməlidir. 5.1-ci bəndinə görə icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1%-ini ödəməlidir. 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək qüvvədədir. Tərəflərdən biri, digərinə icarə müddətinin bitməsinə ən azı 90 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidirlər. 9-cu bəndinə əsasən icarəçi Əlavə 1-in 2.1-ci maddəsində göstərilən məbləği, bu maddədə göstərilən qaydada icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında imzalanmış “ofis icarəsinə dair” xx.xx.2020-ci il tarixli müqavilənin 1 saylı əlavəsinin (ofis sahəsi): 1.1-ci bəndinə görə icarəyə verən, icarəçiyə əlavə olaraq İ Plazanın 4-cü mərtəbəsində 130 m2 sahəni icarəyə verir. 2.1-ci bəndinə əsasən icarəçi xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2119 manat+18% ƏDV, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2340 manat+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 aylıq olmaq şərti ilə hesab-faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. 2.2-ci bəndinə görə icarə haqqına sahədən tam istifadə, texniki xidmət xərcləri, kommunal xidmətlər (elektrik enerjisindən istifadə haqqı, telefon nömrələrinin alınması, aylıq abunə, beynəlxalq danışıq və internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla) daxil olacaqdır. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə edilmiş dəyişiliklər haqqında 13 yanvar 2021-ci il tarixli 2 saylı əlavə ilə müəyyən edilir ki, qarşılıqlı razılığa əsasən icarə müqaviləsinə aşağıdakı əlavə və dəyişiliklər edilir: 2.4. İcarəçinin İ Plazanın 4-cü mərtəbəsində yerləşən 130 m2 ofis sahəsi üçün dünyada yayılmış COVİD-19 xəstəliyi ilə bağlı elan olunmuş pandemiya ilə əlaqədar olaraq icarə haqqına (2119 manat+18% ƏDV) aşağıda qeyd olunmuş aylar üzrə güzəştlər tətbiq olunur:

1. Yanvar ayı üzrə icarə haqqına 50% güzəşt tətbiq edilir.

2. Müqavilə müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilir.

3. Müqavilənin digər şərtləri dəyişməz qalır.

4. Bu əlavə, müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə 2 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən (GÖQ və ĞLL seriyalı) kassa mədaxil orderlərinin qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun (6 ay) ayları üçün ümumilikdə 11.652,84 manat icarə haqqı ödəmişdir. Kassa mədaxil orderlərinin qəbzləri İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli 425 nömrəli, xx.xx.2021-ci il tarixli 2994 nömrəli, xx.xx.2021-ci il tarixli 3073 nömrəli, xx.xx.2021-ci il tarixli 3802 nömrəli, xx.xx.2021-ci il tarixli 3867 nömrəli, xx.xx.2021-ci il tarixli 3921 nömrəli, xx.xx.2021-ci il tarixli 4032 nömrəli, xx.xx.2021-ci il tarixli 4123 nömrəli, xx.xx.2021-ci il tarixli 4141 nömrəli, xx.xx.2021-ci il tarixli 4244 nömrəli, xx.xx.2022-ci il tarixli 349 nömrəli, xx.xx.2022-ci il tarixli 368 nömrəli, xx.xx.2022-ci il tarixli 710 nömrəli, xx.xx.2022-ci il tarixli 736 nömrəli, xx.xx.2022-ci il tarixli 818 nömrəli, xx.xx.2022-ci il tarixli 1067 nömrəli və xx.xx.2022-ci il tarixli 1074 nömrəli qəbzlərdən görünür ki, 2021-ci ilin fevral, iyul, avqust, sentyabr, oktyabr və noyabr (6 ay) ayları üçün ümumilikdə 13.040 manat icarə haqqı Cavabdeh MMC-dən (qalıq borcu 1.622,40 manat olmaqla) alınmışdır. Kassir tərəfindən imzalanmış 425 nömrəli qəbz daxil, 2994 nömrəli, 3073 nömrəli, 3802 nömrəli, 3867 nömrəli, 3921 nömrəli, 4032 nömrəli, 4123 nömrəli, 4141 nömrəli, 4244 nömrəli, 349 nömrəli, 368 nömrəli, 710 nömrəli, 736 nömrəli, 818 nömrəli, 1067 nömrəli və 1074 qəbzlər imzalanmasa da, qəbzlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur. İddiaçı MMC tərəfindən (ƏDV daxil) cəmi 30.319,51 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 679621 saylı; xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 679623 saylı; xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 145218 saylı; xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 145219 saylı; xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 373177 saylı; xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 105397 saylı; xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 752567 saylı; xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 164700 saylı; xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 431293 saylı və xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 430012 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə X7” MMC-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 110 manat məbləğində pul vəsaiti “De Fendo” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 02 iyun 2022-ci il tarixli pretenziya (məktubu) ilə müraciət edilərək, ödənilməmiş icarə haqqı üzrə 15.818,50 manat məbləğində əsas, 2.847,33 manat məbləğində ƏDV və 1.800 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 20.465,83 manat məbləğində pulun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2022-ci il tarixli, 4/1510 saylı ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, ĞLL seriyalı 697160 nömrəli xx.xx.2021-ci il tarixli, ĞLL seriyalı 697144 nömrəli xx.xx.2021-ci il tarixli, ĞLL seriyalı 697283 nömrəli xx.xx.2021-ci il tarixli, ĞLL seriyalı 697371 nömrəli xx.xx.2021-ci il tarixli, ĞLL seriyalı 482171 nömrəli xx.xx.2020-ci il tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Kassir” qrafalarındakı imzalar ilə 425 nömrəli xx.xx.2021-ci il tarixli, 836 nömrəli xx.xx.2020-ci il tarixli qəbzlərdə “Kassir” qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, ĞLL seriyalı 482090 nömrəli xx.xx.2020-ci il tarixli, ĞLL seriyalı 482147 nömrəli 26.11,2020-ci il tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Kassir” qrafalarındakı imzalar ilə 900 nömrəli xx.xx.2020-ci il tarixli, 767 nömrəli xx.xx.2020-ci il tarixli, 783 nömrəli xx.xx.2020-ci il tarixli qəbzlərdə “İmza” qrafalarındakı imzalar, nömrəsiz xx.xx.2020-ci il tarixli, nömrəsiz xx.xx.2020-ci il tarixli, nömrəsiz xx.xx.2020-ci il tarixli xəzinə mədaxil orderlərində “İmza” qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmusdur. 3. Ekspertizaya təqdim edilmiş, ĞLL seriyalı 138581 nömrəli xx.xx.2019-cu il tarixli, GÖQ seriyalı 510413 nömrəli xx.xx.2018-ci il tarixli, GÖQ seriyalı 510475 nömrəli xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar ilə ĞLL seriyalı 138437 nömrəli xx.xx.2019-cu il tarixli, GÖQ seriyalı 510556 nömrəli xx.xx.2019-cu il tarixli, GÖQ seriyalı 510625 nömrəli xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatlarının dəyəri 110 manat təşkil edir. Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, ilkin iddia ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ofis icarəsinə dair 10 dekabr 2020-ci il tarixli müqaviləyə və müqavilənin 1 saylı əlavəsinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”nın 4-cü mərtəbəsində 130 m2 olan qeyri-yaşayış sahəsini aylıq icarə haqqı xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixinədək 2119 manat (+18% ƏDV), xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2340 manat (+18% ƏDV) olmaqla icarəyə vermişdir. Daha sonra tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə edilmiş dəyişiliklər haqqında 13 yanvar 2021-ci il tarixli 2 saylı əlavə bağlanmış və Əlavə 2-yə əsasən icarə müqaviləsinə əlavə və dəyişiliklər edilərək Plazanın 4-cü mərtəbəsində yerləşən 130 m2 ofis sahəsi üçün dünyada yayılmış COVİD-19 xəstəliyi ilə bağlı elan olunmuş pandemiya ilə əlaqədar olaraq icarə haqqına (2119 manat+18% ƏDV) yanvar ayı üzrə 50% güzəşt tətbiq edilmişdir. İlkin İddiaçı MMC icarə obyektini ilkin Cavabdeh MMC-nin sahibliyinə və istifadəsinə verməklə sözügedən müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra etmişdir. Hazırda ilkin iddiaçı ilkin cavabdehin göstərilən müqavilə üzrə icarə haqqını tam ödəmədiyini əsas göstərərək ilkin cavabdehdən 15.818,50 manat məbləğində əsas, 2.847,33 manat ƏDV məbləğində icarə haqqı borcunun və dəbbə pulunun ödənilməsini tələb edir. İlkin cavabdeh ilkin iddianı qəbul etmir, müqavilə üzrə borcunun olmadığını iddia edir. Cavabdehin mübahisəli müqavilə üzrə iddiaçıya borcunun olmadığını sübuta yetirmək üçün cəmi 13.040 manat məbləğində icarə haqqının ödənilməsinə dair hesabat blanklarında tərtib edilməmiş qəbzlərə istinad etmişdir. Həmin qəbzlərə münasibətdə məhkəmə qeyd edir ki, ilkin İddiaçı MMC qəbzlərin şirkətin kassasında verilməsini, o cümlədən həmin qəbzlərdəki imzaların onların nümayəndələrinə (kassirlərə) məxsus olmasını qəbul etməyərək qəbzlərə vurulmuş “K1, ödənilib, tarix” qeydli ştampın onlara məxsus olmadığını, onlarda belə bir ştampın ümumiyyətlə olmadığını iddia etsə də, məhkəmə aşağıdakı göstərilən əsaslara görə hesab edir ki, həmin qəbzlər ilkin cavabdeh tərəfindən ilkin iddiaçıya mübahisəli icarə müqaviləsi üzrə ödəniş edilməsini təsdiq edən sübut qismində qəbul edilməlidir. Birincisi, sözügedən qəbzlərdə olan imzalarla ilkin iddiaçı tərəfindən ilkin cavabdehə təqdim edilmiş ciddi hesabat blanklarında tərtib edilmiş kassa mədaxil orderlərində olan imzaların eyni şəxslər tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə qəbzlərin bir hissəsində imzaların kassa mədaxil orderlərindəki imzalarla eynilik təşkil etməsi müəyyən edilmişdir. Göstərilən hal isə öz növbəsində həmin qəbzlərin də iddiaçının nümayəndələri (kassirlər) tərəfindən icra edilməsini və belə olan halda qəbzlərə vurulmuş “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştampın da ilkin iddiaçıya aid olmasını təsdiq edir. İkincisi, iş üzrə şahid qismində ifadə vermiş X4 "xxxx" MMC-nin qanuni təmsilçisi olduğunu və qanuni təmsilçisi olduğu şirkətin də ilkin iddiaçıdan ofis icarəyə götürdüyünü, İddiaçı MMC ilə aralarındakı münasibətlərdə analoji halla icarə haqqı ödənilərkən kassada eyni formalı “K-1 ştamplı qəbzlərin” təqdim edilməsi qarşılaşdığını bildirmişdir. Şahidin ifadələrinin təsdiq etmək məqsədilə "xxxx" MMC-nin adına verilmiş eyni formalı və ştamplı qəbzlər də iş materiallarına əlavə edilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı iddiası üzrə Bakı Apellyasiya Məhkəməısinn Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMCyə verilmiş eyni formalı və ştamplı qəbzlərin həqiqiliyi məhkəmə prosesi gedişində "xxxx" MMC tərəfindən mübahisələndirilməmişdir. Üçüncüsü, iş materiallarından həmçinin görünür ki, ilkin cavabdeh tərəfindən ilkin iddiaçıya internetə, elektrik enerjisinə, eləcə də ilkin iddiaçının göstərdiyi müxtəlif xidmətlərinə görə ödənişlərin həyata keçirilməsi də eyni formalı qəbzlərlə rəsmiləşdirilmişdir. Bununla bağlı internetlə bağlı ödənişlərin ilkin cavabdeh tərəfindən onlara ümumiyyətlə edilməməsi barədə ilkin iddiaçının dəlillərə münasibətdə isə məhkəmə qeyd edir ki, icarə müqaviləsində sözügedən kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə vaxtında ödənilməli olması barədə şərtin yer alması, eyni zamanda tərəflər arasında həmin xərclərin ödənilməsi ilə bağlı mübahisənin olmaması kimi halları nəzərə aldıqda ilkin iddiaçının istinad etdiyi dəlilləri ağlabatan görünmür. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən iş materiallarında olan “K-1 ştamplı” qəbzlərin ilkin İddiaçı MMC tərəfindən ilkin Cavabdeh MMC-yə təqdim edilməsi müəyyən edilir. Qəbzlərin forması, üzərinə möhür əvəzinə ştamp vurulması, bəzi qəbzlərin imzalanmaması ilə bağlı məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür. Hazırkı halda müqavilənin tərəfi kontragentinin kassasında verilmiş sənədi imzalamış şəxsin səlahiyyətli olması, eləcə də həmin sənədə vurulmuş ştampın həqiqiliyini, yəni sənədin mötəbərliyini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlıdır. Kassada oturan şəxsin (kassirin) səlahiyyəti ilə bağlı məsələsinə münasibətdə məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Hazırkı halda İddiaçı MMC tərəfindən kassalarında verilmiş qəbzlərdəki imzaların səlahiyyətli şəxs tərəfindən icra edilməməsinə, ştampın həqiqi olmamasına, bəzi qəbzlərdə ştamp vurulsa da, imzaların olmamasına istinad etməklə qəbzlərin mötəbərliyinin mübahisələndirilməsi kontragentin gözləyə biləcəyi vicdanlı davranış hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli qəbzlər ilkin Cavabdeh MMC tərəfindən ilkin İddiaçı MMC ödənişlərin edilməsini təsdiq edən sübut qismində qəbul edilməlidir. İcarə haqqı borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə və ona əlavələrə əsasən icarəçi tərəfindən 2021-ci ilin yanvarında ƏDV daxil 1250,2 manat, fevral-iyun aylarında hər ay üçün ƏDV daxil 2500,4 manat və iyul-dekabr aylarında hər ay üçün ƏDV daxil 2761,2 manat məbləğində ödəniş edilməli idi. İş materiallarından isə görünür ki, 2021-ci ilin yanvar ayı üçün ödənilməli 1250,2 manat icarə haqqının 826 manat hissəsi ödənilmiş, 424,2 manat hissəsi isə ödənilməmiş qalmışdır. 2021-ci ilin fevral ayı üçün ödənilməli olan 2500,4 manat məbləğində icarə haqqıdan kassa mədaxil orderinə əsasən 826 manat və “K1 ştamplı” qəbzə əsasən 1640 manat olmaqla, cəmi 2466 manat pul ödənilmiş, icarə haqqının 34,4 manat hissəsi isə ödənilməmiş qalmışdır. 2021-ci ilin sentyabr ayı üçün “K1 ştamplı” qəbzlərə əsasən 2239 manat məbləğində ödəniş edilməklə, 522 manat məbləğində icarə haqqı ödənilməmiş qalmışdır. 2021-ci ilin noyabr ayı üçün icarə haqqıdan “K1 ştamplı” qəbzə əsasən 877,6 manat ödənilməklə, 1883,6 manat məbləğində icarə haqqı ödənilməmiş qalmışdır. 2021-ci ilin Dekabr ayı üzrə isə heç bir ödəniş edilmədiyindən ödənilməmiş icarə haqqı borcu məbləği 2761,2 manat təşkil edir. Beləliklə, ilkin cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarə haqqı borcu cəmi 5625,4 (424,2+34,4+522+1883,2+2761,2) manat təşkil edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də ilkin Cavabdeh MMC-nin 10 dekabr 2020-ci il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə ilkin İddiaçı MMC-yə (ƏDV daxil) 5625,4 manat məbləğində icarə haqqı borcunun yarandığını, eləcə də icarə müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, ilkin iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun ilkin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Əvvəlki icarə müqaviləsi üzrə artıq ödənişlərin mübahisəli müqavilə üzrə avans qismində nəzərə alınmalı olması barədə ilkin cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrində əvvəlki icarə müqavilələri üzrə ödənişlərin hazırkı müqavilə üzrə avans və ya ödəniş qismində nəzərə alınması barədə şərt nəzərdə tutulmamış, eləcə də tərəflər arasında əvvəlki icarə müqaviləsi üzrə artıq ödənilmiş məbləğlərin 10 dekabr 2020-ci il tarixli müqavilə üzrə borcla əvəzləşdirilməsi barədə razılaşmanın mövcud olması da iş materialları ilə təsdiq edilmir. Odur ki, göstərilən dəlillər əsassızdır. İlkin iddia üzrə cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq ilkin iddia üzrə cavabdehdən tutulacaq dəbbə pulu 250 manat məbləğində müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ofis icarəsinə dair 28 noyabr 2018-ci il tarixli müqaviləyə və müqavilənin 1 saylı əlavəsinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”nın 4-cü mərtəbəsində 72 m2 olan qeyri-yaşayış sahəsini aylıq icarə haqqı xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 700 manat (+18% ƏDV) olmaqla icarəyə vermişdir. Hazırda qarşılıqlı iddiaçı göstərilən müqavilə üzrə icarə haqqını tam ödəməklə yanaşı tərəflərindən artıq ödəniş etdiklərini əsas göstərərək qarşılıqlı cavabdehdən artıq ödənilmiş 34.624 manat məbləğində pul vəsaitinin pulunun qaytarılmasını tələb edir. Qarşılıqlı cavabdeh qarşılıqlı iddianı qəbul etmir və etirazına əsas kimi Mülki Məcəllənin 1095-ci maddəsinə, yəni əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşməsinə və Mülki Məcəllənin tələbini nəzərə alınmaqla qarşılıqlı iddiaçının 2018 və 2019-cu illərə aid qəbzlər üzrə ödənişlərin də geri qaytarılmasını tələb hüququnun olmamasına istinad edir. Məhkəmə qarşılıqlı cavabdehin etirazının dəlillərini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş mədaxil orderlərinə və qəbzlərə əsasən müəyyən edilir ki, “ofis icarəsinə dair” 28 noyabr 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC-nin 25 ay (2018-ci ilin dekabrından 2021-ci ilin yanvarınadək) üçün ödəməli olduğu icarə haqqı ƏDV daxil 20.650 manat təşkil etdiyi halda sonuncu tərəfindən həmin müqavilə üzrə icarə haqqı olaraq ümumilikdə 50.420 manat ödənilməklə 29.770 manat məbləğində artıq ödəniş edilmişdir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Digər tərəfdən qarşılıqlı cavabdeh yazılı ərizədə iddiaya Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki Məcəllənin: 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı istisna olmaqla digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. İş materiallarından isə görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən 28 noyabr 2018-ci il tarixli icarə müqaviləsi üzrə artıq ödənişlərin 26.490 manat hissəsi xx.xx.2020-ci il tarixədək olan dövrdə edilmişdir. Odur ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddianı xx.xx.2022-ci ildə verməklə qarşılıqlı iddia tələbinin həmin hissəsinə münasibətdə iddia müddətini buraxmışdır. Qalan 3280 manat məbləğində (2020-ci ilin oktyabr ayı üzrə icarə haqqına görə 1640 manat və noyabr ayı üzrə icarə haqqına görə 1640 manat məbləğində artıq ödəniş) artıq ödəniş isə qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən 2020-ci ilin oktyabr-dekabr aylarında edildiyindən qarşılıqlı iddia verilərkən həmin ödənişlərin qaytarılması üzrə iddia müddəti buraxılmamışdır. Belə olan halda isə qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş həmin pul vəsaitinin (3280 manat) geri qaytarılmasını İddiaçı MMC-dən tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin Cavabdeh MMC-dən 5625,4 manat məbləğində əsas borc və 250 manat məbləğində dəbbə pulu, cəmi 5875,4 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı cavabdeh İddiaçı MMC-dən 3280 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 151,4 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş ilkin iddia üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ilkin iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 70 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia verilərkən 194 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı halda qətnamə ilə qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 20 manatı qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPMin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə qarşılıqlı iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə qarşılıqlı cavabdehdən 110 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Ekspertiza xərci ilə bağlı məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul vəsaitinin 55 manatı ilkin iddiaçıdan, 55 manatı isə qarşılıqlı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia qismən təmin edilsin. İlkin Cavabdeh MMC-dən 5625,4 manat məbləğində əsas borc və 250 manat məbləğində dəbbə pulu, cəmi 5875,4 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı cavabdeh İddiaçı MMC-dən 3280 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 20 manat, vəkilə çəkilmiş xərclərin əvəzi olaraq 110 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul vəsaitinin 55 manat hissəsi ilkin iddiaçıdan, 55 manat hissəsi isə qarşılıqlı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar