Məhkəmə qərarları › İş №e-2-2(113)-901/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-901/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-901/2025 25.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə və X2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 (bundan sonra Cavabdeh2 MMC) və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsi üzrə 52010,26 manat əsas borc, 2959,49 manat faiz borcu olmaqla ümumilikdə 54969,75 manat məbləğində pulun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 254,91 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 145 000 manat müəyyən edilməklə cavabdehlərdən tutulmalı məbləğin iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107,10 kv.m olan 28 nömrəli mənzilə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə investisiya məqsədi üçün illik 13,5 faiz hesablanması şərti ilə 24 ay müddətinə 53130,35 manat məbləğində kredit verilərək cari hesabına köçürülmüşdür. Həmçinin iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 354787-NEDVİJ-2127/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqavilələri üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 107,10 kv.m olan 28 nömrəli mənzili iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. 2.2. Eyni zamanda 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliyinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə və Cavabdeh3 17 noyabr 2023-cü il tarixli 345118-7-3702 və 354787-7-3701 saylı zaminlik müqavilələri əsasında Cavabdeh2 MMC-nin iddiaçı qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Lakin borclu Cavabdeh2 MMC üzərinə götürdüyü kredit öhdəliklərini tam icra etməmiş və nəticədə cavabdehin iddiaçıya 18 sentyabr 2024-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsi üzrə 52010,26 manat əsas borc, 2959,49 manat faiz borcu, ümumilikdə isə 54969,75 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrin tələbinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. 2.3. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrin və qanunvericiliyin tələblərinə əsasən 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh3 iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli 354787-NEDVİJ-2127/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli 354787- NEDVİJ-2127/1 saylı sonrakı ipoteka müqaviləsinin 2.5-ci maddəsinə əsasən ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasına görə ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 145 000 manat məbləğində müəyyən olunmuşdur. 2.4. Həmçinin iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 254,91 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır. Belə ki, Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 269.7, 442, 472.2, 739.1-ci və s. maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndələri Nümayəndə, X3 və X4 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahlar verdilər və qiymətləndirmə rəyi ilə razı olduqlarını bildirdilər. Məhkəmənin suallarına cavab olaraq X4 bildirdi ki, məhkəməyə təqdim olunan ssuda hesabından çıxarışda əks olunan əsas borc məbləğləri ödənilmiş məbləği deyil, ssuda hesabından gecikmiş ssuda hesabına köçürülən məbləğdir. Nümayəndə suala cavab olaraq bildirdi ki, tələb olunan faiz borcu xx.xx.2024-cü il tarixə olan borcdur.

6. Məhkəmə bildirişləri cavabdehlər Qanuni nümayəndə (özünün), Cavabdeh2 MMC (özü və qanuni təmsilçisinin) və Cavabdeh3 (nümayəndə və vəkilinin) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, cavabdeh fiziki şəxslərin və hüquqi şəxsin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər. Cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə məhkəməyə ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını, xx.xx.2025-ci il tarixdə müraciət edərək məhkəməmühasibatlıq ekspertizasının təyin olunmasını, xx.xx.2025-ci il tarixdə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh3 nümayəndəsi/vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə ərizələr ilə müraciət edərək məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 53130,35 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh2 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini illik 13,5 faiz dərəcəsi ilə, 21 ay müddətinə – xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh Qanuni nümayəndə ilə xx.xx.2023-cü il tarixli 345118- 7-3702 nömrəli, Cavabdeh3 ilə xx.xx.2023-cü il tarixli 354787-7-3701 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Cavabdeh2 MMC kredit məbləğini təşkil edən 53130,35 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

11. İddiaçı 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsi üzrə 52010,26 manat əsas, 2959,49 manat faiz bоrcunun cavabdehlərdən tutulmasını tələb edir.

12. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

13. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

14. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

16. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

17. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

18. İş materiallarından görünür ki, iddiaçı borcalan Cavabdeh2 MMC-yə poçt rabitəsi vasitəsilə xx.xx.2024-cü il tarixli “bildiriş” (ipoteka predmetinə tutma yönəldilməsi barədə) məktubu yollayaraq bütün əsas borc məbləğini tələb etmiş, həmin məktubu borcalana xx.xx.2024-cü il tarixdə çatdırmış, başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iradəsini ifadə etmişdir.

19. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

20. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

21. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

22. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

23. Belə olan halda, iddiaçının borcalan Cavabdeh2 MMC-yə “bildiriş” ünvanlayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və “bildiriş”in cavabdehə çatdırıldığı xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. İddiaçı da xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir.

24. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir.

25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-901/2025 nömrəli qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/952 nömrəli 17 mart 2025-ci il tarixli ekspert rəyinə əsasən, 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 52010,26 manat, faiz borcu 3046,28 manat təşkil edir.

26. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §7, 218.3-cü maddə).

27. Beləliklə, məhkəmə hesab edir ki, 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 52010,26 manat əsas borc və 2959,49 manat faiz borcu mövcuddur.

28. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

30. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

31. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

32. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 17 noyabr 2023-cü il tarixli 345120-1- 38855 saylı kredit müqaviləsi üzrə 52010,26 manat əsas borc, 2959,49 manat faiz borcu cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

33. İddiaçı eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətinin 145 000 manat müəyyən edilməklə cavabdehlərdən tutulmalı məbləğin iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107,10 kv.m olan 28 nömrəli mənzilə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsini xahiş edir.

34. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

35. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

36. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

37. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

38. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

39. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

40. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

41. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

42. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə Cavabdeh3 (ipoteka qoyan qismində) və Cavabdeh2 MMC (borcalan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli 354787-NEDVİJ-2127/1 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu Müqavilə, “Kredit alan”ın "xxxx" qarşısında olan pul öhdəliy(klər)inin icrasının təmin edilməsi məqsədilə bu Müqavilədə göstərilən əmlakın "xxxx"ın xeyrinə ipoteka ilə yüklü edilməsi və ipoteka ilə təmin olunmuş öhdəlik(lər) “Kredit alan” tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu Müqavilə ilə müəyyən edilən digər hallarda "xxxx"ın “Kredit alan”a qarşı olan pul tələblərinin üstün qaydada ipoteka predmeti hesabına ödənilməsi ilə bağlı Tərəflərin hüquq və vəzifələrini müəyyən edir (1.1). Sonrakı İpotekanın predmeti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, Reyestr nömrəsi – **********35- 05301-093086, Qeydiyyat nömrəsi – ********** olan Çıxarışa əsasən “İpoteka qoyan”a xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 107.10 kv.m olan 28 nömrəli mənzildir (yeni qaydalarla: AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küç, 5, M5, m1) (2.1). "xxxx"ın ipoteka predmetinə dair hüququ onun, 2.1-ci bəndində qeyd olunan çıxarışa əsasən onun torpaq sahəsinə və ləvazimatına da şamil edilir (2.2). İpoteka predmeti "xxxx" Bank VTB (Azərbaycan) ASCdə, xx/xx/2022-ci il tarixli 354787-NEDVİJ-2127 saylı İpoteka müqaviləsinə əsasən yüklüdür, lakin həbsdə və müsadirə altında deyildir (2.3). İpoteka predmeti “İpoteka qoyan”ın birbaşa (vasitəsiz) sahibliyində qalır (2.4). xx.xx.2023-cü il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, ipoteka predmetinin bazar dəyəri 170000 AZN (bir yüz yetmiş min manat) dəyərində qiymətləndirilir. İpoteka qoyan və İpoteka saxlayan ipoteka predmetinin 145000 (bir yüz qırx beş min manat) AZN dəyərində olan qiymətinin ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) qiyməti olduğunu qəbul edirlər (2.5). Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik(lər) "xxxx"la “Kredit alan” arasında AZ1008, ünvan 4 ünvanında bağlanmış xx/xx/2023 tarixli 345120-1-38855 saylı “Kredit müqaviləsi” həm də "xxxx"la “Kredit alan” arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn "xxxx"ın “Kredit alan”a qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti “Kredit alan”la "xxxx" arasında “Kredit müqaviləsi”nə əsasən gələcəkdə bağlanacaq mövcud və gələcək “Кredit müqaviləsi”nə dəyişikliklər edilməsi barədə razılaşmalarla göstəriləcəkdir (3.1). Yuxarıda göstərilən “Kredit müqaviləsi”nə əsasən, “Kredit alan” "xxxx" tərəfindən verilmiş 53 130.35 (əlli üç min bir yüz otuz manat 35 qəpik) məbləğdə krediti 24 (iyirmi dörd) ay müddətinə yəni 17 noyabr 2025-cı il tarixədək qaytarmağı və həmin kredit üzrə illik 13,5% (on üç tam onda beş) faiz və bu müqavilədə nəzərdə tutulmuş cərimələr tətbiq edildikdə ödəməyi öhdəsinə götürmüşdür. 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı “Kredit müqaviləsi” üzrə ümumi kreditin məbləği 53 130.35 (əlli üç min bir yüz otuz manat 35 qəpik) məbləğdə təşkil edir. İpoteka ilə təmin edilən öhdəliy(klər)in icra müddəti ilə bağlı məsələləri “Kredit müqaviləsi” və onun ayrılmaz tərkib hissəsi olan əlavələri, habelə gələcəkdə bağlanacaq “Kredit müqaviləsi” və onların ayrılmaz və tərkib hissələri olan əlavələri ilə tənzimlənir (3.2). Əsas öhdəliyin ödəniş dövriliyi ayda bir dəfə, faizlərin ödənişi isə aylıq qaydada, ödəniş qaydası isə annuitet olmaqla həyata keçirilir (17 noyabr 2023-cü il tarixli 345120-1- 38855 saylı kredit müqaviləsinin tərkib hissəsi olan Ödəniş cədvəli ilə müəyyən olunur) (3.3).

43. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsi üzrə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 107.10 kv.m olan 28 nömrəli mənzil (yeni qaydalarla: AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küç, 5, M5, m1) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

44. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixdə ipoteka qoyan tərəfindən qəbul edilmiş, ipoteka saxlayanın bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixli ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanı tərəfindən qeydə alınmışdır.

45. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

46. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

47. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

49. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-901/2025 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/896 nömrəli ekspertiza rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən, 28 nömrəli, ümumi sahəsi 107,10 m2 olan, 3 otaqlı orta təmirli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təxminən 269 000,00 manat (107,10 m2 x 2515), likvid dəyəri təxminən 242 000,00 manat (269 000- 10%) məbləğində müəyyən olunur.

50. Məhkəmə tərəflərin qiymətləndirmə rəyi ilə bağlı hər hansı etiraz irəli sürməməsini nəzərə alaraq və təqdim olunan rəyi qiymətləndirərək hesab edir ki, Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107,10 kv.m olan 28 nömrəli mənzilin ilkin satış qiyməti 242000 manat müəyyən edilməlidir.

51. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

52. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh2 MMC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107,10 kv.m olan 28 nömrəli mənzilə ilkin satış qiyməti 242000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışdan əldə olunmuş vəsait 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsi üzrə cəmi 54969,75 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 254,91 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat pulun ödənilməsinə yönəldilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

53. İddiaçı eləcə də ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 254,91 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

54. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbz əsasında 254,91 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

55. İş materiallarına olan xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün cəmi 51 manat ödənilmişdir.

56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli 9/896 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat, 17 mart 2025-ci il tarixli 9/952 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat təşkil edir.

57. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

58. Həmin Məcəllənin 115.0, 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

59. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

61. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.

62. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 254,91 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pul cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 100 manat cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 17 noyabr 2023cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsi üzrə 52010,26 manat əsas borc, 2959,49 manat faiz borcu olmaqla cəmi 54969,75 manat məbləğində pul cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 254,91 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pul cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107,10 kv.m olan 28 nömrəli mənzilə ilkin satış qiyməti 242000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışdan əldə olunmuş vəsait 17 noyabr 2023-cü il tarixli 345120-1-38855 saylı kredit müqaviləsi üzrə cəmi 54969,75 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 254,91 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat pulun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 100 manat cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar