Məhkəmə qərarları › İş №e-2-2(113)-905/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-905/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-905/2025 13.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditlər üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi üzrə borc, ipoteka) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditlər üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank "xxxx" ASCBank "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanılmış''22'' iyun 2023-cü il tarixli BKN-00033-14/23Asaylı kredit müqaviləsindən irəli gələn cəmi 54273.80 manat məbləğində borcun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus MAN TGX 18.440 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 77KT822 qeydiyyat nişanlı, LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı , ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı, MERCEDES BENZ AXOR1840 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı, TİRSAN YARİMQOŞQU markalı , ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı avtomobillərə yönəldilməsinə, həmin əmlakların açıq hərracda satılması, həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsinə, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin və iddia qaldırlması üçün ödənilmiş 253 manat rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanılmış ''22'' iyun 2023-cü il tarixli BKN-00033-14/23A saylı Əsas Kredit Müqaviləsinə əsasən 500000 (beş yüz min) manat məbləğində illik maksimum 35%-lə 120 (yüz iyirmi) ay müddətində xx.xx.2033-cü il tarixədək kredit verilməsi razılaşdırılmışdır. Bank "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanılmış''22'' iyun 2023-cü il tarixli BKN-00033-14/23A saylı Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan''23'' iyun 2023-cü il tarixli Əlavə Razılaşmaya əsasən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə, illik 21 (iyirmi bir) faiz hesablanmaqla, 85 000 AZN (səksən beş min manat) məbləğində kredit verilmişdir. Bank "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanılmış''22'' iyun 2023-cü il tarixli BKNZ-00033-14/23A saylı zaminlik müqaviləsi imzalanmış, Cavabdeh2 Bank BTB ASC-ilə Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsi üzrə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh1 məxsus · “22” İyun 2023-cü tarixli BKNGA-00033-14/23A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan MAN TGX 18.440 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 77KT822 qeydiyyat nişanlı, · ''22'' iyun 2023-cü il tarixli BKNGA2-00033-14/23Asaylı “İpoteka müqaviləsi”nə əsasən LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı , ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı, · ''22'' iyun 2023-cü il tarixli BKNGA3-00033-14/23Asaylı “İpoteka müqaviləsi”nə əsasən MERCEDES BENZ AXOR1840 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı və · ''22'' iyun 2023-cü il tarixli BKNGA4-00033- 14/23Asaylı “İpoteka müqaviləsi”nə əsasən TİRSAN YARİMQOŞQU markalı , ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı avtomobillər girovaqoyulmuşdur. "xxxx" MMC-nin 23 iyun 2023-cü il tarixli “nəqliyyat vasitəsinin hazırki texniki vəziyyətinin müəyyən edilməsi və hazırki orta bazar qiymətinin müəyyən edilməsi” hesabatına əsasən, MAN TGX 18.440 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 77KT822 qeydiyyat nişanlı avtomobilin real bazar dəyəri 56000 (əlli altı min) manat likvid dəyəri 48000 (qırx səkkiz min) manat, LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı , ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı, avtomobilin real bazar dəyərində 26000 (iyirmi altı min) manat likvid dəyəri 23000 (iyirmi üç min) manat, MERCEDES BENZ AXOR1840 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı avtomobilin real bazar dəyəri 56000 (əlli altı min) manat likvid dəyəri 48000 (qırx səkkiz min) manat, TİRSAN YARİMQOŞQU markalı , ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı avtomobilin real bazar dəyəri 29000 (iyirmi doqquz min) manat likvid dəyəri 24000 (iyirmi dörd min) manat müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan kredit müqaviləsinin 5.6-cı bəndinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin ''22'' iyun 2023-cü il tarixli BKN- 00033-14/23A saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 49358.31 manat, faizlərin məbləği 2447.57 manat, dəbbə borcu 2467.92 manat olmaqla, ''22'' iyun 2023-cü il tarixli BKN-00033-14/23A saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixinə cəmi borc 54273.80 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank "xxxx" ASCBank "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanılmış''22'' iyun 2023-cü il tarixli BKN-00033 14/23Asaylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixə 45585.49 manat əsas borc, 5637.41 manat faiz, 2467.92 manat dəbbə borcu olmaqla ümumilikdə 53690.82 manat məbləğində borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus MAN TGX 18.440 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 77KT822 qeydiyyat nişanlı, LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı , ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı, MERCEDES BENZ AXOR1840 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı, TİRSAN YARİMQOŞQU markalı, ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı avtomobillərə yönəldilməsinə, həmin əmlakların açıq hərracda satılması, həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsinə, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin və iddia qaldırlması üçün ödənilmiş 253 manat rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Bank "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanılmış ''22'' iyun 2023cü il tarixli BKN-00033-14/23A saylı əsas Kredit Müqaviləsinə əsasən 500000 (beş yüz min) manat məbləğində illik maksimum 35%-lə 120 (yüz iyirmi) ay müddətində xx.xx.2033-cü il tarixədək kredit verilməsi razılaşdırılmışdır.

9. Bank "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanılmış ''22'' iyun 2023cü il tarixli BKN-00033-14/23A saylı Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ''23'' iyun 2023-cü il tarixli Əlavə Razılaşmaya əsasən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə, illik 21 (iyirmi bir) faiz hesablanmaqla, 85 000 AZN (səksən beş min manat) məbləğində kredit verilmişdir.

10. ''22'' iyun 2023-cü il tarixli BKN-00033-14/23A saylı kredit müqaviləsinin təminatı olaraq Bank "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanılmış ''22'' iyun 2023-cü il tarixli BKNZ-00033-14/23A saylı zaminlik müqaviləsi imzalanmış, həmin müqavilənin 2.1-ci maddəsinə əsasən Zamin borcalanın Kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında Borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır.

11. xx.xx.2024-cü il tarixli, RİED-2024/3684 saylı arayışa əsasən xx.xx.2024-ci il tarixə Cavabdeh1 banka əsas borc məbləği 49358,31 manat, ümumi faiz borcu 2447,57 manat, dəbbə borcu 2467,92 manat, cəmi borc 54273,80 manat təşkil edir.

12. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış “22” İyun 2023-cü tarixli BKNGA-00033-14/23A saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan MAN TGX 18.440 YÜK markalı, YƏHƏRLİ DARTİCİ tipli, 77KT822 qeydiyyat nişanlı, ''22'' iyun 2023- cü il tarixli BKNGA2-00033-14/23Asaylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı , ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı, ''22'' iyun 2023-cü il tarixli BKNGA3-00033-14/23Asaylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan MERCEDES BENZ AXOR1840 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı, ''22'' iyun 2023-cü il tarixli BKNGA4-00033-14/23A saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan TİRSAN YARİMQOŞQU markalı , ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı avtomobillər ''22'' iyun 2023-cü il tarixli BKN-00033 14/23A saylı kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilələr notarial qaydada təsdiqlənmişdir.

13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bank "xxxx" ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli. BKN-00033-14/23 kredit müqaviləsi üzrə ərizənin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixə və iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 mülkiyyətində olan MAN TGX 18.440 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 77KT822 qeydiyyat nişanlı, 2) LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı, ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı, 3) MERCEDES BENZ AXOR1840 YÜK markalı, YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı, 4) TİRSAN YARİMQOŞQU markalı, ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı avtomobillərin real bazar və likvid qiyməti nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/339 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 23 iyun 2023-cü il tarixli, BKN-00033- 14/23 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 sualda qeyd edilən tarixlərə Bank "xxxx" ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixə): əsas borc üzrə 45.585,49 manat, faiz borcu üzrə 4.733,29 manat.məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixə ( sualda qeyd olunan tarixə) əsas borc üzrə 45.585,49 manat, faiz üzrə borc 5637,41 manat müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/525 saylı ekspert rəyinə əsasən Ekspertiza təyini haqqında qərardadda göstərilən təyinatı üzrə istifadəyə yararlı 2012-ci il buraxılışlı, “MAN TGX 18440 Yük” markalı, **-KT- *** qeydiyyat nişanlı yəhərli dartıcının (qoşqusuz) orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 48000,00 manat, 10% azalma əmsalı tətbiq etməklə likvid qiyməti təxminən 43000,00 manat müəyyən edilir. Digər 03 adda avtomobillərin satışına dair məlumat olmadığından (qoşqusuz) qiymətləndirmə aparmaq mümkün olmamışdır.

17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 mülkiyyətində olan LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı, ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı, 2) MERCEDES BENZ AXOR1840 YÜK markalı, YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı, 3) TİRSAN YARİMQOŞQU markalı, ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı avtomobillərin real bazar və likvid qiyməti nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə əmlakının qiymətləndirilməsi ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır.

18. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-129/2025 nömrəli mütəxəsis rəyinə əsasən MERCEDES BENZ AXOR1840 YÜK markalı, YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı yük avtomobilinin bazar qiyməti 40000 manat, likvid qiyməti 36000 manat müəyyən edilmişdir.

19. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-130/2025 nömrəli mütəxəsis rəyinə əsasən LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı, ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı yarımqoşqu vasitəsinin bazar qiyməti 10000 manat, TİRSAN YARİMQOŞQU markalı, ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı yarımqoşqu vasitəsinin bazar qiyməti 15000 manat müəyyən edilmişdir.

20. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

26. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

27. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

30. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqavilələri üzrə tələb etdiyi əsas borc məbləği ekspert rəyi ilə eynilik təşkil etdiyi üçün iddiaya uyğun (iddia dəqiqləşdirilmişdir), iddia ərizəsində tələb olunan faiz borcu isə ekspert rəyində göstərilən məbləğlər ilə fərqlənir. Belə ki, əsas borca hesablanan faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borca hesablanan faiz borcları ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış BKN-00033 14/23A saylı kredit müqaviləsi üzrə 2467,92 manat məbləğində cərimə pullarının cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

34. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan, azaldılaraq müqavilə üzrə 2279 manat məbləğində dəbbə pulu cavabdehlərdən tutulmalıdır.

35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərindən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BKN-00033 14/23A saylı kredit müqaviləsi üzrə 45585,49 manat əsas borc məbləği, 4733,29 manat faiz borcu, 2279 manat dəbbə pulu borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.

36. Bundan əlavə iddiaçı borc məbləği üzrə tutmanın Cavabdeh1 məxsus LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı, ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı, MERCEDES BENZ AXOR1840 YÜK markalı, YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı, TİRSAN YARİMQOŞQU markalı, ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı avtomobillərə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına Bank "xxxx" ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair Cavabdeh1 ilə aralarında bağlanmış ipoteka müqavilələrin sübut qismində iş materiallarına əlavə etmişdir.

37. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında ''22'' iyun 2023-cü il tarixli BKN-00033 14/23A saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus MAN TGX 18.440 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 77KT822 qeydiyyat nişanlı yük avtomobili “22” İyun 2023-cü tarixli BKNGA-00033-14/23A saylı ipoteka müqaviləsi ilə, TİRSAN YARİMQOŞQU markalı , ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı yarımqoşqu vasitəsi ''22'' iyun 2023-cü il tarixli BKNGA4-00033-14/23A saylı ipoteka müqaviləsi ilə, MERCEDES BENZ AXOR1840 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı yük avtomobili ''22'' iyun 2023-cü il tarixli BKNGA3- 00033-14/23Asaylı ipoteka müqaviləsi ilə, LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı , ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı yarımqoşqu vasitəsi ''22'' iyun 2023- cü il tarixli BKNGA2-00033-14/23A saylı ipoteka müqaviləsi ilə Bank "xxxx" ASCnin xeyrinə yüklü edilmişdir.

38. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır.

39. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

40. “İpoteka haqqında” Qanunun:

41. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

42. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

43. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

44. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

45. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

46. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

47. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

48. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

49. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus mənzilə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı Bank "xxxx" ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır.

50. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

51. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/525 saylı ekspert rəyinə əsasən Ekspertiza təyini haqqında qərardadda göstərilən təyinatı üzrə istifadəyə yararlı 2012-ci il buraxılışlı, “MAN TGX 18440 Yük” markalı, **-KT- *** qeydiyyat nişanlı yəhərli dartıcının (qoşqusuz) orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 48000,00 manat, 10% azalma əmsalı tətbiq etməklə likvid qiyməti təxminən 43000,00 manat müəyyən edilmişdir.

53. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-129/2025 nömrəli mütəxəsis rəyinə əsasən MERCEDES BENZ AXOR1840 YÜK markalı, YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı yük avtomobilinin bazar qiyməti 40000 manat, likvid qiyməti 36000 manat müəyyən edilmişdir.

54. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-130/2025 nömrəli mütəxəsis rəyinə əsasən LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı, ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı yarımqoşqu vasitəsinin bazar qiyməti 10000 manat, TİRSAN YARİMQOŞQU markalı, ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı yarımqoşqu vasitəsinin bazar qiyməti 15000 manat müəyyən edilmişdir.

55. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEMin ekspert rəyinə və "xxxx" MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq Cavabdeh1 məxsus: MAN TGX 18.440 YÜK markalı, YƏHƏRLİ DARTİCİ tipli, 77KT822 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 43000 manat, LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı , ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 10.000 manat, MERCEDES BENZ AXOR1840 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 36000 manat, TİRSAN YARİMQOŞQU markalı, ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 15.000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

57. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı tərəfindən 253 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı xərcinin əvəzi olaraq ödəniş edilmişdir.

58. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumu və xidmət haqqı xərcinin əvəzi olaraq 248 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdehlərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.

V. Nəticə:

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ''22'' iyun 2023-cü il tarixli BKN-00033 14/23A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 45585,49 manat əsas borc, 4733,29 manat faiz borcu, 2279 manat dəbbə pulu olmaqla cəmi 52597,78 manat borc məbləği və dövlət rüsumu və xidmət haqqı xərcinin əvəzi olaraq 248 manat tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Borcun ödənilməsi üçün tutma Cavabdeh1 məxsus aşağıdakı nəqliyyat vasitələrinə yönəldilsin: MAN TGX 18.440 YÜK markalı, YƏHƏRLİ DARTİCİ tipli, 77KT822 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 43000 manat məbləğində müəyyən edilsin; LANGENDORF SKA 24/29 YARİMQOŞQU markalı , ÖZÜBOŞALDAN tipli, 99YD462 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 10.000 manat məbləğində müəyyən edilsin; MERCEDES BENZ AXOR1840 YÜK markalı , YƏHƏRLİ DARTİCİ tipli, 99BN822 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 36000 manat məbləğində müəyyən edilsin; TİRSAN YARİMQOŞQU markalı, ÖZBOŞALDAN tipli, 10ZH828 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 15.000 manat məbləğində müəyyən edilsin. Əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçı Bank "xxxx"ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. Məhkəmə-mühasibatlıq və əmtəəşunaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar