Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9052/2025 24.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əsas borc üzrə 4.528.655,50 (dörd milyon beş yüz iyirmi səkkiz min altı yüz əlli beş manat, 50 qəpik) manat; faiz borcu üzrə 7.056.764,02 (yeddi milyon əlli altı min yeddi yüz altmış dörd manat, 02 qəpik) manat olmaqla, cəmi 11.585.419,52 (on bir milyon beş yüz səksən beş min dörd yüz on doqquz manat, 52 qəpik) manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 6.582,71 (altı min beş yüz səksən iki manat, 71 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisi barədə məlumatlarından görünür ki, Cavabdeh X3 (VÖEN **********) ləğv edilmişdir (sorğu edilən vergi ödəyicisi ləğv edilmişdir). Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etdiyini bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasın hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər Həmin Məcəllənin 261.0 və 261.0.8-ci maddəsinə əsasən iş üzrə işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, Cavabdeh X3 ləğv edildiyi üçün iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh X1rşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-9052/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9052/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver