Məhkəmə qərarları › İş №e-2-2(113)-907/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-907/2025

06.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-907/2025 06.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı qızının Cavabdeh MTK-nə -yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı Cavabdeh MTK-nə qarşı “əmlakın verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MTK-nə (bundan sonra – cavabdeh) qarşı “əmlakın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə ramızda bağlanılmış xx.xx.2021-ci il tarixli, 93 nömrəli müqavilə əsasında 1 kvm 1500 manat olmaqla Koperativ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı”A-B” yaşayış sahəsi ünvanında inşa edilmiş yeni binada qeyriyaşayış təbəqəsinin birinci mərtəbəsində 50 kvm olan qeyri-yaşayış sahəsi mənə naturada təhvil verilısin və dövlət rüsumu olaraq ödədiyim 100 manat və Vəkil xidmət haqqı olaraq ödədiyim 320 manat pul cavabdehlərdən alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə ramızda bağlanılmış xx.xx.2021-ci il tarixli, 93 nömrəli müqavilə əsasında 1 kvm 1500 manat olmaqla Koperativ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı”A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binada qeyriyaşayış təbəqəsinin birinci mərtəbəsində 50 kvm olan qeyri-yaşayış sahəsinin verilməsi öhdəsinə götürülmüşdür. Həmin müqavilədə tərəfimdən pay haqqı olaraq qoyulacaq məbləğ 75 000 manat müəyyən edilmişdir. Cavabdeh MTK ilə ramızda bağlanılmış xx.xx.2021-ci il tarixli, 93 nömrəli müqavilə əsasında 1 kvm 1500 manat olmaqla Koperativ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı”A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binada qeyri-yaşayış təbəqəsinin birinci mərtəbəsində 50 kvm olan qeyri-yaşayış sahəsinin pay haqqı 75 000 manat olmaqla tərəfimdən koperativin sədri X1 tam şəkildə ödənilmiş və 05 iyul 2021-ci il tarixli, 225 nömrəli, borcun olmamasına dair maliyyə arayışı alınmışdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq bina tikilib artıq başa çatmasına baxmayaraq qeyri-yaşayış sahəsi mənə təhvil verilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı (satıcı) ilə Cavabdeh MTK-nə (alıcı) arasında 05 iyul 2021-ci il tarixli 93 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən "kooperativ" “Payçıdan qəbul etdiyi pay şəkilində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu Müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan nıərtə ə planında göstərilən. 1 kv.m 1500 manat olmaqla, “Kooperativ tərəfindən Bakı şəhəri. Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın (bundan sonra "Bina" adlandırılacaq) qeyri yaşayış təbəqəsinin 1ci mərtəbəsində, ümumi sahəsi (qeyri-yaşayışın daxili tərəfi hesablanmaqla 50kv.m olan, qeyri-yaşayış binasının payçının mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən payçının pay şəkilində qoyacağı pul vəsaiti 75.000,00 manat təşkil edir. - 2.1.3-cü bəndinə əsasən tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq “Bina‘*nın 1.1-ci bəndində və mərtəbə planında göstərilən “Qeyri-yaşayış”i “Payçı’ya bu Müqavilənin 3.1 -ci bəndində göstərilən texniki vəziyyətdə təhvil verməyi, əlavə ödəniş tələb etmədən ”Qeyri-yaşayış”ə “Payçf'nın mülkiyyət hüququnu təsdiq protokolu, qeyri-yaşayışın təsdiq olunmuş cizgisini və maliyyə arayışını vermək kooperativin vəzifəsidir. - 3.1-ci bəndinə əsasən 3.1. “Malın” salış qiyməti iimumi razılaşma əsasında müəyyənləşdirilir və qiymətlərin razılaşdırılması protokolunda qeyd olunur. Malın qiymətinə bütün xərclər (daşıma vo s.) daxildir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

10. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki Bakı şəhəri. Suraxanı rayonu, Yeni Günəşli “A-B" massivində yerləşən yaşayış binası “Sahil-S İnşaat" MTK-ya məxsusdur.Qeyri-yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan obvektin pay dəyəri payçı İddiaçı tərəfindən 75 000 manat tam ödənilmişdir,hal-hazırda MTK-ya borcu yoxdur. V. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

VI. Məhkəmənin mövqeyi:

13. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MTK arasında 05 iyul 2021-ci il tarixli alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı qeyri-yaşayış sahəsinə görə müqavilə ilə nəzərdə tutulan 75 000 manat pulu ödəməklə öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh MTK tərəfindən müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsini cavabdehin mülkiyyətinə verməməklə sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

15. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 93 nömrəli müqavilə əsasında Koperativ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı”A-B” yaşayış sahəsi ünvanında inşa edilmiş yeni binada qeyri-yaşayış təbəqəsinin birinci mərtəbəsində 50 kvm olan qeyri-yaşayış sahəsi iddiaçıya naturada verilməlidir.

16. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

17. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

18. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 93 nömrəli müqavilə əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı”A-B” yaşayış sahəsi ünvanında inşa edilmiş yeni binada qeyri-yaşayış təbəqəsinin birinci mərtəbəsində 50 kvm olan qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilsin, 320 manat vəkil xərci və 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar