Məhkəmə qərarları › İş №e-2-2(113)-908/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-908/2020

02.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-908/2020 02.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "" Birliyinə qarşı cavabdeh təşkilatın ekspertiza araşdırmasında iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakının təmin olunmamasında və iddiaçı tərəfindən müvafiq sənədlərin təqdim olunmasına zəruri şəraitin yaradılmamasında ifadə olan hərəkət və hərəkətsizliyinin qanunsuz sayılması, cavabdeh təşkilatın üzərinə ekspertizanın keçirilməsində iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi və iddiaçı tərəfindən müvafiq sənədlərin təqdim olunmasına zəruri şəraitin yaradılması vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "İddiaçı" MMC cavabdeh Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "" Birliyinə qarşı cavabdeh təşkilatın ekspertiza araşdırmasında iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakının təmin olunmamasında və iddiaçı tərəfindən müvafiq sənədlərin təqdim olunmasına zəruri şəraitin yaradılmamasında ifadə olan hərəkət və hərəkətsizliyinin qanunsuz sayılması, cavabdeh təşkilatın üzərinə ekspertizanın keçirilməsində iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi və iddiaçı tərəfindən müvafiq sənədlərin təqdim olunmasına zəruri şəraitin yaradılması vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ekspertizanın təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən topdansatış bazar qiymətləri üçün ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "" Birliyindən ekspert dəvət edilmişdir. Göründüyü kimi, keçirilmiş ekspertiza Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq qərarına əsasən təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik normaları və iş materiallarına əsasən məhkəmə hesab edir ki, topdansatış bazar qiymətləri üçün keçirilmiş ekspertiza Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarına əsasən təyin edildiyindən mübahisə ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "" Birliyinə qarşı cavabdeh təşkilatın ekspertiza araşdırmasında iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakının təmin olunmamasında və iddiaçı tərəfindən müvafiq sənədlərin təqdim olunmasına zəruri şəraitin yaradılmamasında ifadə olan hərəkət və hərəkətsizliyinin qanunsuz sayılması, cavabdeh təşkilatın üzərinə ekspertizanın keçirilməsində iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi və iddiaçı tərəfindən müvafiq sənədlərin təqdim olunmasına zəruri şəraitin yaradılması vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar