Məhkəmə qərarları › İş №e-2-2(113)-91/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-91/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-91/2021 20.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2nə, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MTK-dan 27.08.2015-ci il tarixli, 121 saylı kredit müqaviləsi üzrə qalan 130200 manat əsas, 14719,95 manat cərimə, 7358,56 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 152278,51 manat, 30.09.2015-ci il tarixli, 122 saylı kredit müqaviləsi üzrə qalan 130000 manat əsas, 28704,94 manat faiz, 11519,41 manat cərimə, 6750,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 176975,05 manat, 20.10.2015-ci il tarixli, 123 saylı kredit müqaviləsi üzrə qalan 33590 manat əsas, 8925,16 manat faiz, 2789,87 manat cərimə, 1446,23 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 46751,26 manat; 29.07.2015-ci il tarixli, 119 saylı kredit müqaviləsi üzrə qalan 70000 manat əsas, 12994,96 manat faiz, 7388,85 manat cərimə, 3801,38 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 94185,19 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması, 28.02.2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi üzrə qalan 220000 manat əsas, 17088,46 manat cərimə, 39483,52 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 331449,66 manat, 27.02.2015-ci il tarixli, 113 saylı kredit müqaviləsi üzrə qalan 1750 manat əsas, 498,48 manat faiz, 433,51 manat cərimə, 242,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2924,63 manat, 31.03.2015-ci il tarixli, 114 saylı kredit müqaviləsi üzrə qalan 100100 manat əsas, 17818,32 manat faiz, 13875,03 manat cərimə, 7686,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 139480,05 manat, 12.01.2015-ci il tarixli, 107 saylı kredit müqaviləsi üzrə qalan 110000 manat əsas, 17046,83 manat faiz, 17630,62 manat cərimə, 9656,96 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 154334,41 manat, 26.05.2015-ci il tarixli, 115 saylı kredit müqaviləsi üzrə qalan 130000 manat əsas, 24871,62 manat faiz, 15997,18 manat cərimə, 8988,90 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 179857,70 manat, 06.08.2014-cü il tarixli, 97 saylı kredit müqaviləsi üzrə qalan 90000 manat əsas, 9344,22 manat faiz, 18325 manat cərimə, 9300 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 126969,22 manat, 17.10.2014-cü il tarixli, 102 saylı kredit müqaviləsi üzrə qalan 70000 manat əsas, 8059,16 manat faiz, 12872,15 manat cərimə, 6543,06 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 97474,37 manat, 01.06.2015-ci il tarixli, 117 saylı kredit müqaviləsi üzrə qalan 100000 manat əsas, 17337,42 manat faiz, 12166,62 manat cərimə, 6236,11 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 135740,15 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması və ipoteka qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 0.08 ha torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 5 bloklu 12, 7 mərtəbəli binalardakı mənzillərə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait “xxxx” Mənzil-Tikinti Kooperativinin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin “xxxx” Mənzil-Tikinti Kooperativindən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 31 mart 2015-ci il tarixli, 114 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 100100 manat məbləğində, 12.01.2015-ci il tarixli, 107 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 110000 manat məbləğində, 26.05.2015-ci il tarixli, 115 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 130000 manat məbləğində, 27.08.2015-ci il tarixli, 121 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 130200 manat məbləğində, 30.09.2015-ci il tarixli, 122 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 130000 manat məbləğində, 06.08.2014-cü il tarixli, 97 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 23% ödənilmək şərtilə 90000 manat məbləğində 17.10.2014-cü il tarixli, 102 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 23% ödənilmək şərtilə 70000 manat məbləğində, 01.06.2015-ci il tarixli, 117 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 100000 manat məbləğində, 20.10.2015-ci il tarixli, 123 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 100000 manat məbləğində, 29.07.2015-ci il tarixli, 119 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 70000 manat məbləğində, 28.02.2014-cü il tarixli, 83 saylı kredit müqaviləsinə əsasən, borcalana 24 ay müddətinə, illik 23% ödənilmək şərtilə 340000 manat məbləğində, 27.02.2015-ci il tarixli, 113 saylı kredit müqaviləsinə əsasən, borcalana 24 ay müddətinə, illik 23% ödənilmək şərtilə 23720 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 0,08 ha torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 5 bloklu 12. 7 mərtəbəli binalardakı mənzillər İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. Həmin mənzillərin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh1 arasında müvafiq olaraq 31.03.2015-ci il tarixli 114 saylı, 12.01.2015-ci il tarixli 107 saylı, 26.05.2015-ci il tarixli 115 saylı, 06.08.2014-cü il tarixli 97 saylı, 17.10.2014-cü il tarixli 102 saylı, 01.06.2015-ci il tarixli 117 saylı, 28.02.2014-cü il tarixli 83 saylı, 27.02.2015-ci il tarixli, 113 saylı ipoteka müqavilələri bağlanmış və həmin mənzillər İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh2 Mənzil-Tikinti Kooperativi kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş pul borcu: - 31.03.2015-ci il tarixli, 114 saylı kredit müqaviləsi üzrə qalan 100100 manat əsas, 17818,32 manat faiz, 13875,03 manat cərimə, 7686,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 139480,05 manat, 12.01.2015-ci il tarixli, 107 saylı kredit müqaviləsi üzrə qalan 110000 manat əsas, 17046,83 manat faiz, 17630,62 manat cərimə, 9656,96 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 154334,41 manat, 26.05.2015-ci il tarixli, 115 saylı kredit müqaviləsi üzrə qalan 130000 manat əsas, 24871,62 manat faiz, 15997,18 manat cərimə, 8988,90 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 179857,70 manat, 27.08.2015-ci il tarixli, 121 saylı kredit müqaviləsi üzrə qalan 130200 manat əsas, 14719,95 manat cərimə, 7358,56 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 152278,51 manat, 30.09.2015-ci il tarixli, 122 saylı kredit müqaviləsi üzrə qalan 130000 manat əsas, 28704,94 manat faiz, 11519,41 manat cərimə, 6750,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 176975,05 manat, 06.08.2014-cü il tarixli, 97 saylı kredit müqaviləsi üzrə qalan 90000 manat əsas, 9344,22 manat faiz, 18325 manat cərimə, 9300 (doqquz min üç yüz manat) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 126969,22 manat, 17.10.2014-cü il tarixli, 102 saylı kredit müqaviləsi üzrə qalan 70000 manat əsas, 8059,16 manat faiz, 12872,15 manat cərimə, 6543,06 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 97474,37 manat, 01.06.2015-ci il tarixli, 117 saylı kredit müqaviləsi üzrə qalan 100000 manat əsas, 17337,42 manat faiz, 12166,62 manat cərimə, 6236,11 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 135740,15 manat, 20.10.2015-ci il tarixli, 123 saylı kredit müqaviləsi üzrə qalan 33590 manat əsas, 8925,16 manat faiz, 2789,87 manat cərimə, 1446,23 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 46751,26 manat, 29.07.2015-ci il tarixli, 119 saylı kredit müqaviləsi üzrə qalan 70000 manat əsas, 12994,96 manat faiz, 7388,85 manat cərimə, 3801,38 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 94185,19 manat, 28.02.2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi üzrə qalan 220000 manat əsas, 17088,46 manat faiz, 54877,68 manat cərimə, 39483,52 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 331449,66 manat, 27.02.2015-ci il tarixli, 113 saylı kredit müqaviləsi üzrə qalan 1750 manat əsas, 498,48 manat faiz, 433,51 manat cərimə, 242,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2924,63 manat kredit borcu təşkil edir. İddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlərr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh2 MTK-nın nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddianın tutmanın ipoteka predmetinə yönədilməsi barədə hissəsi əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq ipoteka müqavilələri notarial qaydada bağlanmamış və yüklülük reyestrdə qeydə alınmamışdır. Bundan başqa tərəflər arasında bağlanmış 28.02.2014-cu il tarixli, 83 saylı müqavilə üzrə iddia müddəti ötürülmüşdür. İş materiallarında olan: - 28.02.2014-cü il tarixli, 83 saylı kredit müqaviləsinə əsasən, borcalana 24 ay müddətinə, illik 23% ödənilmək şərtilə 340000 manat məbləğində, 06.08.2014-cü il tarixli, 97 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 23% ödənilmək şərtilə 90000 manat məbləğində, 17.10.2014-cü il tarixli, 102 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 23% ödənilmək şərtilə 70000 manat məbləğində, 12.01.2015-ci il tarixli, 107 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 110000 manat məbləğində, 27.02.2015-ci il tarixli, 113 saylı kredit müqaviləsinə əsasən, borcalana 24 ay müddətinə, illik 23% ödənilmək şərtilə 23720 manat məbləğində, 31.03.2015-ci il tarixli, 114 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 100100 manat məbləğində, 26.05.2015-ci il tarixli, 115 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 130000 manat məbləğində, 01.06.2015-ci il tarixli, 117 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 100000 manat məbləğində, 29.07.2015-ci il tarixli, 119 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 70000 manat məbləğində, 27.08.2015-ci il tarixli, 121 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 130200 manat məbləğində, 30.09.2015-ci il tarixli, 122 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 130000 manat məbləğində, 20.10.2015-ci il tarixli, 123 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə, illik 16% ödənilmək şərtilə 100000 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh2 MTK və Cavabdeh1 arasında bağlanmış 28.02.2014cü il tarixli 83 saylı, 06.08.2014-cü il tarixli 97 saylı, 17.10.2014-cü il tarixli 102 saylı, 12.01.2015-ci il tarixli 107 saylı, 27.02.2015-ci il tarixli, 113 saylı, 31.03.2015-ci il tarixli 114 saylı, 26.05.2015-ci il tarixli 115 saylı, 01.06.2015-ci il tarixli 117 saylı ipoteka müqavilələrinə əsasən Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 5 bloklu 12.7 mərtəbəli binalardakı mənzillər İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - 23.09.2019-cu il tarixli, **********290 saylı maliyyə arayışına əsasən 17.10.2014-cü il tarixli, 102 saylı kredit müqaviləsi üzrə qalan 70000 manat əsas, 8059,16 manat faiz, 12872,15 manat cərimə, 6543,06 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 97474,37 manat, 23.09.2019-cu il tarixli, **********294 saylı maliyyə arayışına əsasən 06.08.2014-cü il tarixli, 97 saylı kredit müqaviləsi üzrə qalan 90000 manat əsas, 9344,22 manat faiz, 18325 manat cərimə, 9300 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 126969,22 manat, 23.09.2019-cu il tarixli, **********299 saylı maliyyə arayışına əsasən 20.10.2015-ci il tarixli, 123 saylı kredit müqaviləsi üzrə qalan 33590 manat əsas, 8925,16 manat faiz, 2789,87 manat cərimə, 1446,23 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 46751,26 manat, 24.09.2019-cu il tarixli, **********325 saylı maliyyə arayışına əsasən 29.07.2015-ci il tarixli, 119 saylı kredit müqaviləsi üzrə qalan 70000 manat əsas, 12994,96 manat faiz, 7388,85 manat cərimə, 3801,38 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 94185,19 manat, 26.09.2019-cu il tarixli, **********376 saylı maliyyə arayışına əsasən 01.06.2015-ci il tarixli, 117 saylı kredit müqaviləsi üzrə qalan 100000 manat əsas, 17337,42 manat faiz, 12166,62 manat cərimə, 6236,11 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 135740,15 manat, 17.10.2019-cu il tarixli, **********271 saylı maliyyə arayışına əsasən 27.08.2015-ci il tarixli, 121 saylı kredit müqaviləsi üzrə qalan 130200 manat əsas, 14719,95 manat cərimə, 7358,56 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 152278,51 manat, 17.10.2019-cu il tarixli, **********273 saylı maliyyə arayışına əsasən 26.05.2015-ci il tarixli, 115 saylı kredit müqaviləsi üzrə qalan 130000 manat əsas, 24871,62 manat faiz, 15997,18 manat cərimə, 8988,90 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 179857,70 manat, 17.10.2019-cu il tarixli, **********274 saylı maliyyə arayışına əsasən 12.01.2015-ci il tarixli, 107 saylı kredit müqaviləsi üzrə qalan 110000 manat əsas, 17046,83 manat faiz, 17630,62 manat cərimə, 9656,96 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 154334,41 manat, 17.10.2019-cu il tarixli, **********275 saylı maliyyə arayışına əsasən 31.03.2015-ci il tarixli, 114 saylı kredit müqaviləsi üzrə qalan 100100 manat əsas, 17818,32 manat faiz, 13875,03 manat cərimə, 7686,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 139480,05 manat, 17.10.2019-cu il tarixli, **********276 saylı maliyyə arayışına əsasən 30.09.2015-ci il tarixli, 122 saylı kredit müqaviləsi üzrə qalan 130000 manat əsas, 28704,94 manat faiz, 11519,41 manat cərimə, 6750,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 176975,05 manat, 30.10.2019-cu il tarixli, **********755 saylı maliyyə arayışına əsasən 28.02.2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi üzrə qalan 220000 manat əsas, 17088,46 manat faiz, 54877,68 manat cərimə, 39483,52 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 331449,66 manat, 10.12.2019-cu il tarixli, **********840 saylı maliyyə arayışına əsasən 27.02.2015-ci il tarixli, 113 saylı kredit müqaviləsi üzrə qalan 1750 manat əsas, 498,48 manat faiz, 433,51 manat cərimə, 242,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2924,63 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 MTK kredit müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə əsas, faiz və cərimə borcunun müqavilə bitən tarixə və iddia ərizəsinin verilməi taixinə qədər nə qədər təşkil edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin 05.03.2021-ci il tarixli, 9/3896 saylı rəyinə əsasən Cavabdeh2 MTK-nın 28.02.2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi üzrə əsas borcu 220000 manat, faiz borcu 17088,46 manat və əsas borca münasibətdə illik 5% hesablanmaqla 39483,52 manat, 06.08.2014-cü il tarixli, 97 saylı müqavilə üzrə 90000 manat əsas borc, 9344,22 manat faiz borcu, əsas borca münasibətdə illik 5% hesablanmaqla 9300 manat, 17.10.2014-cü il tarixli, 102 saylı müqavilə üzrə 70000 manat əsas borc, 8059,16 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6543,06 manat, 12.01.2015-ci il tarixli, 107 saylı müqavilə üzrə 110000 manat əsas borc, 17046,83 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 9656,96 manat, 27.02.2015-ci il tarixli, 113 saylı müqavilə üzrə 1750 manat əsas borc, 498 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 242,64 manat, 31.03.2015-ci il tairxli, 114 saylı müqavilə üzrə 100100 manat əsas borc, 17818,32 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 7686,70 manat, 26.05.2015-ci il tarixli, 115 saylı müqavilə üzrə 130000 manat əsas borc, 24871,62 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 8988,90 manat, 01.06.2015-ci il tarixli, 117 saylı müqavilə üzrə 100000 manat əsas borc, 17337,42 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6236,11 manat, 29.07.2015-ci il tarixli, 97 saylı müqavilə üzrə 70000 manat əsas borc, 12994,96 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 3801,38 manat, 27.08.2015-ci il tarixli, 121 saylı müqavilə üzrə 130200 manat əsas borc, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 7358,56 manat, 30.09.2015-ci il tarixli, 122 saylı müqavilə üzrə 130000 manat əsas borc, 28704,94 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6750,70 manat, 20.10.2015-ci il taixli 123 saylı müqavilə üzrə 33590 manat əsas borc, 8925,16 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 1446,23 manat təşkil etmişdir. Buna görə məhkəmə hesab edir ki, 06.08.2014-cü il tarixli, 97 saylı, 17.10.2014-cü il tarixli, 102 saylı, 12.01.2015-ci il tarixli, 107 saylı, 27.02.2015-ci il tarixli, 113 saylı müqavilə, 31.03.2015-ci il tairxli, 114 saylı, 26.05.2015-ci il tarixli, 115 saylı, 01.06.2015-ci il tarixli, 117 saylı, 29.07.2015-ci il tarixli, 97 saylı, 27.08.2015-ci il tarixli, 121 saylı, 30.09.2015-ci il tarixli, 122 saylı, 20.10.2015-ci il taixli 123 saylı müqavilələr üzrə əsas və faiz borcuna, həmçinin əsas borca hesablanmış 5%-ə münasibətdə iddia tələbi təmin edilərkən ekspert rəyi əsas götürülərək həmin hissədə təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə iddia tələbində qeyd olunan məbləğlərdə əsas borclara tənasübsüz olaraq göstərilən cərimələrin hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı uzun müddət ərzində məhkəməyə müraciət etməyib zərərin artmasına şərait yaratdığına görə cərimələrin məbləği azaldılaraq 06.08.2014-cü il tarixli, 97 saylı müqavilə üzrə 500 manat, 17.10.2014-cü il tarixli, 102 saylı müqavilə üzrə 400 manat, 12.01.2015-ci il tarixli, 107 saylı müqavilə üzrə 550 manat, 27.02.2015-ci il tarixli, 113 saylı müqavilə üzrə 50 manat, 31.03.2015-ci il tairxli, 114 saylı müqavilə üzrə 550 manat, 26.05.2015-ci il tarixli, 115 saylı müqavilə üzrə 600 manat, 01.06.2015-ci il tarixli, 117 saylı müqavilə üzrə 550 manat, 29.07.2015-ci il tarixli, 97 saylı müqavilə üzrə 400 manat, 27.08.2015-ci il tarixli, 121 saylı müqavilə üzrə 600 manat, 30.09.2015-ci il tarixli, 122 saylı müqavilə üzrə 600 manat, 20.10.2015-ci il tarixli, 123 saylı müqavilə üzrə 300 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə kredit borcuna görə tutmanın cavabdehə məxsus əmlaklara yönəldilməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. İşin hallarından göründüyü kimi tərəflər aralarında bağlanmış kredit müqavilələrinin təminatı kimi 28.02.2014-cü il tarixli 83 saylı, 06.08.2014-cü il tarixli 97 saylı, 17.10.2014cü il tarixli 102 saylı, 12.01.2015-ci il tarixli 107 saylı, 27.02.2015-ci il tarixli, 113 saylı, 31.03.2015-ci il tarixli 114 saylı, 26.05.2015-ci il tarixli 115 saylı, 01.06.2015-ci il tarixli 117 saylı, ipoteka müqavilələri ilə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 5 bloklu 12.7 mərtəbəli binalardakı mənzillər İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. - 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. - 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. - 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülkihüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Qeyd olunan normanın məzmunundan göründüyü kimi ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunması və qüvvəyə minməsi üçün dövlət qeydiyyatına alınması imperativ olaraq nəzərdə tutulsa da, 28.02.2014-cü il tarixli 83 saylı, 06.08.2014-cü il tarixli 97 saylı, 17.10.2014-cü il tarixli 102 saylı, 12.01.2015-ci il tarixli 107 saylı, 27.02.2015-ci il tarixli, 113 saylı, 31.03.2015-ci il tarixli 114 saylı, 26.05.2015-ci il tarixli 115 saylı, 01.06.2015-ci il tarixli 117 saylı ipoteka müqavilələri notarial qaydada təsdiqlənməyərək dövlət qeydiyyatına alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməlidir. Bundan əlavə məhkəmə 28.02.2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi ilə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 28.02.2014-cu il tarixli 83 saylı müqavilə üzrə kredit mddəti 24 ay müəyyən edilmiş və müqavilənin bitmə tarixi 29 fevral 2016-cı ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlarla təsdiq olunur ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında 28.02.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə müddət 29 fevral 2016-cı il tarixdə bitmişdir, yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 29 fevral 2016-cı il tarixdə başlanmış, 28 fevral 2019-cu il tarixdə isə başa çatmışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 07 fevral 2020-ci il tarixdə, yəni, iddia müddəti başa çatdıqdan 11 ay 21 gün sonra müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddəti keçdiyindən iddia həmin müqavilə üzrə borcun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunduğuna görə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 22 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 72 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2nə, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilsin. 06.08.2014-cü il tarixli, 97 saylı müqavilə üzrə 90000 manat əsas borc, 9344,22 manat faiz borcu, əsas borca münasibətdə illik 5% hesablanmaqla 9300 manat və 500 manat cərimə olmaqla ümumilikdə 109144,22 manat, 17.10.2014-cü il tarixli, 102 saylı müqavilə üzrə 70000 manat əsas borc, 8059,16 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6543,06 manat və 400 manat cərimə olmaqla ümumilikdə 85002,22 manat, 12.01.2015-ci il tarixli, 107 saylı müqavilə üzrə 110000 manat əsas borc, 17046,83 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 9656,96 manat və 550 manat cərimə olmaqla ümumilikdə 137253,79 manat, 27.02.2015-ci il tarixli, 113 saylı müqavilə üzrə 1750 manat əsas borc, 498 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 242,64 manat və 50 manat cərimə olmaqla ümumilikdə 2540,64 manat, 31.03.2015-ci il tairxli, 114 saylı müqavilə üzrə 100100 manat əsas borc, 17818,32 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 7686,70 manat və 550 manat cərimə olmaqla ümumilikdə 126155,02 manat, 26.05.2015-ci il tarixli, 115 saylı müqavilə üzrə 130000 manat əsas borc, 24871,62 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 8988,90 manat və 600 manat cərimə olmaqla ümumilikdə 164460,52 manat, 01.06.2015-ci il tarixli, 117 saylı müqavilə üzrə 100000 manat əsas borc, 17337,42 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6236,11 manat və 550 manat cərimə olmaqla ümumilikdə 124123,53 manat, 29.07.2015-ci il tarixli, 97 saylı müqavilə üzrə 70000 manat əsas borc, 12994,96 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 3801,38 manat və 400 manat cərimə olmaqla ümumilikdə 87196,34 manat, 27.08.2015-ci il tarixli, 121 saylı müqavilə üzrə 130200 manat əsas borc, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 7358,56 manat və 600 manat cərimə olmaqla ümumilikdə 138158,56 manat, 30.09.2015-ci il tarixli, 122 saylı müqavilə üzrə 130000 manat əsas borc, 28704,94 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6750,70 manat və 600 manat cərimə olmaqla ümumilikdə 166055,64 manat, 20.10.2015-ci il taixli 123 saylı müqavilə üzrə 33590 manat əsas borc, 8925,16 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 1446,23 manat və 300 manat cərimə olmaqla ümumilikdə 44261,39 manat, bütün müqavilələr üzrə ümumilikdə 1184351,87 manat məbləğində pul vəsaiti Cavabdeh2ndən tutularaq ləğv prosesində olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 22 manat məbləğində pul vəsaiti Cavabdeh2ndən tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 72 manat məbləğində pul vəsaiti Cavabdeh2ndən, 28 manat məbləğində pul vəsaiti Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar