Məhkəmə qərarları › İş №e-2-2(113)-911/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-911/2024

12.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-911/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xxnin cavabdeh Azərbaycan Respublikasının Ekologiya X1 Nazirliyi yanında xxxnə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx cavabdeh Azərbaycan Respublikasının Ekologiya X1 Nazirliyi yanında xxxnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya X1 Nazirliyi yanında Milli Hidrometeorologiya Departamenti (hazırda Azərbaycan Respublikasının Ekologiya X1 Nazirliyi yanında xxx) arasında bağlanmış **-RX-***4 nömrəli, xx.xx.2014-cü il tarixli Rabitə xidmətinə dair müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 783,52 manat (yeddi yüz səksən üç manat əlli iki qəpik) məbləğində əsas borcun və 50 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Nümayəndə tərəfindən imzalanmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə iddia ərizəsinin imzalanması və s. səlahiyyətlərlə bağlı etibarnamə verilmişdir. Bundan sonra "xxxx" MMC xx.xx.2023-cü il tarixli etibarnamə əsasında həmin səlahiyyətləri Nümayəndə ötürmüşdür. Məhkəmə hesab edir ki, hüquqi şəxsi etibarnamə əsasında təmsil edən şəxs ya onun işçisi, ya da vəkil olmalıdır və bir hüquqi şəxsin digər hüquqi şəxsi məhkəmədə təmsil etmək səlahiyyəti yoxdur. Ona görə də "xxxx" MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xxni məhkəmədə təmsil etmək səlahiyyəti yoxdur. Belə olan halda "xxxx" MMC tərəfindən vəkil Nümayəndə vermiş etibarnamə də sonuncunun məhkəmədə nümayəndə qismində çıxış etməyinə əsas verə bilməz. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx tərəfindən "xxxx" MMC-yə verilmiş etibarnamədə səlahiyyətlərin başqa şəxsə etibar edilə bilməsi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3-cü maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 73.5-ci maddəsinə əsasən vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xxnin cavabdeh Azərbaycan Respublikasının Ekologiya X1 Nazirliyi yanında xxxnə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar