Məhkəmə qərarları › İş №e-2-2(113)-9114/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9114/2025

18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9114/2025 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC -nin Cavabdeh "xxxx" ASC -yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:ziyan,pul) X8 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçının qanuni təmsilçisi Ali Bayramın, Cavabdehin nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, İddiaçı MMC -nin cavabdeh "xxxx" ASC -yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC -yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçınxienyrinə 60000 manat ziyanın, 7000 manat faizin,3000 manat əldə çıxmış faydanın və 300 manat dövlət rüsumunun, cəmi 70300 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iləavcabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 1aavqust 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən İddiaçı MəhduMdəsuliyyətli Cəmiyyəti Cavabdeh ASçəıqhmdar Cəmiyyətinə məxsus Mexaniki Təmir sexinin korpusunda olan Metalmodel sahələrinə aid olan hissəsini icarəyə götürmüşdür. Bundan sonra İddiaçı icarəyə götürdüyü əraziyə özünə məxsusavadanlıqları (1 ədəd Frez dəzgahı – COLET 160) quraşdıraraq fəaliyyət göstərməyə başlamışdır (bu barədə video görüntü və bu faktın təsdiqi üçün məhkəmə qətnaməsi iddia ərizəsinə əlavə edilmişdir). Lakin bir müddətdən sonra İddiaçı MəhduMdəsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətiarasında yaranmışmübahisəyə (icarə haqqı ilə bağlı) görə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti özünəməxsus olan və icarəyə verilmişərazidən istifadə etməyi İddiaçı MəhdudMəsuliyyətli Cəmiyyətinə qadağan etmişdir. Tərəflər arasında mövcudolan mübahisə üzrə kommersiya işində İddiaçı təqdim olunvaindeo çəkilişlərdən görünür ki, birinci videoda dəzgah yeni quraşdırıldığı vaxtdır, işlək vəziyyətdədir, ətrafında maneə olan əşyalar yoxdur, ikinci videoda isə dəzgahın ətrafına kənar əşyalar və başqa maneələr yığılmış, sexin dəzgahın yerləşdiyi hissəsinin ətrafı bağlanmışdır. Nəticədəİddiaçı icarəyə götürdüyü Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus əraziyə daxil ola bilməmiş, hər hansı bir fəaliyyət göstərməkdən məhrum olmuşdur. Eyni zamandaİddiaçı özünə məxsus avadanlıqların (1 ədəd Frez dəzgahı – COLET 160c)avabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin yaratdığı maneənəticəsində icarəyə verilən ərazidən çıxara bilməmişdir. Bir müddətdən sonraİddiaçınə məlum olmuşdur ki, icarəyə götürdüyü Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus ərazidə quraşdırılmış özünə məxsusavadanlıqların (1 ədəd Frez dəzgahı – COLET 160) əsas işlək və dəyərlhiissələri sökülmüş, yoxa çıxmışdır. Bu barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən hesabat verməsi tələb olunsa da, şifahi formada bildirilmişdir ki, sökülən hissələr ödənilməmiş icarə haqqı əvəzi olaraq sökülüb satılmış və dəyəri icarə haqqı borcunun əvəzi kimi götürülmüşdür. Bundan sonraCavabdeh Açıq Səhmdar Cəmiyyəti İddiaçınə sözügedən avadanlığ(ı1nədəd Frez dəzgahı – COLET 160) icarəyə verilən ərazidənçıxarılmasını tələb etmiş, lakin iddiaçı avadanlığın (1 ədəd Frez dəzgahı – COLET160) tam işlək vəziyyətdə olması (sökülmüş hissələrin yerinə bərpaedilməsi və s.) halında götürəcəyini bildirmişdir. Qeyd edək ki,Cavabdeh Açıq Səhmdar Cəmiyyəti özünə məxsus ərazidə quraşdırılmış iddiaçıya məxsusavadanlıqların (1 ədəd Frez dəzgahı – COLET 160i)ddiaçı İddiaçı X2 götürülməsi ilə bağlı hələ illər əvvəl belə bir müraciət etməsiməhkəmə tərəfindən əsaslı sayılmamışdır. Belə ki, Bakı ApellyasiyaMəhkəməsinin Kommersiya Kollegiyasının 27 dekabr 2024-cü il tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçının izahatlarına əsasən həmin müraciətlərin tarixləri və dəqiq dəqiq məzmunu (müqavilənin ləğvinə yönəldilibyönəldilməməsi) barədə hər hansı nəticəyə gəlmək mümkün deyil. Bildiririk ki, 01 avqust 2017-ci ildən başlayaraq hazırkı vaxtadəkİddiaçınə məxsauvsadanlıq (1 ədəd Frez dəzgahı – COLET 160c)avabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus ərazidə qalmışdır. S özügedən avadanlığın Cavabdeh A ç ı qSəhmdar Cəmiyyətinə məxsus ərazidə saxlanılmasına görə İddiaçı MəhdudMəsuliyyətli Cəmiyyətinə maddiziyan dəymişdir.

3. Cavabdeh iddia ərizəsinə etiraz edərək,ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

4. Etiraz onunla əsaslanıdırılmışdır ki, İddiaçıMMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsində göstərmişdir ki, tərəflər 01 avqust 2017-ci il tarixdə icarə müqaviləsi bağlayaraq ASC-yə məxsus sexə avadanlıqlarını (1 ədəd Frez dəzgahı – COLET 160) quraşdıraraq fəaliyyət göstərməyə başlamışdır. Lakin bir müddətdən sonra iddiaçı MMC ilə cavabdeh ASC arasında yaranmış icarə haqqı ilə bağlı mübahisəyə görə icarəyə verilmiş ərazidən istifadə etməyi qadağan etmişdir. Dəzgah yeni quraşdırıldığı vaxtdır, işlək vəziyyətdə olmuş sonradan dəzgahın ətrafına kənar əşyala yığılmış, dəzgahın yerləşdiyi ərazinin ətrafı bağlanmışdır. Nəticədə icarəyə götürdüyü əraziyə daxil ola bilməmiş, hər hansı bir fəaliyyət göstərməkdən məhrum olmuşdur. Dəzgahı həmin maneə nəticəsində icarəyə verilən ərazidən çıxara bilməmişdir. Bir müddətdən sonra məlum olmuşdur ki, dəzgahın dəyərli hissələri sökülmüş, yoxa çıxmışdır. Bu barədə cavabdeh ASC-dən hesabat verməsi tələb olunsa da, şifahi formada bildirilmişdir ki, sökülən hissələr ödənilməmiş icarə haqqı əvəzi olaraq sökülüb satılmış və dəyəri icarə haqqı borcunun əvəzi kimi götürülmüşdür. Cavabdeh dəzgahı icarəyə verilən ərazidən çıxarılmasını tələb etmiş, lakin iddiaçı dəzgahın sökülmüş hissələrin yerinə bərpa etdiyi halında götürəcəyini bildirmişdir. Cavabdeh ASC-nin özünə məxsus ərazidə quraşdırılmış iddiaçıya məxsus avadanlıqların MMC tərəfindən götürülməsi ilə bağlı hələ illər əvvəl belə bir müraciət etməsi məhkəmə tərəfindən əsaslı sayılmamışdır. Digər şəxslər kimi iddiaçı MMC ilə də, 01 avqust 2017-ci il tarixdə icarə müqaviləsi bağlayaraq, ASC balansında olan Mexaniki sexin ümumi sahəsi S=150m2 olan hissəsini ona icarəyə vermiş və iddiaçı orada fəaliyyət göstərmək üçün təxminən 5 (beş) ton ağırlığında Frez dəzgahını həmin sexə yerləşdirmişdir. MMC həmin vaxtdan icarə haqqlarını verməmiş və müqavilə şərtlərinə əməl etmədiyinə görə, icarə haqlarını ödəməyi, əks təqdirdə isə dəzgakı sexdən çıxarılması tələb edilmişdir. Lakin, hər dəfə müəyyən bəhanələrlə fəaliyyətə başladıqda icarə haqqlarını tam ödəyəcəyini bildirmiş, eyni zamanda dəzgahı saxlamağa yeri oilmadığını deyərək möhlət istəmişdir. Dəfələrlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və həmin kommersiya işi üzrə MMC cavabdeh qismidə iştirak edərək məhkəmədə bildirmişdir ki, bağlanmış müqaviləyə əsasən öz hesabına emal üçün lazım olan texnikanı 200000 avro ödəyərək almışdır. Müqaviləyə əsasən cavabdeh MMC onlara 1 ton üçün 500 manat olmaqla ayda 200 ton çuqun emal etməli idi. Lakin, ASC müqavilənin şərtlərini pozaraq həmin məbləği ödəməmişlər. Buna əsasən cavabdehin onlara icarə haqqı olaraq ödəməli olduğu 200 manat ödəməmişdir. İddiaçı ASC avadanlığı söküb parçalamaq istəyir. Onun tək istəyi avadanlığı parçalamadan satıb iddiaçıya da hörmət edib çıxmaqdır, eyni zamanda məhkəmə iclasında yenidən 6 ay möhlət istəmişdir (Bax: izahata). Qeyd edirik ki, iddiaçı MMC iddia ərizəsində Bakı Apellyasiya məhkəməsi Kommersiya Kollegiyasının qətnaməsinə istinad edərək “Cavabdeh ASC-nin özünə məxsus ərazidə quraşdırılmış iddiaçıya məxsus avadanlıqların MMC tərəfindən götürülməsi ilə bağlı hələ illər əvvəl belə bir müraciət etməsi məhkəmə tərəfindən əsaslı sayılmamışdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kolegiyasının 27 dekabr 2024-cü il tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçının izahatlarına əsasən həmin müraciətlərin tarixləri və dəqiq məzmunu (müqavilənin ləğvinə yönəldilib yönəldilməməsi) barədə hər hansı nəticəyə gəlmək mümkün deyil” qeydi ilə əlaqədar, bildiririk ki, Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə avadanlığın çıxarılması ilə bağlı müraciətə əsaslanaraq aramızda bağlanan müqavilənin ləğv edilməsini təmin etmədiyinə görə, Məhkəmə Kollegiyası həmin müraciətlərin tarixləri və dəqiq məzmunu müqavilənin ləğvinə yönəldilib yönəldilməməsi barədə nəticəyə gəlməyin mümkün olmadığına əsaslanaraq icarə müqaviləsini ləğv etmişdir. İddiaçı isə Məhkəmə Kollegiyasının mövqeyini dərk etməyərək, həmin mülahizəni göstərməklə özünü haqlı saymağa çalışır. Bundan başqa Məhkəmə Kollegiyası qətnamədə göstərmişdir ki, 35.Üçüncüsü, icarə sahəsindən istifadə etməsinə iddiaçının maneələr yaratması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh iddiaçının onun icarə sahəsinə daxil olmasına icazə verməməsini iddia etsə də, həmin halı, o cümlədən avadanlığın icarə sahəsində saxlandığı 7 illik müddət ərzində iddiaçının icarə sahəsindən və avadanlıqdan istifadəsinə maneələrin törədilməsi ilə bağlı iddiaçıya etiraz etməsi, öz narazılığını hər hansı formada bildirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi videoyazılara münasibətdə isə qeyd edilməlidir ki, həmin videoyazılara əsasən yalnız avadanlılığın ətrafında digər mal-materialların yerləşdirildiyi görünür ki, həmin mal-materiallarının kim tərəfindən yerləşdirilməsini, eyni zamanda həmin malmaterialların avadanlığın işləməsi üçün maneə törətməsini müəyyən etmək qeyrimümkündür. Əksinə həmin videoyazının aparılması faktı özüözlüyündə cavabdehin icarə sahəsinə daxil olmasına və belə olan halda sahədən istifadə etməsinə hər hansı maneənin olmamasını təsdiq edir (Bax: qanuni qüvvədə olan qətnaməyə). Onu da, qeyd edirik ki, İcarəçi icarəyə götürdüyü ərazidə fəaliyyətinin qarşısı alınmışdırsa nə üçün həmin vaxtdan dəzgahini ərazidən çıxartmamış və buna heç təşəbbüs belə göstərməmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun olaraq,iddianın təminedilməməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. "xxxx" ASC (İcarəyə verən) ilə İddiaçı MMC (İcarəyə götürən) arasında imzalanmış 01 avqust 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, ASC-nin keçmiş Mexaniki Təmir sexinin korpusunda olan Metal model sahələrinə aid olan hissəsini İcarəyə götürən müxtəlif çeşiddə mexaniki emal işlərini həyata keçirmək üçün icarəyə götürərək, burada özünəməxsus avadanlıqları (1 ədəd Frez dəzgahı – COLET 160) quraşdıraraq fəaliyyət göstərəcək və ASC-nin sifarişi ilə xüsusi şərtlər əsasında ona haqqı ödənilən işlər görəcək, xidmətlər göstərəcəkdir. Müqavilə əsasında nəzərdə tutulmuş icarə haqqı və ya digər xərclər ayda bir dəfə icarəyə götürən tərəfindən ödənilməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən “İcarəyə götürən” ümumi sahəsi S=150m2 olan icarə sahəsinə görə icarə haqqını ƏDV ilə birlikdə müəyyən edilmiş 200 AZN məbləği ASC-nin kassasına hesabat ayının 25-i tarixinə kimi nəğd və ya köçürmə yolu ilə ödəməyə borcludur. Müqavilənin (İcarə müqaviləsinin şərtləri) 1.1-ci bəndinə əsasən icarəyə götürülən sahədə “icarəyə götürən” yalnız müxtəlif çeşiddə mexaniki emal işlərini həyata keçirmək üçün istifadə edir və bu sahədə mövcud qanunvericiliyə zidd və ya icarəyə verənin iqtisadi maraqlarına zidd fəaliyyət göstərməməlidir, icarəyə verilmiş sahədə dəyişiklik etmək, ancaq icarəyə verən tərəfin razılığı ilə həyata keçirilə bilər, eyni zamanda icarəyə götürdüyü ərazilərdə olan avadanlıqların qorunub saxlanmasına cavabdehdir. Müqavilənin 1.8-ci bəndinə əsasən müqavilə müddəti başa çatdıqda və ya müqavilə ləğv edildikdə icarəyə götürən icarəyə götürdüyü sahəni ASC-nin sədrinin müavininə müvafiq aktla istifadəyə yararlı vəziyyətdə təhvil verdikdən və icarəyəverənə olan borclarını tam ödədikdən sonra bu müqavilə öhdəliyindən tam azad olur. Müqavilənin 1.10-cu bəndinə əsasən bu müqavilə xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixinədək qüvvədədir.

10. X3 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, zavod ərazisində ümumilikdə 3–4 dəfə olmuşdur. Ali Bayram bildirmişdir ki, metropoliten üçün çuğun məmulatlarının hazırlanması məqsədilə avadanlıq gətiriləcəkdir. Avadanlığın quraşdırılması üçün 150 kvadratmetr sahə ayrılmışdır. Lakin avadanlıq iri həcmli olduğundan hissə-hissə quraşdırılmışdır. Ərazinin üst hissəsi qapalı olsa da, ətrafı açıq vəziyyətdə olmuşdur. Qeyd olunan proses təxminən 2017-ci illərə təsadüf etmişdir. Avadanlıq təxminən 200.000 avro dəyərində gətirilmişdir. Avadanlığın quraşdırılması zamanı cavabdeh tərəfindən sifarişə ehtiyac olmadığı bildirilmişdir. Avadanlığın mühafizəsi müqavilə şərtlərinə əsasən qarşı tərəfin öhdəliyi olmuşdur və bu, müqavilədə açıq şəkildə qeyd edilmişdir. Avadanlıqdan hər hansı hissənin götürülməsi nəzərdə tutulmamışdır.

V. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 21.1 ci maddəsinə görə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2 ci maddəsinə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29) Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Vİ.Məhkəmənin mövqeyi:

13. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

16. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

18. Belə ki, iddia ərizəsi yazılı sübutlar (sənədlərə) əsaslanmalıdır. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməməsi, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.

19. Məhkəmə qeyd edir ki, İddiaçı MMC -nin iddia tələbi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçın xeyrinə 60000 manat ziyanın, 7000 manat faizin,3000 manat əldə çıxmış faydanın və 300 manat dövlət rüsumunun tutulmasndan ibarətdir.İşi tərəflər arasında mübahisələndirilməyən hal ondan ibarətdir ki, tərəflər arasında 2017-c ildə bağlanan icarə müqaviləsi əsasında icarə münasibətləri yaranmış, iddiaçı cavabdehdən icarəyə götürdüyü qeyri yaşlayış sahəsində özünəmöəxsus olan avadanlığı yerləşdirmişdir. Tərəflər arasında işin mübahisələndirilən halı: iddiaçı onun avadanlığına cavabdehin qanunuza zidd hərəkətləri nəticəsində 60000 manat məbləğində ziy6an dəydiyini iddia edir, cavabdeh isə iddianı qəbul etməyərək onun tərəfindən iddiaçı6a məxsus olan avadanlığa heç bir ziyan vurulmadığını bildirir , və həmçinin qeyd edir ki, müqaviləyə əsasən də həmin avadanlığı icarəyə götürdüyü ərazilərdə olan avadanlıqların qorunub saxlanması icarəyəgötürənin öhdəliyidir.

20. Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, mülki qanunvericiliyin normalarını pozan əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin.

21. Hazırkı halda cavabdeh tərəfindən hüquqazidd təqsirli əməl törədilməsi, eləcə də cavabdehin əməli ilə iddiaçıya məxsus avadanlığa dəymiş zərərin arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir. Belə ki, İddiaçı icarəyə götürdüyü Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus əraziyə daxil ola bilməməsi, hər hansı bir fəaliyyət göstərməkdən məhrum edilməsi ilə əlaqələndirsə də, həmin halı təsdiq edən mötəbər sübutları, həmçinin cavabdeh tərəfindən ona məxsus olan avadanlığa hər hansı zərər vurulması halına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi, qeyd edilən avadanlıq iddiaçının özü tərəfindən icarəyəgötürdüyü qeyriyaşayış sahəsinə yerləşdiriliş, həmçinin tərəflər arasında olan müqavilənin 1.2-ci bəndində iddiaçı icarəyə götürdüyü ərazilərdə olan avadanlıqların qorunub saxlanması icarəyəgötürənin öhdəliyi kimi müəyyən edilmişdir.

22. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur.

23. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

24. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

25. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.

26. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

27. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki”A.Bayramoğlu” MMC -nin "xxxx" ASC -yə qarşı iddiası əsassız olduğundan rədd edilməlidir.

29. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. 300 (üç yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar