Məhkəmə qərarları › İş №e-2-2(113)-9145/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9145/2025

05.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9145/2025 05.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçının iştirakı olmadan, İddiaçı1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindənİddiaçı1aktlar əsasında hesablanmış 101710,06 manat ümumi məbləğin 20064,66 manat hissəsinin **********00000 nömrəli abonent kodundan silinməsinə və ümumi məbləğdən ödənilmiş 81645,40 manat pulun **********00000 nömrəli abonent koduna geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə saat 11:15-ə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirir ki, iddiaçı heç bir məhkəmə hazırlıq iclasında iştirak etmədiyinə görə işin baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfə məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, nə də nümayəndəsi məhkəmə tərəfindən keçirilən 3 hazırlıq iclaslarının heç birinə gəlməmişdir və iclaslarda iştirak etməklərinin üzürlü səbəbdən mümkün olmamasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia verilərkən xx.xx.2025-ci il tarixli **********55 saylı qəbzə əsasən ödənilmiş 391,71 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar