Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9150/2025 19.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçı və nümayəndəsi/vəkili Vəkil, Cavabdehlərin nümayəndəsi/vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar İddiaçı və Şahid iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 manat pulun alınaraq İddiaçı qaytarılmasına və cavabdehlər Cavabdeh1 və Cavabdeh216140 azn manat pulun alınaraq iddiaçı Şahid, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıailəm ilə 2021- ci ilin Mart ayından qızım Məmmədova Sevincin müalicəsi üçün Bakı şəhərinə gəlmişik. Sevincin diaqnozu uşaq beyin iflicidir. Bakıya gələndən bir neçə yerdə çalışmışam. Qızımın müalicəsinə çoxlu vəsait xərclənir. Cavabdeh1 mənim həyat yoldaşımın qardaşı (Əbülfəz) oğludur. O, Bakıda yaşayır, Cavabdeh2 ilə rəsmi nikahla ailə qurublar. Hər ikisi də Bakı şəhəri Yasamal rayonu 2 ci alatava küçəsi ev 94a yaşayırlar. Onlar bizə qohum olduğundan tez-tez qonaq gəlirdilər. Moskva Univermağında qızıl alveri ilə məşğul idilər və 2 ədəd qızıl polkaları var. Tez-tez birlikdə (ər-arvad) qızıl gətirmək üçün Türkiyəyə gedirdilər. Zeynal mənə hər dəfə deyirdi ki, Eyvaz əmi alverimiz əla gedir pulun varsa gəl bizə yatırım et, birlikdə daha çox qazanaq. Biz lombardda olan qızılları ucuz qiymətə alıb satırıq üstündə çoxu pullar qalır. Bunun müqabilində hər ay sənə gəlirlərdən pul verim sabit məbləğin də qalsın. Nə vaxt istəsən götürə bilərsən. Bu barədə düşünürdüm, çünki qızım Sevincin müalicəsi ilə yanaşı nəvəm Həsənin qara ciyərlərində və dalağında da problemləri var, həmçinin ayaqlarında problem yaranmış və təcili hər iki ayağından əməliyyat olmalı idi. Bu səbəbdən Zeynal təklifi mənim üçün fürsət kimi göründü. Bizim ailəyə zərər verəcəyini düşünmədən. 2022-ci ilin aprel – avqust ayları arasında Zeynala hissə-hissə pul verdim. İlk başlarda Zeynal mənə hər ay 200-250 azn pul verirdi və deyirdi ki qazancımızdır. Ramilə ilə gəlirləri hesablamışıq və mənə dedi ki, apar bunu Eyvaz dayıgilə qazanc kimi ver. Qazancın nədən ibarət olması barədə mənə məlumat verilməmşdir. Biz kirada yaşayırıq və artıq həm nəvəmin həm də qızım Sevincin səhhətinə, müalicəsinə görə Bakıda yaşamağın bizim üçün daha uyğun olacağını qərara alaraq özümüzə mənzil almaq üçün maşınımı və mənə aid olan torpaqlarımı satdım. Əlimizdəki büdcəyə uyğun mənzillər axtarmağa başladıq. Hətta bu axtarışda Zeynalda bizə qoşulur bəzən gedir evlərə də baxırdı. Amma evlərə baxanda da bizi fikirimizdən yayındırmağa çalışırdı. Arvadı ilə tez-tez bizə gələrək bu dəqiqə nə edirsən evi deyərək gətir yatır qızıla daha çox qazan və sonra alarsan. Mənə işə yatırım etməyimin daha uyğun olduğunu və ikiqat qazanacağımızı inandırırdılar. Beləliklə məni razı saldılar və razılaşdıq. Razılaşma müddətində Aprel – avqust ayları ərzində 3400 manat, xx.xx.2022-ci il 5000 dollar (8500 azn), xx.xx.2022 ci il 3000 dollar (5100 azn), xx.xx.2022 ci il 2550 azn, sonucu dəfə isə xx.xx.2022 ci il 450 azn pul almışdır. İllər ərzində yekun olaraq 20.000 azn hissə-hissə pul almışdır. O, bir neçə aydan bir guya qazancdan mənə sabit olmayan pul verirdilər. Bəzən isə vermirdi. Deyirdi ki, alver yaxşı oldu vəya pis oldu. Təqribi iyul ayında 2023-cü ildə Zeynal mənə zəng edərək 6000 manat pul istədi. Bidirdi ki, Lombartdan qızl çıxardıram çatmır yaxşı pul var. Üstündə xeyir də verəcəm bir neçə günə də qaytaracam. Kimdən tapırsan tap təcili mənə pul lazımdır verməsəm lombard qızılı başqasına verəcək. Məndə də pul olmadığından Bağıra dedim. Bağır da mənə görə Zeynalın kartına 6000 m göndərdi. Bir neçə gündən sonra biz kafedə görüşdük. Zeynal Bağıra dedi ki, istəyirsən pulunu qaytarım lakın məndə qalsa arvadım Ramilə ilə qızıl satırıq, satış edib hər ay sənə də gəlirdən xeyir verərik. Bağır da dedi ki, problem yoxdur dövriyyədə qalsın, amma gedib sizin işinizə də baxaq. Mənim Naxçıvanda maşın ehtiyyat hissələri satdığım mağazam var idi. Burdan ora nəzarət edə bilmədiyim üçün mağazanı bağlamaq qərarına gəldim və ordan mənə 17,000 azn pul qaldı. Bundan da xəbərdar olan Zeynal ona təcili 20000 manat pul lazım olduğunu yaxşı mal var lombartdan çıxardıram ucuz qiymətə götürsək çox qabağa düşəcəyimizi dedi. Bir neçə dəfə özü arvadı ilə bizə gələrək məni inandırdı ki, bu fürsəti əldən buracmayaq. Qısa müddətdə satış edib artıqlaması ilə verdiyin pulu tam olaraq qaytaracağıq. xx.xx.2023-cü ildə Zeynala 17000 azn verdim. 20 gün sonra xahiş etdim ki, 7000 manat başqa qohumun puludur. Onu tez qaytarmalıyam. O da mənə 20 gün sonra cəmi 2000 m pul qaytardı. Qalan hissəsini isə xx.xx.2024-cü ildə 5000 m qaytardı. Zeynal bu müddət ərzində ümumilikdə mənə 30.000 azn borcu qaldı. 2023-cü ilin payız aylarında Zeynal həyat yoldaşı Ramilə ilə bizə gəldilər. Qonaqlıq vaxtı Ramilə dedi ki, Zeynal mənə 30000 m manatlıq qızıl hədiyyə alıb. Evdə saxlayıram. Başqa bir vaxt qonaq gələndə isə bildirdilər ki, Memar Əcəmi metrosunun yaxınlığında yeni tikilən binadan 154 m ev üçün ilkin ödəniş etdik və aldıq. Ev məsələsi ortaya çıxdıqdan sonra mənə verilən qazanc Oktyabr 2023 cü ildən verilmədi. Mən soruşanda isə alverin çox zəif olduğunu amma çox keçməz düzələcəyini deyərək məni inandırdı. Mən də ona vaxt verərək işlərin yaxşı olacağını gözləsəm də Zeynal artıq yavaş-yavaş bizimlə əlaqəni kəsməyə bizə gəlməməyə uzaqlaşmağa başladı. İlk başlarda zənglərimi açsa da məni yalan sözlərlə yayınmağa çalışsa da sonradan artıq zənglərimi belə açmırdı. Sonunda 2024-cü ilin Mart ayında görüşdük. Vəziyyətin nəyə görə dəyişdiyini və mənim pulumu nəyə əsaslanaraq vermədiyini soruşdum. Zeynal məyyus halda həyat yoldaşı Ramilə xanımın keçmiş həyat yoldaşını bıçaqladığını və onu bu vəziyyətdən xilas etmək üçün polisə 148.000 azn pul verdiyini dedi. Sonra da əlavə etdi ki, sizin vəziyyətinizi də bilirəm və narahat olmayın polkada qızıllarımız çoxdur lazım gəlsə qızılları satıb sizin pulunuzu ödəyəcəyəm. Sadəcə bizə bir az vaxt verin. Bir qohum kimi həyat yoldaşım narahatçılıq keçirərək Ramiləyə zəng edərək məsələ barədə soruşdu. Ramilə isə Zeynalın yalan dediyini belə bir məsələ olmadığını dedi. Sonra həyat yoldaşım bəs bizdən bu qədər alınan pullar hara getdi sualın verəndə isə Ramilə qardaşı oğlu Zeynalın çox yalançı, fırıldaqçı və hamını aldadıb pul alan biri olduğunu deyərək bizdən pul gözləməyin sözlərini də əlavə etdi. Bu hadisə üzərinə həyat yoldaşım Zeynal yenidən zəng edərək nə məsələdi deyə soruşdu. Zeynal bir az səbr edin heç nə olmasa da mənim adıma ev var Əcəmi metronun yanındadır. Olmasa son anda o evi satıb sizin pulunuzu qaytaracağam yalanını deyərək bizi bu yolla aldadaraq özlərinə bir müddət də zaman qazandı. Bu vaxt ərzində öyrəndik ki, Zeynal təcili evi Ramilənin adına keçirdi və bir müddət sonra aydın oldu ki, İkisi də əlbirdir. Hər ikisi də fırıldaq, mənimlə bərabər bir neçə adamı da bu yolla tələyə salıblar. Şahid -Təqribi iyul ayında 2023 cü ildə Eyvaz dayı mənə zəng edərək dedi ki, Zeynal lombartdan qızıl çıxardır. Təcili bir neçə günlük məndən pul istədi məndə də yoxdur. Dedim sənə deyim varsa ver üstündə qazanc da verəcək. Mən də dedim ki, qazanca ehtiyaz yoxdur. Mən də kartımdan bir qismini göndərdim və evdən götürüb verdim. Biz 10 gün sonra (Eyvaz da iştirak edirdi) təqribi görüşdük kafedə, Zeynal mənə lombardın qəbzini və alacaq pulların siyahısını göstərdi ki, bunları da verəcəm və alacam. Mənə dövriyyə yenə pul lazımdır. Pul üstümdədir, verə bilərəm, ancaq həyat yoldaşım Ramilə ilə birgə qızıl satırıq məlumatın var yəqin ki, bizim birgə işimizə sərmayə qoysan aylıq sənə pul verəcəyik. Dedim əsas məbləğə heç nə olmaz, dedi xeyir. Polkada en qədər qızıllarım var. Mən də xəbər vermədən gedib yoxlamaq istədim. Metro ilə Əcəmidə moskva univermağının yanında görüşdük. Məni mağazaya girməmiş solda bir dükan apardı. Orda arıq məndən bir az hundur boylu oğlan satıcı idi. Burda lombartdan çıxartdıqlarımızı satırıq dedi. Əsas dükan isə içəridədir. İçəri girəndə sağa dönüb bir az düz gedirsən və sola dönürsən orda polkada idi. Yoldaşı da orda idi. Baxdım kifayyət qədər qızıl var qabaqlarında. Makdonaltsda kofe içdik. Gördüz də qızıl var, narahat olma pul batmaz orda polkada 300 000 manatdan çox qızıl var. Bir müddət sonra Zeynal yenə yığaraq təcili qızıl var. Götürmək lazımdır. 5000 m pul lazımdır. Bir necə günlüyə. Mən də dostumdan alıb verdim. Bir az yubadsa da gedib pulu özüm cavabdehlərdən götürdüm. Bir necə gündən sonra bacıma pul lazım oldu. Dedim ordan təcili mənim kartıma 2000 manat pul at mənə 1400 m pul göndərdi. Bir müddət sonra Zeynal yenə yazdı ki, dövrüyyəyə pul lazımdır. Mən də ona yenə pul verdim. Verdiyim toplam pulları qeyd edirəm 5000 dollar (8500 azn), 1700 dollar (2890 azn) 4600 azn (6000 m verdiyimdən mənə 1400 m göndərmişdi ), 150 manat. Bir necə müddət sonra atasına da dedim ki, ayıbdır, ər və arvad bizdən pul alıblar vermirlər. Qabaqlarında nə qədər qızılları. Atası gəldi Bakıya oğlunun yanına ki, guya bu məsələni həll edəcək. Atası bizə dedi narahat olmayın. Boşanma üçün oğlum Zeynal müraciət edibdi boşanacaqlar əmlaklar qızıl və s (Bunlar təzə ev alıblar olmaz onu satar verərlər) bölünəcək və sizin pulu qaytaracayıq və oğlumu götürüb Naxçıvana gedəcəm və o da orda yaşayacaq. Bir necə gün keçdi. Mən də Eyvaz dayıya dedim ki, Atası Əbülfəz görüşdüz dedi ki, yox. Dedim bu məsələ həll etməyə gəlib yoxsa örtbasdır etməyə? Atası bizimlə görüşmədən oğlun da götürdü getdi Naxçıvana. Aydın oldu ki, atası da bunlarla əlbirdi, danışdıqları yalandır. Arvadı ilə birlikdə aldıqları evi araşdırmağa getdik. Bundan Zeynalın xəbəri yox idi. Zeynal demişdi ki, bizə ev mənim adımadır. Lazım olsa satacam verəcəm. Ofisdən tanışçılıq ilə soruşdum. Dedilər ki, Zeynal ilə arvadı Ramilə birlikdə bu yaxınlarda gəlmişdilər. Zeynal ərizə yazdı ki, evi Ramilənin adına keçirdirəm. Bundan sonra tam əmin olduq ki hamısı eyni fikirdə olan şəxslərdi, sadəcə fikir yayındıraraq vaxt udurlar.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3940/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən 2(004)-3940/2025 nömrəli mülki iş üzrə iddiaçı Şahid cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası ayrıca icraata ayrılması və mülki işin materiallarında olan sənədlərin surətləri çıxarılaraq yeni işə əlavə edilməsi və 2(004)-3940/2025 nömrəli mülki işdən ayrılan-iddiaçı Şahid cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə yeni nömrə verilsin və ayrılan işə ayrıca icraatda baxılması qərara alınmışıdır.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3940/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30000 manat pulun alınaraq İddiaçı qaytarılmasına həmçinin ödənil`miş dövlət rüsumunun cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehlərin nümayəndəsinin iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh2 qarşı qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmənin birinci hazırlıq iclasında dindirilmiş həm İddiaçı, həm də Şahid izahatlarında qeyd etmişlər ki, iş üzrə Cavabdeh2 hər hansı bir məbləğdə pul verməmişlər və ya ondan hər hansı bir məbləğ pul almamışdırlar. Məhkəmə proseslərində iddiaçı Cavabdeh2 bu mübahisə üzrə hər hansı pul məbləğini alması və ya iddiaçıya qaytarması öz əksini tapmamışdır, bu barədə mötəbər sübut təqdim olunmamışdır. Onların əsaslandığı guya Cavabdeh1 "Whatsup" sosial şəbəkəsindən Şahid göndərdiyi mesajda guya borcunu etiraf etməsi hissəsini qəbul etmirlər. İlk növbədə qeyd edir ki, onların təqdim etdiyi danışıqlarda söhbət Cavabdeh1 və Şahid arasındadır. Konstitusiya Məhkəməsinin plenum qərarına əsasən iş üzrə üçüncü şəxslər arasında olan "Whatsup" danışıqları sübut kimi qəbul edilə bilməz. Bundan başqa iş üzrə digər Cavabdeh1 hüquqlarını müdafiə etdiyim, guya Ramilə İbrahimovun adından göndərdiyi mesajlar obyektiv həqiqəti əks etdirmir,mesajlar göndərən şəxs Cavabdeh2 deyildir.Bu səbəbdən də hüquqlarını müdafiə etdiyim Cavabdeh2 qarşı qaldırılmış iddia rədd edilməlidir.
7. Cavabdehlərin nümayəndəsi iddia tələbinə dair ikinci etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Əbülfərz oğluna qarşı iddia qismən əsaslıdır. Bələ ki, İddiaçı hüquqlarını müdafiə etdiyi şəxsə 37000 manat pul verməsi iş materiallarında öz təsdiqini tapmır və məbləğ şişirdilmişdir. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində və məhkəmənin birinci baxış iclasında qeyd etmişdir ki, "37000 manat guya Cavabdeh1 ondan pul almışdır. Həmin pulun 7000 manatını qaytarmışdır. Həmçinin 2000 manatdan dostunun pulu olmuşdur və bu pulun üzərinə o gələrək borcu hesablamaqdadır. 7300 manat isə faiz gəliri iş üzrə Cavabdeh1 tərəfindən ona ödənilmişdir". İş üzrə Cavabdeh1 İddiaçı 37000 manat pul alması heç bir halda bu iş üzrə sübuta yetirilmir. Qeyd edir ki, ”İddiaçı polis şöbəsinə verdiyi ərizəsində qeyd etmişdir ki, 3400 manat, 5000 dollar, 5100 manat, 2550 manat, 450 manat, 12000 manat, ümumilikdə təxminən 32000 manata yaxın iş üzrə Cavabdeh1 pul vermişdir. İddia ərizəsində isə həmin məbləği 37000 manat olmaqla göstərmişdir. Onların qeyd etdikləri məbləğ absurddur və obyektiv həqiqəti əks etdirmir. Qeyd edir ki, 30000 manat iddiaçı tərəfindən Cavabdeh1 pul verilmiş, onun 7000+7300 manatı borcdan çıxmaq şərtilə ilə iş üzrə İddiaçı ödənilmişdir. Bundan başqa iddiaçı bildirir ki, 7300 manat məbləğ ona ödənilsə də bu məbləğ faiz gəliri olmuşdur. İş üzrə iddiaçı faiz (qazanc) adı ilə məbləğ şişirtməyə, ödədiyi pulların faiz hesablamaqla nəzərə alınmasına borcdan çıxılmamasına çalışmaqdadır. İddiaçı ilə cavabdeh arasında faiz ödənilməsinə dair hər hansı bir razılaşma yoxdur, müqavilə yoxdur. Onlar onu qəbul etmir. Hüquqlarını müdafiə etdiyi şəxsin 15700 manat iş üzrə İddiaçı borcu qalmışdır. Qeyd edir ki, iş üzrə digər Cavabdeh2 bu işlə hər hansı bir bağlılığı olmamış, İddiaçı hər hansı bir məbləğdə pul almamış və ya hər hansı bir pulun qaytarılmasında iştirak etməmişdir. Digər Cavabdeh2 qarşı qaldırılan iddia əsassızdır və rədd edilməlidir. Ona qarşı iddia isə qismən təmin edilməlidir.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin etiraz ərizəsini qəbul etmirlər. İddiaçının fayda kimi əldə etdiyi məbləğ iddia tələbindən çıxılmamalıdır. Cavabdehlər arasında olan yazışmada və Ramilə tərəfindən Zeynala göndərilən mesajlarda pulun ödənilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır. Burdan da görünür ki, cavabdeh Ramilədən də müştərək qaydada pul tutulmalıdır.
9. Məhkəmə iclaslarında iştirak edən iddiaçı bildirmişdir ki, 2 il ərzində cavabdehlər tərəfindən ona 7300 manat qazanc verilmişdir. Ümumi 37.000 manat pul vermişdir, onun 2000 və 5000 manat hissəsini qaytarıblar. 30.000 manat hissəsi borc olaraq qalmışdır. Müəyyən əmlaklarını satıb o pulu qazanc əldə etmək üçün cavabdehlərə vermişdi. Cavabdehlər yoldaşının qohumu idi, yaxın münasibətləri var imiş. Cavabdehlərə cəmi 37.000 manat məbləğində pul vermişdir. Həmin əldə etdiyi qazancdan özünə ev almaq istəyirmiş. Cavabdehlərə bildirmişdir ki, ayda nə qədər qazanc versəniz razıdır. Cavabdehlər 7300 manat məbləğində qazanc, 7000 manat isə öz borcunun müəyyən hissəsini qaytarmışdır, yəni ümumilikdə ona 14300 manat məbləğində cavabdehlər tərəfindən pul verilmişdir. O pulu hər iki cavabdehə vermiş, hər ikisi onların evlərinə gəlirdi və birlikdə iş görürdü. Həmin pulu əlbəəl Cavabdeh1 vermişdir, lakin hər ikisi onların evdə idi. Onların birlikdə yaşamaması və ayrılması isə uydurmadır. Cavabdehlərdən birlikdə tələb etmə səbəbi ər-arvad olmalarıdır. Cavabdehlərdən pulu istədikdə yaxın müddətə evlərini satıb pulu verəcəklərini bildirdilər. Uzun müddət söz verdiklərinə görə gözlədi, lakin cavabdehlər ancaq vaxt uzadır. 15 sot torpağını satıb yeni ev almaq üçün o pulu vermişdi, hazırda evlərin qiyməti artdığına görə ona xeyli ziyan dəymişdir. O dostunun adından Cavabdeh1 2000 manat məbləğində pul vermişdir. Dostu həmin şəxsi tanımırdı, pulu ona vermişdi, ona görə də həmin pulu cavabdehlərdən tələb edir. Cəmi 37.000 manat pul verib, onun 7000 manat hissəsi qaytarılmışdır. Əlavə olaraq bildirir ki, məbləğ polisə qədər 37.000 manat olmuşdur. 7000 manat ödənildikdən sonra 30.000 manat məbləğ qalmışdır. Əlavə 2000 manat məbləği dostu onun vasitəsilə Zeynala verildiyi üçün iddia tələbində qeyd olunmuşdur.
10. Məhkəmə iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən pul Cavabdeh1 verilmişdir. Digər Cavabdeh2 bu proseslərdən məlumatı yoxdur. İddiaçı pulu faizlə vermişdir və 2023-cü ilin oktyabr ayına qədər verilmiş pulun faizini cavabdeh tərəf ödəmişdir. 2024-cü il tarixində 7000 manat məbləğində iddiaçıya pul vermişdir. 2025-ci il tarixində şahid kimi dəvət olunan şəxs və iddiaçı cavabdehlə bağlı polisə müraicət etmişdir. İddia ərizəsində qeyd edilən rəqəmlərin çoxu yalandır və böhtandır. Cavabdeh2 digər cavabdehin keçmiş həyat yoldaşıdır və bu proseslərdən məlumatsızdır. İddia ərizəsində qeyd olunur ki, Cavabdeh2 güya iddiaçının evində yoldaşının ona 30.000 manat məbləğində qızıl aldığını demişdir, borcu olan adama bu sözü deməsi belə absürd haldır. Hesab edir ki, əldə olunan gəlir iddia tələbindən çıxılmalıdır və onlar həmin məbləği ödəməyə hazırdırlar. 14300 manat məbləği çıxıldıqda 15.700 manat hissəsini cavabdehlərdən biri olan Cavabdeh1 münasibətdə qəbul edir. Digər cavabdeh olan Cavabdeh2 münasibətdə isə iddia tələbini qəbul etmir. Hər iki cavabdehdən iddia tələbini tələb etmələri səbəbi Cavabdeh2 maddi imkanın yaxşı olması ilə bağlıdır. Təxmini 10 faiz məbləği ilə həmin pullar iddiaçıdan götürülmüşdür. Cəmi 50.000 manat məbləğində pul Cavabdeh1 verilmişdir. Cavabdeh1 sırf iddiaçıdan 32.000 manat məbləğində pul götürmüşdür. Qazanc və ya faizin nə qədər olmasını dəqiq bilmir. Həmçinin bildirmişdir ki, iddiaçı sonradan pulu kommersiya məqsədilə verdiyini bildirmişdir. Onlar iddianın 15700 manat hissəsini qəbul edirlər. Həmçinin iş üzrə digər cavabdeh Ramilənin bu işlə heç bir bağlılığı olmadığına görə ona münasibətdə iddianın təmin olunmamasını xahiş edirlər. Cavabdeh iddiaçıya məbləğdən müəyyən faiz ödəməli idi.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. 09.05.2025-ci il tarixində İddiaçı Sabunçu RPİ-nin 13 PŞ-nə ərizə ilə müraciət edərək, 2022-ci il hər dəfə ayrı-ayrı vaxtlarda Zeynal adlı şəxsə və onun həyat yoldaşı Ramilə adlı şəxsə əlavə gəlir əldə etmək məqsədi ilə ümumilikdə qızıl-ziynət əşyalarının alınması üçün o, Bağır ilə birlikdə 50 000 manat vəsait vermişlər. (Eyvaz-3400 manat, 5000 $, 5100 AZN, 2550 AZN, 450 AZN, 1200 AZN) (Bağır-5000 $, 1700 $, 4600 AZN, 150 AZN, 2000 AZN). Həmin şəxslər ayrı-ayrı vaxtlarda gəlir olaraq müəyyən məbləğlərdə onlara ödəniş etmişdlər. Hal-hazırda həmin şəxslərin ona və Bağıra məxsus olan ümumilikdə 50000 manat məbləği geri qayatarmaqdan imtina edirlər.
13. Cavabdeh1 16 may 2025-ci il tarixində Sabunçu RPİ-nin 13 PŞ-nə verdiyi izahatında qeyd etmişdir ki, müxtəlif vaxtlarda Bağır və Eyvaz adlı şəxslərdən ayrı-ayrılıqda ümumi olaraq 50 min manat məbləğində pul vəsaitini müəyyən gəlir əldə etmək məqsədi ilə almışdır. Həmin borcdan bir qismi tərəfindən həmin şəxslərə ödənilmişdir. Hal-hazırda Bağır adlı şəxsə 12700 manat, Eyvaz adlı şəxsə isə 25 min manat borcu qalıb. Hal-hazırda heç bir yerdə işləmədiyinə görə borcları ödəyə bilmir. Həmçinin bildirir ki, borc ona məxsusdur və ödənilməsini ən qısa müddət ərzində təmin edəcək. Borcunu ödəməkdən yanınmır və imtina etmir. İzahatının doğruluğunu öz izahatı ilə təsdiq etmişdir.
14. Sabunçu RPİ-nin 13 Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 izahatı alınmış, səmimi olaraq borcunun olmasını bildrmiş və bu borcun ödənilməsinə heç bir etirazı olmadığını bildirmiş, bu barədə xəbərdarlıq edilmişdir.
15. Şahid məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə qohum olmasalar da, yaxın münasibətləri vardır. Cavabdeh1 isə İddiaçı qaynının oğludur. Cavabdehlər birlikdə qızıl işi məşğul idilər. İddiaçı özünə məxsus torpaq sahəsini və maşınını satmışdır və cavabdehlərlə iş görmək üçün pulu vermişdir. Həmçinin beyin iflici xəstəliyi olan qızı və nəvəsi olduğuna görə pula çox ehtiyacı olur. Cavabdehlər iddiaçıya müəyyən müddət qazanc versə də, sonradan qalan pulu iddiaçıya qaytarmır. İddiaçı cavabdehə təqribi 30.000 manat məbləğində pul vermişdir, onun 5000 və 2000 manat hissəsi cavabdeh tərəfindən qaytarılmışdır. Cavabdehlər pulu birlikdə iddiaçının evindən götürmüşdür. İddiaçının nə qədər qazanc əldə etdiyini dəqiq bilmir.
16. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. 739.1 - borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. İddiaçı iddia edir ki, cavabdehlər qızıl-ziniyyət əşyaların alqı-satqısı ilə məşğul olan şəxslərdi. Qazanc əldə etmək üçün cavabdehlərə borc olaraq 37000 manat pul vəsaiti verib. Cavabdehlər ona bildirirblər ki, satışlar olduqca, işlər yaxşı getdikcə müəyyən qədər qazanc verəcəklər. Həmin pul vəsaiti hesabına ona 7300 manat qazanc və borc məbləğindən 7000 manat qaytarılmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçı hər-hansı qazanc məbləğini deyil, 37000 manat borc məbləğindən qalan 30000 manat pulun cavabdehlərdən tutulmasını xahiş edir. Cavabdehlərin nümayəndəsi isə iddianı yalnız Cavabdeh1 münasibətdə qismən qəbul edərək bildirmişdir ki, iddia 15700 manat hissədə təmin edilə bilər, belə ki, Polis İdarəsində iddiaçının verdiyi izahatdan görünür ki, 14300 manat ödəniş edilib, 30.000 manatdan həmin məbləğ çıxılmalıdır, Cavabdeh2 münasibətdə isə iddia təmin edilə bilməz, çünki hüç bir hüquqi əsası yoxdur.
24. Məhkəmə cavabdehlərin nümayəndəsinin etiraz arqumentləri ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçı iddia tələbini müştərək qaydada hər iki cavabdehə qarşı irəli sürsə də, lakin tələb etdiyi pul məbləğinin və ya hər-hansı hissəsinin Cavabdeh2 verilməsini təsdiq edəcək hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, həmin cavabdehə qarşı iddia tələbi təmin edilə bilməz.
25. Cavabdeh1 münasibətdə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, baxmayaraq ki, cavabdehlərin vəkili bildirir ki, məhz verilən borc məbləğindən 14300 manat ödəniş edilmişdir, lakin Cavabdeh1 özünün xx.xx.2025-cı il tarixində Polis İdarəsində verdiyi yazılı izahatında göstərmişdir ki, müxtəlif vaxtlarda iddiaçıdan qazanc əldə etmək üçün götürdüyü borc məbləğindən İddiaçı 25.000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəf isə qalıq borc məbləğinin 25.000 manat deyil, daha çox (30.000 manat) olmasını məhkəmə gedişatı zamanı sübuta yetirə bilməmişdir.
26. Məhkəmə cavabadeh Cavabdeh1 Sabunçu RPİ-nin 13 PŞ-nə verdiyi yazılı izahatında etirafını əsas götürərək, qeyd edir ki, iddia Cavabdeh1 münasibətdə 25000 manat məbləğində təmin edilməlidir.
27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 229 manat dövlət rüsumu ödənilmişdir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün, iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq, 165 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1 25.000 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 165 manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova