Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-916/2020 20.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X4 Bağman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş 10155 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 4060 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş 10155 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 4060 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıilə Cavabdeh arasında «yükdaşıma xidmətlərini göstərilməsi» haqqında xx xxx 2019-cu il tarixdə xidmət müqaviləsi bağlanmışdır. Müqavilə şərtinə əsasən yükdaşıma xidmətinin bir günü üçün xidmət haqqı 125 manat müəyyən edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən işlərin dəyəri, işlərin təhvil-təslimi haqqında hesabatda (forma 2) göstərilən işlərin həcminə uyğun hesablanaraq ödənilir. Müqavilənin bağlanmasına baxmayaraq həmin müqavilə üzrə icraçı Cavabdeh tərəfindən sifarişçi İddiaçınə hər hansı xidmət göstərilməmiş və tərəflər arasında öhdəlik yaranmamışdır. Buna baxmayaraq İddiaçı tərəfindən Cavabdeh hesab nömrəsinə texniki səhv nəticəsində xx xxxx 2019-cu il tarixdə 13 nömrəli ödəniş tapşırığına əsasən 3050 manat məbləğində və xx xxxxxxx 2019-cu il tarixdə 31 nömrəli ödəniş tapşırığına əsasən 7105 manat məbləğində, ümumilikdə 10155 manat məbləğində pul köçürülmüşdür. Köçürülmüş həmin vəsaitin qanuni və ya müqavilə əsası olmamışdır. Belə ki, həmin müqavilə üzrə Cavabdeh tərəfindən İddiaçınə hər hansı xidmət göstərilməmişdir. Ödənilmiş vəsait Cavabdeh dəfələrlə tələb edilsə də, o həmin məbləği qaytarmaqdan imtina etmişdir. Bununla bağlı Daxili İşlər Nazirliyinin Nərimanov rayon Polis İdarəsinə müraciət edilmiş, müraciət mülki xarakter daşıdığından cinayət işinin başlanması xx.xx.2019-cu il tarixli qərarla rədd edilmişdir. Əsassız varlanmanın qanuni və müqavilə əsası olmadığı üçün bu tip iddialara dair işlər üzrə tərəfə pretenziya verilməsi tələb edilmir. Bununla belə cavabdehlə dəfələrlə məsələnin məhkəmədən kənar qaydada həlli üçün danışıqlar olmuş, bu barədə hüquq mühafizə orqanlarına müraciət edilmiş, hətta ona yazılı qaydada rəsmi olaraq pretenziya da təqdim edilmişdir. Lakin qeyd edilən hərəkətlərin heç bir nəticəsi olmamışdır. İşin hallarından göründüyü kimi Cavabdeh ödənilmiş 10155 manat məbləğində pul hər hansı öhdəliyin icrası ilə əlaqədar olmamış, bu ödənişin qanuni və ya müqavilə əsası olmamışdır. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı arasında xx.xx.2019-cu il tarixdə xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçınə yükdaşıma xidməti həyata keçirilmişdir. Yükdaşıma xidmətinin 1 gün üçün xidməthaqqı 125 manat müəyyən edilmişdir. İlkin iddia tələbi tamamilə əsassızdır. İlkin iddia ərizəsində guya Cavabdeh ödənilən vəsaitin texniki səhv nəticəsində baş verdiyi iddia olunur. Halbuki, gün hesabı ilə Cavabdeh tərəfindən İddiaçınə 214 gün yükdaşıma xidməti həyata keçirilmişdir. Həmin xidmətə görə İddiaçı tərəfindən Cavabdeh26750 manat ödənilməli idi. xx.xx.2019-cu il tarixli mədaxil orderindən göründüyü kimi həmin vəsaitdən 3050 manatı, xx.xx.2019-cu il tarixli mədaxil orderindən göründüyü kimi isə 7105 manat, cəmi 10155 manat rəsmi şəkildə Cavabdeh bank hesabına ödənilmişdir. xx.xx.2019-cu il tarixli mədaxil orderində düzgün olaraq ödənişin təyinatı və əsas kimi “müqaviləyə əsasən ödənilir” qeyd olunmuşdur. xx.xx.2019cu il tarixli mədaxil orderində isə düzgün olaraq ödənişin təyinatı və əsas kimi “yerinə yetirilmiş nəqliyyat xidmətlərinin dəyəri ödənilir” göstərilmişdir.Buradan da aydın görünür ki, ilkin iddia tələbi tamamilə yalan və əsassızdır. Bundan başqa, ortada müqavilə olmasaydı hardasa bir dəfə texniki səhv nəticəsində ödəniş olduğu yalanını uydura bilərdilər. Lakin ikinci dəfə də texniki səhv ilə ödəniş etdiklərini əsas gətirib yalan və uydurma iddia qaldırmaq sadəcə gülüncdür. Bundan başqa əslində əsassız varlanan elə İddiaçıdir. Belə ki, Cavabdeh ilk əvvəl o qədər də məlumatlı olmadığından təklif etdikləri 1 gün üçün xidməthaqqı olaraq 125 manat ilə razı olmuşdur. Sonradan Cavabdeh məlum olmuşdur ki, hətta 8 kub həcmdə yükdaşıma avtomobili üçün günlük xidmət haqqı 200 manat olmuşdur. Halbuki Cavabdeh avtomobili 24 kub olmuşdur. Buradan da aydın olur ki, İddiaçı Cavabdeh bazar qiymətlərindən kifayət qədər məlumatlı olmadığından istifadə edərək əsassız varlanma nəticəsində böyük məbləğdə vəsait əldə etmişdir. Göründüyü kimi, ilk iddia tələbi tamamilə əsassızdır, yalandır. Lakin Cavabdeh sadəcə 125 manatlıq razılaşmasına əsasən yerdə qalan məbləği tələb edir. İddiaçı tərəfindən Cavabdeh rəsmi şəkildə ödənilən 10155 manat puldan başqa qeyri-rəsmi şəkildə də Cavabdeh 12535 manat pul ödənilmişdir. Yəni İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 22690 manat pul ödənilmişdir. Buna görə də Cavabdeh sadəcə İddiaçı tərəfindən ona ödənilməli olan qalıq 4060 manat pulu tələb edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı əvvəl keçirilmiş məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, İddiaçındə mühasib işləyir. Hər ay kreditorların siyahısı ona təqdim olur, kreditorlar siyahısında Cavabdeh da adı olmuş, buna görə də ödəniş etmişlər. Kimə ödəniş olunursa, adı təsdiqlənir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, Cavabdeh işçisi kimi yük maşını ilə 2018-ci ilin noyabr ayından 2019-cu ilin may ayının ortasına qədər İddiaçındə işləmişdir. Bir gün ona İddiaçındən zəng olunmuş, ondan Cavabdeh ilə işlədiyini və ona əmək haqqı verildiyin soruşmuşlar, işlədiyini və ona əmək haqqı verildiyini bildirmişdir. İddiaçı əməkdaşı ona bildirmişdir ki, Cavabdeh səhvən pul köçürülmüşdür. Cavabdeh zəhmət haqqı verməsini bildirmiş, Cavabdeh ona heç nə verməyəcəyini demişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxxx 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxx 2019-cu il tarixli Xidmət müqaviləsinin surətindən görünür ki, İddiaçı bu müqavilə ilə müəyyən edilmiş yükdaşıma xidmətlərini göstərməyi Cavabdeh sifariş verməyi və bu müqavilə ilə müəyyən edilmiş qiymətə və görülmüş işlərin həcminə uyğun haqqı ödəməyi, Cavabdeh isə İddiaçı müəyyən etdiyi qaydada həmin işləri öz nəqliyyat vasitələri, imkanları, qüvvəsi, resursları hesabına görməyi öhdələrinə götürmüşlər. xx xxxx 2019-cu il tarixli 13 saylı Ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 3050 manat pul vəsaiti ödənilmişdir. xx xxxxxxx 2019-cu il tarixli 31 saylı Ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 7105 manat pul vəsaiti ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən olunur ki, təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, təxminən 2018-ci ilin oktyabr ayında ünvan 1 ünvanında yerləşən 2 saylı Yataxanada məcburi köçkün qismində yaşayan, 1973-cü il təvəllüdlü Cavabdeh özünə məxsus tikinti işləri üçün nəzərdə tutulmuş texnikanı Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 14 ünvanında yerləşən İddiaçı MMC şirkətinə, gündəlik yüz iyirmi beş manllıq ödəmə ilə icarəyə vermişdir. Bundan təxminən səkkiz ay sonra, dəqiq xx xxx 2019-cu il tarixdə İddiaçı MMC və vətəndaş Cavabdeh arasında xidməti müqavilə bağlanmışdır, lakin həmin ay etibarı ilə verilən gündəlik icarə haqqının geçikdirilməsi və ümumiyyətlə verilməməsi iddiaları ilə vətəndaş qeyd edilən şirkət ilə əməkdaşlıq etməkdən imtina etmişdir. Araşdırma müddətində tərəflər bu haqda rəsmi heç bir sənəd təqdim etməmişdirlər. 2019cu ilin təxminən oktyabr ayında şirkət mühasibatlığı vətəndaş Cavabdeh şəxsi bank hesabına 7.105 manat məbləğində pul köçürməsi heyata keçirmişdir. Şirkət köçürmənin yalnış baş verməsi iddiası ilə vaxtı ilə icərədar olmuş vətəndaş ilə mütamadi olaraq əlaqə saxlamış, lakin o, həmin məbləğin ona olan borcun verilməsi kimi qiymətləndirməsi səbəbi ilə geri qaytarmaqdan imtina etmişdir. xx xxxxxx 2019-cu il tarixdə yuxarıda adı çəkilən tikinti şirkətinin Nəqliyyat Departamentinin müavinləri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsində yaşayan X9 və Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ev 565/2, mənzil 20-da yaşayan X1 rayonu ərazisində yerləşən Nəsimi rayon Məhkəməsi yaxınlığında olarkən, tərəflərin iddia etdiyinə görə təsadüfən şikayətçi vətəndaş ilə görüşmüşdürlər. Görüş zamanı onlar sonuncuya ödənişin geri qaytarılması ilə bağlı onu mühasiballığın və ümumən şirkət rəhbərliyinin axtardığını deyiblər. Bərabər şrikət ntimayindəsinin idarə etdiyi avtomobilə əyləşərək bərabər Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 14-də yerləşən şirkətin inzibati binasına gediblər. Orada hüquşunas Nümayəndə və Cavabdeh arasında məsələnin həlli istiqamətində söhbətlər aparılmış, lakin ilkin olaraq müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddialar rədd olunmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 2018-ci ilin oktyabr ayında Cavabdeh özünə məxsus tikinti işləri üçün nəzərdə tutulmuş texnikanı İddiaçınə gündəlik 125 manat ödəmə ilə icarəyə vermişdir. Bundan təxminən səkkiz ay sonra, xx xxx 2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında Xidməti müqavilə bağlanmış və müqaviləyə əsasən İddiaçı bu müqavilə ilə müəyyən edilmiş yükdaşıma xidmətlərini göstərməyi Cavabdeh sifariş verməyi və bu müqavilə ilə müəyyən edilmiş qiymətə və görülmüş işlərin həcminə uyğun haqqı ödəməyi, Cavabdeh isə İddiaçı müəyyən etdiyi qaydada həmin işləri öz nəqliyyat vasitələri, imkanları, qüvvəsi, resursları hesabına görməyi öhdələrinə götürmüşlər. Həmin ay etibarı ilə verilən gündəlik icarə haqqının geçikdirilməsi və ümumiyyətlə verilməməsi səbəbindən Cavabdeh İddiaçı ilə əməkdaşlıq etməkdən imtina etmişdir. İddiaçı Cavabdeh bank hesabına 2019-cu ilin iyun ayında 3050, oktyabr ayında isə 7105 manat məbləğində pul köçürməsi heyata keçirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Şərh olunan maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçının nümayəndəsi, Cavabdeh hesabına köçürülmüş pulun texniki səhv olması, müqavilə bağlansa da əməkdaşlığın olmamasını bildirsə də, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallar qeyd olunan dəlilləri təkzib edir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında münasibətlər 2018-ci ilin oktyabr ayından yaranmış, 2019-cu ilin may ayına kimi davam etmiş, 2019-cu ilin may ayında isə İddiaçı tərəfindən icarə haqqının geçikdirilməsi və ümumiyyətlə verilməməsi səbəbindən Cavabdeh İddiaçı ilə əməkdaşlıq etməkdən imtina etmişdir. Yəni İddiaçı ilə Cavabdeh arasında münasibətlər İddiaçı Cavabdeh icarə haqqı üzrə olan borcun ödənilməməsi səbəbindən pozulmuşdur. İddiaçı tərəfindən Cavabdeh 2018-ci ilin oktyabr ayından 2019-cu ili may ayına kimi göstərdiyi xidmətlərə görə həmin müddət ərzində ödəniş etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh hesabına ödənilmiş pul vəsaiti texniki səhv olmamış, tərəflər arasında 2018-ci ildən işgüzar münasibətlər olmuş, xx xxx 2019-cu il tarixdə isə müqavilə ilə rəsmiləşdirilmiş, Cavabdeh xidmət haqqı ödənilmişdir. Bu ödənişin ödənilməsinə hüquqi əsas olmuşdur. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı ona 4060 manat borclu olmasını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə, hər iki iddia tələbinin faktiki əsasları (faktiki hallar), tələblərin qanuni əsaslarının şərtlərinə uyğun olmadıqlarından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadıqlarından hər iki iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-916/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-916/2020
20.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver