Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9171/2025 17.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübvahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə Cavabdeh3 (bundan sonra – borc alan) arasında bağlanılmış xx.xx.2024cü il tarixli, 360619-CNS-51883 saylı Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə- Razılaşması – kredit müqaviləsi ilə borc alana 24 ay müddətinə, illik 21% dərəcəsi ilə, 4900 manat məbləğində kredit verilmiş, aylıq ödənişin məbləği 251,79 manat müəyyən edilmişdir. Tərəflər arasında imzalanmış Müştəri Ərizə-Razılaşmasında qeyd edilir ki, bu ərizə Bank xidmətlərinin göstərilməsi haqqında X1 tərkib hissəsidir.
2. Bundan sonra, tərəflər arasında xx.xx.2025-ci il tarixdə xx.xx.2024-cü il tarixli, 360619-CNS-51883 saylı Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə- Razılaşmasına (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Əlavə Razılaşma imzalanmış, həmin Razılaşmaya əsasən borc alanın xx.xx.2025-ci il tarixə kredit müqaviləsindən irəli gələn öhdəlikləri restrukturizasiya edilərək kreditin məbləği 3456,93 manat, illik faiz dərəcəsi 7%, kreditin müddəti 42 ay müəyyən edilmiş, ödəniş cədvəlinə əsasən aylıq ödənişin məbləği 106,95 manat müəyyən edilmişdir.
3. Bundan başqa, borc alanın kreditor qarşısında öhdəliklərinin icrasını təmin etmək üçün xx.xx.2024-cü il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında 360619-1-4118 saylı zaminlik müqaviləsi bağlanılmış, xx.xx.2025-ci il tarixdə qeyd edilən zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsinə dair 01 saylı Razılaşma imzalanmışdır. Bununla da zaminlik müqaviləsi ilə borc alanın lazımı qaydada icrası təmin edilən borc öhdəliklərinin məbləği 3456,93 manat, illik faiz dərəcəsi 7%, kreditin müddəti xx.xx.2028-ci ilədək müəyyən edilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı onunla borc alan arasında bağlanmış xx.xx.2025-ci il tarixli 360619-CNS- 51883/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməli olan 3456,93 manat əsas borc, 89,40 manat faiz borcu olmaqla, ümumilikdə 3546,33 manat məbləğində pul və ödənilmiş 55,46 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borc alan xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2024-cü il tarixli 360619-CNS-51883 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə iddiaçıya müraciət etmiş və ona istehlak məqsədilə illik 21 faiz hesablanması şərti ilə 24 ay müddətinə 4900 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Daha sonra tərəflər arasında xx.xx.2024-cü il tarixli 360619-CNS-51883 saylı kredit müqaviləsinə (annunitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2025-ci tarixli 360619-CNS-51883/1 saylıƏlavə Razılışma bağlanmışdır. Eyni zamanda xx.xx.2025-ci tarixli 360619-CNS-51883/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 xx.xx.2025-ci il tarixli 360619-CNS-4118 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər.
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdehlər etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
13. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
14. Maddə 472.2. Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
22. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 360619-CNS-51883 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, daha sonra tərəflər xx.xx.2025-ci il tarixdə xx.xx.2024-cü il tarixli, 360619-CNS-51883 saylı Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə- Razılaşmasına (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Əlavə Razılaşma imzalayaraq borc alanın xx.xx.2025-ci il tarixə kredit müqaviləsindən irəli gələn öhdəliklərini restrukturizasiya etmiş və kreditin məbləğini 3456,93 manat, illik faiz dərəcəsi 7%, kreditin müddəti 42 ay müəyyən etmişlər.
24. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc və faiz borcunun ödənilməsini cavabdehlərdən tələb edir.
25. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli, 360619-CNS-51883/1 saylı müqavilə üzrə borc alanın xx.xx.2025-ci il tarixə 3456,93 manat əsas, 89,4 manat faiz borcu olmaqla, cəmi 3546,33 manat borcu mövcuddur.
26. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqal bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
27. Məhkəmə hesab edir ki, iddia zaminə qarşı hissədə də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, borc alanın kreditor qarşısında öhdəliklərinin icrasını təmin etmək üçün xx.xx.2024-cü il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında 360619-1-4118 saylı zaminlik müqaviləsi bağlanılmış, xx.xx.2025-ci il tarixdə qeyd edilən zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsinə dair 01 saylı Razılaşma imzalanmışdır. Bununla da zaminlik müqaviləsi ilə borc alanın lazımı qaydada icrası təmin edilən borc öhdəliklərinin məbləği 3456,93 manat, illik faiz dərəcəsi 7%, kreditin müddəti xx.xx.2028-ci ilədək müəyyən edilmişdir. Məhkəmə zaminin xx.xx.2025-ci il tarixli, 360619-CNS-51883/1 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin olduğunu və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
28. Məhkəmə həmçinin iddianın 55,46 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli 360619-CNS- 51883/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməli olan 3456,93 manat əsas borc, 89,40 manat faiz borcu olmaqla, ümumilikdə 3546,33 manat məbləğində pul və ödənilmiş 55,46 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı