Məhkəmə qərarları › İş №e-2-2(113)-9173/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9173/2024

25.12.2024 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9173/2024 25.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Ləğv prosesində olan Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs2 MMC, Maraqlı şəxs3 MMC və Ləğv prosesində olan Maraqlı şəxs4 ASC-yə qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə (açar sözlər:) (mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil2, Maraqlı şəxs4 ASC-nin nümayəndəsi X1, Maraqlı şəxs5 nümayəndəsi və vəkili Vəkil1 Vəlyəddin oğlunun iştirakı ilə, Ərizəçi Ləğv prosesində olan Ərizəçi ASC-nin maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs2 MMC, Maraqlı şəxs3 MMC və ləğv prosesində olan Maraqlı şəxs4 ASC-yə qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ləğv prosesində olan Ərizəçi ASC-nin maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs2 MMC, Maraqlı şəxs3 MMC və Ləğv prosesində olan Maraqlı şəxs4 ASC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00355 nömrəli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Ərizəçi ASC ilə Maraqlı şəxs2 MMC, Maraqlı şəxs5, Maraqlı şəxs1 və Maraqlı şəxs3 MMC arasında LPO Ərizəçi ASC ilə Maraqlı şəxs2 MMC arasında imzalanmış xx.xx.2009-cu il tarixli, “02SF” saylı kredit müqaviləsi üzrə ümumilikdə 1.558.414,52 (bir milyon beş yüz əlli səkkiz min dörd yüz on dörd manat əlli iki qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumunun Maraqlı şəxs2 MMCdən tutulması, tutmanın Maraqlı şəxs5 məxsus Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın hərracdan satılaraq borcun ödənilməsi tələbi, Maraqlı şəxs5 LPO Ərizəçi ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbi, LPO Ərizəçi ASC-nin Maraqlı şəxs2 MMC-yə qarşı kredit müqaviləsinin icrası üzrə gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 708.249,63 manat pulun tutulması və tutmanın Maraqlı şəxs5 məxsus Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməsi tələbi, Maraqlı şəxs1 Maraqlı şəxs5 qarşı Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin bölünməsi barədə mübahisənin həlli ilə əlaqədar mediasiya prosesində təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00355 nömrəli barışıq sazişi bağlanılmışdır. Lakin tərəflər bu günə qədər nə xx.xx.2024-cü il tarixli MŞB/12/2024- 00355 nömrəli barışıq sazişinin şərtlərini könüllü icra etmiş, nə də kredit müqaviləsi üzrə banka heç bir ödəniş etməmişlər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil2 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizəni müdafiə etdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs4 ASC-nin nümayəndəsi X2 və Maraqlı şəxs5 nümayəndəsi və vəkili Vəkil1 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə digər maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli 2(006)-20/2014 saylı Qətnaməsindən görünür ki, cavabdeh Maraqlı şəxs2 MMC-dən iddiaçı Ərizəçi ASC-nin xeyrinə 1.515.273 manat 80 qəpik əsas borc, 31.820 manat 77 qəpik faiz, 11319 manat 95 qəpik cərimə olmaqla, cəmi 1.558.414 manat 52 qəpik kredit borcu, həmçinin 20 manat dövlət rüsumunun tutulması, tələbin cavabdeh Maraqlı şəxs5 xüsusi mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində xüsusi mülkiyyətində olan, ümumi sahəsi 3784.2 kv.m olan, torpaq sahəsi 4 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 3.900.000 manat qiymətləndirilərək açıq hərracdan satılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2014-cü il tarixli 2(102)-1680/2014 nömrəli Qərarından görünür ki, AGBank ASC və Maraqlı şəxs5 nümayəndəsi X6 və X3 arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişinin 2-ci bəndinə əsasən, Amil MMC və onun təsisçisi və direktoru Maraqlı şəxs5 AGBank ASC-nin xx.xx.2008-ci il tarixə və xx.xx.2012-ci tarixə olan iddiaları üzrə ümumilikdə 3.333017 ABŞ dolları məbləğində borcu olduğunu etiraf edir və qeyd olunan barışıq sazişi təsdiq olunduqdan sonra 1 ay müddətində məbləğin AGBank ASC-yə ödənilməsini təmin edir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və ümumi sahəsi 3784.2 kv.m olan əmlak Maraqlı şəxs5 xüsusi mülkiyyəti olaraq Dövlət qeydiyyatına alınmışdır. Əmlak Kompleksi kimi müəssisənin tərkibi Ofis – 64,6 kv.m, soyuducu bina– 3052,6 kv.m, Tara sexi – 551,0 kv.m, Gözətçi bina – 25,8 kv.m, Yeməkxana – 47,2 kv.m, Sanitar qovşağı – 10,2 kv.m, Generator binası – 30,8 kv.m, və ayaqyolundan – 2 kv.m ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi Kredobank ASC-nin xeyrinə yüklü edilmişdir.Əsas öhdəliyin təsviri xx.xx.2009-cu il tarixli 02SF saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş ******* manat məbləğində kreditdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/12/2024-00355 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə barışığa gəlmişlər:

1. Bu barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaqdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:

1. Tərəflər razılaşırlar ki, hazırki mülki mübahisəni aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll edirlər: 1.1. Tərəflər təsdiq edirlər ki, Maraqlı şəxs2 MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 saylı qətnaməsi üzrə LPO Ərizəçi ASC qarşısında 1.500.273,80 manat əsas borc, 1.820,77 manat faiz borcu, 11.319,95 (on bir min üç yüz on doqquz manat doxsan beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.513.414,52 manat və 20 manat dövlət rüsumu icra edilməmiş borc öhdəliyi mövcuddur. 1.2 Tərəflər təsdiq edirlər ki, xx.xx.2009-cu il tarixli, “02SF” saylı kredit müqaviləsi üzrə ümumilikdə 1.558.414,52 manat və 20 manat dövlət rüsumunun vaxtında icra edilməməsi səbəbindən LPO Ərizəçi ASC-nin Maraqlı şəxs2 MMC-dən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 708.249,63 (yeddi yüz səkkiz min iki yüz qırx doqquz manat altmış üç qəpik) manat və 998,25 (doqquz yüz doxsan səkkiz manat iyirmi beş qəpik) manat dövlət rüsumu tələbi vardır. 1.3 LPO Maraqlı şəxs4 ASC və Maraqlı şəxs3 MMC təsdiq edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)- 1680/2014 saylı qərarı əsasında verilmiş icra vərəqəsi üzrə Maraqlı şəxs3 MMC, onun təsisçisi və direktoru Maraqlı şəxs5 LPO Maraqlı şəxs4 ASC-yə ödənilməmiş 1.333.017,84 (bir milyon üç yüz otuz üç min on yeddi ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pulun tutulmasına dair Quba rayon İcra şöbəsinin icraatında icra işi vardır. 1.4 Bu Sazişin 1.1-ci bəndi üzrə borcun ödənilməsinə yönəldilən əmlak kompleksinin xassələri Daşınmaz Əmlak Dövlət Reyetri Xidməti tərəfindən verilmiş Seriya MA ******* saylı çıxarışa və Texniki Pasporta əsasən aşağıdakılardan ibarətdir: 1.4.1 Hüququ rəsmiləşdirilən şəxs: Maraqlı şəxs5; 1.4.2 Əmlakın növü: Torpaq sahəsi və Əmlak kompleksi kimi müəssisə; 1.4.3 Əmlakın ünvanı (olduğu yer): Quba rayonu, Aşağı Xuc kəndi; 1.4.4 Əmlak kompleksi və torpaq sahəsinin mülkiyyət növü: Xüsusi; 1.4.5 Əmlak kompleksi və torpaq sahəsinin mülkiyyət növü: Mülkiyyət; 1.4.6 Əmlakın təyinatı: Xidmət; 1.4.7 Əmlakın ümumi sahəsi: 3784,2 kv.m; 1.4.8 Torpağın ümumi sahəsi: 4,0 ha 1.4.9 Əmlak kompleksi kimi müəssisənin tərkibində olan qeyri-yaşayış binaları: 1.4.9.1 Ofis (liter “A”) – 64,6 kv.m. 1.4.9.2 Soyuducu bina (liter “B”) – 3052,6 kv.m. 1.4.9.3 Tara sexi (liter “C”) – 551,0 kv.m. 1.4.9.4 Gözətçi bina (liter “D”) – 25,8 kv.m. 1.4.9.5 Yeməkxana (liter “E”) – 47,2 kv.m. 1.4.9.6 Sanitar qovşağı (liter “F”) – 10,2 kv.m. 1.4.9.7 Generator binası (liter “G”) – 30,8 kv.m. 1.4.9.8 Ayaqyolu (liter “H”) – 2 kv.m. 1.4.9.9 Daşınmaz əmlakın reyestr nömrəsi: **********38-12301; 1.4.10 Hüquq sahibinin: 1.4.10.1 Adı: Maraqlı şəxs5; 1.4.10.2 Payı: Tam; 1.4.10.3 Qeydiyyat nömrəsi: **********; 1.4.10.4 Qeydiyyat tarixi: xx.xx.2011; 1.5 Tərəflər razılaşırlar ki, İpoteka qoyan bu Sazişin 1.1-ci bəndinin könüllü icra edilməsi məqsədilə bu Sazişin 1.4-cü bəndində göstərilən əmlak kompleksinin aşağıdakı hissələrini razılaşdırılmış qiymətə, yəni 1.513.434,52 (bir milyon beş yüz on üç min dörd yüz otuz dörd manat əlli iki qəpik) manat dəyərinə LPO Ərizəçi ASC-nin mülkiyyətinə verir, LPO Ərizəçi ASC isə həmin hissələri öz mülkiyyətinə qəbul edir, həmçinin bu Sazişin təsdiq edilməsi ilə əlaqədar yekun məhkəmə aktı LPO Ərizəçi ASC-nin adına mülkiyyət hüquqlarının müvafiq dövlət qurumu tərəfindən qeydə alınması və çıxarışın verilməsi üçün əsasdır: - Ümumi sahəsi 3052,6 kv.m. olan soyuducu binanın (liter “B”) – 1358,6 kv.m. hissəsi (7 kameradan ibarət 2.000 tonluq hissə); - Dəhliz – 209,3 kv.m; - Operator otağı – 29,0 kv.m; - 2.000 tonluq soyuducu kameralarına aid talvar hissəsi; - Stabilizator (identifikasiyası: Çetinkaya, AC Voltaj Regülator, KVA Power: 400, İP: 20, FRK: 50, Amper: 3x450, Faz: 3, Seria: 08208); - Transformator (identifikasiyası: 6kv atuc 2h/x 3033575); - Notarial qaydada təsdiq edilmiş bölgü sxemi əsasında 4,0 ha torpaq sahəsinin 0,80 ha hissəsi. 1.6 Maraqlı şəxs2 MMC və Maraqlı şəxs5 öz üzərlərinə götürürlər ki, bu Sazişin 1.5ci bəndi icra edildikdən sonra əmlak kompleksinin LPO Ərizəçi ASC-yə verilən hissəsinin fəaliyyətinin axımında çətinliklərin (gecikmə, məhdudiyyət və sair) yaranmaması məqsədilə generator otağında yerləşən generatordan və Maraqlı şəxs5 aid torpaq hissəsində qalan 8 tonluq yeraltı su çənindən bərabər istifadə edilməsinə şərait yaradılacaqdır. Həmçinin Tərəflər razılaşırlar ki, müstəqil olaraq icarəyə götürülmüş və ya götürələcək hər bir avadanlıqdan bərabər istifadəyə şərait yaradılacaq və bununla bağlı xərclər qarşılıqlı razılıqla proporsional şəkildə bölüşdürüləcəkdir. Bu hüquq həmin torpaq sahəsi üçüncü şəxslərin adına özgəninkiləşdirildiyi təqdirdə belə məhdudlaşdırıla bilməz. 1.7 Tərəflər razılaşırlar ki, bu sazişin 1.5-ci bəndində qeyd edilən və LPO Ərizəçi ASC-nin mülkiyyətinə verilən stabilizator Maraqlı şəxs5 aid torpaq sahəsində yerləşən generator otağında (liter “G” - 30.8 kv.m.), transformator isə texniki şərtə uyğun yerdə, yəni Maraqlı şəxs5 aid torpaq sahəsində qalacaqdır. Hər iki elektrik cihazının maneəsiz istifadəsinə şərait yaradılacaqdır. Bu hüquq həmin torpaq sahəsinin üçüncü şəxsin adına özgəninkiləşdirildikdə və ya istifadəsinə verildikdə belə məhdudlaşdırıla bilməz. 1.8 Tərəflər razılaşırlar ki,Maraqlı şəxs5 məxsus generator otağında və ərazisində qalacaq LPO Ərizəçi ASC-nin mülkiyyətinə verilən stabilizator və transformatorun LPO Ərizəçi ASC-yə aid torpaq sahəsinəköçürülməsi ilə əlaqədar Maraqlı şəxs5 tərəfindən tələb irəli sürüldüyü və ya bu Sazişin 1.7-ci bəndində qeyd edilən hüquqlar Maraqlı şəxs2 MMC və ya Maraqlı şəxs5 təqsirindən məhdudlaşdırıldığı təqdirdə ağlabatan müddət ərzində həmin elektrik cihazları LPO Ərizəçi ASC-yə aid torpaq sahəsinə köçürüləcək və köçürülməsi, quraşdırılması və sənədləşdirilməsi ilə əlaqədar bütün xərclər Maraqlı şəxs5 tərəfindən ödəniləcəkdir. 1.9 Bu Saziş imzalandıqdan dərhal sonra Maraqlı şəxs1 Maraqlı şəxs5 qarşı Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin bölünməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(105)-1466/2024 saylı məhkəmə işi üzrə iddia tələblərindən imtina edilməsi öhdəliyini öz üzərinə götürür. 1.10 Maraqlı şəxs1 Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin və 4,0 ha torpaq sahəsinin bu Sazişin 1.5-ci bəndində göstərilən qaydada bölünməsinə və LPO Ərizəçi ASC-nin mülkiyyətinə verilməsinə bu Sazişi imzalamaqla razılıq verir. 1.11 LPO Maraqlı şəxs4 ASC bəyan edir ki, bu Sazişin 1.5-ci bəndi icra edildikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-1680/2014 saylı qərarı əsasında verilmiş icra vərəqəsi üzrə Maraqlı şəxs3 MMC-nin təsisçisi və direktoru Maraqlı şəxs5 LPO Maraqlı şəxs4 ASC-yə ödənilməmiş 1.333.017,84 (bir milyon üç yüz otuz üç min on yeddi ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pulun tutulmasına dair Quba rayon İcra şöbəsinin icraatında olan icra işi və onun icrası ilə bağlı Maraqlı şəxs3 MMC-nin təsisçisi və direktoru Maraqlı şəxs5 qarşı heç bir iddia və tələbi olmayacaqdır və bununla bağlı Quba rayon İcra şöbəsinə rəsmi müraciət edəcəkdir. 1.12 LPO Ərizəçi ASC təsdiq edir ki, bu Sazişin 1.5-ci bəndində göstərilən bölgü əsasında əmlak kompleksinə dair mülkiyyət çıxarışı LPO Ərizəçi ASC-nin adına alındığı tarixdən 10 gün müddətində bu Sazişin 1.1-ci bəndində göstərilən borcun tərəflər arasında razılaşdırılmış əmlak kompleksinin dəyəri həcmində, yəni 1.513.434,52 (bir milyon beş yüz on üç min dörd yüz otuz dörd manat əlli iki qəpik) manat silinməsini və 1.2-ci bəndində qeyd edilən tələb məbləğinə isə güzəşt tətbiq edərək Maraqlı şəxs2 MMC-yə aid hissədə icra icraatına xitam verilməsi barədə müvafiq icra qurumuna rəsmi müraciət edilməsi öhdəliyini öz üzərinə götürür. 1.13 LPO Ərizəçi ASC ilə Maraqlı şəxs2 MMC arasında imzalanmış xx.xx.2009-cu il tarixli, “02SF” saylı kredit müqaviləsinin təminatı olan X5 məxsus Quba şəhəri, 22-ci məhəllədə 0,02023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 171,3 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyündən azad edilməsi mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1401/2024 saylı qətnaməsindən kassasiya şikayətinin verilməməsi öhdəliyini öz üzərinə götürür. 1.14 Maraqlı şəxs5 bu Sazişin icrası ilə bağlı bütün xərclərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

2. Tərəflər bu Sazişin şərtləri pozulduğu, yəni Maraqlı şəxs2 MMC, Maraqlı şəxs5 və LPO Ərizəçi ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən könüllü icra etməkdən imtina edildiyi təqdirdə məhkəmə tərəfindən təsdiq edilməsinə və məcburi qaydada icra edilməsi məqsədilə icra vərəqəsinin verilməsinə etiraz etmirlər. 2.1 Tərəflər razılaşırlar ki, bu Sazişin 1.4, 1.5 və 1.7-ci bəndləri Maraqlı şəxs2 MMC və Maraqlı şəxs5 tərəfindən və Sazişdən nəzərdə tutulan öhdəliklər LPO Ərizəçi ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən könüllü icra olunmadığı halda Saziş məhkəmə tərəfindən təsdiq olunaraq məcburi qaydada icra edilməsi məqsədilə icra vərəqəsi verildikdən sonra yenidən icra vərəqəsinin icrasına birbaşa və ya dolayı yolla süni maneə yaratdıqda və ya hansısa yollarla icrasını gecikdirdikdə bu Sazişin 1.1-1.2-ci bəndlərində qeyd edilən məbləğlərin cəmi həcmində, yəni 2.222.682,40 (iki milyon iki yüz iyirmi iki min altı yüz səksən iki manat qırx qəpik) manat pulun tutulması məqsədilə Maraqlı şəxs5 məxsus Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 3.900.000 (üç milyon doqquz yüz min) manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə edilən vəsait hesabına borc ödənilsin.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Sazişin şərtlərinin icra olunmamasına görə öhdəlik daşıyan tərəf digər tərəfə (tərəflərə) vurulmuş zərərin əvəzini ödəməyə borcludur. 3.Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könullu şəkildə icra olunmalıdır.

7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

8. Sazişin könullu icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçun məhkəməyə müraciət edə bilər.

9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.

10. Tərəflər razılığa gəlirlər kı, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 12.Tərəflər bununla təsdiq edirlər kı, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır. 13.Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəkı heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 14.Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasıyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasıya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları mediasıyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 15.Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasıya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək htıququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər. 16.Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 17.bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə: 18.bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə, 19.Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara. 20.yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə) 21.Tərəflər arasında digər razılaşma yoxdursa “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 22.Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki. bu era etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar. Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 23.Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 24.Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 25.Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. 26.Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 27.Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

28. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.

29. Bu Saziş Azərbaycan dilində eyni hüquq qüvvəyə malik 3 (üç) (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Belə ki, ərizəçi və maraqlı şəxslər arasında kredit müqavilələrindən irəli gələn mübahisə yaranmış, həmin mübahisənin həlli məqsədi ilə xx.xx.2024-cü il tarixli MŞB/12/2024-00355 nömrəli barışıq sazişi bağlanmışdır, lakin maraqlı şəxslər tərəfindən öhdəlik könüllü şəkildə icra edilməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin məcburi icra edilməsi məqsədilə təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanmış barışıq sazişi ərizəçi, maraqlı şəxslər və mediator tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir. Barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmiş, həmçinin barışıq sazişi və ya onun bir hissəsinin qanunazidd olması, barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması halları məhkəmə tərəfindən müəyyən müəyyən edilməmişdir. Həmçinin barışıq sazişində nəzərdə tutulan şərtlər qanuni qüvvəsini almış məhkəmə aktlarında öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə isə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə həmin saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ləğv prosesində olan Ərizəçi ASC ilə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs2 MMC, Maraqlı şəxs3 MMC və Ləğv prosesində olan Maraqlı şəxs4 ASC arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/12/2024-00355 nömrəli barışıq sazişi təsdiq edilsin:

1. Bu barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaqdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:

1. Tərəflər razılaşırlar ki, hazırki mülki mübahisəni aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll edirlər: 1.1. Tərəflər təsdiq edirlər ki, Maraqlı şəxs2 MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 saylı qətnaməsi üzrə LPO Ərizəçi ASC qarşısında 1.500.273,80 (bir milyon beş yüz min iki yüz yetmiş üç manat səksən qəpik) manat əsas borc, 1.820,77 (bir min səkkiz yüz iyirmi manat yetmiş yeddi qəpik) manat faiz borcu, 11.319,95 (on bir min üç yüz on doqquz manat doxsan beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.513.414,52 (bir milyon beş yüz on üç min dörd yüz on dörd manat əlli iki qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumu icra edilməmiş borc öhdəliyi mövcuddur. 1.2 Tərəflər təsdiq edirlər ki, xx.xx.2009-cu il tarixli, “02SF” saylı kredit müqaviləsi üzrə ümumilikdə 1.558.414,52 (bir milyon beş yüz əlli səkkiz min dörd yüz on dörd manat əlli iki qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumunun vaxtında icra edilməməsi səbəbindən LPO Ərizəçi ASC-nin Maraqlı şəxs2 MMC-dən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 708.249,63 (yeddi yüz səkkiz min iki yüz qırx doqquz manat altmış üç qəpik) manat və 998,25 (doqquz yüz doxsan səkkiz manat iyirmi beş qəpik) manat dövlət rüsumu tələbi vardır. 1.3 LPO Maraqlı şəxs4 ASC və Maraqlı şəxs3 MMC təsdiq edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)- 1680/2014 saylı qərarı əsasında verilmiş icra vərəqəsi üzrə Maraqlı şəxs3 MMC, onun təsisçisi və direktoru Maraqlı şəxs5 LPO Maraqlı şəxs4 ASC-yə ödənilməmiş 1.333.017,84 (bir milyon üç yüz otuz üç min on yeddi ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pulun tutulmasına dair Quba rayon İcra şöbəsinin icraatında icra işi vardır. 1.4 Bu Sazişin 1.1-ci bəndi üzrə borcun ödənilməsinə yönəldilən əmlak kompleksinin xassələri Daşınmaz Əmlak Dövlət Reyetri Xidməti tərəfindən verilmiş Seriya MA ******* saylı çıxarışa və Texniki Pasporta əsasən aşağıdakılardan ibarətdir: 1.4.1 Hüququ rəsmiləşdirilən şəxs: Maraqlı şəxs5; 1.4.2 Əmlakın növü: Torpaq sahəsi və Əmlak kompleksi kimi müəssisə; 1.4.3 Əmlakın ünvanı (olduğu yer): Quba rayonu, Aşağı Xuc kəndi; 1.4.4 Əmlak kompleksi və torpaq sahəsinin mülkiyyət növü: Xüsusi; 1.4.5 Əmlak kompleksi və torpaq sahəsinin mülkiyyət növü: Mülkiyyət; 1.4.6 Əmlakın təyinatı: Xidmət; 1.4.7 Əmlakın ümumi sahəsi: 3784,2 kv.m; 1.4.8 Torpağın ümumi sahəsi: 4,0 ha 1.4.9 Əmlak kompleksi kimi müəssisənin tərkibində olan qeyri-yaşayış binaları: 1.4.9.1 Ofis (liter “A”) – 64,6 kv.m. 1.4.9.2 Soyuducu bina (liter “B”) – 3052,6 kv.m. 1.4.9.3 Tara sexi (liter “C”) – 551,0 kv.m. 1.4.9.4 Gözətçi bina (liter “D”) – 25,8 kv.m. 1.4.9.5 Yeməkxana (liter “E”) – 47,2 kv.m. 1.4.9.6 Sanitar qovşağı (liter “F”) – 10,2 kv.m. 1.4.9.7 Generator binası (liter “G”) – 30,8 kv.m. 1.4.9.8 Ayaqyolu (liter “H”) – 2 kv.m. 1.4.9.9 Daşınmaz əmlakın reyestr nömrəsi: **********38-12301; 1.4.10 Hüquq sahibinin: 1.4.10.1 Adı: Maraqlı şəxs5; 1.4.10.2 Payı: Tam; 1.4.10.3 Qeydiyyat nömrəsi: **********; 1.4.10.4 Qeydiyyat tarixi: xx.xx.2011; 1.5 Tərəflər razılaşırlar ki, İpoteka qoyan bu Sazişin 1.1-ci bəndinin könüllü icra edilməsi məqsədilə bu Sazişin 1.4-cü bəndində göstərilən əmlak kompleksinin aşağıdakı hissələrini razılaşdırılmış qiymətə, yəni 1.513.434,52 (bir milyon beş yüz on üç min dörd yüz otuz dörd manat əlli iki qəpik) manat dəyərinə LPO Ərizəçi ASC-nin mülkiyyətinə verir, LPO Ərizəçi ASC isə həmin hissələri öz mülkiyyətinə qəbul edir, həmçinin bu Sazişin təsdiq edilməsi ilə əlaqədar yekun məhkəmə aktı LPO Ərizəçi ASC-nin adına mülkiyyət hüquqlarının müvafiq dövlət qurumu tərəfindən qeydə alınması və çıxarışın verilməsi üçün əsasdır: - Ümumi sahəsi 3052,6 kv.m. olan soyuducu binanın (liter “B”) – 1358,6 kv.m. hissəsi (7 kameradan ibarət 2.000 tonluq hissə); - Dəhliz – 209,3 kv.m; - Operator otağı – 29,0 kv.m; - 2.000 tonluq soyuducu kameralarına aid talvar hissəsi; - Stabilizator (identifikasiyası: Çetinkaya, AC Voltaj Regülator, KVA Power: 400, İP: 20, FRK: 50, Amper: 3x450, Faz: 3, Seria: 08208); - Transformator (identifikasiyası: 6kv atuc 2h/x 3033575); - Notarial qaydada təsdiq edilmiş bölgü sxemi əsasında 4,0 ha torpaq sahəsinin 0,80 ha hissəsi. 1.6 Maraqlı şəxs2 MMC və Maraqlı şəxs5 öz üzərlərinə götürürlər ki, bu Sazişin 1.5ci bəndi icra edildikdən sonra əmlak kompleksinin LPO Ərizəçi ASC-yə verilən hissəsinin fəaliyyətinin axımında çətinliklərin (gecikmə, məhdudiyyət və sair) yaranmaması məqsədilə generator otağında yerləşən generatordan və Maraqlı şəxs5 aid torpaq hissəsində qalan 8 tonluq yeraltı su çənindən bərabər istifadə edilməsinə şərait yaradılacaqdır. Həmçinin Tərəflər razılaşırlar ki, müstəqil olaraq icarəyə götürülmüş və ya götürələcək hər bir avadanlıqdan bərabər istifadəyə şərait yaradılacaq və bununla bağlı xərclər qarşılıqlı razılıqla proporsional şəkildə bölüşdürüləcəkdir. Bu hüquq həmin torpaq sahəsi üçüncü şəxslərin adına özgəninkiləşdirildiyi təqdirdə belə məhdudlaşdırıla bilməz. 1.7 Tərəflər razılaşırlar ki, bu sazişin 1.5-ci bəndində qeyd edilən və LPO Ərizəçi ASC-nin mülkiyyətinə verilən stabilizator Maraqlı şəxs5 aid torpaq sahəsində yerləşən generator otağında (liter “G” - 30.8 kv.m.), transformator isə texniki şərtə uyğun yerdə, yəni Maraqlı şəxs5 aid torpaq sahəsində qalacaqdır. Hər iki elektrik cihazının maneəsiz istifadəsinə şərait yaradılacaqdır. Bu hüquq həmin torpaq sahəsinin üçüncü şəxsin adına özgəninkiləşdirildikdə və ya istifadəsinə verildikdə belə məhdudlaşdırıla bilməz. 1.8 Tərəflər razılaşırlar ki, Maraqlı şəxs5 məxsus generator otağında və ərazisində qalacaq LPO Ərizəçi ASC-nin mülkiyyətinə verilən stabilizator və transformatorun LPO Ərizəçi ASC-yə aid torpaq sahəsinə köçürülməsi ilə əlaqədar Maraqlı şəxs5 tərəfindən tələb irəli sürüldüyü və ya bu Sazişin 1.7-ci bəndində qeyd edilən hüquqlar Maraqlı şəxs2 MMC və ya Maraqlı şəxs5 təqsirindən məhdudlaşdırıldığı təqdirdə ağlabatan müddət ərzində həmin elektrik cihazları LPO Ərizəçi ASC-yə aid torpaq sahəsinə köçürüləcək və köçürülməsi, quraşdırılması və sənədləşdirilməsi ilə əlaqədar bütün xərclər Maraqlı şəxs5 tərəfindən ödəniləcəkdir. 1.9 Bu Saziş imzalandıqdan dərhal sonra Maraqlı şəxs1 Maraqlı şəxs5 qarşı Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin bölünməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(105)-1466/2024 saylı məhkəmə işi üzrə iddia tələblərindən imtina edilməsi öhdəliyini öz üzərinə götürür. 1.10 Maraqlı şəxs1 Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin və 4,0 ha torpaq sahəsinin bu Sazişin 1.5-ci bəndində göstərilən qaydada bölünməsinə və LPO Ərizəçi ASC-nin mülkiyyətinə verilməsinə bu Sazişi imzalamaqla razılıq verir. 1.11 LPO Maraqlı şəxs4 ASC bəyan edir ki, bu Sazişin 1.5-ci bəndi icra edildikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-1680/2014 saylı qərarı əsasında verilmiş icra vərəqəsi üzrə Maraqlı şəxs3 MMC-nin təsisçisi və direktoru Maraqlı şəxs5 LPO Maraqlı şəxs4 ASC-yə ödənilməmiş 1.333.017,84 (bir milyon üç yüz otuz üç min on yeddi ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pulun tutulmasına dair Quba rayon İcra şöbəsinin icraatında olan icra işi və onun icrası ilə bağlı Maraqlı şəxs3 MMC-nin təsisçisi və direktoru Maraqlı şəxs5 qarşı heç bir iddia və tələbi olmayacaqdır və bununla bağlı Quba rayon İcra şöbəsinə rəsmi müraciət edəcəkdir. 1.12 LPO Ərizəçi ASC təsdiq edir ki, bu Sazişin 1.5-ci bəndində göstərilən bölgü əsasında əmlak kompleksinə dair mülkiyyət çıxarışı LPO Ərizəçi ASC-nin adına alındığı tarixdən 10 gün müddətində bu Sazişin 1.1-ci bəndində göstərilən borcun tərəflər arasında razılaşdırılmış əmlak kompleksinin dəyəri həcmində, yəni 1.513.434,52 (bir milyon beş yüz on üç min dörd yüz otuz dörd manat əlli iki qəpik) manat silinməsini və 1.2-ci bəndində qeyd edilən tələb məbləğinə isə güzəşt tətbiq edərək Maraqlı şəxs2 MMC-yə aid hissədə icra icraatına xitam verilməsi barədə müvafiq icra qurumuna rəsmi müraciət edilməsi öhdəliyini öz üzərinə götürür. 1.13 LPO Ərizəçi ASC ilə Maraqlı şəxs2 MMC arasında imzalanmış xx.xx.2009-cu il tarixli, “02SF” saylı kredit müqaviləsinin təminatı olan X5 məxsus Quba şəhəri, 22-ci məhəllədə 0,02023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 171,3 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyündən azad edilməsi mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1401/2024 saylı qətnaməsindən kassasiya şikayətinin verilməməsi öhdəliyini öz üzərinə götürür. 1.14 Maraqlı şəxs5 bu Sazişin icrası ilə bağlı bütün xərclərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

2. Tərəflər bu Sazişin şərtləri pozulduğu, yəni Maraqlı şəxs2 MMC, Maraqlı şəxs5 və LPO Ərizəçi ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən könüllü icra etməkdən imtina edildiyi təqdirdə məhkəmə tərəfindən təsdiq edilməsinə və məcburi qaydada icra edilməsi məqsədilə icra vərəqəsinin verilməsinə etiraz etmirlər. 2.1 Tərəflər razılaşırlar ki, bu Sazişin 1.4, 1.5 və 1.7-ci bəndləri Maraqlı şəxs2 MMC və Maraqlı şəxs5 tərəfindən və Sazişdən nəzərdə tutulan öhdəliklər LPO Ərizəçi ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən könüllü icra olunmadığı halda Saziş məhkəmə tərəfindən təsdiq olunaraq məcburi qaydada icra edilməsi məqsədilə icra vərəqəsi verildikdən sonra yenidən icra vərəqəsinin icrasına birbaşa və ya dolayı yolla süni maneə yaratdıqda və ya hansısa yollarla icrasını gecikdirdikdə bu Sazişin 1.1-1.2-ci bəndlərində qeyd edilən məbləğlərin cəmi həcmində, yəni 2.222.682,40 (iki milyon iki yüz iyirmi iki min altı yüz səksən iki manat qırx qəpik) manat pulun tutulması məqsədilə Maraqlı şəxs5 məxsus Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 3.900.000 (üç milyon doqquz yüz min) manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə edilən vəsait hesabına borc ödənilsin.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Sazişin şərtlərinin icra olunmamasına görə öhdəlik daşıyan tərəf digər tərəfə (tərəflərə) vurulmuş zərərin əvəzini ödəməyə borcludur. 3.Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könullu şəkildə icra olunmalıdır.

7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

8. Sazişin könullu icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçun məhkəməyə müraciət edə bilər.

9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.

10. Tərəflər razılığa gəlirlər kı, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 12.Tərəflər bununla təsdiq edirlər kı, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır. 13.Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəkı heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 14.Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasıyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasıya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları mediasıyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 15.Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasıya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək htıququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər. 16.Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 17.bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə: 18.bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə, 19.Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara. 20.yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə) 21.Tərəflər arasında digər razılaşma yoxdursa “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 22.Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki. bu era etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar. Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 23.Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 24.Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 25.Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. 26.Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 27.Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

28. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.

29. Bu Saziş Azərbaycan dilində eyni hüquq qüvvəyə malik 3 (üç) (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar