Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-92/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada: -xx.xx.2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 69025.03 manat əsas borc, 5610,21 manat faiz borcu, 23,648.27 manat cərimə borcu olmaqla, cəmi 98,283.51 manat məbləğində pulun, xx.xx.2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 200000 manat əsas borc, 41,666.61 manat faiz borcu, 28,977.92 manat cərimə borcu olmaqla, cəmi 270644.53 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsinə və üzərində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət mənzilə) yönəldilməsi və əmlakların açıq hərracda satılması və qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi və daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 manat mediasiya üçün xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə 259 manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu və 72 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə OnGTC- 00466LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu müqaviləsinin şərtlərinin qəbul edilməsi barədə Razılaşma imzalanmışdır. Sonradan tərəflər arasında xx.xx.2019-cu il tarixdə GL3523 saylı Kredit Limiti Müqaviləsi imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu və GL3523 saylı Kredit Limiti Müqaviləsi çərçivəsində - xx.xx.2020-ci il tarixli K4326 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla, 100,000 (bir yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli K4799 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla, 200,000 (iki yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanılmış GL3523 saylı Kredit Limiti Müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 arasında xx.xx.2019cu il tarixli Z3607 saylı, zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış GL3523 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: 1. Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsi və üzərində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 24 sentyabr 2019-cu il tarixli İ3119 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********87-10301, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; 2. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət mənzil) İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli İ3625 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********32- 05301-093004, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri: - xx.xx.2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 69,025.03 (altmış doqquz min iyirmi beş manat üç qəpik) manat əsas borc, 5,610.21 (beş min altı yüz on manat iyirmi bir qəpik) manat faiz borcu, 23,648.27 (iyirmi üç min altı yüz qırx səkkiz manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 98,283.51 (doxsan səkkiz min iki yüz səksən üç manat əlli bir qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı: 643; - xx.xx.2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 200,000 (iki yüz min) manat əsas borc, 41,666.61 (qırx bir min altı yüz altmış altı manat altmış bir qəpik) manat faiz borcu, 28,977.92 (iyirmi səkkiz min doqquz yüz yetmiş yeddi manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 270,644.53 (iki yüz yetmiş min altı yüz qırx dörd manat əlli üç qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı: 624 X7 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. İddiaçı ASC tərəfindən400 manat mediasiya üçün xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə 259 (iki yüz əlli doqquz) manat dövlət rüsumu ödənilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 birgə qaydada xx.xx.2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 69,025.03 manat əsas borc, 5,610.21 manat faiz borcu, 23,648.27 manat cərimə borcu olmaqla, cəmi 98,283.51 manat məbləğində pulun, xx.xx.2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 200,000 manat əsas borc, 41,666.61 manat faiz borcu, 28,977.92 manat cərimə borcu olmaqla, cəmi 270,644.53 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsinə və üzərində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinə, X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ 1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət mənzilə) yönəldilməsi və əmlakların açıq hərracda satılması, qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC, Cavabdeh3 və X4 birgə qaydada tutularaq İddiaçı ASCnin hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 manat mediasiya üçün xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə 259 manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu və 72 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-92/2025 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 X6, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə «Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsinə və üzərində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin və X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ 1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət mənzilə) mənzilin satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi» tələbinə dair hissələrdə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
6. Cavabdeh3 nümayəndəsi yazılı çıxışını məhkəməyə təqdim edərək bildirmişdir ki, təmsil etdiyi cavabdehin səhhətində problemlərlə (ürəyində problemlər, infarkt keçirməsi) bağlı iclasda iştirak edə bilmədiyini qeyd etmək istəyir. Bununla bağlı sənədi də qoşmada təqdim edir. Təmsil etdiyi şəxslərin adından aparılmış məhkəmə baxışı ilə bağlı bildirir ki, iddianın həm borc qalığı ilə bağlı hissəsi, həm də ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləri ilə bağlı qiymətlərlə razı deyil. Belə ki, xx.xx.2025-ci il tarixində keçirilən iclasda həm iddiaçının nümayəndəsi, həm də mən bildirdik ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Gəncə şəhərində yerləşən əmlakın qiymətləndirilməsinin aparılmasının mümlkün olmaması qeyd edilmiş ekspert rəyi ilə, habelə Legal Prime MMC-nin rəyi ilə razı olmadığımızı bildirdik. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin oxşar əmlakın olmadığına istinad etməsi və buna görə ekspertizanın aparılmasının mümkünsüzlüyü dəlili əsassızdır. Çünki sözügedən natamam təmirli yaşayış evinin “unikal” olması inandırıcı deyil. Eyni zamanda hər iki tərəf "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmədən narazı qaldığını bildirmişdir. Həqiqətən də, həmin mütəxəssis rəyində qiymətləndirilmə zamanı “analoji təhlil metodu”ndan istifadə edildiyi bildirilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun 10.2.5-ci maddəsinə əsasən, qiymətləndirmə aparılarkən istifadə olunan qiymətləndirmə üzrə yanaşma və metodlar, onlardan istifadənin əsaslandırılmalıdır ki, bu da müşahidə edilmir. Rəydə yazılır ki, ərazidə olan eyni evlərin qiymətlərinə istinad edilir, lakin misal kimi qoyulan yaşayış evlərinin qiymətləri ilə, qiymətləndirilməsi aparılan evə qoyulmuş qiymət arasında kəskin fərq vardır və bu fərqə mütəxəssis rəyində izah gətirilmir. Bundan başqa misal kimi qoyulan yaşayış evlərinin ünvanları da ya bilinmir, ya da qiymətləndirilməsi tapşırılmış yaşayış evinin ünvanı ilə nə üst-üstə düşür, nə də yaxındır. Qiymətlərin analogiyası üçün ərazi eyniliyi yaşayış məntəqəsi eyniliyi (yəni eyni şəhər) kimi qəbul edilməməlidir. Belə şərtlərlə qoyulan qiymət obyektiv, əsaslandırılmış hesab edilə bilməz. Eyni vəziyyət Bakı şəhərində yerləşən ipoteka predmeti ilə bağlıdır. Belə ki, sözügedən mənzil yeni inşa edilmiş 16 mərtəbəli binada, fasadı daha yüksək estetik görünüşlü, daha əlverişli ünvanda yerləşdiyi halda, misal kimi götürülmüş mənzillər daha az əlverişli, əsasən beş mərtəbəli binada yerləşirlər. Əslində sözügedən mənzilin dəyəri 200-220 min manatdan aşağı ola bilməz. Bu halda da qiymətlərin obyektivliyi şübhə altında qalır. Cavabdeh tərəf "xxxx" MMC-nin rəyini tərtib etmiş mütəxəssisin lisenziyaya malik olmadığını da qeyd etmişdir. Biz, hər iki tərəf təkrar ekspertizanın keçirilməsini, bu zaman əvvəlki rəylərdə olan qüsurların qiymətləndirilcilərin və ya ekspertin nəzərinə çatdırılmasını xahiş etsək də, məhkəmə bu vəsatətləri nəzərə almadı. Xahiş edir ki, yuxarıda qeyd edilən halları nəzərə alaraq, iddianın əsaslandırlmadığını nəzərə alaraq və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilsin.
7. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı ASC (bundan sonra “Bank”) iləCavabdeh1 MMC(bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə OnGTC-00466LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu müqaviləsinin şərtlərinin qəbul edilməsi barədə Razılaşma imzalanmışdır.
11. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə GL3523 saylı Kredit Limiti Müqaviləsi imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu və GL3523 saylı Kredit Limiti Müqaviləsi çərçivəsində - xx.xx.2020-ci il tarixli K4326 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla, 100,000 (bir yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir.
12. xx.xx.2021-ci il tarixli K4799 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla, 200,000 (iki yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir.
13. Bank ilə Borcalan arasında bağlanılmış GL3523 saylı Kredit Limiti Müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli Z3607 saylı, zaminlik müqaviləsi bağlanmışdır.
14. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış GL3523 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsi və üzərində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 24 sentyabr 2019-cu il tarixli İ3119 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********87-10301, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir.
15. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Dövlət reyestrindən RX-seriyalı ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh3 məxsus 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.056 ha torpaq sahəsi dövlət mülkiyyətindədir.
16. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış GL3523 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət mənzil) İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli İ3625 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********32-05301-093004, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir.
17. 19.12.2023-cü il tarixli, PB/BPŞ-Out-01560-2023 saylı maliyyə arayışına əsasən borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri: xx.xx.2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 69,025.03 manat əsas borc, 5,610.21 manat faiz borcu, 23,648.27 manat cərimə borcu olmaqla, cəmi 98,283.51 manat təşkil edir və cecikmə günlərinin sayı: 643; xx.xx.2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 200,000 manat əsas borc, 41,666.61 manat faiz borcu, 28,977.92 manat cərimə borcu olmaqla, cəmi 270,644.53 təşkil edir. Gecikmə günlərinin sayı: 624
18. X7 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.
19. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır.
20. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Paşa Bank” ASC ilə borc alan Cavabdeh1 MMC arasında bağlanmış Bank xidmətinin göstərilməsinə dair ümumi şərtlər toplusunun, kredit limiti müqaviləsinin və xx.xx.2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizənin və xx.xx.2021-ci il arixli K4799 saylı maliyyələşdirmə üzrə ərizənin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla hər iki ərizələr üzrə ayrıayrılıqda müqavilələr (maliyyələşdirmə üzrə ərizələr) üzrə müddətlərin bitdiyi tarixlərə və maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləğinin nə qədər təşkil edilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmiş və ekspertin xx.xx.2024cü il tarixli, 9/1905 saylı rəyində cavabdeh MMC-nin K4326 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 68570,79 manat, faiz borcu 5546,61 manat, xx.xx.2023cü il tarixə əsas borcu 68570.79 manat, faiz borcu 15253,19 manat, K4799 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 200000 manat və faiz borcu 41588,89 manat, xx.xx.2023-cü il tarixə əsas borcu 200000 manat və faiz borcu 47966,67 manat müəyyən edilmişdir.
21. Həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsinə və üzərində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət) mənzilin real bazar qiyməti və likvid dəyərinin nə qədər təşkil edilməsinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi ekspertizası keçirilmişdir.
22. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-073/2024 saylı rəyi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət) mənzilin hazırkı bazar qiyməti 153000 manat və likvid qiyməti 138000 manat və LP-074/2024 saylı mütəxəssis rəyi ilə Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 263000 manat və likvid qiyməti 237000 manat müəyyən edilmişdir.
23. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC(bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə OnGTC-00466LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu müqaviləsinin şərtlərinin qəbul edilməsi barədə Razılaşma imzalanmışdır. Sonradan tərəflər arasında xx.xx.2019-cu il tarixdə GL3523 saylı Kredit Limiti Müqaviləsi imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu və GL3523 saylı Kredit Limiti Müqaviləsi çərçivəsində - xx.xx.2020-ci il tarixli K4326 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla, 100,000 (bir yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli K4799 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla, 200,000 (iki yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanılmış GL3523 saylı Kredit Limiti Müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 arasında xx.xx.2019cu il tarixli Z3607 saylı, zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış GL3523 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: 1. Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsi və üzərində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 24 sentyabr 2019-cu il tarixli İ3119 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********87-10301, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; 2. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət mənzil) İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli İ3625 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********32- 05301-093004, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; Borcalanın İddiaçı ASC qarşısında öhdəlikləri icra edilməmiş qalmışdır.
25. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 MMC mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.
26. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
31. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
32. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
33. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
34. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
35. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
36. Məhkəmə iddia tələbini təşkil edən əsas, faiz və cərimə borcun nə qədər təşkil edilməsini müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizasını təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/1905 saylı rəyində cavabdeh MMC-nin K4326 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 68570,79 manat, faiz borcu 5546,61 manat, xx.xx.2023-cü il tarixə əsas borcu 68570.79 manat, faiz borcu 15253,19 manat, K4799 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 200000 manat və faiz borcu 41588,89 manat, xx.xx.2023-cü il tarixə əsas borcu 200000 manat və faiz borcu 47966,67 manat müəyyən edilmişdir.
37. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
38. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borc məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində K4326 saylı müqavilə üzrə göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən aşağı məbləğdə, K4799 saylı mkredit müqaviləsi üzrə əsas borc məbləği ekspert rəyii ilə eyni olsa da ekspert tərəfindən faiz borcu məbləği iddiada tələb olunan məbləğdən daha aşağı həddə müəyyən edilmişdir. Beləliklə, məhkəmə hər iki kredit razılaşmaları üzrə əsas və faiz borcu məbləğini tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla, ekspert rəyində müəyyən edilən məbləğdə götürülməsini əsaslı hesab edir.
39. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə müqavilə üzrə K4236 saylı razılaşma üzrə 23,648.27 manat və K4799 saylı razılaşma üzrə 28977,92 manat məbləğində hesablanmış dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
40. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
41. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
42. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
43. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu K4326 saylı razılaşma üzrə 3429 manat və K4799 saylı razılaşma üzrə 10.000 manat məbləğində müəyyən edilməlidir.
44. Məhkəmə onu da qeyd edir ki, baxmayaraq ki, iddiaçı əsas, faiz və dəbbə pulu borcunun Cavabdeh2 da tutulmasını tələb etsə də, lakin məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, M.Səbinə ilə zaminlik müqaviləsi bağlanmamışdır, ona görə də borc məbləğinin ondan da tutulması hissəsində iddia təmin edilə bilməz.
45. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
46. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, PAŞA Bank” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış GL3523 saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsi və üzərində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 24 sentyabr 2019-cu il tarixli İ3119 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********87-10301, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət mənzil) İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli İ3625 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********32-05301-093004, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir.
47. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
48. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
49. “İpoteka haqqında” Qanunun:
50. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
51. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
52. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
53. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
54. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
55. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
56. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
57. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh “Agro Area" MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
58. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, tələb üzrə tutma Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinə (iddiaçı tələb üzrə tutmanı həmin fərdi yaşayış evinin yerləşdiyi 0.573 ha torpaq sahəsinə də yönəldilməsini xahiş etsə də, lakin məhkəmə qeyd edir ki, həmin torpaq dövlət mülkiyyətində olduğu üçün və ipoteka müqaviləsində ipoteka predmeti kimi fərdi yaşayış evi göstərildiyi üçün torpaq sahəsinə yönəldilməsi hissəsində tələb təmin edilə bilməz) və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 və Cavabdeh2 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər “Agro Area" MMCdən və Cavabdeh3 tutulmalıdır.
59. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
60. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.
61. Legal Prime” MMC-nin xx.xx.2024-cü il tarixli, LP-073/2024 saylı rəyi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət) mənzilin hazırkı bazar qiyməti 153000 manat və likvid qiyməti 138000 manat və LP-074/2024 saylı mütəxəssis rəyi ilə Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 263000 manat və likvid qiyməti 237000 manat müəyyən edilmişdir.
62. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət) mənzilin likvid qiyməti 138000 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin likvid qiyməti 237000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.
64. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə/dövlət rüsumuna görə 659 manat və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 102 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.
65. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
66. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
67. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
68. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən mediasiya xərclərinin/dövlət rüsumunun əvəzi olaraq 620 manat məbləğində və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 102 manat pul vəsaiti müştərək qaydada cavabdehlərdən (borclu və zamin) iddiaçının xeyrinə tutulmalı, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 600 manat qiymətləndirmə şirkətinin hesabına və məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada tutularaq müvafiq olaraq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
V. Nəticə:
69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada xx.xx.2020ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə görə 68.570,79 manat əsas borc, 5546,61 manat faiz borcu, 3429 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 200.000 manat əsas borc, 41588,89 manat faiz borcu, 10.000 manat dəbbə pulu və dövlət rüsumunun/mediasiya xərcinin əvəzi olaraq 620 manat, ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş rüsumun və xidmət haqqının əvəzi olaraq 102 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 237.000 manat məbləğində müəyyən edilsin; Tələb üzrə tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 138.000 manat məbləğində müəyyən edilsin; Əmlakların satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh3 tutulsun. Qalan hissədə iddia rədd edilsin. Əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 600 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova