Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9219/2025 27.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Buzovna Ramana DŞ 250 mm-lik yeraltı neft kəmərinin 11-ci km-də, kəmərə perpendikulyar yaxınlaşmaqla, kəmərdən təqribən 30 metr aralı məsafədə mühafizə zonası daxilində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında cavabdeh tərəfindən inşa edilmiş iaşə obyekti və hasar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-41/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana DŞ- 250 mm-lik yerüstü neft kəmərinin 11-ci km-də yeraltı keçən hissəsində, neft boru kəmərinin mühafizə zonası daxilində Abşeron rayonu ərazisində 39 T 416467.41(x) 4480310.83(y); 39 T 416496.27(x) 4480302.03(y); 39 T 416482.23(x) 4480269.62(y) və 39 T 416463.48(x) 4480271.79(y) koordinatlarda cavabdehə məxsus təxminən 18 metr enində, 36 metr uzunluğunda iki mərtəbəli qeyri-yaşayış obyektinin və həmin tikiliyə bitişik bir mərtəbəli qeyri-yaşayış obyektinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Əlitahirli hazırkı işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh hazırkı işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları nəzərdən keçirərək hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, materiallarda olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, çıxarışdan görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla icarə hüququ Cavabdeh adına dövlət qeydiyyatına alınmış, torpaq sahəsi ehtiyat fondu torpaqları (sahibkarlıq təyinatlı) kateqoriyasına aid olmaqla xx.xx.2009-cu il tarixindən başlayaraq 99 (doxsan doqquz) il müddətinə icarə hüququnun alqı-satqısı əsasında rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır və əmlak üzərində ipoteka yüklülüyü mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 30 yanvar 2026-cı il tarixli, 3-21-3-30/2- 5595/2026 nömrəli məktubdan görünür ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşir, bu səbəbdən aidiyyəti üzrə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunmalıdır. Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2026-cı il tarixdə tədqiqat obyektinin yerində müayinəsi keçirilmiş, tədqiqatda iştirak edən mütəxəssis “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin nümayəndəsi X3 torpaq sahəsinin, neft kəmərinin və mübahisəli tikililərin daşınmaz əmlakın dövlət reyestr məlumatlarına əsasən Abşeron rayonu, Ramana qəsəbəsi ərazisində yerləşdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Belə ki, iddia ərizəsində iddiaçı ilkin olaraq neft kəmərinin və mübahisəli tikililərin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında yerləşdiyini göstərsə də, hazırkı işin məhkəmə araşdırması zamanı həmin əmlakların Bakı şəhərində deyil, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşdiyi müəyyən edilmişdir. İddiaçının hazırkı tələbi cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsindən ibarətdir. Həmin iddiaya isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır (maddə 45.1). Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər (maddə 45.2). İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir (maddə 45.3). Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir (maddə 45.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44- 45, 263-264, 267-268–ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-9219/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9219/2025
27.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver