Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9229/2025 13.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı olan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə müqaviləsi üzrə 11360,33 manat və ona hesablanmış 2044,8 manat ƏDV borcunun; 2000 manat cərimənin, ümumi dəyəri ƏDV daxil 1834,9 (1555+279,9) manat olan – 1 ədədinin qiyməti 27 manat olan, cəmi qiyməti 27 manat 1 ədəd Alt ayar, mili 38-lik, 1 ədədinin qiyməti 35 manat olan, cəmi qiyməti 140 manat 4 ədəd Flanş qol, 1.1M-lik, 1 ədədinin qiyməti 55 manat olan, cəmi qiyməti 220 manat 4 ədəd Flanş qol, 2.45M-lik, 1 ədədinin qiyməti 10 manat olan, cəmi qiyməti 20 manat 2 ədəd Xamut fırlanan, 1 ədədinin qiyməti 55 manat olan, cəmi qiyməti 275 manat 5 ədəd İskələ H tipliayaq, 1 m URT, 1 ədədinin qiyməti 15 manat olan, cəmi qiyməti 315 manat 21 ədəd İskələ Türk qısa qol, 1 ədədinin qiyməti 18 manat olan, cəmi qiyməti 558 manat 31 ədəd İskələ uzun qol; hüquqi yardım üçün vəkilə ödənilən 700 manat pulun və 159 manat dövlət rüsumunun (144 manat iddia tələbi və 15 manat Müvəqqəti təminat tədbiri üçün) Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər, lakin tərəflər məhkəməyə elektron qaydada ərizələr ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini təmin edərək, barışıq sazişinin təsdiqlənməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı və Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər bu sazişi bağlayırlar və etiraf edirlər ki, cavabdeh "xxxx" MMС-nin 10 sentyabr 2022-ci il tarixli, 737 saylı İcarə Müqaviləsi üzrə "xxxx" MMC-yə 11360,33 manat icarə haqqı borcu və ona hesablanmış 2044,8 manat ƏDV borcu, 2000 manat cərimə borcu və bundan başqa cavabdehdə iddiaçının iddia tələbində qeyd olunan 1834,9 (1555 əsas+279,9 ƏDV) manat dəyərində olan əmlakları - 1 ədədinin qiyməti 27 manat olan, cəmi qiyməti 27 manat 1 ədəd Alt ayar mili 38-lik, 1 ədədinin qiyməti 35 manat olan, cəmi qiyməti 140 manat 4 ədəd Flanş qol 1.1M-lik, 1 ədədinin qiyməti 55 manat olan, cəmi qiyməti 220 manat 4 ədəd Flanş qol 2.45M-lik, 1 ədədinin qiyməti 10 manat olan, cəmi qiyməti 20 manat 2 ədəd Xamut firlanan, 1 ədədinin qiyməti 55 manat olan, cəmi qiyməti 275 manat 5 ədəd İskələ H tipli ayaq 1 m URT, 1 ədədinin qiyməti 15 manat olan, cəmi qiyməti 315 manat 21 ədəd İskələ Türk qısa qol, 1 ədədinin qiyməti 18 manat olan, cəmi qiyməti 558 manat 31 əpeр İskələ uzun qol vardır. Tərəflər razılaşırlar ki, cavabdeh "xxxx" MMC-nin 10 sentyabr 2022-ci il tarixli, 737 saylı İcarə Müqaviləsi üzrə "xxxx" MMC-yə olan 11360,33 manat icarə haqqı borcu və ona hesablanmış 2044,8 manat ƏDV borcu və məhkəmə xərcləri olan hüquqi yardım üçün vəkilə ödənilən 700 manat pulun və 159 manat dövlət rüsumunun cəmi olan 14263,33 manat pulun ilkin olaraq 7131,67 (yeddi min yüz otuz bir, 67) manat hissəsini 10 dekabr 2025-ci il tarixədək, qalıq 7131,67 (yeddi min yüz otuz bir, 67) manat pulu isə xx.xx.2026-cı il tarixədək iddiaçıya ödəyəcəkdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.
2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.
3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. İddiaçı cavabdehlərə qarşı hazırkı kommersiya mübahisəsi üzrə, habelə 10 sentyabr 2022-ci il tarixli, 737 saylı icarə müqaviləsindən irəli gələn digər tələblərindən tamamilə imtina edir.
4. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.
5. Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Barışıq sazişi İddiaçı direktoru Abbas Məmmədovun və Cavabdeh direktoru Nümayəndə imzaları və hüquqi şəxslərin möhürləri ilə təsdiq olunmuşdur. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər bu sazişi bağlayırlar və etiraf edirlər ki, cavabdeh "xxxx" MMС-nin 10 sentyabr 2022-ci il tarixli, 737 saylı İcarə Müqaviləsi üzrə "xxxx" MMC-yə 11360,33 manat icarə haqqı borcu və ona hesablanmış 2044,8 manat ƏDV borcu, 2000 manat cərimə borcu və bundan başqa cavabdehdə iddiaçının iddia tələbində qeyd olunan 1834,9 (1555 əsas+279,9 ƏDV) manat dəyərində olan əmlakları - 1 ədədinin qiyməti 27 manat olan, cəmi qiyməti 27 manat 1 ədəd Alt ayar mili 38-lik, 1 ədədinin qiyməti 35 manat olan, cəmi qiyməti 140 manat 4 ədəd Flanş qol 1.1M-lik, 1 ədədinin qiyməti 55 manat olan, cəmi qiyməti 220 manat 4 ədəd Flanş qol 2.45M-lik, 1 ədədinin qiyməti 10 manat olan, cəmi qiyməti 20 manat 2 ədəd Xamut firlanan, 1 ədədinin qiyməti 55 manat olan, cəmi qiyməti 275 manat 5 ədəd İskələ H tipli ayaq 1 m URT, 1 ədədinin qiyməti 15 manat olan, cəmi qiyməti 315 manat 21 ədəd İskələ Türk qısa qol, 1 ədədinin qiyməti 18 manat olan, cəmi qiyməti 558 manat 31 əpeр İskələ uzun qol vardır. Tərəflər razılaşırlar ki, cavabdeh "xxxx" MMC-nin 10 sentyabr 2022-ci il tarixli, 737 saylı İcarə Müqaviləsi üzrə "xxxx" MMC-yə olan 11360,33 manat icarə haqqı borcu və ona hesablanmış 2044,8 manat ƏDV borcu və məhkəmə xərcləri olan hüquqi yardım üçün vəkilə ödənilən 700 manat pulun və 159 manat dövlət rüsumunun cəmi olan 14263,33 manat pulun ilkin olaraq 7131,67 (yeddi min yüz otuz bir, 67) manat hissəsini 10 dekabr 2025-ci il tarixədək, qalıq 7131,67 (yeddi min yüz otuz bir, 67) manat pulu isə xx.xx.2026-cı il tarixədək iddiaçıya ödəyəcəkdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.
2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.
3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. İddiaçı cavabdehlərə qarşı hazırki kommersiya mübahisəsi üzrə, habelə 10 sentyabr 2022-ci il tarixli, 737 saylı icarə müqaviləsindən irəli gələn digər tələblərindən tamamilə imtina edir. İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov