Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9230/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh Firması arasında 21 iyun 2023-cü il tarixli, 1133 saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə üzrə: 94794,12 manat və ona hesablanmış 17062,95 manat ƏDV borcunun; 5000 manat cərimənin, ümumi dəyəri ƏDV daxil 25518,68 manat (21626+3892,68) olan – 1 ədədinin qiyməti 38 manat olan, cəmi qiyməti 190 manat 5 ədəd Alt ayar mili (48-lik) 1.2m-lik, 1 metrəsinin qiyməti 16 manat olan, cəmi qiyməti 1777.6 manat 111.1 metr H-24 Tirlər (H24- 3.3m, H24-4.2m, H24-5.1m), 1 metrəsinin qiyməti 16 manat olan, cəmi qiyməti 15682.4 manat 980.15 metr H20 Tir 3.3 metr X1 (H20-2.45m, H20-2.65m, H20-2.90m, H20-3.3m, H20-3.6m, H20-3.90m, H20-4.2m, H20- 4.9 m), 1 ədədinin qiyməti 10 manat olan, cəmi qiyməti 20 manat 2 ədəd Xamut sabit (double), 1 cütünün qiyməti 28 manat olan, cəmi qiyməti 56 manat 2 cüt Çarpaz qol 2.1mlik, 1 ədədinin qiməti 42 manat olan, cəmi qiməti 420 manat 10 ədəd X2 (48-lik) 1.2m-lik, 1 ədədinin qiyməti 85 manat olan, cəmi 2040 manat 24 ədəd İskələ 2.0*1.5m-lik, 1 ədədinin qiyməti 5 manat olan, cəmi 1440 manat 288 ədəd Əkləmə 48-lik; hüquqi yardım üçün vəkilə ödənilən 700 manat pulun və 478 manat dövlət rüsumunun (434 manat iddia tələbi və 44 manat Müvəqqəti təminat tədbiri üçün) Cavabdeh Firmasından alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ödənilmiş dövlət rüsumu aşağıda göstərilən normaların tələbinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı “pul” tələbinə dair iddia ərizəsi və ödənilmiş 434 manat məbləğində dövlət rüsumu (qəbz № **********) iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-9230/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9230/2025
09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver