Məhkəmə qərarları › İş №e-2-2(113)-9232/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9232/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9232/2025 08.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin mahiyyəti:

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 341974-CNS-35158/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu manat 1569.58 (bir min beş yüz altmış doqquz, 58 qəpik) manat məbləğində əsas borc, 40.83 (qırx, 83 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 1610.41 (bir min altı yüz on, 41 qəpik) manat məbləğində və 36.10 (otuz altı, 10 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341974-CNS-35158 saylı, “Kredit müqaviləsi”nə əsasən Cavabdeh2 illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 36 ay müddətinə 1624 (bir min altı yüz iyirmi dörd) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) kredit verilərək cari hesabına köçürülmüşdür. Daha sonra tərəflər arasında xx.xx.2022-ci il tarixli, 341974-CNS-35158 saylı kredit müqaviləsinə (annunitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə saylı Əlavə Razılışma bağlanmışdır. xx.xx.2025-ci il tarixli, 341974-CNS-35158/1 Əlavə Razılaşmaya əsasən Cavabdeh2 illik 7 (yeddi) faiz hesablanması şərti ilə 22 (iyirmi iki) ay müddətinə 1569.58 (bir min beş yüz altmış doqquz, 58 qəpik) manat məbləğində yeni qrafik üzərində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrin tələbinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrinin və qanunvericiliyin tələblərinə əsasən xx.xx.2025-ci il tarixli, 341974- CNS-35158/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Bank qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqavilələrinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilən (xx.xx.2025- ci il tarixli, 341974-CNS-35158/1 saylı kredit müqaviləsi üzrə cəmi 36.10 manat) iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: rüsumunun məbləği 36.10 manat təşkil edir. Həmçinin, hesab edirik ki, Bank tərəfindən məhkəməyə müraciət etməsi ilə bağlı ödənilmiş 36.10 (otuz altı 10 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hesab edirik ki, Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan (VÖEN **********), həmçinin kreditlər investisiya və dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verildiyindən (kreditin təyinatı: təmir, yenidən qurma, mal-materialın alınması) hazırki kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə baxışının hədləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

4. Cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

5. Məhkəmə təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341974- CNS-35158 saylı kredit müqaviləsinə görə bank fərdi sahibkar olan Cavabdeh2 mal material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması təyinatı üzrə illik 24 faizlə, 3 il müddətinə 1624 manat kredit vermişdir. Həmin müqavilənin 10.6-cı bəndində qeyd edilmişdir ki, qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll ediləcəkdir. xx.xx.2025-ci il tarixdə həmin müqaviləyə dəyişiklik edilərək, kredit müqaviləsindən irəli gələn borc öhdəliyi restrukturizasiya edilmiş, həmin tarixə olan öhdəlik kapitallaşdırılaraq 1569.58 manat müəyyən edilmişdir. Dəyişikliklə kreditin müddəti xx.xx.2027-ci il tarixədək uzadılmış, kreditdən istifadəyə görə illik 7 faiz razılaşdırılmış, yeni ödəniş cədvəli təyin edilmişdir. Bankın təqdim etdiyi maliyyə arayışına görə borcalanın xx.xx.2025-ci il tarixə əsas borc üzrə 1569.58 manat, faiz borcu üzrə 40.83 manat borcu yaranmışdır və müqavilə üzrə öhdəliyin xx.xx.2025-ci il tarixdən icra edilmədiyi göstərilmişdir. xx.xx.2025-ci il tarixdə mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı Bank tərəfindən borcalana pretenziya göndərilmiş və 3 iş günü ərzində kredit müqaviləsi üzrə bütün borcun ödənilməsi tələb edilmişdir. Lakin mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır.

7. İşin müəyyən edilmiş halları baxımından aşağıda göstərilən normalara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

8. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(əvvəlki redaksiyada) - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.(əvvəlki redaksiyada)

9. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, borcalan kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilə üzrə öhdəliyini pozmuşdur. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir. Tədqiq edilmiş sübutlarla da borcun mövcudluğu təsdiq edilir və onun əsassızlığı ilə bağlı hər hansı şübhə doğuran hal müəyyən edilmir.

10. Odur ki, xx.xx.2022-ci il tarixli, 341974-CNS-35158 saylı kredit müqaviləsi və ona edilmiş 19 may 2025-ci il tarixli Razılaşma üzrə əsas borca görə 1569.58 manat, faiz borcuna görə 40.83 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə:

11. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, 341974-CNS-35158 saylı kredit müqaviləsi və ona edilmiş 19 may 2025-ci il tarixli Razılaşma üzrə əsas borca görə 1569.58 manat, faiz borcuna görə 40.83 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

12. Eyni zamanda iddia təmin edildiyindən ödənilmiş 36.1 manat dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 341974-CNS-35158 saylı kredit müqaviləsi və ona edilmiş 19 may 2025-ci il tarixli Razılaşma üzrə əsas borca görə 1569.58 manat, faiz borcuna görə 40.83 manat olmaqla, cəmi 1610.41( bir min altı yüz on manat qırx bir qəpik) manat və ödənilmiş 36,10 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar