Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-924/2024 05.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: ödənilmiş vəsaitin geri qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 30 mart 2020-ci il tarixli, ******* saylı aktın qanunsuz hesab edilərək ləğv edilməsi, 2020-ci ilin mart ayı üzrə qaz sərfiyyatına görə cavabdeh tərəfindən əsassız hesablanaraq iddiaçıdan alınmış 18094,20 manat pul vəsaiti və 210 manat mediasiya (rüsum) xərcinin əvəzinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsinə əlavə edilmiş **********00003 saylı abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonentə məxsus obyektə xidmət edən Elster G-100 RVG EK-90 tipli 75019297 saylı qaz sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. 2020-ci ilin fevral ayına abonentin qazdan istifadəyə görə borcu olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəlinə isə abonentin borcu 36515,01 manat təşkil etmişdir. Həmin borcun 18094 manat hissəsi 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. İddiaçı hazırkı iddia tələbindən öncə artıq bir dəfə Bakı Kommersiya Məhkəməsində Cavabdeh İB-yə qarşı vaxtilə iddia irəli sürərək, 30 mart 2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, əsassız borcun silinməsi və yenidən hesablanmasını xahiş etmişdir. Hətta o, həmin iş üzrə iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh İB tərəfindən qeyri-yaşayış sahəsinə qazın verilməsinin dayandırılmamasını xahiş etmiş və iddianın təmini tədbiri barədə həmin məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli e-2-2(113)-1863 saylı qərardad qəbul edilmiş, lakin Cavabdeh İB həmin qərardadın icrasını vaxtında icra etməmişdir. Ona görə də İddiaçı məsələnin uzandığını görüb, yəni qeyri-yaşayış sahəsinə qazın verilməsi tez bərpa olunsun deyə, cavabdehin həmin vaxtı tələb etdiyi bütün ödənişi həyata keçirərək, bundan sonra həmin iddia ərizəsini geri götürmüş və məhkəmə qərardadına əsasən e-2-2(113)- 1863 saylı iş baxılmamış saxlanılmışdır. Ümumilikdə İddiaçı həmin vaxt Cavabdeh İB-yə 36520 (otuz altı min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti ödəmiş, həmin məbləğdən 18094 manat hissə 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında yaranmış borc olmuşdur. Həmin borc “Qazdan istifadə qaydaları”nın pozulması barədə akta əsasən hesablanıbdır və iddiaçı bu hesablama ilə hazırda da razı deyil. Belə ki, abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonentə məxsus obyektə xidmət edən Elster G-100 RVG EK-90 tipli 75019297 saylı qaz sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmış və 2020-ci ilin fevral ayının əvvəlinə abonentin qazdan istifadəyə görə bir manat belə borcu olmamışdır. Həmin ilin fevral ayının sonuna və mart ayının əvvəlinə isə borc 2063,80 manat təşkil etmiş və daha sonra heç bir əsaslı səbəb olmadan həmin abonentə əsassız olaraq 2020-ci ilin mart ayında müvafiq akt əsasında 18094,20 manat məbləğində qaz sərfiyyatına görə borc yazılmışdır. Hesab edir ki, Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin istehsalat sahəsində aparılmış yoxlamanın nəticəsi olan həmin aktın tərtib edilməsi qaydası pozulmuşdur.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh "Azəriqaz" İB tərəfindən tərtib edilmiş 30 mart 2020-ci il tarixli, ******* saylı qanunsuz akta əsasən həmin ilin mart ayı üzrə qaz sərfiyyatına görə cavabdeh tərəfindən əsassız hesablanaraq iddiaçıdan alınmış 18094,20 manat pul vəsaiti və 210 manat mediasiya (rüsum) xərcinin əvəzinin cavabdehdən alınaraq İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 13.1, 17.3, 20.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.4, 1.5, 1.6-cı bəndlərinə istinad olunmuşdur.
5. İddiaçı həmçinin “iddianın hüquqi əsasının dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixində iddiaçının ünvanında qaz sayğacı dəyişdirilərək, köhnə sayğac müvafiq yoxlamadan keçirilməsi üçün cavabdehin aidiyyəti laboratoriyasına göndərilmişdir. Yoxlama keçirilərkən sayğacda müvafiq qüsurların olması müəyyən edilmişdir. Bunun nəticəsində laboratoriyanın yoxlama nəticələri əsas götürülərək itirilmiş qazın bərpası üçün yeni hesabat aparılmışdır. Belə ki, abonentin saldosundan görünür ki, həmin ilin fevral ayının sonuna və mart ayının əvvəlinə iddiaçının qaza olan borcu 2063,80 manat təşkil etdiyi halda, heç bir əsaslı səbəb olmadan həmin abonentə əsassız olaraq 2020-ci ilin mart ayında müvafiq akt əsasında 18094,20 manat məbləğində qaz sərfiyyatına görə borc yazılmışdır.
6. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cü bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə istinad etmişdir.
7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2020-ci ilin mart ayı üzrə 18094,20 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.
11. Cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2020-ci il tarixli, 29/1640-00497 nömrəli aktda qeyd edilmişdir ki, Dövlət Yoxlamasına aparılmış Xəzər rayon Xidmət sahəsinin Fiziki şəxs F.Əsgərovaya məxsus qaz xətti üzərində quraşdırılmış G100 markalı 80101329 nömrəli turbin tipli "Elster" qaz sayğacı xx.xx.2020-ci il tarixində xətdən çıxarılmış (Forma-2 Nº9018222), xx.xx.2020-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq var. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.18 bar, Pbaza 1.01325, Tbaza=20C. Korreksiya olunmuş maksimal qaz həcmi 9 m³ korreksiya olunmamış qaz həcmi 8 m³ qeydə alınmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici V₁ mexaniki göstəricidən 76670 m³ azdır. Şteyker yenisi ilə əvəz edildi, yoxlanıldı, işləyir.
12. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacları vasitəsilə sərf olunmuş təbii qaza görə 19576,4 manat olmaqla, ümumilikdə xx.xx.2020-ciil tarixinə qeyri-yaşayış sahəsinin hesab kodunda 37670,60 manat borcu mövcud olduğu bildirilmiş və tərəfindən ödənilməsi tələb edilmişdir.
13. Cavabdeh İB tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 16 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli sorğuya cavabda qeyd edilmişdir ki, fiziki şəxs İddiaçı (abonent kodu: **********00003) təbii qaz istehlakçısı kimi xx.xx.2020-ci il tarixdən "Azəriqaz” İB-nin abonentlərin uçotu bazasında qeydiyyatdadır, istifadə etdiyi təbii qazın sərfiyyatına görə 58832,99 manat (o cümlədən xx.xx.2021-ci il tarixində 36520 manat edilən ödəniş daxil olmaqla) ödəniş etmişdir və xx.xx.2021-ci il tarixə borcu 5425,81 manat təşkil edir.
14. xx.xx.2024-cü tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı qeyd edilən tarixə ümumilikdə borcu 12565,42 manat (sayğac oxunması: 200128,24 manat + aktlar: 18094,20 manat – ödəmələr: 205657,02 manat = son borc: 12565,42 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2020-ci ilin mart ayında akt üzrə 18094,20 manat məbləğində borc hesablanmışdır. 2021-ci ilin aprel ayında isə 36520 manat məbləğində ödəniş edilmiş və akt üzrə hesablanmış borc məbləği ödənilmişdir.
15. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, 2020-ci ilin mart ayı üzrə qaz sərfiyyatına görə cavabdeh orqan tərəfindən əsassız hesablanaraq iddiaçıdan alınmış 18094,20 manat pul vəsaitinin geri qaytarılması xahiş olunmuşdur.
Tətbiq edilən hüquq
16. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
20. İddia tələbi Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesablanaraq iddiaçıdan alınmış 18094,20 manat pul vəsaitinin geri qaytarılmasından ibarətdir.
21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Qaz sayğacı abonentə məxsus obyektdə xx.xx.2020-ci il tarixdə quraşdırılmış və həmin vaxta abonentin qazdan istifadəyə görə borcu olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəlinə abonentin cəmi borcu 36515,01 manat təşkil etmiş, həmin borcun 18094 manat hissəsi 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. Belə ki, abonentə məxsus qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, sayğaca baxış keçirilmişdir. Qeyd olunmuşdur ki, göstəricilər arasında fərq var. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.18 bar, Pbaza 1.01325, Tbaza=20C. Korreksiya olunmuş maksimal qaz həcmi 9 m³ korreksiya olunmamış qaz həcmi 8 m³ qeydə alınmışdır. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici V₁ mexaniki göstəricidən 76670 m³ azdır. Bundan sonra 30 mart 2020-ci il tarixdə akt tərtib olunaraq iddiaçıya 18094,20 manat borc hesablanmışdır. Həmin məbləğ cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı ödənişin həyata keçirilməsinin səbəbi kimi onu göstərmişdir ki, həmin vaxt qeyri-yaşayış sahəsinə qazın verilməsi dayandırılmış və qazın verilməsi tez bərpa olunsun deyə, cavabdehin həmin vaxt tələb etdiyi bütün ödənişi həyata keçirmişdir.
22. Məhkəmə hesab edir ki, həmin borc iddiaçıya əsassız olaraq hesablanmışdır.
23. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir və həmin məbləğ cavabdehdən tutula bilməzdi.
24. Bundan başqa, əlavə olaraq qeyd olunmalıdır ki, abonent saldosuna nəzər saldıqda görünür ki, 2020-ci ilin mart ayı üçün iddiaçının sayğac göstəricilərinə əsasən 8597,80 manat məbləğində qaz sərfiyyatı olmuş və həmin ay üçün ona əlavə olaraq akt əsasında 18094 manat borc hesablanmışdır. Halbuki, abonent saldosundan görünür ki, aylar üzrə müqayisə etdikdə 2020-ci ilin aprel ayı üzrə sərfiyyat 2793 manat, 2020-ci ilin noyabr ayı 2345,20 manat, dekabr ayı 7716 manat, 2021-ci ilin yanvar ayı üzrə sərfiyyat 3783,20 manat, 2022-ci ilin yanvar ayı üzrə sərfiyyat 8801,54 manat, mart ayı 10561,10 manat və s. olmuşdur, yəni digər aylar üzrə iddiaçının sayğac göstəricilərinə əsasən 2020ci ilin mart ayında sərf etdiyi 8597,80 manat məbləğ arasında nəzərəçarpacaq dərəcədə fərqlər olmamışdır. Belə olan təqdirdə 2020-ci ilin mart ayı üçün akt əsasında iddiaçıya əlavə olaraq 18094,20 manat borcun hesablanması qaydası, hüquqi əsaslarına dair qaneedici izah verilməmiş, sübutlar məhkəməyə təqdim edilməmişdir.
25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilən akt və onun hüquqi nəticələri qanunsuz hesab olunduğundan, İddiaçı tərəfindən Cavabdeh İB-yə ödənilmiş 18094,20 manat məbləğində pul vəsaiti Cavabdeh İB tərəfindən İddiaçı geri qaytarılmalıdır.
26. Eləcə də, iddiaçı 210 (iki yüz on) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
27. Məhkəmə hesab edir ki, 210 (iki yüz on) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, ******* akt əsasında iddiaçıdan alınmış 18094,20 manat (on səkkiz min doxsan dörd manat iyirmi qəpik) məbləğində pul İddiaçı qaytarılsın. Cavabdehndən 210 (iki yüz on) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova