Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9245/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC arasında 18 fevral 2024-cü il tarixli, 18/0224P saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə üzrə: 18920 manat və ona hesablanmış 3405,6 manat ƏDV borcunun, 2000 manat cərimənin; hüquqi yardım üçün vəkilə ödənilən 700 manat pulun və 183 manat dövlət rüsumunun (166 manat iddia tələbi və 17 manat Müvəqqəti təminat tədbiri üçün) Cavabdeh MMC-dən alınaraq İddiaçınə verilməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında18 fevral 2024-cü il tarixli, 18/0224P saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə bağlanmışdır. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. (Həmin əlavələr iddia ərizəsinə əlavə olunur.) Müqavilə üzrə öhdəliklər tərəfimizdən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. (Həmin təhvil-təslim aktı iddia ərizəsinə əlavə olunur.) Cavabdeh isə bu müqavilə üzrə öhdəlikləri tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda həmin müqavilə üzrə 18920 manat və ona hesablanmış 3405,6 manat ƏDV borcu yaranmışdır. Bundan başqa, Müqavilənin 5.3-cü maddəsinə əsasənicarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-cı günündən başlayaraq (31-cı gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin bizə xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin, biz həmin cərimə borcundan hazırda cəmi 2000 manat tələb edirik. Qeyd edirik ki, iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır. Bununla bağlı cavabdehə pretenziya qaydasında müraciət edərək müqavilə üzrə yaranmış borcun ödənilməsi və əmlakların geri qaytarılması tələb olunması əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin, cavabdeh tərəfindən qeyd olunan tələblər bu günədək yerinə yetirilməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olduq.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehin nümayəndəsi iddia tələbinin yalnız 5000 manat hissədə etiraf edərək, digər hissədə rədd edilməsini xahiş etdi.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı MMC (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında 18 fevral 2024cü il tarixli, 18/0224P nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır. - 2.4-cü bəndinə əsasən icarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nağd ödəyir və va hesablaşma hesabına köçürür. - 2.5-ci bəndinə əsasən bütün vergilər icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının vaxtında odənilməsini icarəçidən tələb etmək icarəyəverənin hüququdur. - 3.4.2-ci bəndinə əsasən icarəçinin əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin vəzifəsidir. - 6.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
9. 18 fevral 2024-cü il tarixli, 18/0224P nömrəli icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, dəmir panonun 1 ədədinin icarə haqqı 1 m2 45 manat müəyyənləşdirilmişdir.
10. 18 fevral 2024-cü 1 nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən müxtəlif adda mallar Cavabdeh MMC-yə təhvil verilmişdir.
11. 06.03.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2805-2304 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 1751.12 manat təşkil edir.
12. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi xidmətlər haqqında PR2805-2306 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 30585.60 manat təşkil edir.
13. İddiaçı tərəfindən cavabdehə EBEC 256221 saylı 30585.60 manat məbləğində elektron qaimə göndərilmişdir.
V. Tətbiq edilən hüquq:
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.
15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC Cavabdeh MMC (“icarəçi”) arasında 18 fevral 2024-cü il tarixli, 18/0224P saylı avadanlıqların icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı icarəyəverən bu Müqaviləyə Əlavədə göstərilən işlənmiş mallar (dəmir pano və s.) Cavabdeh MMC-yə icarəyə vermişdir. Müqaviləyə uyğun olaraq tərəflər arasında təhvil-təslim aktları imzalanmış və malların sonuncu təhvil-təslimi 18 fevral 2024-cü il tarixdə olmuşdur. Daha sonra tərəflər xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi xidmətlər haqqında akt imzalamaqla 30585.60 manat məbləğində borcu təsdiq etmişlər. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lelektron kabinet vasitəsilə rəsmi məlumat verilsə də heç bir məhkəmə iclasında iştirak etməmiş, və iddia ərizəsinə dair heç bir etiraz və sübut təqdim etməmişdir.
21. Belə ki, iddiaçı tərəfindən cavabdehə ümumi məbləği 30585.60 manat məbləğində elektron qaimə göndərilmiş,həmin məbləğ tərəflər arasında imzalanmış təhvil-təslim aktlarında,habelə üzləşmə aktında öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.Odur ki,qeyd olunan halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MMC-dən ƏDV daxil 22325 manat (18920 manat məbləğində əsas borc, 3405.6 manat məbləğində ƏDV borcu) məbləğində borc İddiaçı MMC nini xeyrinə tutulmalıdır.
22. Bundan əlavə iddiaçı müqavilə üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh MMC-yə hesablanmış 2000 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.Odur ki,qeyd olunan halları nəzərə alaraq
24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğıundan 900 manat məbləğində müəyyən edilməlidir.
26. Tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və işgüzar münasibətlərin birgə təhlilindən görünür ki, icarə predmeti cavabdehin istifadəsində olmuş və o, icarə predmetlərini cavabdehə qaytarilmasini və hazirda onun istifadəsində olmamasını sübuta yetirə bilməmişdir.
27. Eləcə də, iddiaçı hüquqi yardım üçün vəkilə ödənilən 700 manat pulun və ödənilmiş 183 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
28. Məhkəmə hesab edir ki, cavabdehdən 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərci və ödənilmiş tələbə mütənasib olaraq ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 150 məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 18920 (on səkkiz min doqquz yüz iyirmi) manat məbləğində əsas borc, 3405.6 (üç min dörd yüz beş manat altmış qəpik) manat məbləğində ƏDV borcu, 900 (doqquz yüz) manat məbləğində cərimə borcu, 300 (üç yüz) manat məbləğində hüquqi xidmətə görə haqq və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova