Məhkəmə qərarları › İş №e-2-2(113)-9249/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9249/2025

05.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9249/2025 05.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh xxxxna qarşı “öhdəliyə xitam verilməsi barədə arayışın verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh xxxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş pul vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün silinməsi, xx.xx.2015-ci il tarixli **********69515 saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə borcların tam olaraq ödənilməsinə dair arayışın iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********69515 saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə borcların ödənilməsinə dair tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. Şəki Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2-2(117)-100/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2015ci il tarixli **********69515 saylı kredit müqaviləsi üzrə 3 754 944,21 manat əsas, 139 245,56 manat faiz və 41561,8 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 1 500 000 manat əsas, 57 000 manat faiz və 40,750 manat cərimə borcunun tutulması qət edilmişdir. Məhkəmə araşdırmalarının gedişində İddiaçı təsisçisi X3 tərəfindən qeyd edilən müqavilələr üzrə ödənişlər edilmiş və Şəki Kommersiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi qəbul edildikdən sonra, yəni xx.xx.2024cü il tarixdə sonuncu tərəfindən banka 4 984 132 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqavilələri üzrə ödənilmiş məbləğlər əsassız və qanunsuz olaraq düzgün silinməmiş və iddiaçıya əsassız olaraq hər iki kredit müqaviləsi üzrə qalıq borclar hesablanmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdeh kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırmış, proses uzun müddət davam etmişdir. 2023-cü ildə Şəki Kommersiya Məhkəməsi qətnamə qəbul etmiş, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən – 2024-cü ilin oktyabr ayında iddiaçının təsisçisi tərəfindən 4 milyon 984 min manat vəsait ödənilmişdir. Lakin cavabdeh tərəfindən ödəniş yanlış silinmiş, nəticədə hər iki müqavilə üzrə borc qalmışdır. Hazırkı məsələ icra mərhələsində həll olunası məsələ deyil. Belə ki, bankın düzgün silib-silmədiyi icra məmurunun səlahiyyətinə aid deyildir. Bank silinmə zamanı Mülki Məcəllənin müəyyən etdiyi prosedura əməl etməli idi. Hansı müqavilə birincidirsə, birinci o borca silməli idi, sonra digər borca silməli idi və yaxud daha ağır vəziyyətdə olan müqaviləyə yönəltməli idi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, hazırda tərəflər arasında borc məbləği ilə bağlı mübahisə mövcud deyildir, sadəcə ipoteka predmetinin likvid dəyəri mübahisəlidir. Belə olan halda, qətnamə üzrə borc tam ödənilməmişdir və arayışın verilməsi mümkün deyildir. Yekun məhkəmə aktı mövcud olmadığından iddiaçının ödənişləri sistem üzrə silinmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra silinmə yekun məhkəmə aktına uyğunlaşdırılacaqdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı iş üzrə iddia tələbinin faktiki əsasını o təşkil edir ki, tərəflər arasında ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra – iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçı tərəfindən ödənişlər edilmiş, lakin həmin ödənişlər cavabdeh tərəfindən düzgün silinməmiş, nəticədə hər iki kredit müqaviləsi üzrə borc qalmışdır. İş materiallarından görünür ki, ASC “Xalq” Bankı ilə İddiaçı MMC arasında xx.xx.2015-ci il tarixli **********69515 nömrəli 1-ci kredit müqaviləsi üzrə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 5 000 000 manat kredit verilmiş, daha sonra xx.xx.2017-ci il tarixli **********44417 nömrəli 2-ci kredit müqaviləsi üzrə bank tərəfindən İddiaçınə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 1 500 000 manat kredit verilmişdir. İddiaçı xxxx cavabdehlər İddiaçınə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqavilələri üzrə borcun ipoteka predmetlərinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-100/2023 nömrəli qətnaməsi ilə Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********69515 saylı kredit müqaviləsi üzrə 3 754 944,21 manat əsas, 139 245,56 manat faiz və 41,561.8 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 1 500 000 manat əsas, 57 000 manat faiz və 40,750 manat cərimə borcunun iddiaçı xxxxn xeyrinə tutulmasını təmin etmək məqsədi ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə edilən ödənişlər xx.xx.2015-ci il tarixli **********69515 saylı kredit müqaviləsi üzrə 259 009,29 manat faiz borcuna, 402 445,7 manat cərimə borcuna, 3 168 967,38 manat əsas borca, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 993 967,74 manat əsas borca, 101 625 manat faiz borcuna, 53041,67 manat cərimə borcuna silinmişdir. Göründüyü kimi, hazırkı mübahisə bilavasitə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-100/2023 nömrəli qətnaməsi qəbul edildikdən sonra edilən ödənişlərin silinməsi ilə bağlı yaranmışdır. Borcun düzgün silinməsi və arayışın verilməsi tələbləri də müstəqil xarakterə malik olmayıb biri-digərinin məntiqi nəticəsi olmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(117)-100/2023 nömrəli qətnaməsinin borclu tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi məhz icra icraatında həll edilməli məsələdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adıçəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azsərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlüklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin qərarda qeyd edilmişdir ki, “İcra Haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra Haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra Haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin kommersiya işinin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı tələbə məhkəmə (iddia icraatı) qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməldir. İddiaçıya izah edilsin ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(117)-100/2023 nömrəli qətnaməsində göstərilən məbləğin tam ödənilibödənilməməsi icra icraatı çəçivəsində həll oluna bilər. Bu zamanda borclu icra məmuru qarşısında müvafiq vəsatət irəli sürməli, qeyd edilən məsələ öz həllini tapmadıqda isə məhkəmə qərarlarının icrası qaydasında icraat üzrə aidiyyəti məhkəməyə müraciət etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh xxxxna qarşı “öhdəliyə xitam verilməsi barədə arayışın verilməsi və s.” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar