Məhkəmə qərarları › İş №e-2-2(113)-9296/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9296/2025

18.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9296/2025 18.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 49044/2021-15-12 saylı xx.xx.2024-cü il tarixli sifariş məktubuna və Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-78/24 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nə məxsus Abşeron rayonu, 1№-li Hövsan Zeytunçuluq sovxozu ərazisində 15.7591 ha torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin dəyərinin müəyyən edilməsinə dair qiymətləndirmə: Cavabdeh 13/30 saylı xx.xx.2025-ci il tarixli Qiymətləndirmə hesabatına, rəyinə əsasən, ASC-yə məxsus Abşeron rayonu, 1№-li Hövsan Zeytunçuluq sovxozu ərazisində 15.7591 ha torpaq sahəsinin üzərində yerləşən əmlak komleksi kimi müəssisənin dəyəri 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində müəyyən edilmişdir. Halbuki sözügedən Qiymətləndirmə Hesabat obyektiv və düzgün qiymətləndirilməmişdir. Daşınmaz əmlakın dəyərini olduqca aşağı göstərilmişdir. Cavabdeh QR-2646 saylı Qiymətləndirmə Hesabatda xüsusi qeyd olunur ki, müəssisənin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini 1.500.000 (bir milyon beş yüz min) müəyyən etmişlər. Həmin ərazinin meyarları, həmin ərazidə olan qiymətlər, eyni zamanda həmin əmlakın yüksək keyfiyyət göstəriciləri və həmin əmlakın hələ də yaralı olmasını nəzərə almamışdır. Qiymət həddən artıq aşağı qiymətlə hesablanmışdır. Bu da qiymətləndirmənin qeyriobyektiv aparılmasının bir bariz nümunəsidir. Bu da Azərbaycan Milli Qiymətləndirmə Standartlarına və mövcud maddi hüquq normalarına ziddir. X1 təsviri hissəsindən göründüyü kimi həmin mlakın texniki xüsusiyyətləri yanlış olaraq aşağı göstərilmişdir. Hansı ölçüdə torpaq sahəsində yerləşməsi göstərilsədə bu göstəricilər qiymətdə nəzərə alınmamışdır. Bu da çox ehtimalla əmlakın bazar dəyərini qərəzli şəkildə dəyərindən aşağı göstərilmişdir. Bu da ASC-nin sahibkar kimi hüququnun pozulmasıdır. Milli Qiymətləndirmə Standartlarının 1.0-ci bəndinə əsasən Azərbaycan qanunvericiliyinə, beynəlxalq və milli qiymətləndirmə standartlarına əsaslanan əmlakın qiymətləndirilməsini vicdanlı və səriştəli, əvvəlcədən müəyyən fikrə gəlmiş, lazımi qaydada başa düşülən və təhrifə səbəb olmayan hesabatlar tərtib edən peşəkar qiymətləndiricilər həyata keçirilməlidir. Qiymətləndiricilər daim “qiymətləndirmə” peşəsinə olan ictimai inamın saxlanmasına və artmasına nail olmalıdırlar. Bu Standart Azərbaycan Respublikasında fəaliyyət göstərən qiymətləndiricinin peşəkar fəaliyyətinin etik və ya qeyri-etik olmasını müəyyənləşdirməyə imkan verən ümumi meyarları özündə əks etdirir. Ümumiyyətlə həmin ərazidə bu cür əmlakların qiyməti daha bahadır. Demək olar ki, hazırki qiymətdən dəfələrlə çoxdur. Qiymətləndirici həmin əmlakın hər kv.m üçün 500 manat hesablamışdır. Hazırda isə Bakı şəhərinin ərazisində brlə bir qiymət yoxdur. Hesab edirik ümumiyyətlə kv.m 2000 manatdan aşağı qiymət mövcud deyilidir Tərəflər məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasının tərəflərin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki tələbə iddia icraatı qaydasında baxıla bilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Məhkəmə-Hüquq Şurasının 24 iyun 2025-ci il tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 43-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 231-232-ci maddələrinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması, pul məbləğlərinin indeksasiyası və qətnamənin icrası ilə bağlı digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icra işi üzrə icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli 02/2021 saylı qərardadına əsasən Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Hazırkı işdən də, görünür ki, qeyd edilmiş əmlakın satılması ilə bağlı hərrac keçirilməməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən qiymətləndirmə hesabatının ləğv edilməsi ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsasları mövcud deyil, MPM-nin 261.0.1-ci maddəsinin tələbləri baxımından iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfə, qiymətləndirmə hesabatının ləğv edilməsi ilə bağlı icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar