Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-93/2023 02.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Firması Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı Firmasının xeyrinə 31 iyul 2015-ci il tarixli, 02/2015 saylı müqavilə üzrə ƏDV daxil 994625 ABŞ dolları borcun AR Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və ödənilmiş 1636 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-xxxx saylı işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslanıdırılmışdır ki, hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-xxxx saylı iş üzrə ilkin iddia üzrə İddiaçı Firmasının ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı xx.xx.2015-ci il tarixli, 02/2015 nömrəli müqavilə üzrə ******* ABŞ dolları və xx.xx.2016-cı il tarixli, 120-1/16/SA nömrəli icarə müqaviləsi üzrə 255000 ABŞ dolları məbləğlərində əsas borc, 142500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə ******* ABŞ dolları borcun tutulması, xx.xx.2015-ci il tarixli, 02/2015 nömrəli müqaviləyə xitam verilməsi və cavabdehin ona məxsus Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Firmasına qarşı Cavabdeh MMC ilə İddiaçı Firması arasında bağlanmış 31 iyul 2015-ci il tarixli “Dəstək xidmətlərinin göstərilməsi” haqqında müqavilənin, həmin müqaviləyə 01 avqust 2018-ci il tarixli və 26 dekabr 2018-ci il tarixli əlavə razılaşmaların etibarsız hesab edilməsi, Cavabdeh MMC ilə İddiaçı Firması arasında bağlanmış 31 avqust 2016-cı il tarixli, 120- 1/16SA saylı icarə müqaviləsi və həmin müqaviləyə eyni tarixli 01 saylı və 31 dekabr 2017-ci il tarixli, 02 saylı əlavələrin etibarsız hesab edilməsi və ******* (dörd milyon üç yüz yetmiş üç min üç yüz qırx iki) manat məbləğində pulun ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Firmasından tutularaq, Cavabdeh MMC-yə ödənilməsi barədə qarşılıqlı iddia tələbi üzrə qarşiliqli iddia ərizələrinə baxılmaqdadır. Həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarları bütün instansiya məhkəmələrində mübahisələndirildikdən və iş üzrə Ali Məhkəmənin yekun qərarı çıxdıqdan sonra iş üzrə yeni açılmış hallar ortaya çıxmış və nəticədə Ali Məhkəmənin Plenumu tərəfindən 19 dekabr 2022-ci il tarixli, 13-2(102)-2/2022 saylı qərardadı ilə iş üzrə qəbul edilmiş bütün məhkəmə qərarları ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, mübahisə uzun müddətdən sonra yenidən Bakı Kommersiya Məhkəməsinin icraatına qayıtmışdır. Sözügedən proseslərin gedişatı zamanı İddiaçı Firması paralel olaraq yeni (hazırda icraatda olan e-2-2(113)-xxx saylı iş) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı Firması bu yolla Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-945/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 2-2(102)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qəbul edilməsi arasında olan müddət ərzində yığılmış icarə haqqı məbləğlərini tələb etmişdir (aylıq 65000 ABŞ dolları olmaqla, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaranmış icarə haqqı borcu ƏDV xaric 842903 ABŞ dolları, ƏDV daxil 994625 ABŞ dolları kimi göstərilmişdir). Bu məhkəmə prosesi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə dayandırılmış, hazırda isə iş üzrə icraat təzələnmişdir. Nəzərə alınsa ki, hər iki məhkəmə mübahisəsi hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır, hər iki məhkəmə mübahisəsinin tərəfləri, növü və əsası (icarə müqavilələri) eynidir və bu məhkəmə mübahisələrinə birlikdə baxılması bu işlərin daha effektiv həll edilməsinə zəmin yaradacaqdır, bu işlərin birləşdirilməsi məqsədəuyğundur. Əks təqdirdə eyni predmet üzrə, eyni tərəflər arasında olan məhkəmə mübahisələri və prosesləri bir-birindən əlaqəsiz şəkildə davam edəcək, nəticədə isə həmin mübahisələrə baxılması lüzumsuz şəkildə uzanacaqdır, həm də eyni predmet üzrə eyni tərəflər arasında olan mübahisəyə dair fərqli qərarlar çıxarılması ehtimalı yaranacaqdır. Xüsusilə, hazırkı mübahisənin baxılması üçün aydınlaşdırılması zəruri olan bir çox məqam üzrə artıq yenidən Bakı Kommersiya Məhkəməsinin icraatına qayıtmış e-2-2(113)-xxxx saylı işdə iddiaçı tərəfindən bir çox sübut təqdim edilmişdir. Beləliklə, indiki məqamda prosessual qənaət prinsipinə əməl edilməsi, həm məhkəmənin, həm də tərəflərin sahib olduğu resursların optimal şəkildə istifadə edilərək, ədalətli nəticənin əldə edilməsi üçün e-2-2(113)-xxx saylı məhkəmə işinin e-2-2(113)-xxxx saylı işə birləşdirilərək baxılması zəruridir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-xxxx saylı iş və hazırkı e-2-2(113)xxx saylı iş bir-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır; 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı Firmasının Cavabdehnə qarşı pul tələbinə dair iş (İş № e-2-2(113)-xxx) məhkəmənin icraatında olan İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Firmasına qarşı pul tələbinə dair qarşılıqlı iddiaları üzrə işlə (İş № e-2-2(113)-xxxx) birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Firmasının Cavabdehnə qarşı pul tələbinə dair iş (İş № e-2-2(113)-xxx) məhkəmənin icraatında olan İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Firmasına qarşı pul tələbinə dair qarşılıqlı iddiaları üzrə işlə (İş № e-2-2(113)-xxxx) birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-93/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-93/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver