Məhkəmə qərarları › İş №e-2-2(113)-93/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-93/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-93/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Birinci iş üzrə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair, ikinci (birləşdirilmiş) iş üzrə İddiaçı2 cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1, Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “etibarnamənin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, müqavilənin birtərəfli ləğvi, əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdlər, ipotekanın əlavə dövlət qeydiyyatı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə1, Birinci iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, ikinci (birləşdirilmiş) iş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə Birinci iş üzrə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2) “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair, ikinci (birləşdirilmiş) iş üzrə İddiaçı2 cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1, Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “etibarnamənin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti a) Birinci iş üzrə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair

1. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı1 ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21135,91 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 1194,77 manat məbləğində pulun, 200 manat mediasiya xərcinin və tutmanın ipoteka predmetinə yönəldiməsi ilə əlaqədar ödənilmiş 53 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan və 03 mart 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçının ipoteka yüklülüyündə olan XXXX ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m, yaşayış sahəsi 47 kv.m-dən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında imzalanmış 03 mart 2021-ci il tarixli BO/BF-2-2021 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 16% hesablanmaqla, 36 ay müddətinə qaytarılmaq şərti ilə 200 000 manat məbləğində bərpa olunan kredit açılmışdır. xx.xx.2023-cü il tarixli sazişə əsasən xx.xx.2021-ci il tarixli BO/BF-2-2021 saylı (bərpa olunan kredit xətti) müqaviləsinin 1.2-ci bəndinə dəyişiklik edilərək kreditin məbləği 28 000 manat məbləğində müəyyən edilmişdir. Verilmiş kreditin təminatı olaraq iddiaçı, Cavabdeh1 MMC (kreditalan) və Cavabdeh2 (ipoteka qoyan və zamin) arasında 03 mart 2021-ci il tarixində G/İ/BO/BF-2-2021 saylı ipoteka müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 məxsus olan və XXXX ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,8 kv.m, yaşayış sahəsi 47 kv.m olan 3 otaqlı mənzil İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpotekanın yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli yüklülük çıxarışı təqdim edilmişdir. Həmçinin verilmiş kreditin təminatı olaraq Cavabdeh2, Cavabdeh1 MMC və İddiaçı1 ASC arasında xx.xx.2023-cü il tarixində Z/BO/BF-2-2021 saylı üçtərəfli zaminlik müqaviləsi imzalanmışdır 2.2. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 03 mart 2021-ci il tarixli BO/BF-2-2021 saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən bank borcalan tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. 2.3. 05 may 2023-cü il tarixli Z/BO/BF-2-2021 saylı zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə zamin borcalan ilə birlikdə bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Öhdəliklərin lazımi qaydada icra olunmaması səbəbindən bank tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemindəki bölmədən P3782/2023 saylı pretenziya məktubu, Cavabdeh2 isə kağız daşıyıcıda xx.xx.2023-cü il tarixli 02/2328 saylı pretenziya göndərilmiş, borcun 3 gün müddətində ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onların diqqətinə çatdırılmışdır. Eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər borcalan Cavabdeh1 MMC-yə “e-taxes.gov.az” bölməsindən xx.xx.2024-cü il tarixində, digər cavabdeh fiziki şəxs olduğundan isə poçt vasitəsilə göndərilmişdir. 2.4. Eyni zamanda xx.xx.2023-cü il tarixində 02/2429 saylı mediasiya prosessinin tətbiqi barədə təklif, xx.xx.2023-cü il tarixində tutmanın ipoteka predmetinə yönəldilməsinə dair 02/2327 saylı bildiriş cavabdehlərə ünvanlanmış, bildirişdə mövcud mübahisə ilə bağlı məhkəməyə və ya notariusun icra qeydinin aparılması ilə bağlı notariat orqanına müraciət ediləcəyi göstərilmişdir, lakin hazırkı günə kimi ödənişlər icra edilməmiş olaraq qalmaqdadır. 16 yanvar 2024-cü il tarixinə hesablanmaqla cavabdehin iddiaçı qarşısında ümumilikdə 30 023,66 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 28 000 manat əsas borcu, 1407,75 manat faiz borcunu, 615,91 manat isə cərimə borcunu ehtiva edir. Bakı 13 saylı mediasiya təşkilatında xx.xx.2024-cü il tarixində keçirilən mediasiya sessiyasında cavabdehlər iştirak etmədiyindən Bakı 13 saylı mediasiya təşkilatı tərəfindən MŞB/13/2023-01877 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. 2.5. İddia ərizəsi məhkəmənin icraatında olarkən edilmiş ödənişlər nəticəsində və kredit müddətindən sonra əsas borca 407 gün üçün illik 5 faizlə hesablanmış borc daxil olmaqla iddiaçıya olan borc 21135,91 manat əsas borc, 1194,77 manat illik 5 faiz borcu təşkil edir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 472.1-ci və s. maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 34-cü maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

6. Üçüncü şəxs iddiaya ərizəsinə etiraz təqdim edərək, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

7. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 7.1. İddiaçı2 Cavabdeh2 ilə 18 fevral 1999-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflər nikah dövründə bir çox daşınmaz əmlaklar əldə etmişlər. Nikah münasibətlərində tərəflər arasında yaranmış narazılıqlara görə onların arasında olan nikah Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuş və birgə nikahdan dünyaya gəlmiş uşaqların hamısı İddiaçı2 yanında saxlanılmışdır. Daha sonra tərəflərin nikahlarına xitam verilməsini təsdiq edən xx.xx.2016-cı il tarixli “nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. Bir müddətdən sonra İddiaçı2 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlaklara münasibətdə hüquqlarının tanınması ilə bağlı qətnamənin çıxarılmasını istəmişdir. Məhkəmə prosesləri dövründə tərəflər 28 iyun 2016cı il tarixli barışıq sazişi imzalayaraq, bir çox mənzillərin İddiaçı2, bir mənzilin isə Cavabdeh2 mülkiyyətində qalmalarına dair razılığa gəlmişlər. Tərəflərin birgə nikahı zamanı əldə edilmiş və sonradan da İddiaçı2 mülkiyyətinə verilmiş daşınmaz əmlaklardan biri Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən 90 nömrəli mənzil olmuşdur. 7.2. Həmin mənzilin barışıq sazişinə və eləcə də məhkəmənin qeyd edilən qəradadına əsasən İddiaçı2 mülkiyyətində qalmasına dair Cavabdeh2 öz hüququndan imtina etmiş və eyni zamanda Cavabdeh2 barışıq sazişinin 3-cü və 5-ci bəndlərinə uyğun olaraq mənzilin Natalaya Əhmədovanın adına rəsmiləşdirilməsi ilə bağlı bütün hərəkətləri etməyi öz öhdəsinə götürmüşdür. Ancaq məhkəmənin qərardadının qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh2 öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və mənzil hələ də onun mülkiyyətində saxlanılmışdır. Mənzilə dair mülkiyyət hüquqları barədə dövlət qeydiyyatının Cavabdeh2 adında saxlanılmasından istifadə edərək, onun (Cavabdeh2) tərəfindən dostu X2 xx.xx.2019-cu il tarixdə 5 saylı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində 7E-27206 reyestr nömrəli etibarnamə vermişdir. Qeyd edilən etibarnamənin verilməsindən sonra Qanuni nümayəndə özünün qanuni təmsilçisi olduğu, Cavabdeh1 MMC-nin adından digər cavabdeh İddiaçı1 ASC arasında bağlanmış 03 mart 2021-ci il tarixli BO/BF-2-2021 nömrəli kredit müqaviləsi (bərpa olunan kredit xətti) əsasında pul (kredit) vəsaiti götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı üsulu kimi, haqqında danışılan mənzil Qanuni nümayəndə tərəfindən Cavabdeh2 adından çıxış etməklə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 7.3. Belə ki, 03 mart 2021-ci il tarixli G/İ/BO/BF-2-2021 nömrəli üç tərəfli ipoteka müqaviləsi imzalanmışdır. Yəni İddiaçı2 məxsus olan mənzil onun xəbəri olmadan Cavabdeh2la Qanuni nümayəndə qurduqları oyun nəticəsində bank qarşısında girova qoyulmuşdur. Özü də maraqlısı odur ki, kredit müqaviləsi Vüqar Salahova məxsus olan hüquqi şəxsə ayrılır və Vüqar Salahov da Cavabdeh2 ona verdiyi etibarnamədən istifadə etməklə, öz xeyri üçün mənzili bank qarşısında yüklü edir. Bütün bu baş vermiş hallardan İddiaçı2 xəbəri olmur və bununla bağlı ona heç bir məlumat verilmir. Baxamayaraq ki, Cavabdeh2 vaxtı ilə ipoteka ilə yüklü edilmiş mənzili məhkəmənin qəradadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən, iddiaçının mülkiyyətinə verilməsi barədə razılaşmışdır. Qeyd olunanlardan başqa, məlumdur ki, kredit götürən hüquqi şəxslə bank arasında 10 avqust 2023-cü il tarixli əlavə saziş də bağlanmışdır. Sazişə əsasən, kredit müqaviləsinin 1.2-ci bəndində dəyişiklik edilərək kredit məbləği 28 000 manat kimi razılaşdırılmışdır. Bu isə onu bildirir ki, “İpoteka haqqında” Qanunun 14.1.1-ci maddəsinin tələblərinə əsasən, burada əsas öhdəliyin ölçüsü dəyişdiyindən, ipotekanın əlavə qeydiyyatı aparılmalı idi. Özü də bu qeydiyyat 3 iş günü münddətində daşınmaz əşya olduğundan əşyanın qeydiyyatını aparan qeydiyyat orqanında həyata keçirlməli idi. Ancaq hazırkı iş üzrə ipotekanın əlavə qeydiyyatının aparılmadan əsas öhdəliyinin ölçüsünün dəyişməsi göz qabağındadır. Bu da onu bildirir ki, 10 avqust 2023-cü il tarixli əlavə sazişə ipoteka predmeti öhdəliyin təmini kimi çıxış edə bilməz. Çünki ipoteka müqaviləsi bağlanarkən ilk əvvəl 03 mart 2021-ci il tarixli kredit müqaviləsinin təminatı kimi çıxış edib. 7.4. Həmin müqavilədə ipotekanın təmin olunması dairəsi, yəni təmin edilən tələbin həcmi həmin müqavilədə olan tələblərdən kənara çıxa bilməzdi. Lakin sonrdan bu əsas öhdəklik üzrə tərəflər öhdəliyin ölçüsünü dəyişməklərinə baxmayaraq, bu barədə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Nəticədə 10 avqust 2023-cü il tarixli əlavə saziş xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin “mühafizəsi”ndən kənarda qalmışdır. Həmçinin hələ kredit müqaviləsi imzalanarkən, imzalanma prosesi zamanı kredit götürən şəxs öz maraqlarından çıxış edərək haqqında danışılan mənzilə dair ipoteka müqaviləsi bağlamışdır. Belə ki, kredit müqaviləsi Bankla Cavabdeh1 MMC arasında bağlanarkən, MMC-nin rəhbəri Qanuni nümayəndə olmuş, bu zaman digər Cavabdeh2 da öz növbəsində Qanuni nümayəndə 2019-cü il tarixli etibarnamə vermişdir. Qanuni nümayəndə özünün təsisçisi, həm də direktoru olduğu MMC-nin adına kredit müqaviləsini imzalamış, həm də Cavabdeh2 ona verdiyi etibarnamədən istifadə edərək ipoteka predmeti olan əşyanı – mənzili bank qarşısında yüklü etmişdir. Bu isə Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinə ziddir. Belə ki, hüquq normasının mahiyyətinə görə, təmsilçi (Qanuni nümayəndə) təmsil edilən (İlam Əhmədov) adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu isə onu bildirir ki, Qanuni nümayəndə tərəfi olduğu ipoteka müqaviləsi bağlanarkən Mülki Məcəllənin qeyd edilən norması qəsdən və kobud şəkildə pozulmuşdur.

8. İddiaya etirazda hüquqi əsas kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 14.1.1-ci maddələri, Mülki Məcəllənin 359.3-cü maddəsinə istinad edilmişdir.

b) İkinci (birləşdirilmiş) iş üzrə İddiaçı2 cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə, İddiaçı1 ASC, Cavabdeh1 MMC, Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “etibarnamənin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair

9. İddiaçı2 cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə, İddiaçı1 ASC, Cavabdeh1 MMC, Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən cavabdeh Qanuni nümayəndə verilmiş, Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 7E-27206 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi, iddiaçının mülkiyyətində olan XXXX ünvan 2 ünvanında yerləşən 90 nömrəli mənzilə dair 03 mart 2021-ci il tarixli G/İ/BO/BF-2-2021 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, XXXX ünvan 2 ünvanında yerləşən 90 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ***-*******78-05101-193008 reyestr nömrəli çıxarışın ləğv olunması və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 10.1. iddiaçı ilə Cavabdeh2 18 fevral 1999-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflər nikah dövründə bir çox daşınmaz əmlaklar əldə etmişlər. Nikah münasibətlərində tərəflər arasında yaranmış narazılıqlara görə onların arasında olan nikah Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuş və birgə nikahdan dünyaya gəlmiş uşaqların hamısı İddiaçı2 yanında saxlanılmışdır. Daha sonra tərəflərin nikahlarına xitam verilməsini təsdiq edən xx.xx.2016-cı il tarixli “nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. Bir müddətdən sonra İddiaçı2 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlakara münasibətdə hüquqlarının tanınması ilə bağlı qətnamənin çıxarılmasını istəmişdir. Məhkəmə prosesləri dövründə tərəflər 28 iyun 2016-cı il tarixli barışıq sazişi imzalayaraq, bir çox mənizllərin İddiaçı2, bir mənzilin isə Cavabdeh2 mülkiyyətində qalmalarına dair razılığa gəlmişlər. Qeyd edilən saziş Yasamal Rayon Məhkəməsinin xx.xx.20216-cı il tarixli 2(004)-5406/2016 nömrəli qəradadı ilə təsdiq edilmiş və mübahisə üzrə işə xitam verilmişdir. 10.2. Tərəflərin birgə nikahı zamanı əldə edilmiş və sonradan da İddiaçı2 mülkiyyətinə verilmiş daşınmaz əmlaklarından biri Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən 90 nömrəli mənzil olmuşdur. Həmin mənzilin barışıq sazişinə və eləcə də məhkəmənin qeyd edilən qəradadına əsasən İddiaçı2 mülkiyyətində qalmasına dair Cavabdeh2 öz hüququndan imtina etmiş və eyni zamanda Cavabdeh2 barışıq sazişinin 3-cü və 5-ci bəndlərinə uyğun olaraq mənzilin Natalaya Əhmədovanın adına rəsmiləşdirilməsi ilə bağlı bütün hərəkətləri etməyi öz öhdəsinə götürmüşdür. Ancaq məhkəmənin qərardadının qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh2 öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və mənzil hələ də onun mülkiyyətində saxlanılmışdır. Mənzilə dair mülkiyyət hüquqları barədə dövlət qeydiyyatının hələ də Cavabdeh2 adında saxlanılmasından istifadə edərək, onun (Cavabdeh2) tərəfindən dostu X2 xx.xx.2019-cu il tarixdə 5 saylı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində 7 E-27206 reyestr nömrəli etibarnamə vermişdir. 10.3. Qeyd edilən etibarnamənin verilməsindən sonra Qanuni nümayəndə özünün qanuni təmsilçisi olduğu Cavabdeh1 MMC-nin adına digər cavabdeh İddiaçı1 ASC arasında bağlanmış 03 mart 2021-ci il tarixli BO/BF-2-2021 nömrəli “kredit müqaviləsi (bərpa olunan kredit xətti)” əsasında pul (kredit) vəsaiti götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı üsulu kimi haqqında danışılan mənzil Qanuni nümayəndə tərəfindən Cavabdeh2 adından çıxış etməklə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Belə ki, 03 mart 2021-ci il tarixli G/İ/BO/BF-2-2021 nömrəli üçtərəfli ipoteka müqaviləsi imzalanmışdır. Yəni iddiaçıya məxsus olan mənzil onun xəbəri olmadan cavabdehlərin özlərinin qurduqları oyun nəticəsində bank qarşısında girova qoyulmuşdur. Özü də maraqlısı odur ki, kredit müqaviləsi Vüqar Salahova məxsus olan hüquqi şəxsə ayrılır və Vüqar Salahov da Cavabdeh2 ona verdiyi etibarnamədən istifadə etməklə, öz xeyri üçün mənzili bank qarşısında yüklü edir. Bütün bu baş vermiş hallardan İddiaçı2 xəbəri olmur və bununla bağlı ona heç bir məlumat verilmir. Baxamayaraq ki, Cavabdeh2 vaxtı ilə ipoteka ilə yüklü edilmiş mənzilin məhkəmənin qəradadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən iddiaçının mülkiyyətinə verilməsi barədə razılaşmış və mənzilə mülkiyyət hüquqları baxımından bütün hüquqlar ancaq İddiaçı2 olmuşdur. 10.4. Qeyd edilən müqavilələrin bağlanmasından, müqavilələr üzrə ayrılmış pul vəsaitləri və eləcə də həmin pul vəsaitlərinin təminatı olan mənzilin yüklülüyündən iddiaçının heç zaman xəbəri olmamışdır. Hətta bir müddət sonra Cavabdeh1 MMC-nin adına digər cavabdeh İddiaçı1 ASC arasında bağlanmış 03 mart 2021-ci il tarixli BO/BF- 2-2021 nömrəli kredit müqaviləsinə (bərpa olunan kredit xətti) dəyişiklik edilməsi haqqında 10 avqust 2023-cü il tarixli 01 nömrəli Əlavə Sazişdən belə iddiaçının xəbəri olmamışdır. Həmin Sazişə əsasən, kredit müqaviləsinin 1.2-ci bəndində dəyişiklik edilərək, kreditin məbləğinin 28 000 manat kimi razılaşdırılması nəzərdə tutulmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixli Z/BO/BF-2-2021 nömrəli zaminlik müqaviləsi bağlanmışdır ki, bu zaman kreditin qaytarılmasının təminatı üsulu kimi bu dəfə Cavabdeh2 zamin durmuşdur. Beləliklə, qeyd edilən müqavilələrin bağlanması onların tətbiqi və bu kimi digər xüsusatlardan İddiaçı2 heç zaman xəbəri olmamışdır. 10.5. Yuxarıda sadalananlardan hazırkı iş iddiaçının cavabdeh İddiaçı1 ASC-nin Bakı Kommersiya Məhkəməsinə verdiyi xx.xx.2024-cü il tarixli iddia ərizəsi barədə məlumat aldıqdan sonra xəbəri olmuşdur. Belə ki, Cavabdeh1 MMC tərəfindən bankdan götürülmüş kredit ödənilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, iddiaçı tərəfindən kreditin qaytarılmasının təminatı üsulu kimi çıxış etmiş mənzilə tutmanın yönəldilməsi və digər tələblərlə bağlı məhkəmə qətnaməsinin çıxarılmasının istənilməsi bilindikdən sonra sözügedən hadisələrdən məlumatlı olunmuşdur. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 ilk əvvəl qəsdən belə bir etibarnamə vermiş, sonra da Qanuni nümayəndə də onun adından qeyd edilən müqavilələri bağlamaqla ona məxsus olan mənzili ipoteka ilə yüklü etmişdir. Mülki Məcəlllənin 359.3cü maddəsinə əsasən, təmsilçi (hazırkı iş üzrə cavabdeh Qanuni nümayəndə) təmsil edilən (hazırkı iş üzrə cavabdeh İlahm Əhmədov) adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu isə onu bildirir ki, Qanuni nümayəndə haqqında danışılan mənzilə dair ipoteka müqaviləsini bağlayarkən, burada özünün maraqlarından çıxış etmiş, ipoteka müqaviləsi onunla bağlanmış kredit müaviləsindən irəli gələn tələblərin təminatı kimi çıxış etmişdir. Odur ki etibarnamənin verilməsi zamanı İddiaçı2 da xəbəri olmamış və etibarnamə üzərindən aparılmış bütün əməliyyatların hüquqi əhəmiyyəti olmamışdır. Bunun üçün də iddia tələbləri üzrə Mülki Məcəllənin normasının tələbləri əsasında cavabdehlər arasında bir-birilərinə vermiş olduqları etibarnamə və digər sənədlər etibarsız hesab edilərək ləğv olunmalıdır.

11. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 359.3-cü maddəsi göstərilmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

13. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-856/2024 nömrəli 04 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər İddiaçı1 ASC-yə, Cavabdeh1 MMC və qeyrilərinə qarşı “mənzilə dair bağlanılmış ipoteka müqaviləsinin və etibarnamənin etibarsız hesab edilməsi, digər sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

14. İddiaçı2 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2(009)-856/2024 nömrəli qərardadından şikayət verərək, onun ləğv edilməsi, iş üzrə növbəti məhkəmə hərəkətlərinin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-856/2024 nömrəli 08 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3057/2024 nömrəli qərardadı ilə İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-856/2024 nömrəli 4 aprel 2024-cü il tarixli qərardadı tamamilə ləğv edilmiş, mülki işin bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-856/2024 nömrəli 26 iyun 2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı2 cavabdehlər İddiaçı1 ASC-yə, Cavabdeh1 MMC və qeyrilərinə qarşı mənzilə dair bağlanılmış ipoteka müqaviləsinin və etibarnamənin etibarsız hesab edilməsi, digər sənədlərin ləğv edilməsinə barədə 2(009)-856/2024 saylı mülki işin Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatında olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Oktay oğluna qarşı kredit müqaviləsi üzrə pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2-2(113)- 1197/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

18. Birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək birinci iş üzrə iddianın məzmununa uyğun izahat verdi, ikinci (birləşdirilmiş) iş üzrə iddiaya etiraz etdi. Sonuncu məhkəmə iclasında məhkəmnin suallarına cavab olaraq bildirdi ki, ekspert rəyində nəzərə alınmayan xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə edilmiş ödənişlərdən faiz borcu kimi silinən məbləğin bir hissəsini müqavilə üzrə kreditdən istifadə üzrə faiz borcu, qalan hissəsini isə illik 5% kimi hesablanan məbləğ təşkil edir.

19. Birinci iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, ikinci (birləşdirilmiş) iş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək ikinci (birləşdirilmiş) iş üzrə iddianın məzmununa uyğun izahat verdi, birinci iş üzrə iddiaya etirazın məzmununa uyğun mövqeyini əsaslandırdı.

20. Birinci və ikinci (birləşdirilmiş) iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə, nümayəndəsi və vəkili Vəkil3 birinci iş üzrə iddia tələbinə etiraz etmədi.

21. Birinci və ikinci (birləşdirilmiş) iş üzrə Cavabdeh2 birinci iş üzrə 175 000 manat məbləğində pul ödədiyini, qalan borcu hüquqi şəxsin ödəməli olduğunu bildirdi.

22. İkinci (birləşdirilmiş) iş üzrə cavabdeh ünvan 3 ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmiş, məhkəmə cavabdehin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir.

23. İşdə iştirak edən digər şəxslər məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

24. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Birinci və ikinci (birləşdirilmiş) iş üzrə iddia tələblərinə dair

25. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

26. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

27. Məhkəmə qeyd edir ki, birinci işin ipoteka predmetinə tutma yönəldilməsi barədə hissəsi bilavasitə ikinci (birləşdirilmiş) işin nəticəsindən asılı olduğundan əvvəla ikinci (birləşdirilmiş) iş üzrə hüquqi qiymətləndirilmə aparılmalıdır.

28. İkinci (birləşdirilmiş) işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 5406/2016 nömrəli qərardadı ilə İddiaçı2 və Cavabdeh2 arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilmişdir:

1. Cavabdeh2 İddiaçı2 ilə birgə nikahı dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, 73 saylı evin 90 saylı mənzili, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 176 saylı bağ və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 204 (77) saylı bağ üzərində birgə mülkiyyət hüququndan İddiaçı2 xeyrinə imtina edir və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, 73 saylı evin 9C saylı mənzilinin, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 176 saylı bağın daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydə alınmasına razılığını bildirir;

2. İddiaçı2 Cavabdeh2 ilə birgə nikahı dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 99 saylı evin 78 saylı mənzil üzərində birgə mülkiyyət hüququndan imtina edir və həmin mənzil üzərində Cavabdeh2 tam mülkiyyət hüququnu tanıyır;

3. Cavabdeh2 İddiaçı2 ilə birgə nikahı dövründə əldə edilmiş, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, 73 saylı evin 90 saylı mənzilinin, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 176 saylı bağın və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 204 (77) saylı bağın daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydə alınması məqsədilə tələb olunan bütün hərəkətləri icra etməyi öhdəsinə götürür;

4. Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, 73 saylı evin 90 saylı mənzilinin, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 176 saylı bağın və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 204 (77) saylı bağın ipoteka ilə yüklü edildikləri bütün kredit öhdəliklərini tam və vaxtında icra etməyi öhdəsinə götürür və həmin kredit öhdəliklərinin icra edilmədiyi bütün hallar üzrə maddi məsuliyyəti öz üzərinə götürür;

5. Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, 73 sayiı evin 90 saylı mənzilinin, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 176 saylı bağın və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 204(77) saylı bağın yüklülükdən azad edilməsi üçüg tədbirlər görməyi və həmin daşınmaz əmlakların yüklülükdən azad edilməsi və tam mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydə alınması məqsədilə tələb olunan bütün hərəkətləri icra etməyi öhdəsinə götürür;

6. Tərəflər öhdələrinə götürürlər ki, X4nin 1-2-cü bəndləri ilə bir- birlərinin xeyrinə imtina etdikləri və bağışladıqları əmlaklar barədəsində gələcəkdə digər tərəfə qarşı hər hansı iddia və ya tələb irəli sürməyəcəklər;

7. Tərəflər öz öhdələrinə götürürlər ki, X4ni imzalamaqla onlar bir- birlərinə qarşı bütün əmlak tələblərindən imtina edirlər və Barışıq Sazişində göstərilməyən hər hansı digər əmlak barədə gələcəkdə bir-birlərinə qarşı iddia irəli sürməməyi öhdələrinə götürürlər;

8. Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə qarşı hər hansı iddia irəli sürməyəcəklər;

9. X4 tərəflərin iradə ifadəsini əks etdirir;

10. X4 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. – İddiaçı1 ASC (ipoteka saxlayan), Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli G/İ/BO/BF-2-2021 nömrəli ipoteka müqaviləsi bağlanmış, XXXX ünvan 4 ünvanında yerləşən 59,8 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləni Cavabdeh1 MMC adından qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdeh2 adından 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə verilmiş 7E-27206 reyestr nömrəli etibarnanmə əsasında Qanuni nümayəndə imzalamışdır; – Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli çıxarışa əsasən XXXX ünvan 4 ünvanında yerləşən 59,8 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. – Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən XXXX ünvan 4 ünvanında yerləşən 59,8 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil İddiaçı1 ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixədək BO/BF-2-2021 saylı bərpaolunan kredit xətti müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir.

29. İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 5406/2016 nömrəli qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında XXXX ünvan 4 ünvanında yerləşən 59,8 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilin onun mülkiyyətində olduğu halda Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edildiyinə, xx.xx.2021-ci il tarixli G/İ/BO/BF-2-2021 nömrəli ipoteka müqaviləsini ipoteka qoyan və borcalan adından eyni şəxsin imzalaması ilə təmsilçilik haqqında qaydanın pozulduğuna, kredit öhdəliyinin məbləği dəyişdirildiyi halda ipotekanın əlavə dövlət qeydiyyatının təmin edilmədiyinə istinad etməklə xx.xx.2019-cu il tarixli 7E-27206 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi, iddiaçının mülkiyyətində olan XXXX ünvan 2 ünvanında yerləşən 90 nömrəli mənzilə dair 03 mart 2021-ci il tarixli G/İ/BO/BF- 2-2021 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, XXXX ünvan 2 ünvanında yerləşən 90 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ***-*******78-05101-193008 reyestr nömrəli çıxarışın ləğv olunmasıbı tələb edir.

30. Cavabdeh İddiaçı1 ASC iddia tələbinə etiraz edərək dövlət reyestrinə əsasən XXXX ünvan 4 ünvanında yerləşən 59,8 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilin Cavabdeh2 tam mülkiyyətində olduğunu, iddiaçının ipoteka müqaviləsi bağlanarkən razılıq ərizəsi verdiyini bildirirərək iddianın rədd edilməsini xahiş edir.

31. Məhkəmə ikinci (birləşdirilmiş) iş üzrə mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

32. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

33. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

34. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

35. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

37. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

38. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

39. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).

40. Göstərilməlidir ki, əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: 1) əhəmiyyətsiz əqdlər, 2) mübahisə edilən əqdlər, 3) müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və 4) məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.

41. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özüözlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).

42. Mübahisə edilən əqdlərdə isə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s).

43. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin əhəmiyyətsiz əqdlərdən fərqli olaraq sonradan səlahiyyətli şəxsin bəyənməsi nəticəsində əqd etibarlı hala gətirilmiş olur (Mülki Məcəllə, maddə 344, 345, 29.1, 30.1). Yuxarıda qeyd edilən etibarsızlıq halları iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrə görə meydana gəlir. Bu hallarda etibarsızlıq nəticəsini məhkəmənin aktı yaratmır. Mübahisə halında məhkəmə həmin halların baş verib-vermədiyini təsbit edərək, nəticəsinə görə iddianı həll edir.

44. Bununla belə, bəzi əqdlər yalnız məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Başqa sözlə, əqdin etibarsızlığına dair hüquqi nəticəni məhkəmənin qanuni qüvvəyə minmiş aktı əmələ gətirir (Mülki Məcəllə, maddə 416, 1078-27.1.3, 1225.3). Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq, məhkəmə tərəfindən etibarsız sayılanadək hüquq və öhdəliklər yaradan etibarlı əqd kimi qəbul olunur.

45. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

46. xx.xx.2021-ci il tarixli G/İ/BO/BF-2-2021 nömrəli ipoteka müqaviləsi bağlanarkən XXXX ünvan 4 ünvanında yerləşən 59,8 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzildə qeydiyyatda olan iddiaçı xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə verərək göstərmişdir ki, Cavabdeh2 məxsus XXXX ünvan 4 ünvanında yerləşən mənzilin kredit təminatı kimi İddiaçı1 ASC-yə ipoteka qoyulmasına razıdır, borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə, hər hansı şərtsiz mənzili qeydiyyatdan çıxmaqla tərk edəcək və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəkdir.

47. Göründüyü kimi, XXXX ünvan 4 ünvanında yerləşən 59,8 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil ər-arvadın əmlak rejimindən irəli gələrək iddiaçının hər hansı hüququ olsa belə, iddiaçı həmin əmlakın ipoteka ilə yüklü edilməsinə notarial qaydada öz razılığını bildirmişdir. Bu isə iddiaçının bu əsasla ipoteka müqaviləsinin etibarsızlığı tələbinin təmin edilməsini istisna edir.

48. Digər tərəfdən, xx.xx.2021-ci il tarixli G/İ/BO/BF-2-2021 nömrəli ipoteka müqaviləsinin ipoteka qoyan və borcalan adından eyni şəxs tərəfindən imzalanmasına münasibətdə isə məhkəmə göstərir ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

49. Məhkəmə qeyd edir ki, mülki qanunvericliyin qeyd edilən normasının hazırkı işə tətbiq edilməsi mümkün deyildir. Belə ki, qeyd edilən normanın “şəxsən özü barəsində” müddəası nümayəndənin əqdin tərəfi kimi hüquqlar əldə etməsi, eyni zamanda əqdin digər tərəfinin nümayəndəsi kimi həmin tərəf üçün hüquqlar itirməsi və ya hüquqların məhdudlaşdırılması və ya vəzifələrin yaranmasına səbəb olduğu halları nəzərdə tutulur. Hazırda isə Qanuni nümayəndə ipoteka qoyan və borcalan adından xx.xx.2021-ci il tarixli G/İ/BO/BF-2-2021 nömrəli ipoteka müqaviləsini imza etməklə əqdin tərəfi kimi hər hansı hüquq əldə etməmişdir. Qeyd edilən ipoteka hüququ məhz İddiaçı1 ASC tərəfindən əldə edilmişdir.

50. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuş qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşı-qarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə, Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.

51. Hazırkı iş üzrə isə əqdə razılıq halı mövcuddur. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi ilə əmlakın ipoteka ilə yüklü edilməsinə razılığını ifadə etmişdir.

52. Məhkəmə xx.xx.2019-cu il tarixli 7E-27206 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi ilə bağlı tələbə münasibətdə isə göstərir ki, həmin etibarnamə iş materiallarında mövcud deyildir. Yalnız xx.xx.2021-ci il tarixli G/İ/BO/BF-2-2021 nömrəli ipoteka müqaviləsindən belə bir etibarnamənin mövcud olması qənaətinə gəlmək mümkündür. İddiaçı isə həmin etibarnamənin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, əvvəla, belə bir etibarnamənin etibarsızlığını tələb etmək üçün subyektiv hüququnun mövcudluğunu sübut etməli, daha sonra isə həmin etibarnamənin nə üçün etibarsız olduğunu əsaslandırmalı idi. Hazırkı işin hallarından isə qeyd edilən faktlarla bağlı sübutların mövcudluğu təsdiq edilmir.

53. Kredit öhdəliyinin məbləği dəyişdirildiyi halda ipotekanın əlavə dövlət qeydiyyatının təmin edilmədiyi əsası ilə XXXX ünvan 2 ünvanında yerləşən 90 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ***-*******78-05101-193008 reyestr nömrəli çıxarışın ləğvi tələbinə münasibətdə isə qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə.

54. Konstitusiya Məhkəməsi göstərmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərar).

55. Bu mənada məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli xx.xx.2021-ci il tarixli BO/BF-2-2021 nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında əlavə sazişlə kreditin qalıq məbləği 28000 manat müəyyən edilmişdir. Halbuki həmin müqavilənin 1.2-ci bəndi ilə kreditin məbləği 200 000 manat razılaşdırılmışdır. Başqa sözlə, hazırda kredit xətti çərçivəsində ipoteka qoyanın razılığı mövcud olduğundan bu razılıq həddində hər hansı dəyişiklik üçün ipoteka qoyanın razılığı və ya əlavə dövlət qeydiyyatı tələb edilmir.

56. Göstərilənlərə əsasən məhkəmə ikinci (birləşdirilmiş) iş üzrə İddiaçı2 cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə, İddiaçı1 ASC, Cavabdeh1 MMC, Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “etibarnamənin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi qənaətinə gəlir.

57. Belə olan halda birinci iş üzrə iddia tələbinin qiymətləndirilməsi mümkündür.

58. Birinci işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli BO/BF-2-2021 nömrəli bərpa olunan kredit xətti müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 200 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini illik 16 faiz dərəcəsi ilə, xx.xx.2024-cü il tarixədək hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 01 nömrəli saziş ilə kreditin məbləğinin 28000 manat müəyyən edilməsi razılaşdırılmışdır. Eyni zamanda sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli Z/BO/BF-2-2021 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncu borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

59. İddiaçı xx.xx.2021-ci il tarixli BO/BF-2-2021 nömrəli bərpa olunan kredit xətti müqaviləsi üzrə 21615,06 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 939,65 manat məbləğində pulun cavabdehlərdən tutulmasını tələb edir.

60. Cavabdeh1 MMC borc məbləğinə etiraz etmiş, digər Cavabdeh2 tələbin hüquqi şəxs tərəfindən icra olunmalı olduğunu bildirir.

61. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

62. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

63. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

64. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

65. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

66. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 MMC-yə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərək bütün əsas borc məbləğini tələb etmiş, həmin bildiriş Cavabdeh1 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə poçt rabitəsi vasitəsilə alınmışdır. Başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iddiaçı iradəsini ifadə etmiş, Cavabdeh1 MMC tərəfindən bu ifadə qəbul edilmişdir.

67. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

68. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

69. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

70. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə məktub ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

71. Belə olan halda, iddiaçının xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-yə pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmişdir və xx.xx.2023-cü il tarixdən xx.xx.2021-ci il tarixli BO/BF-2-2021 nömrəli bərpa olunan kredit xətti müqaviləsi xitam edilmiş hesab edilməlidir. Beləliklə, iddiaçı xx.xx.2023-cü il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

72. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, tərəflər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmiş, ekspert rəyinə etiraz etməmişlər.

73. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1197/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5951 nömrəli 05 sentyabr 2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi 11.092024-cü il tarixdə məhkəməyə daxil olmuş, iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5951 nömrəli 05 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli BO/BF-2-2021 nömrəli bərpa olunan kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc 28000 manat, faiz borcu 847,74 manat təşkil edir. Həmçinin rəydən görünür ki, xx.xx.2023-cü il tarixdən etibarən 1 günə düşən faiz məbləği 12,44 manat təşkil edir.

74. Belə olan halda müqavilənin ləğvi tarixinə (xx.xx.2023) əsas borc 28000 manat, faiz borcu isə 909,94 (847,74 manat+ 5 günün faizi: 5 gün*12,44 manat) manat təşkil etmişdir.

75. Həmçinin rəydən görünür ki, tədqiqat aparılarkən sonuncu xx.xx.2023-cü il tarixdə edilmiş ödəniş nəzərə alınmışdır.

76. Bundan başqa, iddiaçı xx.xx.2023-cü il tarixinə olan 342,17 manat cərimə məbləğinin xx.xx.2023-cü il tarixə də tələb edildiyini bildirmişdir.

77. xx.xx.2021-ci il tarixli BO/BF-2-2021 nömrəli bərpa olunan kredit xətti müqaviləsinin 1.6-cı bəndi ilə illik cərimə faizinin 24 faiz razılaşdırıldığı, xx.xx.2023-cü il tarixli Z/BO/BF-2-2021 nömrəli zaminlik müqaviləsi ilə həmin cərimə faizinə razılıq ifadə edildiyini nəzərə alan məhkəmə 342,17 manat məbləğində cərimənin hesablanmasını ağlabatan hesab edir.

78. Beləliklə, müqavilə müddətinin sonuna əsas borcun 28000 manat, faiz borcunun 909,94 manat, cərimə borcunun 342,17 manat olduğu müəyyən olunur.

79. İddiaçının yekun borcu müəyyən edilərkən qeyd edilməlidir ki, iddiaçı xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə edilmiş və ekspert tərəfindən nəzərə alınmamş 2156,4 manat, 6427,2 manat və 175 manat ödənişləri əsas, faiz (kreditdən istifadə və illik 5%) və cərimə borcuna sildikdən sonra hazırda qalıq məbləği tələb edir. Belə olan halda iddiaçı tərəfindən aparılmış silinmələrin qanuniliyi məhkəmə tərəfindən yoxlanılmalıdır.

80. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası).

81. 06.12.2024-cü il tarixə əsas borc 28000 manat, faiz borcu 909,94 manat, cərimə məbləği 342,17 manat təşkil etdiyi işin müəyyən olunan halıdır. Həmin tarixdən sonra edilmiş ödənişlərlə bağlı hesabdan çıxarışa nəzər saldıqda görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 132,74 manat əsas borca, 1407,75 manat faiz borcuna, 615,91 manat cərimə borcuna, xx.xx.2024-cü il tarixdə 175 manat faiz borcuna, 6252,2 manat əsas borca, xx.xx.2024-cü il tarixdə 175 manat cərimə borcuna silinmişdir. Halbuki cərimə və faiz borcuna münasibətdə iddiaçı tərəfindən artıq silinmələr aparılmışdır.

82. Belə ki, xx.xx.2023-cü il tarixdən silinmənin aparıldığı xx.xx.2024-cü il tarixə 28000 manat əsas borca illik 5 % ilə hesablanan məbləğ 118 gün üçün 452,6 manat (əsas borc 28000*5%/100%/365 gün*118 gün) olmuşdur. Belə olan halda cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçı qarşısında olan kreditdən istifadəyə görə faiz borcu və əsas borca illik 5% ilə hesablanmış faiz borcunun cəminin 1362,54 manat ( kreditdən istifadə faizi 909,94 + illik 5% 452,6) olduğu müəyyən olunur. Cərimə borcunun 342,17 manat, xx.xx.2024-cü il tarixə faiz borcunun 1362,54 manat olduğu nəzərə alındıqda görünür ki, faiz borcuna 45,21 manat (silinən 1407,75 manat- silinməli 1362,54 manat), cərimə borcuna 273,74 manat (silinən 615,91 manat-silinməli 342,17 manat) artıq silinmişdir. Odur ki, artıq silinmiş 318,95 manat (273,74+45,21) manat da əsas borca silinməlidir. Belə olan halda xx.xx.2024-cü il tarixə əsas borcun 27548,31 manat (əsas borc 28000 manat– silinən əsas borc 132,74 manat –silinməli əsas borc 318,95 manat) qaldığı aydın olur.

83. xx.xx.2024-cü il tarixdən növbəti silinmənin aparıldığı xx.xx.2024-cü il tarixə 27548,31 manat əsas borca illik 5 % ilə hesablanan məbləğ 15 gün üçün 56,61 manat (əsas borc 27548,31*5%/100%/365 gün*15 gün) olmuşdur. xx.xx.2024-cü il tarixdə faiz borcuna 118,39 manat (silinən 175 manat-silinməli 56,61 manat) məbləğin, cərimə borcuna xx.xx.2024-cü il tarixdə 175 manat məbləğin artıq silindiyini nəzərə alan məhkəmə qeyd edir ki, artıq silinən 293,39 manat da (artıq silinən faiz 118,39 +artıq silinən cərimə 175 manat) da əsas borca silinməli, xx.xx.2024-cü il tarixə yekun qalıq əsas borc 21002,72 manat (qalıq əsas borc 27548,31 manat-silinən əsas borc 6252,2 manat –silinməli əsas borc 118,4) təşkil etmişdir. Həmin tarixdən sonra isə ödəniş edillməmişdir.

84. Beləliklə, yekun olaraq 03 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 21002,72 manat olaraq müəyyən edilməlidir.

85. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, qalıq 21002,72 manat əsas borca xx.xx.2024-cü il tarixdən hesablanmaqla tələb olunan xx.xx.2025-ci il tarixə illik 5 % ilə hesablanan məbləğ 407 gün üçün 1170,97 (əsas borc 21002,72*5%/100%/365 gün*407 gün) manat təşkil edir.

86. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

87. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

88. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

89. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

90. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 03 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21002,72 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 1170,97 manat olmaqla ümumilikdə 22173,69 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1 ASC-yə ödənilməlidir. b) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

91. İddiaçı eyni zamanda tutmanın Cavabdeh2 mülkiyyətində olan və 03 mart 2021ci il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçının ipoteka yüklülüyündə olan XXXX ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m, yaşayış sahəsi 47 kv.m-dən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlərin digər gəlirləri və əmlakı hesabına ödənilməsini xahiş edir.

92. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

93. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

94. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

95. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

96. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

97. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

98. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

99. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

100. İddiaçı1 ASC (ipoteka saxlayan), Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli G/İ/BO/BF-2-2021 nömrəli ipoteka müqaviləsi bağlanmış, XXXX ünvan 4 ünvanında yerləşən 59,8 kv.m ümumi, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir.

101. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli bildiriş xx.xx.2023-cü il tarixdə ipoteka qoyan tərəfindən qəbul edilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

102. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

103. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

104. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

105. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

106. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-93/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1616 nömrəli ekspertiza rəyi məhkəməyə təqdim olunmuş, iş üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli 9/1616 nömrəli ekspertiza rəyinə əsasən, XXXX ünvan 4 ünvanında yerləşən köhnə tikili mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 140 290 manat, həmin evin likvid dəyəri təqribən 126 261 manat məbləğində müəyyən edilir.

107. Məhkəmə tərəflərin ekspert rəyi ilə bağlı hər hansı etiraz irəli sürməməsini nəzərə alaraq və təqdim olunan rəyi qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan XXXX ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m, yaşayış sahəsi 47 kv.m-dən ibarət 3 otaqlı mənzilin ilkin satış qiyməti 126 261 manat müəyyən edilməlidir.

108. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

109. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh1 MMC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh2 fərdi mülkiyyət hüququ ilə məxsus olan XXXX ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m, yaşayış sahəsi 47 kv.m-dən ibarət 3 otaqlı 90 nömrəli mənzilə ilkin satış qiyməti 126261 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışdan əldə olunmuş vəsait 03 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21002,72 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 1170,97 manat olmaqla cəmi 22173,69 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat xərcin ödənilməsinə yönəldilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

110. İddiaçı eləcə də ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 53 manat məbləğində rüsumun, 200 manat məbləğində mediasiya xərcinin tutulmasını xahiş etmişdir.

111. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞB/13/2023-01877 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

112. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

113. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

114. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

115. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

116. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

117. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 9/5951 nömrəli 05.092024-cü il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, xx.xx.2024-cü il tarixli 9/1616 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat təşkil edir.

118. İş materiallarında ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün hər hansı rüsumun və ya xidmət haqqının ödənilməsi ilə bağlı təsdiqedici sənəd mövcud deyildir.

119. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

120. Həmin Məcəllənin 115.0, 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

121. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

122. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

123. Məhkəmə qeyd edir ki, birinci iş üzrə mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq birinci iş üzrə cavabdehlərdən tutulmalıdır. Eyni zamanda ikinci (birləşdirilmiş) iş üzrə iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri ikinci (birləşdirilmiş) iş üzrə iddiaçıya aid edilməlidir.

124. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, birinci iş üzrə mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1 ASC-yə ödənilməli, ekspertiza xərci olaraq 150 manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

125. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

Birinci iş üzrə İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21002,72 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 1170,97 manat olmaqla ümumilikdə 22173,69 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh2 fərdi mülkiyyət hüququ ilə məxsus olan XXXX ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m, yaşayış sahəsi 47 kv.m-dən ibarət 3 otaqlı 90 nömrəli mənzilə ilkin satış qiyməti 126261 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışdan əldə olunmuş vəsait 03 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21002,72 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 1170,97 manat olmaqla cəmi 22173,69 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat xərcin ödənilməsinə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. İkinci (birləşdirilmiş) iş üzrə İddiaçı2 cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1, Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “etibarnamənin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar