Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-931/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı cavabdehlər AR İN yanında DVX-nin 10 saylı Ərazi İdarəsi və Səbail rayon İcra şöbəsinə qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər AR İN yanında DVX-nin 10 saylı Ərazi İdarəsi və Səbail rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, məhkəmə icraçısının qanuni tələblərinin, o cümlədən qərarlarının icra olunmamasına görə təqsirkar şəxslərin barəsində protokolun tərtib olunması öhdəliyinin Səbail rayon İcra şöbəsinin üzərinə qoyulması, "xxxx" MMC-yə məxsus olan “X1” MMC-dəki 70% payların tələbkar İddiaçı adına rəsmiləşdirilməsinə dair Səbail rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının icra edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçının elektron iddia ərizəsinin məzmunundan (tələblərindən) görünür ki, iddia tələbi 2 hissədən ibarətdir. Birinci tələb, yəni məhkəmə icraçısının qanuni tələblərinin, o cümlədən qərarlarının icra olunmamasına görə təqsirkar şəxslərin barəsində protokolun tərtib olunması öhdəliyinin Səbail rayon İcra şöbəsinin üzərinə qoyulmasından ibarətdir. Göründüyü kimi iddiaçı ərizəsini “iddia ərizəsi” adlandırsa və iddia icraatı qaydasında kommersiya məhkəməsində baxılması üçün EMİS-ə əlavə etsə də, ərizədə irəli sürdüyü birinci tələb mahiyyət etibarilə məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat çərçivəsində baxılmalı olan icra məmurunun hərəkətsizliyindən şikayətdir. İkinci tələb isə, yəni "xxxx" MMC-yə məxsus olan “X1” MMC-dəki 70% payların tələbkar İddiaçı adına rəsmiləşdirilməsinə dair Səbail rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının icra edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi isə inzibati mübahisələrə dair işlər üzrə icraat qaydasında (inzibati məhkəmədə) baxılmalıdır. İddiaçı isə bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan və müxtəlif icraatlarda baxılmalı olan 2 tələbini bir iddia tələbində birləşdirməklə kommersiya mübahisələrinə dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq məhkəmələrə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər AR İN yanında DVX-nin 10 saylı Ərazi İdarəsi və Səbail rayon İcra şöbəsinə qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-931/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-931/2024
12.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver