Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-932/2021 29.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 09 iyul 2019-cu il tariхli, 2019/00187-01 №-li Kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 kreditin əsas borcu üzrə 16 798.88 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2 454.04 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5 112 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 24 364.92 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 110 000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu 16 798.88 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2 454.04 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5 112 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 24 364.92 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə 15.04.2021-ci il tarixdə iddianın həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək tərəflər arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 N2-İİ Kredit Müqaviləsinin ləğv edilməsi;Cavabdeh1 kreditin əsas borcu üzrə 16 798.88 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 3732.44 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7182 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 27 713.32 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 110 000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu 16 798.88 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 3732.44 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7182 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 27 713.32 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 nömrəli Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 18 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 saylı mənzili (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Reyestr nömrəsi **********09-05101-093062, Qeydiyyat nömrəsi **********, tarix 05.04.2014) ipoteka predmeti kimi İddiaçı BOKTASC-yə təqdim etmiş və bu barədə 09 iyul 2019-cu il tarixli, 2019/00187-01İP nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 17.07.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çixarişin Qeydiyyat nömrəsi **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri FM Consulting tərəfindən 28.06.2019-cu il tarixinə 110 000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan 09 iyul 2019-cu il tarixli, 2019/00187- 01 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 18 000 ABŞ dolları məbləğində kredit verir. Borc alan bu müqavilə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverene qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdiriİmiş günə görə Müqavilə məbləğinin 0,1% (sıfr tam onda bir) faizi qədər dəbbə pulunu Borc verən tuta bilər. Dəbbə pulu (cərimə) Müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. Həmin Müqavilənin 4-cü bəndinə əsasən bu Müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 3 ünvanında yerləşən 92.3 kv.m ümuni, 53.3 kv.m yaşayış sahədən ibarət 4 otaqlı 3 nömrəli mənzil (çıxarış: Seriya RX 0354668, Dövlət Reyestrində 2100 nömrəli reyestr kitabının 195335 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********09-05101-093062, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.04.2014) ipoteka qoyulur İpoteka predmetləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiyınəlləndirici FM Consulting tərəfindən 28.06.2019-cu il tarixində likvid dəyəri 110000 (bir yüz on min) manat məbləğində qiymətləndirilmişdir. - "xxxx" ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanan 09.07.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən ipoteka saxlayan Cavabdeh1 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 saylı kredit müqaviləsinə əsasən 18000 ABŞ dolları məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın (ünvan 3 ünvanında yerləşən 92.3 kv.m ümuni, 53.3 kv.m yaşayış sahədən ibarət 4 otaqlı 3 nömrəli mənzil) girov qoyulması barədə razılığa gəlmişlər. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən İpoteka qoyulmuş əmlak 110000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət Qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli 17.07.2019-cu il tarixli çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən 92.3 kv.m ümuni, 53.3 kv.m yaşayış sahədən ibarət 4 otaqlı 3 nömrəli mənzilə Cavabdeh2 mülkiyyəti hüququ "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 26.10.2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 tərəfindən kredit öhdəlikləri lazımınca icra edilmədiyindən kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 30.10.2020-ci il tarixli ********** nömrəli bildirişin qeydiyyata alınması xahiş edilmişdir. - Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC göndərilmiş 24.11.2020-ci il tarixli **********45 nömrəli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən ünvan 3 ünvanında yerləşən 92.3 kv.m ümuni, 53.3 kv.m yaşayış sahədən ibarət 4 otaqlı 3 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 3003-042021 nömrəli 12.04.2021-ci il tarixli Borc haqqında arayışdan görünür ki, Cavabdeh1 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 saylı kredit müqaviləsi üzrə 12.04.2021-ci il tarixə qalıq borcu kreditə görə əsas 16798,88 ABŞ dolları, faizə görə borcu 3732,44 ABŞ dolları, dəbbəyə görə borcu 7182 ABŞ dolları təşkil edir. -23.07.2021-ci tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuş “X1 Company” MMC-nin 16.07.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2nun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 92.3 kv.m ümuni, 53.3 kv.m yaşayış sahədən ibarət 4 otaqlı 3 nömrəli mənzilnin likvid dəyəri 125000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18.05.2021-ci il tarixli 9/3045 saylı ekspert rəyində qeyd olunur ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və "xxxx" ASC-si ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" ASC-yə iddianın həcminin artırılması və dəqiqiləşdirilməsinə dair ərizədə borcun hesablandığı 12.04.2021-ci il tarixə Cavabdeh1 "xxxx" ASC-yə olan borcu 20527,8 ABŞ dolları (əsas borcu 16798,9 ABŞ dolları, faiz borcu 3728,9 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kreditor borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 18000 ABŞ dolları məbləğində kredit vermişdir. Borc alan bu müqaviləyə əsasən, krediti qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin "xxxx" ASC ilə (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanan 09.07.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 saylı kredit müqaviləsi üzrə göstərilən öhdəliklərin təminatı olaraq DƏDRXin 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2nun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 92.3 kv.m ümuni, 53.3 kv.m yaşayış sahədən ibarət 4 otaqlı 3 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin dəyəri 110000 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş və bu səbəbdən də iddiaçı 12.04.2021-ci il tarixli maliyyə arayışına əsasən 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 saylı kredit müqaviləsi üzrə 16798,88 ABŞ dolları əsas borc, 3732,44 ABŞ dolları faiz borcu, 7182 ABŞ dolları dəbbə borcunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin bərabərliyi prinsipi tərəflər arasında ədalətli balans baxımından ədalətli məhkəmə araşdırması hüququnun mühüm xüsusiyyətidir və prosessin çəkişmə xarakterinə xas olan cəhətidir. Mahiyyət etibarı ilə bu prinsip tələb edir ki: “Hər bir tərəf öz arqumentlərini, o cümlədən sübutlarını təqdim etmək üçün ağlabatan imkana malik olmalı və əks tərəfin qarşısında əlverişsiz vəziyyətə salınmamalıdır” (X4rşı, 1993-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş ekspert rəyi əsasında cavabdehin 12.04.2021ci il tarixə olan əsas borcu 16798,9 ABŞ dolları, faiz borcu 3728,9 ABŞ dolları ABŞ dolları təşkil edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutaraq qeyd ki, Cavabdeh1 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 16798,88 ABŞ dolları məbləğində əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 nömrəli Kredit Müqaviləsi ləğv edilməsi hissəsni münasibətdə qeyd edir ki, qeyd olunan hissəsdə tələb əsaslıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdə kredit borcunun 21 gün ərzində ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi ləğv edilməsi üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Qeyd olunan müddət ərizində cavabdehlər tərəfindən kredit ödənişi ilə bağlı müvafiq hərəkətlər edilmədiyindən iddiaçı qeyd olunan tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-ci maddəsinə görə Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.4-cü maddəsinə görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin razılaşdırılmış qüvvədə olma müddəti bitmədiyi halda belə bu müqavilənin digər tərəfin öhdəliklərinin yerinə yetirilməsi üçün itirilimiş imkanından sonra mümkündür. Məhkəmə araşdırması zamanı bağlanmış kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən öhdəliklərin bir tərəfli qaydada yerinə yetirilməməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 nömrəli Kredit Müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş faiz dərəcəsinə görə hesablanan faiz borcunun ekspert rəyinə uyğun müəyyən edilmiş 3728,9 ABŞ dolları hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan hissədə iddia tələbi aşağıda göstərilənlərə uyğun olaraq əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən ekspert rəyi üzrə 12.04.2021-ci il tarixinədək hesablanmış faiz borcu 3728,9 ABŞ dolları borc cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin 7182 ABŞ dolları dəbbənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 7182 ABŞ dolları dəbbənin 718 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh-borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsinə dair əsas və faiz borcu üzrə cavabdehin öhdəliklərinin tam yerinə yetirməməsi səbəbindən tələb 09.07.2019-cu il tarixli ipoteka müqavilələri üzrə Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 92.3 kv.m ümuni, 53.3 kv.m yaşayış sahədən ibarət 4 otaqlı 3 nömrəli mənzilnə yönəldilməlidir. Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 92.3 kv.m ümuni, 53.3 kv.m yaşayış sahədən ibarət 4 otaqlı 3 nömrəli mənzilnin likvid dəyəri 16.07.2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 125000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20.07.2020-ci il tarixli 01 saylı qərardadının 13-cü bəndinə əsasən ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. Məhkəmə iddia tələbinin ipoteka predmeti satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1(ay) ərzində boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, tələbin qeyd olunan hissəsi tərəflər arasında yaranmış bu növ münasibətləri tənzimləyən normanın (red: “İpoteka” haqqında Qanunun) tələb və hərəkət ardıcıllığı üzrə müəyyən edilmiş şərtlərinə daxildir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən, yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; (59.3.1.) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. (59.3.2.) Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Yuxarıda qeyd olunan normanın tələblərindən göründüyü kimi ipoteka qoyanlar müqavilə üzrə öhdəlikıəri yerinə yetirə bilmədikdən sonra ipoteka saxlayan tərəfindən müvafiq ardıcılıqda hərəkətlər yerinə yetirilməsi müəyyən edilmişdir. Lakin iddia tələbinin ipoteka predmeti satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1(ay) ərzində boşaldılması barədə tələbi cavabdehlərin gələcəkdə qanuna qorunan hüquqlarının pozulmasına səbəb olacaqdır. Belə olan halda iddia tələbi hazırki tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normasına zidd olduğundan təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.4 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 16798,9 (on altı min yeddi yüz doxsan səkkiz dollar doxsan sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 3728.9 (üç min yeddi yüz iyirmi səkkiz dollar doxsan sent) ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 718 (yeddi yüz on səkkiz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 21245,8 (iyirmi bir min iki yüz qırx beş dollar səksən sent) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməli, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 nömrəli Kredit Müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat pul tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə yönəldilməli, əmlakın likvid dəyəri 125000 (yüz iyirmi beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 16798,9 (on altı min yeddi yüz doxsan səkkiz dollar doxsan sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 3728.9 (üç min yeddi yüz iyirmi səkkiz dollar doxsan sent) ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 718 (yeddi yüz on səkkiz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 21245,8 (iyirmi bir min iki yüz qırx beş dollar səksən sent) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, 2019/00187-01 nömrəli Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat pul tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə yönəldilsin. Əmlakın likvid dəyəri 125000 (yüz iyirmi beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300 (üç yüz) manat qiymətləndirmə xərci tutularaq “X1 Company” MMC-nin hesabına (Hesab nömrəsi: AZ61İBAZ**********3146555350 Bank: ABB Şərifzadə filialı; VÖEN **********; M/H: AZÜ3NABZ********************; Kod:805142 SYVİFT: İBAZAZ2X) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-932/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-932/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver