Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-937/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti“ X4rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən əsassız olaraq tərtib edilmiş akt əsasında 074045 nömrəli abonent kodunu hesablanmış 2196 (iki min yüz doxsan altı) manat pulun silinməsi barədə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar kimi iddiaçı ilə (VÖEN № **********) cavabdeh "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsi arasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə dair müqavilə bağlanmışdır və həmin müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən ünvan 1 ünvanına sayğac qoyulmuşdur. Həmin sayğacdan kənar hər hansı su istifadə olunmadığı halda cavabdeh təşkilatın nümayəndələri tərəfindən 29 iyul 2024-cü il tarixdə çörək sexi kimi istifadə olunan ünvanda su xəttinə baxış keçirilmiş, guya obyekt daxilində su sayğacından əvvəl qoyulmuş kənar xətt aşkarlanmışdır. Bildirilmişdir ki, belə bir hal olmuş olsaydı onun tərəfindən hər ay təxminən 120-150 manat məbləğində cavabdeh təşkilata su pulu ödənilməzdi. Hesab edilir ki, keçirilən yoxlama qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, xx.xx.2024-cü il tarixli “X3”nın Su təchizat və kanalizasiya müəssisəsinin vəzifələri bölməsinin 2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq fəaliyyəti göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların yənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qaydaların 6.18-ci bəndinə müvafiq olaraq STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoulma (su təchizat və analizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Yuxarıda qeyd edilən ünvanda iddiaçının istifadəsində olan sahibkarlıq subyekti kimi istifadə olunan çörək sexi mərhum babasının adına olan evin altında yerləşir. Bununla bağlı cavabdeh təşkilatın nümayəndələri tərəfindən qeyd edilən akt tərtib edilmişdir. Hal-hazırda bütün ödənişlərin aparılmasına baxmayaraq, işə əlavə edilən abonent haqqında məlumatdan göründüyü kimi, 2196 manat borc hesablanmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “X3” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi X2 bildirdi ki, iddia tələbini əsassız olduğundan qəbul etmir, göstərilən borcdan yanvar ayında da 300 manat ödəniş edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
7. xx.xx.2024-cü il tarixli, 602549 saylı aktdan görünür ki, Cavabdeh PHŞ-nin Yasamal rayon Sukanal sahəsinin nümayəndələri tərəfindən istehlakçının obyektinə baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni su xəttindən istifadə olunduğu aşkar olunmuşdur. Aktın imza yerində obyektin nümayəndəsi qrafası boş saxlanılmışdır.
8. xx.xx.2024-cü il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasında qeyd edilmişdir ki, abonentin Cavabdeh PHŞ-yə xx.xx.2024-cü il tarixə olan borcu 2196 manat təşkil edir. Faktura Yasamal rayon Sukanal İdarəsinin rəisi tərəfindən imzalanmış, fakturanın “Qəbul etdim” qrafası boş saxlanılmışdır.
9. xx.xx.2024-cü il tarixli abonent haqqında məlumatdan görünür ki, abonentin cari tarixə qalıq borcu 1116,20 manat təşkil edir.
10. xx.xx.2025-ci il tarixli abonent haqqında məlumatdan görünür ki, abonentin cari tarixə qalıq borcu 906,20 manat təşkil edir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş X3nın: 2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
12. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
13. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmənin mövqeyi
14. İddia tələbi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti“ PHŞ tərəfindən xx.xx.2024-cü il tarixli, 602549 nömrəli akta əsasən 074045 nömrəli abonent koduna hesablanmış 2196 manat məbləğində borcun silinməsindən ibarətdir.
15. İş materiallarından görünür ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti“ PHŞ tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
16. xx.xx.2024-cü il tarixli abonent haqqında məlumatdan görünür ki, abonentin 2024-cü ilin iyul ayına olan borcu 2194,2 manat təşkil edir. Həmin tarixdən 2025-ci ilin yanvar ayına qədər hər ay ödənişlər edilmiş və 2025-ci ilin yanvar ayı üçün 906,2 manat qalıq borc qalmışdır.
17. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yerləşdirilmiş sayğaca xx.xx.2024-cü il tarixli, 602549 nömrəli akt əsasında hesablanmış 2194,2 manat borcdan 906,2 (doqquz yüz altı manat iyirmi qəpik) məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti“ X8 tərəfindən 074045 nömrəli abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli abonent haqqında məlumatdan da məlum olur ki, cari tarixə qalıq borc 906,2 manat təşkil edir.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti“ X8 tərəfindən xx.xx.2024-cü il tarixli, 602549 nömrəli akt əsasında hesablanmış 906,2 manat (doqquz yüz altı manat iyirmi qəpik) məbləğində pul vəsaiti 074045 nömrəli abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova