Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-939/2022 06.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı hesablanmış cərimənin əsassız hesab edilməsi və həmin cərimənin silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı hesablanmış cərimənin əsassız hesab edilməsi və həmin cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" MMC-yə hesablanmş 12.714,16 manat məbləğində cərimənin hesablanmasının əsassız olmasına və həmin cərimənin silinməsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında bağlanmış “Agentliyin vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” 29 mart 2015-ci il tarixli və 06 iyul 2015-ci il tarixli müqavilələrlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 may 2007-ci il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadə Qaydaları”na müvafiq olaraq Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının 05 mart 2015-ci il tarixli qərarı ilə (protokol №1) Agentliyin vəsaitinin kənd təsərrfüatı subyektlərinə çatdırılması məqsədi ilə müvəkkil kredit təşkilatı seçilmiş "xxxx" MMC arasında tərəflər arasında aqrar sahənin inkişafına güzəştli kreditlərin verilməsinin təmin edilməsi məqsədi ilə ayrılan vəsailərin məqsədyönlü və səmərəli istifadə edilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq təmin edilməklə yanaşı, sözügedən müqavilə ilə aqrar sahənin inkişafı üçün agentlikdən həmin müqavilələr üzrə ayrılan vəsaitlərin müvəkkil kredit təşkilatı qismində seçilmiş "xxxx" MMC tərəfindən yuxarıda istinad olunan Qaydalara uyğun olaraq məqsədyönlü, səmərəli istifadəsinin və qaytarılmasının həyata keçirilməsi tənzimlənmişdir. Eyni zamanda qeyd olunan müqavilələr tərəflər arasında kredit xətlərinin açılması, agentliyin və müvəkkil kredit təşkilatlarının vəzifələri, məsuliyyəti, eləcə də tərəflər arasında yaranan mübahisələrin həlli qaydası, müqavilənin müddəti və əlavə şərtləri tənzimlənmişdir. İstinad olunan müqavilələrin 6.1-ci bəndində göstərilmişdir ki, müvəkkil kredit təşkiatı bocalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, Agentlik qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edirlər ki, 05 may 2015-ci il tarixində Agentliklə Cəmiyyətləri arasında Azərbaycan Hökuməti ilə X5 üzrə Beynəxalq Fond (İFAD) arasında imzalanmış 20 iyul 2005-ci il tarixli, 637-AZ №-li kredit sazişinə əsasən həyata keçirilmiş “Şimal-Şərq İnkişaf Layihəsi”nin Kənd Maliyyə Xidmətlərinin inkişaf etdirilməsi, komponentlərinin icrasının davam etdirilməsi ilə əlaqədar kredit vəsaitlərinin kənd təsərrüfatı subyektlərinə çatdırılmasının təmin olunması məqsədi ilə “Şimal-Şərq İnkişaf Layihəsi”nin Kənd Maliyyə Xidmətləri komponentlərinin icrasının davam etdirilməsi şərtləri haqqında” müqavilə bağlanmış və həmin müqavilə ilə də kredit vəsaitinin istifadəsi qaydası və şərtləri, Agentliyin və müvəkkil kredit təşkilatının vəzifələri, müqavilə tərəflərinin məsuliyyəti, eləcə də mübahisələrin həlli qaydası, müqavilənin müddəti və əlavə şərtləri tənzimlənmişdir. Sözügedən müqavilənin də 5.1-ci bəndində göstərilmişdir ki, müvəkkil kredit təşkiatı bocalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, Agentlik qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Nəzərə çatdırılmasını zəruri hesab edirlər ki, Azərbaycan Respublikasinin Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin yuxarıda sözügedən müqavilələr üzrə əldə edilən vəsait hesabına "xxxx" MMC tərəfindən X8 layihəsini maliyyələşdirmək üçün KT-005/100 saylı, 07.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 50000 manat, X3 layihəsini maliyyələşdirmək üçün KT-005/200 saylı 07.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 50000 manat, X2 layihəsini maliyyələşdirmək üçün KT-005/300 saylı, 07.04.2015-ci il tarixli kredit müqaviləsin əəsasən 50000 manat, X7 layihəsini maliyyələşdirmək üçün KT- 007/200 saylı, 21.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 50000 manat, Nümayəndə layihəsini maliyyələşdirmək üçün KT-007/100 saylı, 21.05.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 50000 manat, X9 layihəsini maliyyələşdirmək üçün 010/10 saylı 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 50000 manat, X10 layihəsini maliyyələşdirmək üçün 012/100 saylı 19.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 50000 manat, X11 layihəsini maliyyələşdirmək üçün 011/100 saylı, 25.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 50000 manat, X1 layihəsini maliyyələşdirmək üçün 013/100 saylı 04.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 50000 manat, X4 layihəsini maliyyələşdirmək üçün 002/100 saylı 24.12.2016-ci il tarixli kredit müqaviləsinə əsasən 52000 manat, X22 Təsərrüfatının layihəsini maliyyələşdirmək üçün 001/100 saylı 08.12.2016-ci il tarixli kredit müqaviləsinə əsasən 3000 manat, ümumilikdə cəmi: 505000 manat kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqavilələrinə görə X14 məxsus 191C saylı fərdi yaşayış evi, X15 məxsus Bərdə şəhər M.P.Vaqif küçəsi 7 saylı tərdi yaşayış evi, X18 məxsus Bakışəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 68A mənzil 64 saylı yaşayış evi, Nümayəndə məxsus Bərdə şəhəri M.ƏRəsulzadə küçəsiev 11 saylı fərdi yaşayış evi, Nümayəndə məxsus Bərdə şəhəri H.Əliyev Prospekti 813 ünvanında yerləşən qeyri yaşayış binası, Nümayəndə məxsus Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 1İA saylı fərdi yaşayış evi, X12 məxsus ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası müvafiq olaraq ipoteka müqavilələri ilə yüklü edilmişdir. "xxxx" MMC-nin İdarə Heyətinin sədri tərəfindən yuxarıda sözügedən Agentliyin sədrinə ünvanlanmış 06 iyul 2021-ci il tarixli, 46 №-li məktubda 01.11.2020-ci il tarixə öhdəliklərin çox hissəsinin yerinə yetirilməsinə istinad olunaraq X14 məxsus 191C saylı ünvanında yerləşən fərdi yaşayış evinin, X16 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin, X17 məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evinin, Nümayəndə məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin, Nümayəndə məxsus Bərdə şəhəri H.Əliyev Prospekti 813 ünvanında yerləşən qeyri yaşayış binasının, Nümayəndə məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin, X12 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yüklülükdən azad olunmasına köməklik göstərilməsi xahiş olunmuşdur. Qeyd etməyi zəruri hesab edirlər ki, Agentliyin müvəkkil kredit təşkilatı kimi "xxxx" MMC vasitəsi ilə yuxarıda göstərilən layihələrin maliyyələşdirilməsi məqsədi ilə kredit vəsaiti vaxtından əvvəl olmaqla, tam məbləğdə, faizləri ilə birlikdə Agentliyə qaytarılmışdır. Lakin Agentlik tərəfindən kredit vəsaitinin vaxtından əvvəl qaytarılanadək müvafiq qrafiklər üzrə faiz borcunun gecikdirilməsinə istinad olunaraq yuxarıda sözügedən 505.000 manat məbləğində əsas vasaitə görə hesablanmış faizlərin qrafik üzrə gecikdirilməsinə, ümumilikdə 12.714,16 manat məbləğində cərimə məbləği hesablanmışdır. Həmin cərimə məbləğində, yəni 12.714,16 manat borcun mövcudluğuna əsaslanan Agentlik hazırkı vaxtda kredit vəsaitinin əsas məbləğinin və ona hesablanmış faiz məbləğinin tam həcmdə vaxtından əvvəl ödənilməsinə baxmayaraq ipoteka ilə yüklü olunmuş yuxarıda sözgügedən əmlakların yüklülükdən tam həcmdə azad edilməsindən imtina etmişdir. Hesab edirlər ki, Agentlik tərəfindən 12.714,16 manat məbləğində cərimənin hesablanması qanuni və əsaslı deyildir. Odur ki, həmin cərimə məbləğinin hesablanmasının qanunauyğunluğu tərəflərindən mübahisələndirilir. Belə ki, işin mübahisəsiz halıdır ki, tərəflərindən istər faizlərin, istərsə də əsas borcun ödənilməsində hər hansı bir gecikmələrə yol verilməmiş, hətta kreditin məbləğinin bəzi hissəsinin vaxtından əvvəl geri qaytarılması təmin olunmuşdur. Gecikmələrə yalnız müqavilə müddəti ərzində əsas vəsaitin qrafik üzrə geri qaytarılmasında yol verilmişdir ki, bu da obyektiv səbəblərdən, yəni yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Azərbaycan Hökuməti tərəfindən təbiq edilən məhdudlaşdırıcı tədbirlərlə əlaqədar olmuşdur. Nəticə etibarı ilə tərəflərindən istər faiz, istərsə də əsas borcun ödənilməsində gecikmələrə yol verilməmişdir. Hesab edirlər ki, tərəflərindən öhdəliklərinin icrasında mülki məsuliyyətə, yəni cərimə edilməklərinə əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borcluməlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair sonuncu ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən “Xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr üzrə "xxxx" MMC-yə hesablanmış: 29 mart 2015-ci il tarixli müqavilə üzrə hesablanmış 2.154,27 manat cərimə məbləği, 05 may 2015-ci il tarixli müqavilə üzrə hesablanmış 2.515,67 manat cərimə məbləği, 06 iyul 2015-ci il tarixli müqavilə üzrə hesablanmış 3.045,34 manat cərimə məbləği, 27 oktyabr 2015-ci il tarixli müqavilə üzrə hesablanmış 1.697 manat cərimə məbləği və 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə hesablanmış 3.301,89 manat cərimə məbləği olmaqla – cəmi 12.714,17 manat məbləğində cərimənin silinməsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, əsas borca hesablanmış faizlər vaxtlı-vaxtında ödənilib. Əsas borcun ödənilməsində gecikmələrin olmasını istisna etmir. Bu da onunla bağlıdır ki, tərəflər arasında bağlanmış müqavilələrə ödəniş qrafiki əlavə edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında iddiaçının kredit müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında ödəniş etmədiyini, bununla bağlı cərimə hesablandığını, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Müvəkkil kredit təşkilatı "xxxx" MMC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hüquqi sələfi) arasında bağlanmış 29.03.2015-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən bu müqavilənin predmeti aqrar sahənin inkişafı üçün Agentlikdən ayrılan vəsaitlərin müvəkkil kredit təşkilatı tərəfindən Qaydalara uyğun olaraq məqsədyönlü, səmərəli istifadəsinin və qaytarılmasının həyata keçirilməsidir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı üçün 150.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilir. Növbəti kredit xəttinin həcmi müvəkkil kredit təşkilatı ilə Agentlik arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Hər bir kredit xətti yalnız tam istifadə olunduqdan sonra müvəkkil kredit təşkilatı tərəfindən yeni kredit xəttinin açılması üçün müraciət edilə bilər. 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra Agentliyə illik 2% ödəyir. 5.6-cı bəndinə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi Agentliyin hesabına köçürür. Əsas borc isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrlə ödənilir. 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, Agentlik qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - Müvəkkil kredit təşkilatı "xxxx" MMC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi arasında bağlanmış 05.05.2015-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında “Şimal-Şərq İnkişaf layihəsi”nin kənd maliyyə xidmətləri komponentinin icrasının davam etdirilməsi şərtləri haqqında müqavilənin: 2.1-ci bəndinə əsasən kredit vəsaitlərinin verilmə həddi: - 1000 manatadək - mikrokreditlər; - 1001 manatdan 20.000 manatadək – kiçikhəcmli kreditlər; - 20.000 manatdan 50.000 manatadək – ortahəcmli kreditlər; - 50.000 manatdan 200.000 manatadək – böyükhəcmli kreditlər 2.2-ci bəndinə əsasən kredit vəsaitlərinin istifadə müddəti: - mikrokreditlər – 2 ilədək; - kiçik və ortahəcmli kreditlər – 3 ilədək; - böyükhəcmli kreditlər – 5 ilədək. 2.3-cü bəndinə əsasən kredit vəsaitlərinin güzəçt müddəti: - mikrokreditlər – 12 ayadək; - kiçik və ortahəcmli kreditlər – 18 ayadək; - böyükhəcmli kreditlər – 24 ayadək. Həmin müqavilənin: 2.4-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı kreditləşmə məqsədilə 100.000 manat məbləğində vəsait ayrılır. 2.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra Agentliyə illik 2% ödəyir. 4.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi, əsas borcu isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrlə Agentliyin adına açılan müvafiq Revolver Fond hesaba köçürülməsini təmin edir. 5.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, Agentlik qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - Müvəkkil kredit təşkilatı "xxxx" MMC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi arasında bağlanmış 06.07.2015-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən bu müqavilənin predmeti aqrar sahənin inkişafı üçün Agentlikdən ayrılan vəsaitlərin müvəkkil kredit təşkilatı tərəfindən Qaydalara uyğun olaraq məqsədyönlü, səmərəli istifadəsinin və qaytarılmasının həyata keçirilməsidir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı üçün 150.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilir. Növbəti kredit xəttinin həcmi müvəkkil kredit təşkilatı ilə Agentlik arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Hər bir kredit xətti yalnız tam istifadə olunduqdan sonra müvəkkil kredit təşkilatı tərəfindən yeni kredit xəttinin açılması üçün müraciət edilə bilər. 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra Agentliyə illik 2% ödəyir. 5.6-cı bəndinə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi Agentliyin hesabına köçürür. Əsas borc isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrlə ödənilir. 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, Agentlik qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - Müvəkkil kredit təşkilatı "xxxx" MMC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi arasında bağlanmış 27.10.2015-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən bu müqavilənin predmeti aqrar sahənin inkişafı üçün Agentlikdən ayrılan vəsaitlərin müvəkkil kredit təşkilatı tərəfindən Qaydalara uyğun olaraq məqsədyönlü, səmərəli istifadəsinin və qaytarılmasının həyata keçirilməsidir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı üçün 50.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilir. Növbəti kredit xəttinin həcmi müvəkkil kredit təşkilatı ilə Agentlik arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Hər bir kredit xətti yalnız tam istifadə olunduqdan sonra müvəkkil kredit təşkilatı tərəfindən yeni kredit xəttinin açılması üçün müraciət edilə bilər. 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra Agentliyə illik 2% ödəyir. 5.6-cı bəndinə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi Agentliyin hesabına köçürür. Əsas borc isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrlə ödənilir. 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, Agentlik qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - Müvəkkil kredit təşkilatı "xxxx" MMC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi arasında bağlanmış 21.11.2016-cı il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən bu müqavilənin predmeti aqrar sahənin inkişafı üçün Agentlikdən ayrılan vəsaitlərin müvəkkil kredit təşkilatı tərəfindən Qaydalara uyğun olaraq məqsədyönlü, səmərəli istifadəsinin və qaytarılmasının həyata keçirilməsidir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı üçün 55.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilir. Növbəti kredit xəttinin həcmi müvəkkil kredit təşkilatı ilə Agentlik arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Hər bir kredit xətti yalnız tam istifadə olunduqdan sonra müvəkkil kredit təşkilatı tərəfindən yeni kredit xəttinin açılması üçün müraciət edilə bilər. 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra Agentliyə illik 2% ödəyir. 5.6-cı bəndinə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi Agentliyin hesabına köçürür. Əsas borc isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrlə ödənilir. 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, Agentlik qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına "xxxx" MMC-yə ayrılmış vəsait hesabına verilmiş kreditlər üzrə geri dönüş qrafiki və ödənilmiş vəsaitlə bağlı məlumatdan görünür ki, 2015-2022-ci illər ərzində ümumilikdə qrafik üzrə ödənilməli əsas vəsait 505.000 manat, faiz borcu 35.697 manat cəmi borc 540.697 manat, ümumilikdə faktiki ödənilən vəsait əsas borc üzrə 504.999 manat, faiz borcu üzrə 36.316 manat, cəmi ödəniş 541.315 manat təşkil edir. Əsas borc üzrə gecikmə məbləği 2018-ci ildə 15.410 manat, 2019-cu ildə isə 23.230 manat olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 26.08.2020-ci il tarixli 22/02/05-2251 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin Agentlik qarşısında öhdəlikləri üzrə müəyyən ödənişlərin aparılmasına baxmayaraq, cəmiyyətin 31.07.2020-ci il tarixinə əsas məbləğ üzrə 12.864,03 manat həcmində vaxtı keçmiş əsas, 302,19 manat həcmində faiz və 12.714,14 manat həcmində cərimə borcu yaranmışdır. - Maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi arasında bağlanmış “Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” 29.03.2015-ci il, 05.05.2015-ci il, 06.07.2015-ci il, 27.10.2015-ci il və 21.11.2016-cı il tarixli müqavilələr üzrə "xxxx" MMC öhdəliklərini lazımınca icra etməyərək borcun ödənilməsini gecikdirmiş və onun 16.03.2022-ci il tarixə borcu: 29.03.2015-ci il tarixli müqavilə üzrə əsas borcu 0 manat, faiz borcu 0 manat, cərimə borcu 2.154,27 manat; 05.05.2015-ci il tarixli müqavilə üzrə əsas borcu 0 manat, faiz borcu 0 manat, cərimə borcu 2.515,67 manat; 06.07.2015-ci il tarixli müqavilə üzrə əsas borcu 0 manat, faiz borcu 146,86 manat, cərimə borcu 3.045,34 manat olmaqla cəmi borcu 3.192,2 manat; 27.10.2015-ci il tarixli müqavilə üzrə əsas borcu 0 manat, faiz borcu 1,70 manat, cərimə borcu 1.697 manat olmaqla cəmi borcu 1.698,7 manat və 21.11.2016-cı il tarixli müqavilə üzrə əsas borcu 1,12 manat, faiz borcu 267,48 manat, cərimə borcu 3.301,89 manat olmaqla cəmi borcu 3.570,49 manat təşkil edir. - 18.04.2022-ci il tarixli XT0010069 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin hesabına 146,86 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 18.04.2022-ci il tarixli XT0010070 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin hesabına 1,70 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 18.04.2022-ci il tarixli XT0010071 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (VÖEN: **********) hesabına 1,70 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 18.04.2022-ci il tarixli XT0010072 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (VÖEN: **********) hesabına 1,12 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 18.04.2022-ci il tarixli XT0010073 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (VÖEN: **********) hesabına 268,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış məktub ilə təsdiq edilir ki, MMC məktub göndərməklə Agentlik tərəfindən hesablanmış 12.714,16 manat məbləğində cərimənin qanuniliyini mübahisələndirmişdir. Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 2004-cü il 23 oktyabr tarixli, 467 nömrəli Sərəncamına əsasən aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi” və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 03 oktyabr tarixli 761 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yaradılmışdır. "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il 413 nömrəli Fərmanı və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin əsasında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi arasında (cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hüquqi sələfi) arasında “Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” 29.03.2015-ci il, 05.05.2015-ci il, 06.07.2015-ci il, 27.10.2015-ci il və 21.11.2016-cı il tarixli müqavilələrə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək kredit müqavilələrində nəzərdə tutulmuş kredit məbləğlərini (cəmi 505.000 manat məbləğində pul vəsaitini) cavabdeh "xxxx" MMC-nin sərəncamına vermişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həmin müqavilələr üzrə öhdəliklərinin lazımi qaydada icra etməməsi ilə əlaqədar 29 mart 2015-ci il tarixli müqavilə üzrə 2.154,27 manat, 05 may 2015-ci il tarixli müqavilə üzrə 2.515,67 manat, 06 iyul 2015-ci il tarixli müqavilə üzrə 3.045,34 manat, 27 oktyabr 2015-ci il tarixli müqavilə üzrə 1.697 manat və 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə 3.301,89 manat məbləğində dəbbə pulu hesablanmışdır. Hazırda iddiaçı "xxxx" MMC ona cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə hesablanmış dəbbə pulunun silinməsini tələb edir. Göründüyü kimi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilməli olan birinci mübahisəli hal iddiaçı "xxxx" MMC tərəfindən mübahisəli kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra edib-etməməsi ilə bağlıdır. "xxxx" MMC mübahisəli müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməsi barədə mövqeyi əvvəla onunla əsaslandırmışdır ki, kredit müqavilələri üzrə tərəflər arasında ödəniş qrafiki təsdiq edilməmiş, yəni həmin müqavilələr üzrə kredit məbləğlərinin qaytarılması qaydası tərəflər arasında müəyyən edilməmişdir. Odur ki, kredit müqavilələri üzrə kreditin verilməsi müddəti daxilində "xxxx" MMC əsas və faiz borclarını ödəmək öhdəliyini ixtiyari qaydada icra edə bilərdi. Göstərilən dəlillərlə bağlı məhkəmə qeyd edir ki, sözügedən müqavilələrə ödəniş qrafikləri əlavə edilməsə də, müqavilələrdə kredit borcunun (əsas və faiz) ödənilməsini qaydasını müəyyən edəcək kifayət qədər aydın şərtlər yer almışdır. Belə ki, kredit müqavilələrinin şərtlərinə görə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5nə kimi Agentliyin hesabına köçürməli, əsas borcu isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrlə ödəməli idi. Digər tərəfdən mübahisəli kredit müqavilələri həmin müqavilələrin bağlandığı zaman qüvvədə olmuş AR Nazirlər Kabinetinin 14 may 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları"na uyğiun olaraq bağlanmışdır. Həmin qaydalara görə isə sözügedən kredit müqavilələri üzrə ayrılmış kreditlər böyükhəcmli edilmiş (50.000 manatdan 200.000 manatadək) kreditlərə aid edildiyindən kreditlərin verilmə müddəti 5 il, güzəşt müddəti isə 24 ay təşkil etmişdir. Eyni şərtlər tərəflərin arasında bağlanmış 05.05.2015-ci il tarixli müqavilədə göstərilmişdir. Beləliklə, kredit müqavilələrinin şərtlərindən aydın olur ki, kredit müqavilələri üzrə faiz borcu illik 2 faiz hesabı ilə rübdə bir dəfə; əsas borc isə iki illik güzəşt müddəti keçdikdən sonra qalan 3 il ərzində hər ay bərabər hissələrə bölünməklə ödənilməli idi. Odur ki, mübahisəli kredit müqavilələri üzrə kredit məbləğinin qaytarılması qaydasının tərəflər arasında müəyyənləşdirilməməsi barədə iddiaçının istinad etdiyi dəlillər əsassızdır. Digər tərəfdən iş materiallarına əlavə edilmiş müqavilələr üzrə ödənilmiş vəsaitlə bağlı məlumatdan da göründüyü kimi 2017-ci il tarixdə "xxxx" MMC mübahisəli kredit müqavilələri üzrə cəmi 64.306 manat məbləğində əsas borc və 9.768 manat məbləğində faiz borcu ödəməli olduğu halda 48.896 manat əsas və 9750 manat faiz borcu ödəməklə, 15.410 manat məbləğində kredit borcunun ödənilməsini gecikdirmişdir. 2018-ci il tarixdə "xxxx" MMC mübahisəli kredit müqavilələri üzrə cəmi 150.978 manat məbləğində əsas borc və 7.935 manat məbləğində faiz orcu ödəməli olduğu halda 127.748 manat əsas və 7.388 manat faiz borcu ödəməklə, cəmi 23.230 manat məbləğində kredit borcunun ödənilməsini gecikdirmişdir. "xxxx" MMC tərəfindən kredit borclarını ödəmək öhdəliyinin lazımi qaydada icra edilməsini iddia etsə də, 2017 və 2018-ci illərdə kredit müqavilələri üzrə etdiyi ödənişlər barədə cavabdeh tərəfindən təqdim edilmiş məlumatların həqiqətəuyğun olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı iş materiallarına (26.08.2020-ci il tarixli 22/02/05-2251 nömrəli məktub, maliyyə arayışı və s.) əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin sözügedən müqavilələr üzrə 31.07.2020-ci il tarixinə kredit müqavilələri üzrə 12.864,03 manat həcmində vaxtı keçmiş əsas, 302,19 manat həcmində faiz borcu mövcud olmuş, 16.03.2022-ci il tarixə 06.07.2015-ci il tarixli müqavilə üzrə faiz borcu 146,86 manat; 27.10.2015-ci il tarixli müqavilə üzrə faiz borcu 1,70 manat və 21.11.2016-cı il tarixli müqavilə üzrə əsas borcu 1,12 manat, faiz borcu 267,48 manat təşkil etmişdir. İşə məhkəmədə baxıldığı dövrdə 06.07.2015-ci il tarixli müqavilə üzrə faiz borcu olan 146,86 manat, 27.10.2015-ci il tarixli müqavilə üzrə faiz borcu olan 1,70 manat və 21.11.2016-cı il tarixli müqavilə üzrə əsas borc olan 1,12 manat, faiz borcu olan 267,48 manat borc məbləği iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir (18.04.2022-ci il tarixli ödəniş tapşırıqları). Mübahisəli müqavilələrin sonuncusu üzrə kreditin verilmə müddətinin 2021-ci ilin noyabr ayının 21-də başa çatdığını nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar da iddiaçı "xxxx" MMC tərəfindən kredit müqavilələri üzrə öhdəliklərinin icra edilməsində gecikmələrə yol verilməsinə dəlalət edir. Mülki Məcəllənin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə borcluya tətbiq edilən məsuliyyət tədbiridir. Kreditorun müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun ödənilməsini tələb etmək hüququ müqavilə öhdəliyinin borclu tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMC mübahisəli müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən cavabdeh haqlı olaraq kredit borcunun qaytarılmasının gecikdirilməsinə görə müqavilələrin şərtlərinə əsasən dəbbə pulu hesablamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini, o cümlədən mübahisəli müqavilələr üzrə əsas və faiz borcunun iddiaçı tərəfindən tam bağlandığını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 29.03.2015-ci il tarixli müqavilə üzrə 1944,27 manat; 05.05.2015-ci il tarixli müqavilə üzrə 2265,67 manat; 06.07.2015-ci il tarixli müqavilə üzrə 2745,34 manat; 27.10.2015-ci il tarixli müqavilə üzrə 1547 manat və 21.11.2016-cı il tarixli müqavilə üzrə 3001,89 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən iddiaçı "xxxx" MMC-yə hesablanmış 29.03.2015-ci il tarixli müqavilə üzrə 1944,27 manat; 05.05.2015-ci il tarixli müqavilə üzrə 2265,67 manat; 06.07.2015-ci il tarixli müqavilə üzrə 2745,34 manat; 27.10.2015-ci il tarixli müqavilə üzrə 1547 manat və 21.11.2016-cı il tarixli müqavilə üzrə 3001,89 manat məbləğində, cəmi 11.504,17 manat məbləğində cərimə silinməlidir. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, MPM-in 124.3-cü maddəsinə görə iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad edilir. Hazırkı halda məhkəmə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dövlət rüsumunu ödəməkdən azad edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsinin cavabdehdən tutulması üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən iddiaçı "xxxx" MMC-yə hesablanmış 29.03.2015-ci il tarixli müqavilə üzrə 1944,27 manat; 05.05.2015-ci il tarixli müqavilə üzrə hesablanmış 2265,67 manat; 06.07.2015-ci il tarixli müqavilə üzrə 2745,34 manat; 27.10.2015-ci il tarixli müqavilə üzrə 1547 manat və 21.11.2016-cı il tarixli müqavilə üzrə 3001,89 manat məbləğində cərimə; cəmi 11.504,17 manat məbləğində cərimə silinsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-939/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-939/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver