Məhkəmə qərarları › İş №e-2-2(113)-94/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-94/2022

08.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-94/2022 08.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Cavabdehin nümayəndəsi Namazov əxavət Qərib oğlunun, Cavabdehin qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14.09.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 87.880,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 87.880,00 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 14.09.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 14.09.2020-ci il tarixə yaranan 97.642,72 manat borcuna görə 87.880 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 18.09.2020-ci il tarixli **********3 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 21.09.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 14.09.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 87.880 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 18.08.2020-ci il tarixdə cavabdehə vergi borclarının ödənilməsinə dair **********2 saylı bildiriş göndərilərək, 18.08.2020-ci il tarixinə ümumilikdə 96.272,80 manat, o cümlədən vergilər üzrə 80.587,90 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 15.684,90 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 14.09.2020-ci il tarixdə əmlakın siyahıya alınması haqqında **********3 nömrəli qərarı ilə Cavabdeh MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Cavabdeh MM-yə aid daşınar əmlak siyahıya alınmış və bu barədə vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********3 saylı, 14.09.2020-ci il tarixli protokol tərtib edilmişdir. 21.09.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən Cavabdeh MMC vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 14.09.2020-ci il tarixli qərara əsasən 18.09.2020-ci il tarixdə 87.880 manat dəyərində olan əmlak siyahıya alınmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. İş materiallarına əlavə olunmuş Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə 08.06.2022-ci il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) 07.06.2022-ci il tarixə dövlət büdcəsinə olan hazırki borcu 0.00 manat təşkil edir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına iddiaçının iştirakı olmadan baxılaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin vəkili də məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh MMC 14.09.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 87.880,00 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanının əmlakın siyahıya alınması haqqında **********3 nömrəli 14.09.2020-ci il tarixli qərarı qəbul edilmiş və həmin qərara əsasən cavabdehin 87.880 manat dəyərində əmlakı siyahıya alınmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi sözügedən borcun ödənilməsinin təmin etmək üçün Cavabdeh MMCyə məxsus siyahıya alınmış əmlakın açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 07.06.2022-ci il tarixə Cavabdeh MMC-nin dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: - 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. - 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. - 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. - 90.1 maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi əmlakın siyahıya alınması üçün əsas olmuş dövlət büdcəsinə olan borc cavabdeh tərəfindən ödənildiyindən cavabdehin siyahıya alınmış əmlakının açıq hərracda satılması üçün qanunda müəyyən edilmiş əsaslar mövcud deyil. Odur ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar