Məhkəmə qərarları › İş №e-2-2(113)-943/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-943/2020

23.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-943/2020 23.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Möylut oğlunun iştirakı ilə, iddiaçı “OOO xxxx” şirkətinin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “OOO xxxx” şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin pozulmasına görə Cavabdeh MMC-dən 102 223,15 avro məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq “xxxx” MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SAP” şirkəti və Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixində No 43/17-PE saylı “Ümumi Partnyorluq” Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, 2017-2019-cu illər ərzində Cavabdeh MMC-yə ümumi qiyməti 249 439,86 avro məbləğini təşkil edən proqram təminatı, elektron bulud xidməti və proqram lisenziyalarının təmin edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Tərəflərin qarşılıqlı imzaları ilə rəsmiləşdirilmiş No. 1411850, xx.xx.2017; xx.xx.2017; xx.xx.2018-ci il tarixli hesablara əsasən, cavabdeh tərəfindən 147 216,71AVRO məbləğində ödəniş həyata keçirilmiş, No.**********, xx.xx.2019-cu il tarixli; No.**********, xx.xx.2019cu il tarixli; No.**********, xx.xx.2019-cu il tarixli ; No.**********, xx.xx.2019-cu il tarixli; No.**********, xx.xx.2019-cu il tarixli;No.**********, xx.xx.2019-ci il tarixli; No.**********, xx.xx.2018ci il tarixli; No.********** ;xx.xx.2018-ci il tarixli; No.**********, xx.xx.2018-cu il tarixli hesablara əsasən 102 223,15 AVRO (190.993,73 AZN) isə ödənilməmiş olaraq qalmışdır. Borcun ödənilməsinə dair cavabdehlə aparılan məhkəməyəqədər bütün danışıqlar cavabsız qalmışdır. xx.xx.2019-cu il tarixində göndərilmiş pretenziya məktubu cavabsız qalmış, xx.xx.2019-cu tarixində təkrarən göndərilən məktubu isə cavabdeh tərəf qəbul etməkdən imtina etmişdir. Bildirmək istəyirlər ki, cavabdehlə aparılan məhkəməyəqədər vasitələr həll yolunu tapmadığından borc məbləğinin ödənilməsi barədə tələblərini məhkəmə qaydasındav təmin etmək məqsədilə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və ərizəsini onunla əsaslandırmışdır ki, "SAP" şirkəti və "Cavabdeh" MMC arasında xx.xx.2017-ci il tarixində No 43/17-PE saylı "Ümümi Partnyorluq" Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 2017-2019-eu illər ərzində "Cavabdeh" MMC-yə ümumi qiyməti 249 439.86 avroməbləğini təşkil edən proqram təminatı, elektron bulud xidməti və proqram lisenziyalarının təmin edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Göstərilən borc üzrə cavabdeh tərəfindən 147 216,71 avro məbləğində ödəniş həyata keçirilmişdir. Lakin No.**********. xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli hesab üzrə 604.2 avro), No.**********. xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli hesab üzrə 918.67 avro), No.**********, xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli hesab üzrə 374.4 avro), No.**********, xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli hesab üzrə 3.541.33 avro), No.1411850-01/18, xx.xx.2018-ci il tarixli (xx.xx.2018-ci il tarixli. No.********** hesab üzrə 10.368 avro), No.1411850, xx.xx.2018-ci il tarixli (29.1 1.2018-ci il tarixli, No.********** hesab üzrə 76.728 avro), No,**********.xx.xx.2018-ci il tarixli (xx.xx.2018-ci il tarixli hesab üzrə 604.2 avro), No.**********. xx.xx.2018-ci il tarixli (xx.xx.2018-ci il tarixli hesab üzrə 1.272 avro), No.**********, xx.xx.2018-ci il tarixli (xx.xx.2018-ci il tarixli hesab üzrə 1.660 avro), No.**********, xx.xx.2018-ci il tarixli (xx.xx.2018-ci il tarixli hesab üzrə 518.4 avro), No.**********, xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli hesab üzrə 4.980 avro), No.**********, xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli hesab üzrəm 534.68 avro) aktlar üzrə 102.223.15 avro (yüz iki min iki yüz iyirmi üç avro) borc ödənilməmiş olaraq qalmışdır. Borcun ödənilməsinə dair cavabdehlə aparılan məhkəməyə qədər bütün danışıqlar cavabsız qalmışdır. Yuxarıda göstərilənlərə əsasən iddiaçı qeyd olunan aktlar üzrə cəmi 102.223.15 məbləğində avro borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Möylut oğlu məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə verdiyi izahatında cavabdeh tərəfindən imzalanmamış aktlar əsasında borc məbləğlərini ümumiyyətlə qəbul etmədiyini, həmin aktların onlara çatdırılmadığını bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı “OOO xxxx” şirkəti ilə (Sap) Cavabdeh MMC (tərəfdaş) arasında bağlanılmış xx.xx.2017-ci il tarixli SAP X4 tərəfdaşlıq sazişinə əsasən Sap şirkəti proqram təminatı, “bulud xidmətləri və texniki xidmətlər ilə əlaqədar xidmətləri təklif edir, tərəfdaş Sap-ın tərəfdaşı olmaq istəyir. Sazişin 4-cü bəndinə görə bu ümumi Tərəfdaşlıq Sazişinə qoşulmaq, SAP PartnerEdge modellərindən ən azı biri üçün minimum olaraq bir SAP PartnerEdge qoşmasını imzalamaq ilə şərtlənir. Tərəflərin bu ümumi Tərəfdaşlıq Sazişindən yaranan və onunla əlaqədar olan hər hansı hüquq və vəzifələri yalnız o zaman qüvvəyə minəcəkdir ki, ən azı bir Sap partnerEdge Qoşması imzalansın. Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin sazişə Sap PartnerEdge Sell on Premise Qoşmasına əsasən tərəflə) Sell on Premise modeli üzrə tərəfdaşın proqram təminatını son istifadəçilərə yenidən satılması məqsədilə Sap tərəfindən xidmət göstərilməsi barədə razılığa gəlmişlər. Həmin sazişə Sap PartnerEdge X3 Qoşmasından görünür ki, SAP şirkəti tərəfdaşın son idtifadəçilərini SAP proqramı yəminatı üçün dəstəklə təmin edilməsi məqsədilə xidmət göstərilməsini öhdəsinə götürmüşdür. Qoşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Yekun İstifadəçiyə proqram təminatından istifadə hüququnun verilməsi hüququnun partnyora verilməsi haqqında xx.xx.2018-ci il tarixli 1411850-01/18 saylı aktdan görünür ki, Cavabdeh MMC Sap Əlavələr proqram təminatından istifadə hüququnun son istifadəçi AzerGold CJCS-ə təqdim etmək hüququ əldə etmişdir. Əldə olunan hüquqların dəyəri 10.368 Avrodur. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Yekun İstifadəçiyə proqram Təminatından istifadə hüququnun verilməsi hüququnun partnyora verilməsi haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh MMC Sap Əlavələr proqram təminatından istifadə hüququnun son istifadəçi “X2” ASC-yə təqdim etmək hüququ əldə edir. Əldə olunan hüquqların dəyəri 76.728 Avrodur. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. X5 X3 dəstəyi barədə xüsusi şərtlərin 6.1-ci bəndinin “d” yarımbəndinə əsasən tərəfdaş xidmətlərin göstərilməsi barədə aktı aldığı andan 10 təqvim günü müddətində imzalamalı və ya əsaslandırmış imtina göndərməlidir. “e” yarımbəndinə görə isə yuxarıda göstərilən müddət ərzində tərəfdaş aktı imzalamadıqda və ya Sap şirkətinə əsaslandırılmış imtinanı göndərmədikdə, imzalanmış akt ikitərəfli aktın qüvvəsinə malik olacaq. OOO xxxx” şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli ********** saylı hesab-faktura ilə müəyyən edilir ki, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli 1411850- 01/18 saylı akta əsasən 10.368 avro məbləğində pulun ödənilməsi tələb edilmişdir. OOO xxxx” şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli ********** saylı hesab-faktura ilə müəyyən edilir ki, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 76.728 avro məbləğində pulun ödənilməsi tələb edilmişdir. SAP proqramının təminatı üzrə xidmətlərin göstərilməsi barədə aktlardan görünür ki, “OOO xxxx” şirkəti tərəfindən Cavabdeh MMC-yə cəmi 15.007,88 avro dəyərində xidmətlərin göstərilməsi barədə ********** saylı, xx.xx.2019-cu il tarixli (604.2 avro), saylı **********. xx.xx.2019-cu il tarixli (918.67 avro), No.**********, xx.xx.2019-cu il tarixli (374.4 avro), ********** saylı xx.xx.2019-cu il tarixli (3.541.33 avro), **********.31 saylı, 12.2018-ci il tarixli (604.2 avro), ********** saylı xx.xx.2018-ci il tarixli (1.272 avro), ********** saylı xx.xx.2018-ci il tarixli (1.660 avro), ********** saylı, xx.xx.2018-ci il tarixli (518.4 avro), ********** saylı, xx.xx.2019-cu il tarixli (4.980 avro), ********** saylı, xx.xx.2019-cu il tarixli (534.68 avro) aktlar tərtib edilmiş, lakin Cavabdeh MMC tərəfindən təsdiq edilməmişdir. “OOO xxxx” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı “OOO xxxx” şirkəti ilə (Sap) Cavabdeh MMC (tərəfdaş) arasında bağlanılmış xx.xx.2017-ci il tarixli X5 sazişə əsasən tərəfdaşa 147.216,17 avro məbləğində göstərilmiş xidmətlər ödənilmiş, Cavabdeh MMC-nin OOO xxxx” şirkətinə borcu 102.223,15 avro təşkil edir. İddiaçı “OOO xxxx” şirkətipretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, 102.223,15 avro məbləğində borcun 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “OOO xxxx” şirkəti ilə (Sap) Cavabdeh MMC (tərəfdaş) arasında xx.xx.2017-ci il tarixli SAP X4 tərəfdaşlıq sazişindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı “OOO xxxx” şirkəti cavabdehin həmin sazişə əsasən təqdim edilmiş hüquqların dəyərini və göstərilmiş xidmətin haqqını və tam şəkildə ödəməməklə üzərinə götürdüyü öhdəlikləri pozduğunu və nəticədə saziş üzrə cavabdehin iddiaçıya 102.223,15 avro məbləğində borcunun yarandığını iddia edir. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə “Yekun İstifadəçiyə proqram Təminatından istifadə hüququnun verilməsi hüququnun partnyora verilməsi haqqında” xx.xx.2018-ci il tarixli 1411850-01/18 saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktların hər iki tərəfin imzası və möhürü ilə təsdiq edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən həmin aktlarda göstərilmiş hüquqların cavabdehə təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapır və belə olan halda iddiaçı “OOO xxxx” şirkəti Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən təqdim edilmiş hüquqların dəyəri olan cəmi 87.096 avro məbləğində pulun ödənilməsini Cavabdeh MMC-dən tələb etmək hüququna malikdir. Digər tərəfdən məhkəmə iddiaçının ödənilməsi tələb etdiyi borcun qalan hissəsinə münasibətdə əvvəla qeyd edir ki, iddiaçı həmin borcun mövcud olmamasını sübuta yetirmək üçün cavabdehə xidmətlərin göstərilməsi barədə iddiaçı tərəfindən tərtib edilmiş və cavabdeh tərəfindən təsdiq edilməmiş aktlara istinad etmişdir. Məhkəmə sözügedən aktlar birtərəfli qaydada tərtib edildiyini nəzərə alaraq hesab edir ki, həmin aktlar mübahisəli xidmətlərin iddiaçı “OOO xxxx” şirkəti tərəfindən həqiqətən göstərilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının həmin hissədə tələbini əsaslandırmaq üçün istinad etdiyi sözügedən aktların poçt vasitəsilə cavabdehə göndərilməsi və tərəflər arasında bağlanmış sazişə əlavə edilmiş “xüsusi şərtlər”ə görə isə 10 gün ərzində imzalanmamış və ya əsaslandırılmış imtina edilməmiş aktın ikitərəfli akt qüvvəsini alması barədə dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı sözügedən aktların cavabdehə çatdırılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, əvvəla sözügedən aktların cavabdehə çatdırılmasını təsdiq etmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi çatdırılma barədə sənədlərdə konkret hansı sənədlərin cavabdehə təqdim edilməsi qeyd edilməmişdir. Digər tərəfdən aktların tarixi ilə çatdırılma sənədlərinin tarixləri arasında uyğunsuzluqlar da nəzərə çarpır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 87.096 avro məbləğində borc ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla tutularaq iddiaçı “OOO xxxx” şirkətinə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 87.096 avro məbləğində borc ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “OOO xxxx” şirkətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar