Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9463/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı “X1 Azərbaycan” QSC cavabdehlər Süngeriçli Semih və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən və Süngeriçli Semihdən müştərək (birgə) qaydada əsas borc üzrə 7,019.53 (yeddimin on doqquz manat əlli üç qəpik) manat, faiz borcu üzrə 789.21 (yeddi yüz səksən doqquz manat iyirmi bir qəpik) manat, cərimə borcu üzrə 339.07 (üç yüz otuz doqquz manat yeddi qəpik) manat. Cəmi 8,147.81 (səkkiz min yüz qırx yeddi manat səksən bir qəpik) manat məbləğində kredit borcunun və 101.48 (bir yüz bir manat qırx səkkiz qəpik) manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun "xxxx" QSC-ninxeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2026-cı il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh Süngeriçli Semih xx.xx.2026-cı il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iştirakları olmadan baxış iclasını keçirib, məhkəməyə təqdim olunan barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 122.3-cü maddəsinə əsasən Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Barışıq sazişindən göründüyü kimi məhkəmə xərcləri barədə də tərəflər arasında razılıq əldə edilmişdir, xərclər cavabdehə aid edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Azərbaycan” QSC cavabdehlər Süngeriçli Semih və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bir tərəfdən iddiaçı "xxxx" QSC (Bank) və digər tərəfdən cavabdehlər "xxxx" MMC və Süngeriçli Semih (bir yerdə Tərəflər) 11 iyul 2023-cü il tarixdə "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 375399BC №-li Worldcard Business Kredit Kart (korporativ kart) üzrə kredit münasibətlərindən irəli gələn, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(l 13)-9463/2025 saylı kommersiya iş üzrə aralarındakı mübahisələri qarşılıqlı güzəştlər yolu ilə həll etmək məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881, Mülki Prosessual Məcəlləsinin 52,191 və 370-ci maddələrimdə rəhbər tutaraq bu Barışıq Sazişini aşağıdakı şərtlərlə bağlayırlar:
1. "xxxx" MMC "xxxx" QSC-yə əsas kredit borcu üzrə 7199 (yeddi min yüz doxsan doqquz) manat məbləğində kredit borcunun 12 (on iki) ay müddətinə, illik 14% (on dörd) faiz olmaqla ödənilməsi üzrə razıllğa gəlinmişdir. "xxxx" MMC əsas kredit borcunun aşağıdakı qrafiklə ödənilməsini öhdəsinə götürür.
Ödəmə günü Əsas məbləğ Əsas məbləğ Faiz Aylıq ödəniş qalığı ödənişi xx.xx.2026 7,199.00 559.59 86.79 646.38 xx.xx.2026 6,639.41 566.34 80.04 646.38 xx.xx.2026 6,073.07 577.89 68.49 646.38 xx.xx.2026 5,495.18 575.86 70.52 646.38 xx.xx.2026 4,919.32 594.73 51.65 646.38 xx.xx.2026 4,324.59 595.93 50.45 646.38 xx.xx.2026 3,728.66 601.43 44.95 646.38 xx.xx.2026 3,127.23 611.11 35.27 646.38 xx.xx.2026 2,516.12 617.03 29.35 646.38 xx.xx.2026 1,899.09 622.75 23.63 646.38 xx.xx.2026 1,276.34 632.48 13.90 646.38 xx.xx.2027 643.86 643.86 8.01 651.87 Toplam 7199 563.05 7762.05
2. "xxxx" MMC 101.48 (bir yüz bir manat qırx səkkiz qəpik) manat məbləğində digər xərcin (dövlət rüsumu) bu Sazişin 1-ci bəndi bu razılaşmanın şərtlərinə müvafiq olaraq vaxtında icra edildiyi təqdirdə 11 yanvar 2027-ci il tarixdə ödənilməsini öhdəsinə götürür.
3. Bu Sazişin 1-ci bəndində qeyd olunan borc məbləği razılaşdınlmış şərtlərə müvafiq olaraq Banka ödənildiyi təqdirdə təminat qismində çıxış edən müvafiq zaminliyə xitam verilir (xitam veriləcəkdir).
4. Tərəflər razılaşırlar ki, əgər bu Barışıq Sazişində göstərilən qaydada ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə “İddiaçı” (“Borc verən”) borc məbləğlərinin müştərək qaydada cavabdehlərdən (borcalan və zamindən) tələb edilməsi hüququna malik olacaqdır.
5. Tərəflər razılaşırlar ki, cavabdeh (“Zamin”) Süngeriçli Semih “İddiaçı” qarşısında "xxxx" MMC borcunun vaxtında və lazımı qaydada qaytarılması (ödənilməsi) üzrə öhdəlikləri üçün zamin olaraq birgə (müştərək) qaydada məsuliyyət daşımaları üzrə zaminliklə bu Banşıq Sazişinə görə öhdəliklər “İddiaçı” (Borcverən) qarşısında tam icra edilənədək qüvvədə qalacaqdır.
8. Cavabdeh (“Borc alan”) "xxxx" MMC İddiaçı (“Borc verən”) "xxxx" QSC-yə bu sazişin 1-cü bəndində qeyd olunan kredit borcunu bu saziş üzrə şərtlərə müvafiq olaraq ödəyib bitirdiyi gün kredit üzrə zaminlik xitam verilir, borcluya, zaminə 3 (üç) iş günündən gec olmayaraq bunu təsdiq edən yazılı, imzalı və möhürlü sənəd verilir.
9. Tərəflərdən biri bu sazişin şərtlərini pozduğu halda, digər tərəfin müvafiq məhkəməyə müraciət edərək, bu saziş (onu təsdiq edən qərardad) əsasında icra sənədi verilməsini tələb etmək hüququ vardır.
10. Tərəflər razılaşırlar ki, hazırki Barışıq Sazişi ilə götürülmüş öhdəliklər lazımınca icra edilmədiyi təqdirdə, bu Sazişin 1-ci bəndində qeyd olunan borc məbləğindən olan ödənişlər çıxılaraq yerdə qalan məbləğ və 101.48 (bir yüz bir manat qırx səkkiz qəpik) manat digər xərc (dövlət rüsumu) "xxxx" MMC və Süngeriçli Semihdən müştərək (birgə) qaydada tələb etmək hüququ yaranır.
11. Tərəflər bu Barışıq Sazişini imzalamaqla Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəmədə özləri və ya səlahiyyətli nümayəndələri vəsitəsi ilə iştirak etməyi öz öhdələrinə götürürlər, əksi təqdirdə Tərəflər arasında əldə edilmiş razılıqlar qüvvəsini itirir.
12. Bu barışıq sazişi tərəflərdə və məhkəmədə saxlanılmaqla eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərdib edilmişdir.
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Namazova