Məhkəmə qərarları › İş №e-2-2(113)-9480/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9480/2025

26.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9480/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən "xxxx" MMC-yə məxsus Kürdəmir rayonu, Sor-Sor kəndində yerləşən (Abonent kodu: **********00087) müəssisəyə görə hesablanmış 54050,58 (əlli dörd min əlli manat əlli səkkiz qəpik) manat məbləğində borcun silinməsi və eləcə də, 252,15 manat (iki yüzəlli ikimanat on beş qəpik) ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-3791/2025 saylı işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məlumat üçün bildirilir ki, iddiaçı "xxxx" MMCnin Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Bildirilir ki, iddiaçı Cavabdeh İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı 54050,58 manat debitor borcun və ödənilmiş 252,40 manat dövlət rüsumunun tutulması tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. e-2-2(121)- 3791/2025 saylı iş iizrə icraat Şirvan Kommersiya Məhkəməsinin hakimi Zaur Abbasovun icraatındadır. Nəzərə çatdırılır ki, iş üzrə obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədilə eyni tərəflərin iştirakı ilə baxılan bu işlərin bir icraatda birləşdirilməsi məqsədəuyğun hesab olunur. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında vəsatət əsassız olduğundan təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli, müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalıdır. Bu məqsədlə hazırkı iş digər əlaqəli işi ilkin olaraq icraata qəbul etmiş məhkəməyə, yəni Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Beləliklə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş (e-2-2(113)-9480/2025 saylı) Şirvan Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı borcun ödənilməsi tələbinə dair işlə (e-2-2(121)- 3791/2025 saylı) birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair e-2-2(113)-9480/2025 saylı iş Şirvan Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı borcun ödənilməsi tələbinə dair e-2-2(121)-3791/2025 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar