Məhkəmə qərarları › İş №e-2-2(113)-95/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-95/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-95/2023 29.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 007R********** saylı krеdit razılaşması üzrə 24976,55 manat məbləğində krеdit bоrcu, 11431,19 manatməbləğindəfaiz bоrcu və 8691,85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 45099,59 manat məbləğində bоrcun, tərəfimizdən ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulması, Cavabdeh1 mülkiyyətində olan Oğuz şəhəri, 20 Yanvar küçəsində yerləşən 0.15 ha torpaq sahəsi və və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 450.7 kv.molan xidmət təyinatlı, 1 mərtəbəli qeyri yaşayış binasının açıq hərracdan satılması, 45099,59 manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1Cahangir oğlundan ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Oğuz şəhəri, 20 Yanvar küçəsində yerləşən 0.15 ha torpaq sahəsi və və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 450.7 kv.m olan xidmət təyinatlı, 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Oğuz şəhəri, 20 Yanvar küçəsində yerləşən 0.15 ha torpaq sahəsi və və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 450.7 kv.m olan xidmət təyinatlı, 1 mərtəbəli qeyri yaşayış binasından çıxarılması, həmin qeyri yaşayış binası və torpaq sahəsinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC məhkəmənin elektron sisteminə ərizə ünvanlayaraq iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə, ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 0,10 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 0,10 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" QSC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar