Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-951/2023 16.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "General İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 1906 saylı icrarə müqaviləsi üzrə 58005 manat əsas, 10440,90 manat ƏDV borc məbləğlərinin, həmin borc məbləğlərinin ödənilmədiyi gündən məhkəmə qərarının çıxarıldığı günədək əsas borc məbləğlərinin Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi illik faiz bank uçot dərəcəsinə uyğun hesablanaraq cavabdehdən tutulması, 10000 (on min) manat mənəvi ziyanın, pozulmuş hüquququm bərpası üçün vəkilə ödənilmiş 100 (bir yüz) manat və ödənilmiş 400 manat məhkəmə xərcləri olmaqla, cəmi 78945,90 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 1906 saylı icrarə müqaviləsi üzrə 58005 manat əsas, 10440,90 manat ƏDV borc məbləğlərinin, 58005 manat əsas borc məbləğinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə bank uçot (7.5%) dərəcəsinə uyğun hesablanılmış 6211,63 manat məbləğin, 10000 (on min) manat mənəvi ziyanın, pozulmuş hüququn bərpası üçün vəkilə ödənilmiş 100 (bir yüz) manat, ödənilmiş 400 manat məhkəmə xərcləri və “müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında” ərizə üzrə ödənilmiş 40 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə vəsatətlə müraciət edərək, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair e-2-2(113)-951/2023 saylı kommersiya işi üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət edilməmiş, eyni zamanda prosessual qanunvercilyin tələbinə uyğun olaraq məhkəməyə müraciət etməzdən öncə iddia ərizəsi cavabdehə göndərilməmişdir. Elektron məhkəmə sistemi vasitəsilə təqdim edilən iddia ərizəsi və ona əlavə olunan sənədlərin içərisində məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdehə pretenziya məktubu göndərmiş və bir gün sonra 24 yanvar tarixində həmin sənədli elektron sistemə əlavə etmişdir. Mülki Prosessual Məcəllənin 4.3, 150.1.4-cü və 150.1.6-cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmədən öncə nə iddia ərizəsinin surəti, nə də ona əlavə edilmiş sənədlər cavabdeh – Cavabdeh MMC-yə təqdim edilməmişdir. Buna görə də məhkəməyə müraciət edilmədən öncə pretenziya qaydasına əməl edilmədiyi üçün hazırkı mübahisə üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə vəsatətə əlavə ilə müraciət etmişdir. Vəsatətə əlavə onunla əsaslandırılmışdır ki, cavabdeh – Cavabdeh MMC iddia ərizəsinin baxılmamış saxlanılması barədə xx.xx.2023-cü il tarixli vəsatət vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə müraciət etdikdən 4 gün sonra xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərmiş və bir gün sonra 24 yanvar tarixində həmin sənədli elektron sistemə əlavə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli poçt qəbzindən iddiaçının kağız daşıyıcıda yalnız iddia ərizəsini cavabdehə göndərdiyi məlum olur. Yəni kağız daşıyıcıda pretenziva məktubu göndərilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə pretenziya məktubunun surəti e-məhkəmə sisteminə yüklənmişdir. Pretenziyaya münasibət bildirilməsi üçün müddət iddiaçı tərəfindən müəyyən edilir. Lakin qeyd olunan pretenziya məktubunda iddiaçı cavabdeh tərəfindən pretenziyaya münasibət bildirilməsi (öhdəliyin icrası) üçün vaxt müəyyən etməmişdir. Mülki qanunvericilikdə pretenziya cavab verilməsi üçün konkret müddət müəyyən edilmədiyindən qanunun anologiyasi tətbiq edilməlidir. “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun 10.1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. İddiaçı tərəfindən pretenziya cavab verilməsi üçün konkret müddət müəyyən etmədiyindən qanunun anologiyasına görə cavabdehin iddiaçının müraciətini cavablandırılması üçün 15 gün vaxtı olmuşdur. Yəni pretenziyanın cavabdehə xx.xx.2023cü il tarixdə göndərildiyini nəzərə alınsa iddiaçı xx.xx.2023-cü il tarixindən sonra məhkəməyə müraciət edə bilərdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin baxılmamış saxlanması barədə vəsatəti müdafiə edərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin hazırlıq iclasında bildirdi ki, iddia ərizəsi ilə birlikdə ona əlavə olunmuş sənədlər və pretenziya məktubu də cavabdehə göndərilmişdir. Lakin poçt xidməti tərəfindən qəbzə yalnız iddia ərizəsinin göndərilməsi qeyd edilmişdir. Həmçinin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiya şurasına da müraciət edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubu əlavə edilsə də, pretenziyanın cavabdehə çatdırılmasına dair hər hansı bir sübut ərizəyə əlavə edilməmişdir. Eləcə də, iş materiallarına iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya məktubunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun (elektron qaydada) cavabdehə çatdırılması barədə sənəd əlavə edilsə də, lakin sözügedən sənəd məhkəməyə qədər deyil, məhkəməyə müraciət edildikdən sonra cavabdehə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.3-cü maddəsinin tələbinə görə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1) 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-951/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-951/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver