Məhkəmə qərarları › İş №e-2-2(113)-9561/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9561/2025

07.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9561/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC, "xxxx" QSC Həkim-Sanitar Xidmətinin 1 saylı Bakı Dəmir Yolu Poliklinikası MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, "xxxx" QSC Həkim-Sanitar Xidmətinin 1 saylı Bakı Dəmir Yolu Poliklinikası MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 28.944 manat maddi ziyanın, 2399 manat əldən çıxmış faydanın və məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər "xxxx" QSC Həkim-sanitar xidmətinin 1 saylı Bakı Dəmir Yolu Poliklinikası MMC-dən və Cavabdeh1 MMC-dən 22.858 (iyirmi iki min səkkiz yüz əlli səkkiz) manat məbləğində maddi ziyanın, 2399 (iki min üç yüz doxsan doqquz) manat əldən çıxmış faydanın və vəkilə hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 (üç yüz) manat pulun ümumilikdə isə 25.557 (iyirmi beş min beş yüz əlli yeddi) manat pulun və 184.93 (yüz səksən dörd manat doxsan üç qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-160/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC və "xxxx" QSC Həkim-Sanitar Xidmətinin 1 saylı Bakı Dəmir Yolu Poliklinikası MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası xx.xx.2026-cı il tarixə təxirə salınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə yenidən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC, "xxxx" QSC Həkim-Sanitar Xidmətinin 1 saylı Bakı Dəmir Yolu Poliklinikası MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 184,93 (bir yüz səksən dörd manat doxsan üç qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar