Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-957/2021 22.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçı, İddiaçıların nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçılar İddiaçı, X6, X5 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə və “X14 Məmulatları Zavodu” ASC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X6, X5 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə və “X14 Məmulatları Zavodu” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X14 Məmulatları Zavodu” Açıq Səhmdar Cəmiyyətinə dair sənədləri təsdiq olunmuş surətlərinin iddiaçılara təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2005-ci ildən «X14 Məmulatları Zavodu» ASC-nin səhmdarlarıdırlar. İddiaçılar ümumilikdə həmin ASC-də 14810 ədəd səhmləri vardır. Həmin səhmlərdən 7230 ədədi İddiaçı, 5800 ədədi Qorud Axundzadənin, 1780 ədədi isə Mayıl Axundovun adınadır. Lakin həmin vaxtdan bu günə kimi həmin ASC tərəfindən divident ödənilməmiş, eyni zamanda ASC-nin fəaliyyəti barədə illik hesabatlar da təqdim edilməmişdir. Dəfələrlə həmin ASC-yə müraciət edilməsinə baxmayaraq bir məlumat verilməmişdir. Hətta poçt vasitəsi ilə sonuncu göndərilmiş məktubun qəbul edilməsindən iddiaçı tərəfə məlum olmayan səbəbdən imtina edilmiş və bu səbəbdən də məktub geri qaytarılmışdır. Bundan əvvəl də iddiaçı tərəfindən cavabdehə göndərilmiş məktubların geri qaytarılmasına səbəb olaraq «X14 Zavodu» ASC-nin yerləşdiyi binanın sökülməsi göstərilmişdir. İddiaçı dəfələrlə Ucar şəhərində ASC-nin yerləşdiyi binada və müəsisənin ərazisində olaraq görmüşdür ki, müəsisənin əmlakı sökülərək dağıdılmış, materialları da aparılmışdır. İddiaçı ASC-nin idarə heyyətinin sədri X8 ilə telefon əlaqəsi saxlamışdır. Həmin şəxs eyni zamanda uzun müddətdir ki, həm də Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir və ASC-nin bütün işlərinə faktiki rəhbərliyi həyata keçirir. O, Göyçay Rayon İHB-nın müavin olduğu üçün onunla iddiaçının şəxsən görüşməsi mümkün olmamışdır. Telefon danışığı zamanı isə bildirmişdir ki, guya onda ASC-yə aid heç bir sənəd yoxdur. Lakin AR Vergilər Nazirliyi Kommersiya qurumunun X2 göstərilir ki, X14 X9 Səhmdar Cəmiyyəti 28.01,2005-ci ildə Dövlət qeydiyyatına alınmışdır. Dövlət Qeydiyyat (VÖEN **********), Qanuni təmsilçi X8, olmuşdur. Göründüyü kimi, İkram Vəliyevin boyun qaçırmasına baxmayaraq, o hazırda da həmin ASC-nin qanuni təmsilçisidir. Lakin İ.Vəliyev hansısa səbəbdən həmin qrumun qanuni təmsilçisi olmağını və onda olan qruma aid sənədləri gizlədərək iddiaçıya vermək istəmir. «X14 X9 Səhmdar Cəmiyyəti»nə aid zəruri sənədlərin və məlumatların iddiaçıya verilməsinə dair Milli Depozit Mərkəzinə edilmiş 16 noyabr 2020-ci il tarixli müraciət edilmişdir. 02.12.20-ci il tarixli 01/04-13444 saylı məktubla cavab verilərək bildirilmişdir ki, depozitar sistemində saxlanılan qiymətli kağız mülkiyyətçiləri barədə məlumatlar konfidensial statusu daşıyır. Belə ki, qiymətli kağız mülkiyyətçiləri yalnız özlərinə məxsus qiymətli kağızlara dair məlumatları onların saxlandığı depo hesabından çıxarış əsasında əldə edə bilərlər. Səhmdar cəmiyyətin reyesteri isə emitentə təqdim edilə bilər. Cavabda eyni zamanda iddiaçıya məktubda qeyd olunan sənədlərin surətini almaq üçün Cəmiyyətin Dövlət qeydiyyatına alındığı orqandan tələb olunmasını məsləhət görmüşdür. Cavabdeh Milli Depozit Mərkəzinin bu cavabı iddiaçının qanunla qorunan hüquqlarını pozduğu üçün qanunsuzdur və buna görə də cavabdehdə saxlanılan və iddiaçının hüquqlarının bərpa olunmasına təminat verən sənədlərin məhkəmə qaydasında verilməsi vəzifəsi ona həvalə edilməlidir. Belə ki, iddiaçı həmin sənədləri digər cavabdehdən ala bilmədiyi üçün reyester saxlayıcı funksiyasını yerinə yetirən Milli Depozit Mərkəzi həmin sənədləri verməyə borcludur. Milli Depozit Mərkəzinin iddiaçıya veməli olduğu sənədlər: «X14 X9 Səhmdar Cəmiyyəti»nə aid Bank rekvizitləri, Nizamnaməsi, Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə, VÖEN, X4 Şurasının, Təftiş Komissiyasının seçilmələri haqqında Protokollar (edilmiş dəyişikliklərlə birlikdə) və X1 dair Reesterinin təsdiq olunmuş surətlərin təqdim edilməsini məhkəmədən xahiş olunur. Bndan başqa «X14 X9 Səhmdar Cəmiyyəti»nin bizə təqdim etməli olduğu sənədlər isə Milli Depozit Mərkəzinin iddiaçıya vermədiyi «X14 Məmulatları Zavodu» ASC-yə aid sənədlər; Son 10 ildə keçirilən Səhmdarların ümumi yığıncaqlarmınm Protokollarının təsdiq olunmuş surətləri; Son 10 ilin hesabatlarının təsdiq olunmuş surətləri; Son 10 ilin «Mühasibat uçotu haqqmda» AR Qanunun 10-cu maddəsinin 10.1.1 və 10.1.2-ci maddələrinə uyğun formada tərtib olunmuş: mühasibat balanslarının; balansa əlavələr olan mənfəət və zərər haqqında hesabatın (xərclərin funksiyaları üzrə); kapitalda dəyişikliklər haqqında hesabatların; pul vəsaitlərinin hərəkəti haqqında hesabatın; uçot siyasəti və izahlı qeydlərin; xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında məlumatların təsdiq edilmiş surətləri; Son 10 il üzrə auditor yoxlaması zamanı tərtib olunmuş auditor rəylərininin və aktlarının təsdiq olunmuş surətləri; Son 10 il üzrə mənfəət vergisinin bəyannamələrinin və onların əlavələrinin, əmlak vergisinin bəyannamələrinin və onların əlavələri və torpaq vergisinin bəyannamələrinin təsdiq edilmiş surətləri; Son 10 il üzrə əsas vəsaitlərin və mal-materiallarınm inventarizasiya aktlarının təsdiq olunmuş surətləri; Son 10 ildə bağlanmış əqdlər, kontraktlar, müqavilələr və icarə müqavilələrinin təsdiq olunmuş surətləri; Cəmiyyətin yerləşdiyi torpaq sahəsinin plan-cizgisinin, Emissiya Prospektinin və ASC-nin daşınmaz Əmlakın Dövlət Reeçterindən Çıxarışının təsdiq olunmuş surəti; Cəmiyyətin ilk və son təhvil-təslim akitlarmın təsdiq olunmuş surətləri cavabdeh “X14 Məmulatları Zavodu” Açıq Səhmdar Cəmiyyətindən alınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 15.03.2021-ci il tarixdə məhkəməyə “X14 Məmulatları Zavodu” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi X8 tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, X8 hazırda Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyir. Bu vəzifəyə 2015-ci ildə təyin olumuşdur. Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsindən əvvəl yəni, 2006- 2011-ci illərdə Balakən rayonunda yerləşən “xxxx” MMC-də, 2011-2015- ci illərdə isə Yevlax rayonunda yerləşən “xxxx” MMC-nin direktor vəzifəsində işləmişdir. Daha əvəllər isə bir müddət “X14” MMC-də direktor vəzifəsində işləmişdir. Göründüyü kimi artıq uzun illərdir ki, “X14” MMC-də direktor vəzifəsində işləmir. Müəssisə ilə 2006-cı ildən bəri heç bir əlaqəsi olmayıb. Həmin müəssisə uzun illərdir ki, fəaliyyət göstərmir, müəssisənin təsisçiləri Azərbaycan Rezpublikasınm ərazisində yaşamırlar. Müəssisə fəaliyyətini dayandırmış, müəssisənin sahibləri və təsisçiləri Afrika qitəsinin hansısa dövlətində yaşayırlar. Bütün bunlara baxmayaraq vergi orqanlarında “X14” MMC-nin qeydiyyatı olmaqla, X8 həmin müəssisənin öhdəliklərinə cavabdeh şəxs kimi müəyyən olunur. Dəfələrlə direktor vəzifəsindən azad olunması üçün müəssisəyə müraciət etmək istəsəm də, müəssisənin bağlı olması, onun təsisçilərinin yaşadığı yerin məlum olmaması, ümumiyyətlə həmin müəssisənin sahiblərinin, mülkiyyətçilərinin, təsisçilərinin Azərbaycan Respublikası ərazisində olmaması səbəbindən bu mümkün olmamışdır. Bununla bağlı müxtəlif dövlət orqanlarına mürciət edilməsinə baxmyarq nəticəsi olmamışdır. 18 fevral 2021-ci il tarixdə müəssisənin əsl sahibi Oğuzxan adlı şəxs zəng vurmuş və telefon əlaqəsi zamanı mövcud vəziyyəti ona bildirərək İddiaçı iddiası ilə bağlı ona məlumat vermişdir. Faktiki olaraq X8 “X14” MMC-nin direktoru vəzifələrini artıq 15 ildir ki, yerinə yetirmir. Müəssisə ilə heç bir əmək və ya digər münasibətləri mövcud deyildir. Məhkəmə iclasında iddiaçı və iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin və “X14 Məmulatları Zavodu” ASCnin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, iddiaçı və iddiaçıların nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 02.10.2019-cu il tarixdə Milli Depozit Mərkəzi tərəfindən verilmiş X7 Məlumatdan görünür ki, emitet: “X14 Məmulatları Zavodu” ASC, Hüquqi ünvan: ünvan 2abından çıxarışda ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı qiymətli kağız sayı 7230 ədəd olması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 02.12.2020-ci il tarixli Milli Depozit Mərkəzi tərəfindən verilmiş cavab məktubundan görünür ki, depozitar sistemində saxlanılan qiymətli kağız mülkiyyətçiləri barədə məlumatlar konfidensial statusu daşıyır. Belə ki, qiymətli kağız mülkiyyətçiləri yalnız özlərinə məxsus qiymətli kağızlara dair məlumatları onların saxlandığı depo hesabından çıxarış əsasında əldə edə bilərlər. Səhmdar cəmiyyətin reyestri isə emitentə (onun səlahiyyətli nümayəndəsinə) təqdim edilə bilər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-2.3-cü maddəsinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Müraciətdə qeyd olunan digər sənədlər; “xxxx” ASC-nin Nizamnaməsi, bank rekvizitləri, dövlət qeydiyyatı haqqında şəhadətnamə, VÖEN depozitar sistemində emitentiər üçün hesab açılarkən MDM tərəfindən tələb olunan və hesabların formalaşdırılması üçün qeydiyyat xarakteri daşıyan sənədlərdir. Qeyd olunan sənədləri əldə etmək üçün cəmiyyətin dövlət qeydiyyatına alındığı müvafiq icra hakimiyyəti orqanına və ya səhmdar cəmiyyətinə müraciət edilməsi tövsiyyə olunmuşdur. İddiaçı tərəfin vəsatəti əsasında cavabdeh Milli Depozit Mərkəzinə ünvanlanmış məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mərkəzi depozitarın (Milli Depozit Mərkəzi) vəzifələri qiymətli kağızların saxlanması və uçotunun aparılması, qiymətli kağız mülkiyyətçilərinin uçotunun aparılması, qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması, qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı, müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi və bu vəzifələrlə əlaqədar öz üzvlərinə, emitentlərə, fond birjalarına və klirinq təşkilatlarına xidmətlərin göstərilməsindən ibarətdir. Tələb edilən sənədlərə münasibətdə bildirilir ki, səhmdar cəmiyyətinin son 10 ildə keçirilmiş ümumi yığıncaqlarının protokolunu cəmiyyətə müraciət etməklə əldə oluna bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, səhmdarın tələbi ilə səhmdarların ümumi yığıncağının protokolunun surəti ona təqdim edilməlidir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, emissiya prospekti emitent (burda səhmdar cəmiyyət) tərəfindən maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir. Cəmiyyətin yerləşdiyi torpaq sahəsinin plan-cizgisinin və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi isə Milli Depozit Mərkəzinin fəaliyyət dairəsinə aid olmadığından, həmin sənədlərin əldə edilməsi məqsədilə aidiyyəti qurumlara müraciət edilməsi tövsiyə olunur. Belə ki, Milli Depozit Mərkəzinin fəaliyyətinə yalnız müştərilərin sorğusu əsasında onların hesablarından çıxarışların verilməsi səlahiyyəti daxildir. Bundan əlavə, səhmdar cəmiyyətinin bağladığı müqavilələr, əqdlər, kontraktlar və icarə müqavilələrinin saxlanılması Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilmədiyindən, bu barədə məlumatların əldə edilməsi üçün müvafiq cəmiyyətə müraciət məqsədəuyğun hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sorğuda tələb edilən sənədlərin təqdim edilməsi mümkün olmadığı bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, iddiaçı və iddiaçıların nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçılar səhmdarı olduqları “X14 Məmulatları Zavodu” ASC-nin ilkin hesabat sənədləri və cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər sənədlərin cavabdehlər tərəfindən təqdim olunması ilə bağlı müraciət etsələrdə, qeyd oluanan sənədlər onlara təqdim edilməmişdir. İddiaçının “X14 Məmulatları Zavodu” Açıq Səhmdar Cəmiyyətinə yönəlmiş müraciətinin cavabsız qalmasına səbəb göndərilən ünvan üzrə cavabdehin olmamasıdır. Lakin digər cavabdeh Milli Depozit Mərkəzinə iddiaçı tərəfindən ünvanlanmış müraciətin təmin edilməməsinə səbəb tələb olunana sənədlərin iddiaçıya verilməsinə dair səlahiyyətin olmaması olmuşdur. Bütün bunlarla razılaşmayan iddiaçı cəmiyyətə məxsus səndələrin təqdim edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: hesabat dövrü üzrə maliyyə göstəriciləri; aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; cəlb edilmiş maliyyə vəsaitləri; idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; idarəetmə strukturu; inkişaf siyasəti; səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; investisiyaların həcmi və mənbəyi; cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; ictimai layihələr. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir. Yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərindən göründüyü kimi ASCnin öz fəaliyyətinə dair sənədləri payçılara və ya təsisçilərə göndərməsinə dair vəzifəsinin olmasını müəyyən etməmişdir. Maddi hüquq normasında sadalanan sənədlər iddiaçıların tələbinin əsasını təşkil etməsinə baxmayaraq, həmin hüquq normasındada qeyd olunan sənədlərin dərc edilməsi vəzifə olaraq ASC-nin üzərinə qoyulmuşdur. Göründüyü kimi iddia tələbi iki cavabdehə qarşı yönəlmişdir. Məhkəmə cavabdeh Milli Depozit Mərkəzinə münasibətdə qeyd edir ki, iddiaçılar tərəfindən ünvanlanmış sənədələrin təqdim edilməsi tələbi cavabdehin səlahiyyətlərinə aid edilməmişdir. Bu isə cavabdehin üzərinə belə bir vəzifənin qoyulmasını qeyri mümkün edir. İş üzrə cavabdeh Milli Depozit Mərkəzi məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış məktubda hüquq və vəzifələri barədə məlumatları təqdim etmişdir. Yuxarıda qeyd olunan hər iki cavabdehə qarşı iddiaçılar tərəfindən irəli sürlümüş tələbləri təsdiq edəcək, habelə məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktları təkzib edəcək sübutlar iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddiaçı tərəfindən iddia tələbi yuxarıda qeyd olunan hissələrinə dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan iddiaçılar İddiaçı, X6, X5 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə və “X14 Məmulatları Zavodu” ASC-yə qarşı “X14 Məmulatları Zavodu” Açıq Səhmdar Cəmiyyətinə dair sənədləri təsdiq olunmuş surətlərinin iddiaçılara təqdim edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı, X6, X5 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə və “X14 Məmulatları Zavodu” ASC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-957/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-957/2021
22.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver