Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-958/2022 29.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 12.982 (on iki min doqquz yüz səksən iki) manat əsas borc, vəkilə qonorar olaraq ödənilmiş 150 (yüz əlli) manat, mediatora ödənilmiş 200 (iki yüz) manat, cəmi 13.332 (on üç min iki yüz otuz iki) manat pulun tutularaq İddiaçı "xxxx" ASC-nin 6 saylı filialında olan h/h: AZ05GUNA******************** saylı hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “İcraçı” olaraq iddiaçı ilə “Sifarişçi” olaraq olaraq Cavabdeh arasında bağlanmış 021/002 saylı, 12 yanvar 2021-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən iddiaçı tərəfindən “Sifarişçi” olaraq Cavabdeh tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. Məlumat üçün bildirilir ki, göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma Protokolu”na əsasən tərəflər arasında razılaşdırılmış, görülmüş işlər haqqında Aktlarla “İcraçı”nın nümayəndəsi tərəfindən təhvil verilmiş və “Sifarişçi”nin nümayəndəsi tərəfindən də qəbul edilmişdir . Belə ki, tərəflər arasında tərtib edilmiş 16 iyul 2021-ci il tarixli Akta, EBBF 089087 saylı elektron hesab-fakturaya əsasən 6590,00 (altı min beş yüz doxsan) manatlıq, 19 iyul 2021-ci il tarixli Akta, EBBF 089269 saylı elektron hesab-fakturaya əsasən 6760,00 (altı min yedd yüz altmış) manatlıq, 20 iyul 2021-ci il tarixli Akta, EBBF 156155 saylı elektron hesab-fakturaya əsasən 6650,00 (altı min altı yüz əlli) manatlıq, 03 avqust 2021-ci il tarixli Akta, EBBF 830020 saylı elektron hesab-fakturaya əsasən 5730,00 (beş min yeddi yüz otuz) manatlıq və 03 avqust 2021-ci il tarixli Akta, EBBF ******* saylı elektron hesab-fakturaya əsasən 6350,00 (altı min üç yüz əlli) manatlıq iş görülmüş və təhvil verilnmişdir. Dəfələrlə etdiyimiz müraciətlərimizdən və müxtəlif orqanlara şikayətlərimizdən sonra yaranmış borc məbləğinin 19.098,00 (on doqquz min doxsan səkkiz) manatı ödənilsə də, qalan 12.982,00 (on iki min doqquz yüz səksən iki) manatı iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən müxtəlif bəhanələrlə bu günə qədər ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməldirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində əsas borcun tələb edilməsi hissəsində yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 021/002 saylı, 12 yanvar 2021-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanaraq öhdəlik münasibətləri yaranmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqaviləyə əsasən “Sifarişçi” (Cavabdeh MMC) təmir xidmətlərinin göstərilməsini sifariş edib “İcraçı”ya (İddiaçı) razılaşıdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçinin” müəyyən etdiyi qaydada təmir xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.07.2021-ci il tarixli aktla 6.590 manat məbləğində, 19.07.2021-ci il tarixli aktla 6.760 manat məbləğində, 20.07.2021-ci il tarixli aktla 6.650 manat məbləğində, 13.08.2021-ci il tarixli aktla 5.730 manat məbləğində, 13.08.2021-ci il tarixli aktla 6.350 manat məbləğində, 20.07.2021-ci il tarixli aktla 6650 manat, ümumilikdə 32.080 manat məbləğində xidmət göstərildiyini cavabdehin özü də qəbul etmiş və qeyd edilən aktları imza və möhürü ilə təsdiq etmişdir. Həmçinin də, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 19.07.2021-ci il tarixli EBBF seriyalı 089087 nömrəli 6590 manat məbləğində xidmətin göstərilməsi barədə, 19.07.2021-ci il tarixli EBBF seriyalı 089269 nömrəli 6760 manat məbləğində xidmətin göstərilməsi barədə, 22.07.2021-ci il tarixli EBBF seriyalı 156155 nömrəli 6650 manat məbləğində xidmətin göstərilməsi barədə, 03.08.2021-ci il tarixli EBBF seriyalı 830020 nömrəli 5730 manat məbləğində xidmətin göstərilməsi barədə, 03.08.2021-ci il tarixli EBBF seriyalı 830237 nömrəli 6350 manat məbləğində xidmətin göstərilməsi barədə elektron qaimələr göndərilmişdir. İş materiallarına əlavə edilmiş 495714 nömrəli 17.08.2021-ci il tarixli kassa mədaxil orderi, 07.09.2021-ci il tarixli, 23.09.2021-ci il tarixli, 22.10.2021-ci il tarixli, 15.12.2021-ci il tarixli, 17.12.2021-ci il tarixli ödəniş tapşırıqlarından məlum olur ki, 021/002 saylı, 12 yanvar 2021-ci il tarixli müqavilə əsasında Cavabdeh MMC tərəfindən İddiaçı müvafiq olaraq 4.850 manat, 2.600 manat, 4.648 manat, 5.000 manat, 1.000 manat, 1.000 manat, ümumilikdə 19.098 manat ödəniş edilmişdir. Belə ki, cavabdehin iddiaçıya ödənilməmiş 12.982 manat borcu qalmışdır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Tərəflər arasında olan müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyi, lakin cavabdehin öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi sübut olunduğundan, cavabdeh iddiaçıya əsas borc üzrə 12.982 manat məbləğində pulu ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın 150 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, hüquqi yardımın göstərilməsi haqqında 01.10.2021-ci il tarixli, 26 saylı müqavilədən məlum olur ki, 01.10.2021-ci il tarixli 369941 nömrəli qəbzlə hüquqi yardım göstərilməsi üçün Vəkil hesabına 150 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 150 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommerssiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan Arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 mediasiya xərci olaraq 200 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 021/002 saylı, 12 yanvar 2021-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə əsas borc üzrə 12.098 (on iki min doxsan səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 150 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-958/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-958/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver