Məhkəmə qərarları › İş №e-2-2(113)-96/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-96/2020

02.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-96/2020 02.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: HakimƏliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi və artıq ödənilmiş pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MTK cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya hesablanmış 17.051,86 manat borcun silinməsi və artıq ödənilmiş 320.000 manat məbləğində pul vəsaitinin “xxxx” ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası İddiaçı MTK tərəfindən inşa edilmişdir. Yaşayış binasına elektrik enerjisi iddiaçının balansında olan transformatorlar vasitəsi ilə verilir. Həmin transformatorların balans mənsubiyyəti sərhədində hesablaşma elektrik sayğacları quraşdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.9-cu bəndinə uyğun olaraq binada mövcud olan hər bir mənzilə, liftə, nasosxanaya, qaraja və digər ümumi istifadə yerlərinə ayrı-ayrılıqda sayğaclar quraşdırılmışdır. Belə ki, Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisisərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Buna baxmayaraq, hər hansı bir əlavə elektrik enerjisi sərfiyyatı olmadığı halda “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya hər ay orta hesabla 3500 manat məbləğində hesab ödəniş vərəqələri göndərilir. 2010-cu ildən bu günə qədər yalnız İddiaçı MTK tərəfindən heç bir əlavə elektrik enerjisi sərfiyyatı olmadığı təqdirdə cavabdehə ümumilikdə 320.000 manat ödəniş edilmişdir. İlk növbədə qeyd edir ki, hesab ödəniş vərəqələrində tariflər düzgün müəyyənləşdirilməmişdir. Belə ki, Tarif (Qiymət) Şurasının xx xxxxxx 2007-ci il tarixli, 3 №li Qərarına əsasən elektrik enerjisinin pərakəndə satışı bütün istehlakçılar üçün 1 kVt/saat ƏDV ilə birlikdə 6 qəpik, tranzit ötürməyə görə 0,2 qəpik müəyyən edilmişdir. xx xxxxxx 2016-cı il tarixli, 17 №-li Qərara əsasən isə elektrik enerjisinin pərakəndə satışı əhali üçün aylıq istehlak həcminin 300 kVts-a qədər olan hissəsi 7 qəpik, 300 kVTs-dan çox olan hissəsi 11 qəpik, qeyri-əhali üçün 1 kVt/saat ƏDV ilə birlikdə 9 qəpik, tranzit ötürməyə görə 0,2 qəpik müəyyən edilmişdir. Həmin Qərarın 2.4-cü bəndinə görə elektrik enerjisi tranzit ötürüldüyü təqdirdə, tranzit ötürülmə xərcləri həmin əlavənin cədvəl bölməsinin 2.1-ci sətrində nəzərdə tutulan hallarda 2.1.1-ci və 2.1.2-ci sətirlərlə müəyyən edilmiş tariflərə əlavə edilməklə istehlakçı, digər hallarda isə elektrik enerjisinin satışını həyata keçirən təsərrüfat subyekti tərəfindən ödənilir. Lakin nədənsə tranzit ötürülmə xərcləri İddiaçı MTKya aid edilmiş, 2016-cı ilin avqust ayına qədər 5 qəpik, 2016-cı ilin avqust ayından 2017-ci ilin yanvar ayına qədər 6 qəpik, 2017-cilin yanvar ayından 2018-ci ilin avqust ayına qədər 8 qəpik, 2018-ci ilin avqust ayından 0,07627 qəpik və hal-hazırda yenidən 8 qəpik tarifləritətbiq edilmişdir. Halbuki “X1 Qaydaları”nın 8.25-ci bəndinə görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyaclan və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi artıq hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir və yalnız inşa edilmiş binanın idarəçiliyi ilə məşğuldur. Binanın bütün mənzillərində, liftlərində, qarajlarında, nasosxanalarında və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə (pilləkən, dəhliz və həyətyanı sahələr) sayğaclar mövcuddur və həmin sayğaclara uyğun olaraq ödənişlər həyata keçirilir. Belə olan halda hər ay iddiaçıya 3500 manat dəyərində elektrik enerjisi haqqı hesablanması anlaşılan deyildir. Bu cür böyük məbləğdə elektrik enerjisi haqqı hesablanması yalnız elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyatın) “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya aid edilməsi, tariflərin və əmsalların düzgün tətbiq edilməməsi ilə izah oluna bilər. Halbuki elektrik enerjisiitkiləri qəti şəkildə İddiaçı MTK-ya aid edilə bilməz və bu itkilərə görə məsuliyyəticavabdeh özü daşıyır. Belə ki,“X1 Qaydaları”nın 1.4-cü bəndinə görə abonentin (əsas istehlakçının ) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqısatqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Həmin Qaydaların 7.13-cü bəndinə görə hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqısatqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir. Həmin Qaydaların 8.10-cu bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Həmin Qaydaların 8.13-cü bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədiyazılır. Subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır. Qaydaların tələblərinə baxmayaraq “xxxx” ASC tarifləri və əmsalları düzgün tətbiq etməmiş və elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyatın) dəyərini İddiaçı MTK-ya aid edərək, elektrik enerjisi üçün 17051,86 manat əsassız borc yazmış və qanunsuz pullar tutmuşdur. Eyni zamanda iddiaçı ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana qədər İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasına və binanın transformatoruna gələn elektrik enerjisinin verilişinin dayandırılmasının “xxxx” ASC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)- 993/2019 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasına və binanın transormatoruna gələn elektrik enerjisinin verilişinin dayandırılması cavabdeh “xxxx” ASC-yə qadağan olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)- 993/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə -mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “xxxx” ASC tərəfindən abunəçi İddiaçı MTK-ya təqdim edilmiş hesab-fakturalardan görünür ki, abunəçiyə X1yə görə 2017-ci ilin iyul-avqust ayları üzrə 3.040,11 manat; 2017ci ilin avqust-sentyabr ayları üzrə 3.601,35 manat; 2017-ci ilin sentyabr-oktyabr ayları üzrə 2.482,56 manat; 2017-ci ilin oktyabr-noyabr ayları üzrə 2.579,94 manat; 2017-ci ilin noyabr-dekabr ayları üzrə 3.524,31 manat; 2017-ci ilin dekabr-2018-ci ilin yanvar ayları üzrə 3.180,87 manat; 2018-ci ilin yanvar-fevral ayları üzrə 2.316,69 manat; 2018-ci ilin fevral-mart ayları üzrə 1.587,06 manat; 2018-ci ilin mart-aprel ayları üzrə əsasən 3.582,72 manat; 2018-ci ilin aprel-may ayları üzrə 1.425,06 manat; 2018-ci ilin may-iyun ayları üzrə 6.740,82 manat; 2018-ci ilin iyun-iyul ayları üzrə 4.113,27 manat; 2018-ci ilin iyul-avqust ayları üzrə 3.459,60 manat; 2018-ci ilin avqust-sentyabr ayları üzrə 3.351,29 manat; 2018ci ilin sentyabr-oktyabr ayları üzrə 2.850,30 manat; 2018-ci ilin oktyabr-noyabr ayları üzrə 3.132,54 manat; 2018-ci ilin noyabr-dekabr ayları üzrə 3.756,60 manat; 2018-ci ilin dekabr-2019-cu ilin yanvar ayları üzrə 1.761,84 manat; 2019-cu ilin yanvar-fevral ayları üzrə 5.994,09 manat; 2019-cu ilin fevral-mart ayları üzrə 5.155,74 manat; 2019-cu ilin mart-aprel ayları üzrə 4.371,30 manat; 2019-cu ilin aprel-may ayları üzrə 3.311,10 manat; 2019-cu ilin may-iyun ayları üzrə 3.338,46 manat; 2019-cu ilin iyun-iyul ayları üzrə 3.334,50 manat borc hesablanmışdır. Məhkəmənin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, “xxxx” ASC-nin Nərimanov RETSİ-nin enerji satışı şöbəsinin aparıcı mühəndisidir. İddiaçı MTKnın transformator məntəqəsində 2 baş sayğac yerləşir. İki balans hesabat sayğacı var. İki xətt var, birindən istifadə edilir. Hesab-faktura işləyən bir balans hesabat sayğacının göstəricilərinə əsasən verilir. Ərazidə yarımçıq tikili (bina) da mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 27057/29873 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının bütün mənzillərində, liftlərində, qarajlarında, nasosxanalarında və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə (pilləkən, dəhliz və həyətyanı sahələr) sayğaclar quraşdırılmışdır. Həmin elektrik sayğaclarının bir qismi «xxxx» ASC-nin qeydiyyata götürülmüş, digərləri isə qeydiyata götürülməmişdir. Qeyd olunan elektrik sayğaclarının göstəricilərinə görə, İddiaçı MTK tərəfindən inşa edilmiş binanın qeyri-yaşayış sahələrində (yəni liftlərə, nasosxanaya, qarajların və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrin (pilləkən, dəhliz və həyətyanı sahələrin) işıqlandırmasına) bir günlük sərf edilmiş orta elektrik enerji sərfiyyatı 395,307 kWh, bir aylıq (yəni 30 günlük) elektrik enerji sərfiyyatı 11.859,21 kWh, üç il üçün isə bu sərfiyyat 426931,56 kWh təşkil edir. 2010-2019-cu illər üçün isə, yəni 10 üçün bu sərfiyyat 1423105,2 kWh təşkil edir. Baxış zamanı 1402 nömrəli transformator məntəqəsinin yüksək paylayıcı qurğularının yerləşdiyi otağında İddiaçı MTK-nın 2 ədəd 60005819M714 və 60005901M863 nömrəli elektrik (hesabat) sayğacları quraşdırıldığı elektrik şəbəkəsinə, həmin MTK-ya məxsus binanın mənzilləri ilə yanaşı, qeyri-yaşayış sahələrinin, qonşuluqda olan «xxxx» MMC-yə məxsus yaşayış binasının nasosxana, qeyri-yaşayış sahələrinin və qarajların işıqlandırması, eləcə də müxtəlif təyinatlı obyektlərin qoşulması müəyyən edilmişdir. Həmin istehlakçıların bir qismində «xxxx» ASC-də qeydiyyata alınmış elektrik sayğacların quraşdırıldığı, İddiaçı MTK tərəfindən inşa edilmiş bina ilə əlaqəsi olmayan digərlərində isə «xxxx» ASC-də qeydiyyata alınmamıış elektrik sayğacların quraşdırıldığı, İddiaçı MTK tərəfindən inşa edilmiş bina ilə əlaqəsi olmayan bəzi qeyri yaşayış sahələrinin (obyektlərin) ümumiyyətlə elektrik sayğacların quraşdırılmadığı müəyyən edilmişdir. Qeyd olunanlar, yəni İddiaçı MTK-nın hesabat sayğaclarına «xxxx» ASC-də qeydiyyata alınmamış elektrik sayğaclarının quraşdırılması, ümumiyyətlə sayğacları quraşdırılmamış istehlakçıların qoşulması, İddiaçı MTK tərəfindən inşa edilmiş bina ilə bağlı olmayan abonentlərin elektrik enerjisi itkilərinin də (texnoloji sərfiyyat) MTK-ya hesablandığı və hətta «xxxx» ASC-də qeydiyyata alınmış elektrik sayğaclarının göstəricilərinin (məsələn: **********50001 saylı əhali kodu altında abonent Z.Mehdiyev) hesabat sayğacının göstəricilərindən çıxılmama hallarının mövcudluğu cavabdeh «xxxx» ASC tərəfindən İddiaçı MTK-ya hər ay göndərilən hesab ödəniş vərəqələrində əks olunmuş sayğacların göstəriciləri ilə ümumi məbləğ arasında fərqin yaranmasına səbəb olmuşdur. 2016-cı ilin iyul ayından iddia verilən 2019-cu ilin iyul ayına qədər İddiaçı MTK tərəfindən istifadə edilmiş elektrik enerjisi sərfiyyatına görə real ödənməli olan 29.292,00 manat məbləğ və 2019-cu ilin iyul ayına olan 14.624,00 manat borcu nəzərə alındıqda MTK tərəfindən 72.379,00 manat artıq ödəmə aparıldığı müəyyən edilir. Beləliklə, İddiaçı MTK tərəfindən son 3 il ərzində balans hesabat sayğaclarının göstəriciləri üzrə həyata keçirilmiş ödənişlərlə 1-ci sual üzrə qeyd olunan sayğaclar üzrə ümumi elektrik enerji sərfiyyatı arasındakı məbləğ fərqi 72.379,00 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırkı iddianın predmetini cavabdeh İddiaçı MTK tərəfindən “xxxx” ASC-yə artıq ödənilmiş 320.000 manat məbləğində pulun qaytarılması və əsassız hesablanmış 17.051,86 manat məbləğində borcun silinməsi tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, İddiaçı MTK-nın artıq ödənilmiş pul vəsaitinin qaytarılmasına dair iddia tələbi əsassız varlanmadan irəli gələn tələbdir. Həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İş materiallarından isə görünür ki, İddiaçı MTK hazırkı iddianı 2010-2019-cu illərdə “xxxx” ASC tərəfindən ona faktiki sərf etdiyi elektrik enerjisinin dəyərindən artıq məbləğdə borclar hesablanması və əsassız hesablanmış həmin borcların MTK tərəfindən “xxxx” ASC-yə ödənilməsi ilə əsaslandırmışdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı MTK-nın hesabat sayğaclarına “xxxx” ASC-də qeydiyyata alınmamış elektrik sayğacları quraşdırılmış, ümumiyyətlə, sayğacları quraşdırılmamış istehlakçılar qoşulmuş, eyni zamanda İddiaçı MTK tərəfindən inşa edilmiş bina ilə bağlı olmayan abonentlərin elektrik enerjisi itkiləri də (texnoloji sərfiyyat) MTK-ya hesablanmış və hətta «xxxx» ASCdə qeydiyyata alınmış elektrik sayğaclarının göstəriciləri (məsələn: **********50001 saylı əhali kodu altında abonent Z.Mehdiyev) hesabat sayğacının göstəricilərindən çıxılmamış, nəticədə İddiaçı MTK-ya faktiki sərf etdiyi elektrik enerjisi dəyərindən artıq məbləğdə borclar hesablanmışdır. Belə olan halda məhkəmə cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya X1yə görə artıq borc hesablanmasının iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, İddiaçı MTK cavabdeh “xxxx” ASC tərəfindən ona əsassız olaraq hesablanmış borclara görə ödədiyi pulun qaytarılmasını, eləcə də əsassız hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından da göründüyü kimi İddiaçı MTK hazırkı iddia ərizəsində 2010-2019-cu illərdə - 10 illik müddət ərzində cavabdehə artıq ödədiyi pulların geri qaytarılmasını tələb edir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göstərilən maddənin məzmunundan göründüyü kimi məhrum olanın əsassız varlanma obyektini geri qaytarmaq tələblərinə iki illik kəsici müddət şamil edilir. Göstərilən müddəa onu nəzərdə tutur ki, məhrum olan şəxs hüququnun məlum olduğu vaxtdan iki il keçdikdən əsassız varlanma obyektinin geri qaytarılması hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. Hazırkı işin hallarına münasibətdə məhkəmə qeyd edir ki, transformator məntəqəsi İddiaçı MTK-nın balansında olduğundan MTK-nın kənar abonentlərin həmin məntəqəyə qoşulması barədə məlumatlı olması açıq-aşkardır. Bundan əlavə MTK-ya təqdim edilmiş hesab-fakturalardan da görünür ki, balans sayğacının göstəricilərinə əsasən hesablanmış ümumi sərfiyyatdan çıxılan abonentləri adları və sayğac göstəriciləri hər bir hesabfakturada sadalanmışdır. Belə olan halda isə İddiaçı MTK transformator məntəqəsinə qoşulmuş bəzi abonentlərin sərfiyyatlarının balans sayğac göstəricilərinə əsasən MTK-ya hesablanmış sərfiyyatdan çıxılmamasını, həmin abonentlərin sərfiyyatların MTK-ya hesablanmasını, yəni öz hüquqlarının pozulmasını bilməli idi. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MTK yalnız iddia verildiyi tarixdən əvvəlki iki illik müddət üçün, “xxxx” ASC-yə artıq ödədiklərinin, yəni “xxxx” ASC-nin əsassız əldə etdiklərinin geri qaytarılması barədə tələb irəli sürmək hüququna malikdir. İddia qaldırıldığı tarixdən əvvəlki iki illik müddət üçün iddiaçıya artıq hesablanmış borcun məbləğinə gəldikdə isə məhkəmə əvvəla qeyd edir ki, yuxarıda göstərilən ekspert rəyi ilə İddiaçı MTK-nın bir günlük sərf edilmiş orta elektrik enerji sərfiyyatının 395,307 kWh, bir aylıq (yəni 30 günlük) elektrik enerji sərfiyyatının 11.859,21 kWh olması müəyyən edilmişdir. Beləliklə, ekspertizanın rəyi ilə müəyyən edilmiş orta aylıq sərfiyyatı nəzərə alsaq 2017-ci ilin iyul ayından 2019-cu ilin iyul ayınadək olan müddət üçün İddiaçı MTK-ya elektrik enerjisi sərfiyyatına görə hesablanmalı olan məbləğ 11.859,21x24x0,09 manat=25.616 manat təşkil etməli idi. İş materiallarına əlavə edilmiş hesab-fakturalardan isə görünür ki, 2017-ci ilin iyul ayından 2019-cu ilin iyul ayınadək olan müddət üçün “İddiaçı MTK-ya “xxxx” ASC tərəfindən cəmi 82.000,12 manat məbləğində borc hesablanmışdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, İddiaçı MTK-ya iki illik müddət üçün 56.384,12 manat (82.000,12-25.616) məbləğində artıq borc hesablanmışdır. Belə olan halda məhkəmə qətnamənin çıxarıldığı tarixə İddiaçı MTK-nın “xxxx” ASCyə 5.626 manat məbləğində borcunun olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MTK-ya iddia qaldırıldığı vaxtdan əvvəlki 2 illik müddət üçün artıq hesablanmış borc məbləğin 5.626 manat hissəsi silinməli, İddiaçı MTK-nın “xxxx” ASC-yə artıq ödəmiş olduğu 50.758,12 manat məbləğində pul vəsaiti isə cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edildiyindən övlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 20 manat hissəsi isə iddiaçıya aid edilməli, eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul məbləğinin 100 (bir yüz) manat hissəsi İddiaçı MTK-dan, qalan 45 (qırx beş) manat hissəsi isə cavabdeh “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya hesablanmış 5626 manat məbləğində borc silinsin. İddiaçı MTK tərəfindən “xxxx” ASC-yə artıq ödənilmiş 50.751,12 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul məbləğinin 100 (bir yüz) manat hissəsi İddiaçı MTK-dan, qalan 45 (qırx beş) manat hissəsi isə cavabdeh “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar