Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-96/2022 28.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin 26 avqust 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2199359.88 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 9788.89 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 399.48 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsinə dair, birləşdirilmiş iş üzrə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin dövlət büdcəsinə ödənilməmiş 63134,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 105000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsinə dair, birləşdirilmiş iş üzrə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin dövlət büdcəsinə ödənilməmiş 294552,80 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 660000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin 26 avqust 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2199359.88 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 9788.89 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 399.48 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.06.2021-ci il tarixli, e-2-2(113)-1751/2021 saylı qərardadı ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin dövlət büdcəsinə ödənilməmiş 294552,80 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 660000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə e-2-2(113)-1751/2021 saylı kommersiya işi, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin 26 avqust 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2199359.88 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 9788.89 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 399.48 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı e-2-2(113)-1342/2021 saylı kommersiya işinə birləşdirilmişdir (bundan sonra birinci birləşdirilmiş iş). Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli, e-2-2(113)-2671/2021 saylı qərardadı ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin dövlət büdcəsinə ödənilməmiş 53134,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 105000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə e-2-2(113)-2671/2021 saylı kommersiya işi, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin 26 avqust 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2199359.88 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 9788.89 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 399.48 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı e-2-2(113)-1342/2021 saylı kommersiya işinə birləşdirilmişdir (bundan sonra ikinci birləşdirilmiş iş). İlkin iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 26.08.2020-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 26.08.2020-ci il tarixə yaranan 2229359,88 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 26.08.2020ci il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 31.08.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 26.08.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 2199359,88 manat, Dövlət Sosial Müdafıə Fonduna 9788,89 manat və İşsizlikdən sığorta fonduna 399,48 manat ödənilməmiş borcu qalmışdır. Birinci birləşdirilmiş iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 17.07.2019-cu il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 17.07.2019-cu il tarixə yaranan 294552,80 manat borcuna görə 660000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 25.07.2019-cu il tarixli **********2 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 07.08.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 17.07.2019-cu il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 294552,80 manat ödənilməmiş borcu qalmışdır. İkinci birləşdirilmiş iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 04.04.2019-cu il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 04.04.2019-cu il tarixə yaranan 431384,33 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 04.04.2019-cu il tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 08.04.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 53134,96 manat ödənilməmiş borcu qalmışdır. Birinci birləşdirilmiş iş üzrə cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş əmlakın siyahıya alınması haqqında 25.07.2019-cu il tarixli Protokol və ona eyni tarixli Əlavədə qeyd edilmiş əmlakın fərdi əlamətləri göstərilməmişdir. Bu səbəbdən də iddia təmin ediləcəyi təqdirdə cavabdehə məxsus hansı qeyri yaşayış sahəsinin ixtisaslaşdırılmış açıq hərracda satılacağı əlavə mübahisənin yaranmasına səbəb olmaqla qəbul ediləcək qətnamənin formal xarakter daşımasına, icra edilməməsinə gətirib çıxaracaqdır. Lakin, hazırki iş üzrə tərtib edilmiş əmlakın siyahıya alınması haqqında 25.07.2019-cu il tarixli Protokola və ona eyni tarixli Əlavəyə nəzər salınsa görünür ki, siyahıya alınmış əmlakın dəqiq adı və fərdi əlamətləri göstərilməmiş, əmlakın xüsusiyyətləri təsvir edilməmiş və beləliklə də açıq hərracdan satılmasını tələb etdikləri qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən inşa edilmiş 5 bloklu, çoxmənzilli yaşayış binasının hansı binasında (blokunda) yerləşən qeyri yaşayış sahəsi olduğu göstərilməmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdeh barəsində tərtib edilmiş əmlakın siyahıya alınması haqqında 26.08.2020-ci il tarixli Protokola və ona eyni tarixli Əlavəyə nəzər salanda aydın görünür ki, siyahıya alınmış qeyri yaşayış sahələrinin cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binalarının A, B və E bloklarının birinci mərtəbəsində yerləşən qeyri yaşayış sahələri olduğu aydın şəkildə qeyd edilmişdir. İddiaçı ərizədə cavabdeh MMC-nin 17 iyul 2019-cu il tarixə yaranmış 294552,80 manat məbləğindəki borcuna görə əmlakın siyahıya alınmasına dair Qərar qəbul edildiyini və həmin Qərar əsasında əmlakın siyahıya alınması haqqında 25.07.2019-cu il tarixində Protokol tərtib edildiyini qeyd etmişdir. Vergi borcu ilə bağlı iddiaçının qeyd etdiklrinə münasibətdə bildirmək istəyir ki, iddiaçı əmlakın siyahıya alınması haqqında 17 iyul 2019cu il tarixli Qərardan sonra 26 avqust 2020-ci il tarixində əmlakın siyahıya alınması haqqında yeni Qərar qəbul etmişdir. İddiaçının hazırki iddia tələbində cavabdehin 17.07.2019-cu il tarixə olan borcunun 294552,80 manat məbləğində olduğunu qeyd etmişdir. İddiaçı tərəfindən cavabdeh barəsində 1 il 1 ay sonra qəbul edilmiş yeni 26.08.2020-ci il tarixli əmlakın siyahıya alınması haqqında Qərara əsasən məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehin 26.08.2020-ci il tarixə olan borcunun 2229359,88 manat olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən 26.08.2020-ci il tarixli Qərar əsasında məhkəmədə qaldırılmış iddia tələbində göstərilən borc məbləğinə 2229359,88 manat məbləğində olan borca hazırki iddia tələbində qeyd edilmiş 294 552,80 manat məbləği də daxildir. Belə olduğu halda hazırki iddia tələbinin təmin ediləcəyi halda cavabdehə əsassız olaraq və təkrarən külli miqdarda ziyan vurulmuş olacaqdır. Bütün bu qeyd edilənlər də iddia tələbinin tamamilə əsassız, hətta qanunsuz olduğunu bir daha təsdiq edir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi bütün məsələlər tamamilə əsassızdır və öz təsdiqini tapmamaqdadır. İkinci birləşdirilmiş iş üzrə cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş əmlakın siyahıya alınması haqqında 04.04.2019-cu il tarixli Protokol və ona eyni tarixli Əlavədə qeyd edilmiş əmlakın fərdi əlamətləri (mənzilin yerləşdiyi blok. mənzilin nömrəsi və s) göstərilməmişdir. Bu səbəbdən də iddia təmin ediləcəyi təqdirdə cavabdehə məxsus hansı mənzillərin ixtisaslaşdırılmış açıq hərracda satılacağı əlavə mübahisənin yaranmasına səbəb olmaqla qəbul ediləcək qətnamənin formal xarakter daşımasına, icra edilməməsinə gətirib çıxaracaqdır. Qanunvericilik normalarının tələblərinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilməli və siyahıya alınma zamanı protokol tərtib edilməlidir. Bu zaman isə siyahıda əmlakın dəqiq adı və fərdi əlamətləri göstərilməklə əmlak tam təsvir edilməlidir. Lakin, hazırki iş üzrə tərtib edilmiş əmlakın siyahıya alınması haqqında 04.04.2019-cu il tarixli Protokola və ona eyni tarixli Əlavəyə nəzər salınsa görünür ki, siyahıya alınmış əmlakın fərdi əlamətləri göstərilməmiş, əmlakın xüsusiyyətləri təsvir edilməmiş və beləliklə də açıq hərracdan satılmasını tələb etdikləri mənzillərin cavabdeh tərəfindən inşa edilmiş 5 bloklu, çoxmənzilli yaşayış binasının hansı binasında (blokunda) yerləşən mənzillər olduğu göstərilməmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdeh barəsində tərtib edilmiş əmlakın siyahıya alınması haqqında 26.08.2020-ci il tarixli və 04 mart 2021-ci il tarixli Protokollara və ona eyni tarixli Əlavələrə nəzər salanda aydın görünür ki, siyahıya alınmış qeyri yaşayış sahələrinin cavabdeh tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binalarının A, B, C, D və E bloklarının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri olduğu aydın şəkildə qeyd edilmişdir. İddiaçı ərizədə cavabdehin 04 aprel 2019-cu il tarixə yaranmış 431384,33 manat məbləğindəki borcuna görə əmlakın siyahıya alınmasına dair Qərar qəbul edildiyini və həmin Qərar əsasında əmlakın siyahıya alınması haqqında 04.04.2019-cu il tarixində Protokol tərtib edildiyini qeyd etmişdir. Vergi borcu ilə bağlı iddiaçının qeyd etdiklərinə münasibətdə bildirmək istəyir ki, iddiaçı əmlakın siyahıya alınması haqqında 04 aprel 2019-cu il tarixli Qərardan sonra 2 dəfə, 25.07.2019-cu il tarixində və 26 avqust 2020-ci il tarixində əmlakın siyahıya alınması haqqında yeni Qərarlar qəbul etmişdir. İddiaçının hazırki iddia tələbində cavabdehin 04.04.2019-cu il tarixə olan borcunun 431384,33 manat məbləğində olduğunu qeyd etmişdir. İddiaçı tərəfindən cavabdeh barəsində 1 il 1 ay sonra qəbul edilmiş, yeni 26.08.2020-ci il tarixli əmlakın siyahıya alınması haqqında Qərara əsasən məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehin 26.08.2020-ci il tarixə olan borcunun 2229359.88 manat olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən 26.08.2020-ci il tarixli Qərar əsasında məhkəmədə qaldırılmış iddia tələbində göstərilən borc məbləğinə 2229359,88 manat məbləğində olan borca hazırki iddia tələbində qeyd edilmiş 431384,33 manat məbləği də daxildir. Belə olduğu halda hazırki iddia tələbinin təmin ediləcəyi halda cavabdehə əsassız olaraq və təkrarən külli miqdarda ziyan vurulmuş olacaqdır. Bütün bu qeyd edilənlər də iddia tələbinin tamamilə əsassız, hətta qanunsuz olduğunu bir daha təsdiq edir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi bütün məsələlər tamamilə əsassızdır və öz təsdiqini tapmamaqdadır. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 26.08.2020-ci il tarixli **********1 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarın surətindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. 26.08.2020-ci il tarixli **********1 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin ******* manat məbləğində əmlakı siyahıya alınmışdır. 17.07.2019-cu il tarixli **********2 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarın surətindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. 17.07.2019-cu il tarixli **********2 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 660000 manat məbləğində əmlakı siyahıya alınmışdır. 04.04.2019-cu il tarixli **********9 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarın surətindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. 04.04.2019-cu il tarixli **********9 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin ******* manat məbləğində əmlakı siyahıya alınmışdır. Şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin 28.01.2021-ci il tarixə olan borcu dövlət büdcəsinə 2.844.445,94 manat, Dövlət Sosial Müdafiə Fonduna 9788.89 manat və İşsizlikdən sığorta fonduna 399.48 manat təşkil edir. “X1” məhdud məsuliyyətli cəmiyyətinin 04.02.2022-ci il tarixli 566 saylı Hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdehnə məxsus ümumi sahəsi 1800 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 4.222.300 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada Dövlət Sosial Müdafiə Fonduna ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycqan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna ödənilməmiş borcu olmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.04.2019-cu il tarixli **********9 saylı, 17.07.2019-cu il tarixli **********2 saylı və 26.08.2020-ci il tarixli **********1 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarları ilə vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehin ******* manat, 660000 manat və ******* manat məbləğlərində əmlakları siyahıya alınaraq 04.04.2019-cu il tarixli **********9 saylı, 17.07.2019-cu il tarixli **********2 saylı və 26.08.2020-ci il tarixli **********1 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokollar tərtib edilmişdir. Cavabdehin borcu dövlət büdcəsinə 2.844.445,94 manat, Dövlət Sosial Müdafiə Fonduna 9788.89 və İşsizlikdən sığorta fonduna 399.48 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizələrində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə istinad etməklə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasını xahiş etmişdir. Lakin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci il tarixli 406-VİQD Azərbaycan Respublikasının Qanun ilə həmin maddəyə dəyişiklik edilmiş və dəyişikliyə əsasən siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması nəzərdə tutulmuşdur. Bundan başqa, ilkin iş üzrə siyahıya alınmış əmlakın qiymətinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində əmlakın ******* manat dəyərində satılmasını xahiş etmiş və həmin qiyməti 26.08.2020-ci il tarixli **********1 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokolla müəyyən etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş protokolda əmlakın qiymətinin hansı meyarlara əsasən görə müəyyənləşdirilməsi qeyri-müəyyəndir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən protokolda müəyyən edilən qiymət əsaslı hesab oluna bilməz. “X1” məhdud məsuliyyətli cəmiyyətinin 04.02.2022-ci il tarixli 566 saylı Hesabatı ilə razılaşaraq məhkəmə qeyd edir ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən hesabat ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməklə ilkin iş üzrə siyahıya alınmış əmlakın dəyəri həmin hesabatla müəyyən edilən dəyər əsas götürülməlidir. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, iş materialları ilə cavabdehin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna olan borcları təsdiq olunduğundan iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən dövlət büdcəsinin nəfinə ümumilikdə 300 manat məbləğində dövlət rüsumu tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iş üzrə İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı iş üzrə iddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh siyahıya alınmış 4.222.300 manat məbləğində əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 2199359.88 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 9788.89 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 399.48 manat məbləğində borc tutulsun. Birləşdirilmiş iş üzrə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı iş üzrə iddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh siyahıya alınmış 1.005.000 manat məbləğində əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 53134,96 manat məbləğində borc tutulsun. Birləşdirilmiş iş üzrə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı iş üzrə iddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh siyahıya alınmış 660.000 manat məbləğində əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 294552,80 manat məbləğində borc və 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-96/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-96/2022
28.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver