Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9616/2025 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc və icarə müqaviləsi üzrə pul tələbi, dəymiş ziyanın ödənilməsinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, borc müqaviləsi, maddi ziyan, özgə işlərinin tapşırıqsız icrası) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc və icarə müqaviləsi üzrə pul tələbi, dəymiş ziyanın ödənilməsinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2900 manat məbləğində borc pul vəsaiti, 800 manat məbləğində tərəfindən ödənilmiş cavabdehə aid cərimə borcları, 4362 manat məbləğində avtomobilin təmir xərcləri, 300 manat məbləğində avtomobilin qiymətləndirilməsi üzrə xidmət haqqı, 3000 manat məbləğində icarə haqqı borcu olmaqla, ümumilikdə 11362 manat məbləğində maddi zərərin və 125,4 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında şifahi qaydada icarə müqaviləsi bağlanılmış və aralarında icarə münasibətləri formalaşmışdır. Razılaşmaya əsasən, o, öz vergi koduna uyğun olaraq fəaliyyəti ilə əlaqədar ona məxsus olan ** MQ *** dövlət qeydiyyat nişanlı Hyundai H1 markalı avtomobili taksidə istifadə etmək məqsədilə Cavabdeh təhvil verməyi, Cavabdeh isə öz növbəsində icarə haqqı olaraq aylıq 600 manat məbləğində vəsaiti ona verməyi öhdəsinə götürmüşdür. Həmçinin razılaşmaya əsasən, avtomobilin aylıq 83 manat vergi ödənişini ödəmək öhdəliyi də Cavabdeh aid edilmişdir. İşə əlavə edilmiş 03 iyun 2024-cü il tarixli təhvil-təslim aktından da göründüyü kimi, ** MQ *** dövlət qeydiyyat nişanlı Hyundai H1 markalı avtomobil 1 il müddətinə, günlük 20 manat olmaqla, aylıq 600 manat məbləğində vəsaitin ona ödənilməsi şərti ilə cavabdehə təhvil verilmişdir. Lakin Cavabdeh 2025-ci ilin yanvar ayından etibarən razılaşmaya əsasən müəyyən edilmiş ayda 600 manat icarə haqqını ödəməmiş, yekunda 5 ay müddətində ümumilikdə, cavabdehin ona 3000 manat icarə borcu yaranmışdır. Bundan əlavə, 2024-cü ilin iyun ayında Cavabdeh adına AYNA şirkətindən sertifikat, buraxılış vərəqəsi, buraxılış kartı və fərqlənmə nişanı alınmış və bu məqsədlə cavabdehə tərəfindən 500 manat məbləğində borc pul verilmişdir. Bildir ki, Cavabdeh müxtəlif bəhanələr gətirərək ondan ümumilikdə 2900 manat məbləğində vəsaiti borc kimi almışdır. Cavabdeh borcunun bir hissəsi olan 2000 manat məbləğində vəsaiti ona borclu olduğunu etiraf etmiş və buna dair ona yazılı qəbz təqdim etmişdir. Həmçinin, Cavabdeh tərəfindən onun Hyundai H1 markalı, ** MQ *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində ümumilikdə 2100 manat məbləğində cərimə yaranmışdır. Cərimə borcu səbəbindən, avtomobilin üzərinə həbs qoyulmuş və avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Avtomobil onun xəbəri olmadan 1 ay müddətində cərimə meydançasında saxlanılmış, Cavabdeh cərimə məbləğlərini ödəməmişdir. Nəticədə Binəqədi rayon X3 Şöbəsi tərəfindən İXM-nin 529.3-cü maddəsi üzrə protokollar tərtib edilmiş və Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bildirir ki, 03 iyun 2025-ci il tarixdə onun tərəfindən Cavabdeh avtomobil üzərində yaranmış cərimə borcları ödənilmiş və Hyundai H1 markalı, ** MQ *** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasından çıxarılmışdır. Həmçinin bildirir ki, avtomobili cərimə meydançasından təhvil alarkən, avtomobilin asqı sistemi, motoru və digər hissələrinə zərər dəydiyi müşahidə edilmişdir. Bu zərərin mövcudluğunu sübut etmək məqsədilə ekspertiza rəyi təqdim edilmişdir. Dəfələrlə cavabdehə müraciət edərək, borcunu ödəməsini tələb etsə də, cavabdeh ona müxtəlif bəhanələr gətirmiş və borcu ödəməkdən yayınmışdır. xx.xx.2025-ci il tarixində cavabdehə rəsmi pretenziya məktubu göndərmiş, lakin heç bir nəticə olmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 448.1, 700.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, protokollar çoxdur, lakin onun tərəfindən cavabdehin əvəzinə ödənilən məbləğ 800 manatdır. O, cavabdehə verdiyi bütün borc məbləğlərini kartla göndərmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin məhkəmə iclaslarından xəbərdar olsa da, məhkəmə prosesində iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin TDV seriyalı, 16966 nömrəli Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına Buraxılış vərəqəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixədək 7 il müddətinə minik avtomobilləri ilə sərnişin daşımaları həyata keçirmək üçün Cavabdeh verilmişdir. Çap tarixi xx.xx.2025-ci il tarixli olan etibarnamə ilə ** MQ *** dövlət qeydiyyat nişanlı Hyundai H1 markalı avtomobili idarə etmək səlahiyyəti İddiaçı tərəfindən Cavabdeh verilmişdir. Hər iki tərəfin imzaları təsdiq olunmuş xx.xx.2024-cü il tarixli avtomobilin təhviltəslim aktında qeyd olunmuşdur ki, ** MQ *** D.Q.N. Hyundai H1 markalı avtomobili İddiaçı Cavabdeh günü 20 manat ödəmək şərti ilə icarəyə verilir. Avtomobil 1 (bir) il müddətinə verilir və onun istifadəsi zamanı yaranan xərcləri Cavabdeh ödəyir. Avtomobilin təhvil-təslim zamanı onun daxili, xarici və hərəkət hissələrində heç bir qüsur aşkar olunmamışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən əlyazma ilə yazılmış və imzalanmış borcun etirafı barədə ərizədə Cavabdeh İddiaçı 2000 manat borcu olduğunu, həmin məbləği hər ay 100 manat olmaqla 20 ay müddətində 4127 2044 4093 8270 nömrəli kart hesabına ödəməyi öz öhdəsinə götürdüyünü, ərizəni heç bir təzyiq olmadan yazdığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh kart hesabına borc olaraq xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, 09 yanvarda 35 manat, xx.xx.2024-cü il tarixdə 140 manat, xx.xx.2024-cü il tarixdə 330 manat, xx.xx.2025-ci il tarixdə 180 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, 15 yanvarda 275 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 20 manat olmaqla 1230 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, 100 manat, 17 yanvar 2025-ci il tarixdə 95 manat, 70 manat, 12 aprel 2025-ci il tarixdə 35 manat, xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 120 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 270 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 161 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 20 manat olmaqla, cəmi 890 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 2025-ci ilin yanvar-aprel aylarında cəmi məbləği 645,4 manat olan 11 ədəd, 2024-cü ilin iyul-oktyabr aylarında cəmi məbləği 523,8 manat olan 12 ədəd, 2024-cü ilin iyun-iyul ayları üzrə cəmi məbləği 445,9 manat olan 16 ədəd, 2024-cü ilin oktyabr-noyabr ayları üzrə cəmi məbləği 483 manat olan 12 ədəd inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İddiaçı tərəfindən cavabdehə aid tərtib olunmuş 15 ədəd inzibati xəta haqqında protokol üzrə yazılmış cərimə borcuna görə xx.xx.2025-ci il tarixdə 56 manat, 56 manat, 65 manat, 11,80 manat, 10 manat, 64 manat, 64 manat, 32 manat, 80 manat, 128 manat, 22,60 manat, 64 manat, 16 manat, 64 manat, 45 manat pul DYP-ə ödənmişdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin "Hyundai H1" minik (dövlət qeydiyyat nişanı 77MQ581) markalı nəqliyyat vasitəsinə dəymiş zərər haqqında “06" oktyabr 2025-ci il tarixli, MВ-18/1485 nömrəli qiymətləndirmə hesabatına əsasən avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin təmir xərcinin dəyəri 4362 manat təşkil edir. “Hyundai H1” minik (dövlət qeydiyyat nişanı 77MQ581) markalı nəqliyyat vasitəsinin təmiri üçün qüsur aktına əsasən material və ehtiyat hissələrinin dəyəri 1912 manat, görüləcək işlərin dəyəri 2450 manat olmaqla, ümumilikdə 4362 manat təşkil edir. İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış 01 oktyabr 2025-ci il tarixli xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən icra edilmiş iş üzrə xidmət haqqı ƏDV daxil cəmi 300 (üç yüz) manat təşkil edir. Ödəmə icraçının bank hesabına və ya nağd ödəniş şəklində həyata keçirilir. xx.xx.2025-ci il tarixli, ƏXZ/3 seriyalı, 415591 nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən qiymətləndirmə xərcinin dəyəri olaraq 300 manat məbləğində pul "xxxx" MMC-yə ödənmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 125 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1090-cı maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur(1090.1). İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər(1090.2). İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun(1090.3). Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi 4 hissədən ibarətdir: 1) 3000 manat məbləğində icarə haqqı borcunun; 2) 4362 manat məbləğində avtomobilin təmir xərclərinin; 3) 800 manat məbləğində tərəfindən ödənilmiş cavabdehə aid cərimə borclarının; 4) 2 900 manat məbləğində borc pul vəsaitinin Cavabdeh tutulması. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi icarə müqaviləsi üzrə icarə hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı cavabadehlə aralarında imzalanmış təhvil-təslim aktına əsasən ** MQ *** dövlət qeydiyyat nişanlı Hyundai H1 markalı avtomobili günlük 20 manat ödəmək şərti ilə (aylıq 600 manat) icarəyə vermiş, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək 5 aylıq icarə haqqı məbləğini ödəməmiş, 3000 manat borcu qalmışdır. Təhvil-təslim aktı tərəflər arasında icarə münasibətlərinin faktiki bağlandığını təsdiq edir. Məhkəmə qanunvericilik normalarını, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam, yəni 3000 manat pulu ödəmədiyini, iddiaçının Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi 3000 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh icarəyə götürdüyü avtomobilə 4362 manat ziyan vurmuşdur. Bu hal iş materiallarına əlavə olunmuş 06 oktyabr 2025-ci il tarixli, MВ-18/1485 nömrəli qiymətləndirmə hesabatı ilə öz təsdiqini tapmış, cavabdeh iddiaya heç bir etiraz etməmiş, icarə obyektinin saz və işlək vəziyyətdə iddiaçıya qaytarılması ilə bağlı sübut təqdim etməmişdir. Bundan başqa icarəçi əşyanı normal istifadə nəticəsində yaranan köhnəlmə istisna olmaqla, ona vurulmuş zərərə görə məsuliyyət daşıyır. Buna görə də iddiaçının dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var və onun tələbi haqlıdır. Odur ki, icarə obyektinə dəymiş 4362 manat ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin üçüncü hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərdən (protokollardan) ** MQ *** dövlət qeydiyyat nişanlı Hyundai H1 markalı avtomobilə Cavabdeh tərəfindən idarə olduğu müddətdə müxtəlif tarixlərdə cərimələr yazıldığı müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş qəbzlərdən göründüyü kimi iddiaçı tərəfindən 800 manat cərimə məbləği ödənilməklə, cavabdehin yerinə yetirməli olduğu ictimai vəzifə icra olunduğundan, nəticədə iddiaçının MM-in 1090.3-cü maddəsinə əsasən həmin məbləğin geri ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən məhkəmə iddiaçının 800 manat cərimə məbləğinin ödənilməsi tələbini də əsaslı hesab edir və həmin hissədə iddia tələbinin təmin olunması qənaətinə gəlir. İddia tələbinin dördüncü hissəsi – 2900 manat məbləğində borc pul vəsaitinin geri qaytarılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin bank kart hesabına müxtəlif tarixlərdə ümumilikdə 2900 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə borc müqaviləsinin real müqavilə olduğunu və pul vəsaitinin verildiyi andan şifahi qaydada bağlanmış hesab olunduğunu nəzərə alaraq hesab edir ki, borc münasibətinin yaranması üçün pulun faktiki olaraq verilməsi kifayətdir. Cavabdeh isə həmin borc vəsaitinin 2000 manatını əlyazama şəklində tərtib olunmuş ərizəsi ilə etiraf etmiş, qalıq 900 manat məbləği isə bank kartına köçürmələrlə təsdiq olunmuşdur. Ona görə də, məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, iddiaçının cavabdehdən borc verdiyi pulu geri tələb etmək hüququ var, onun tələbi haqlıdır. Odur ki, cavabdeh 2900 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmalıdır. Ümumiyyətlə, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış səsli mesajlarda ilkin olaraq cavabdeh dolayısı ilə borcu olduğunu, dəymiş ziyanı ödəyəcəyini etiraf etmiş, sonradan bunları inkar edərək iddiaçının istədiyi kimi hərəkət etməsini bildirmişdir. Həmçinin iddia təmin olunduğundan məhkəmə müəyyən edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 125 manat dövlət rüsumu və avtomobilin qiymətləndirilməsi üzrə xidmət haqqı üçün ödənilmiş 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki həmin xərc iddiaçının məhkəmədə qaldırdığı iddiasını sübut etmək üçün çəkdiyi xərcdir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat borc, 800 (səkkiz yüz) manat ödənilmiş inzibati cərimələrə görə pul vəsaiti, 4362 (dörd min üç yüz altmış iki) manat dəymiş ziyan, 3000 (üç min) manat icarə haqqı borcu, 300 (üç yüz) manat avtomobilin qiymətləndirilməsi üzrə xidmət haqqı, 125 (bir yüz iyirmi beş) manat 40 (qırx) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-9616/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-9616/2025
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver