Məhkəmə qərarları › İş №e-2-2(113)-9625/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9625/2025

03.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9625/2025 03.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı2 Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən 34.000 (otuz dörd min) manat məbləğində borcun, 192 (yüz doxsan iki) manat dövlət rüsumunun və 500 (beş yüz) manat məbləğində vəkil xərclərinin, ümumilikdə 34.692 (otuz dörd min altı yüz doxsan iki) manat məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq barışıq sazişi ilə bağlı məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı2 və Cavabdeh arasında xx.xx.2026-cı il tarixdə aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. 2.Barışıq sazişinin predmeti 2.1.Tərəflər Rabitel MMC-nin İddiaçı2 olan borcu ilə bağlı barışıq sazişi bağlamağa razılıq verirlər. 2.2. Borcun tərkibi aşağıdakılardan ibarətdir: Əsas borc: 34.000 (otuz dörd min) AZN Vəkil xərci: 2.000 (iki min) AZN Məhkəmə rüsumu: 193 (bir yüz doxsan üç) AZN 2.3 Ümumi borc məbləği: 36.193 (otuz altı min bir yüz doxsan üç) AZN təşkil edir. 3.Ödəniş qaydası 3.1 Cavabdeh Rabitel MMC ümumi borc məbləğini hər ayın 25-i tarixində 1.000 (bir min) AZN olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. 36 ay müddətinə 3.2. Ödənişlər iddiaçıya məxsus qaydada həyata keçirilir. 4.Məsuliyyət və icra şərti 4.1. Cavabdeh Rabitel MMC bu sazişin 3.1-ci bəndində göstərilən ödəniş şərtini iki dəfə ardıcıl olaraq pozduğu təqdirdə, İddiaçı2 barışıq sazişi əsasında çıxarılmış məhkəmə qərarının birbaşa icraya yönəldilməsi üçün müvafiq icra orqanına müraciət etmək hüququna malikdir. 5.Yekun müddəalar 5.1.X5 tərəflərin iradəsinə uyğun olaraq, heç bir təzyiq və məcburiyyət olmadan bağlanmışdır. 5.2. Tərəflər bu sazişin şərtlərini tam oxuduqlarını, başa düşdüklərini və qəbul etdiklərini təsdiq edirlər. 5.3. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. Barışıq sazişi iddiaçı “İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh direktoru X1 imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı2 Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə tərəflər arasında xx.xx.2026-cı il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 2.2. Borcun tərkibi aşağıdakılardan ibarətdir: Əsas borc: 34.000 (otuz dörd min) AZN Vəkil xərci: 2.000 (iki min) AZN Məhkəmə rüsumu: 193 (bir yüz doxsan üç) AZN 2.3. Ümumi borc məbləği: 36.193 (otuz altı min bir yüz doxsan üç) AZN təşkil edir. 3.Ödəniş qaydası 3.1. Cavabdeh Rabitel MMC ümumi borc məbləğini hər ayın 25-i tarixində 1.000 (bir min) AZN olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. 36 ay müddətinə 3.2. Ödənişlər iddiaçıya məxsus qaydada həyata keçirilir. 4.Məsuliyyət və icra şərti 4.1. Cavabdeh Rabitel MMC bu sazişin 3.1-ci bəndində göstərilən ödəniş şərtini iki dəfə ardıcıl olaraq pozduğu təqdirdə, İddiaçı2 barışıq sazişi əsasında çıxarılmış məhkəmə qərarının birbaşa icraya yönəldilməsi üçün müvafiq icra orqanına müraciət etmək hüququna malikdir. İddiaçı2 Cavabdehnə qarşı pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar