Məhkəmə qərarları › İş №e-2-2(113)-9626/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9626/2025

26.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9626/2025 26.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 "xxxx" ASC-nin Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT-na və “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və sair” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərrac protokolunun etibarsız hesab edilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT-ın nümayəndəsi X3 iştirakları ilə, Digər cavabdehin iştirakı olmadan, İddiaçı “X1 "xxxx" ASC-nin Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT-na və “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və sair” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X1 "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və avadanlıqların və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsinin hərrac yolu ilə satılması satılması ilə əlaqədar keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə saylı 11/01 protokolun etibarsız hesab edilməsi və onun əsasında Aqrar Kredit QSC Bank Olmayan Kredit Təşkilatına verilmiş 28 fevral 2024-cü il tarixli **********56-12301 reyestr nömrəli çıxarışın və 13 mart 2025-ci il tarixli **********22 reyestr nömrəli çıxarışın ləğv edilməsi və yuxarıda qeyd edilən əmlakların iddiaçının adına reyestr xidmətində mülkiyyəti kimi qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 "xxxx" ASC ilə "xxxx" ASC-nin Abşeron filialı arasında bağlanmış 13 mart 2017-ci il tarixli, 001/17 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq, tərəflər arasında 01/1 nömrəli, xx.xx.2017-ci il tarixli, 02/1 nömrəli, xx.xx.2017-ci il tarixli ipoteka müqavilələri bağlanmış, "xxxx" ASC-yə məxsus olan Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və avadanlıqlar, habelə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 570 nömrəli, xx.xx.2015-ci il tarixli fərmanına, Nazirlər Kabinetinin 101s nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən X1 "xxxx" ASC-nin "xxxx" ASC-də olan kredit borcları üzrə tələb hüququ Cavabdeh1 QSC-yə verilmişdir. Müqavilə üzrə öhdəliklər icra edilməməsi səbəbindən Cavabdeh1 QSC tərəfindən yuxarıda qeyd olunan əmlakların hərrac yolu ilə özgəninkiləşdirilməsi qərara alınmış, Cavabdeh1 QSC-nin təşəbbüsü ilə həmin əmlaklar xx.xx.2024-cü il tarixində "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və əmlakların dəyəri ümumilikdə 35 499 831.00 (otuz beş milyon dörd yüz doxsan doqquz min səkkiz yüz otuz bir AZN olaraq müəyyənləşdirilmişdir. Qeyd edirik ki, X2 "xxxx" ASC-nin 136/24 saylı, xx.xx.2024-cü il tarixli sifarişi il“əDaşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC-də xx.xx.2024-cü il tarixində hərrac təşkil olunmuş, hərracın yekunları barədə 11/01 nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuş, “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC ilə Cavabdeh1 QSC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2024-cü il tarixli müqavilə imzalanmış, həmin müqavilə ilə yuxarıda qeyd edilən əmlaklar Cavabdeh1 QSC-nin mülkiyyətinə verilmişdir. Bununla bağlı 28 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və avadanlıqlar olmaqla əmlak kompleksinin 2-ci cavabdehin mülkiyyətində olması barədə **********56- 12301 reyestr nömrəli çıxarış və 13 mart 2025-ci il tarixdə isə Abşeron rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsinin 2-ci cavabdehin mülkiyyətində olması barədə **********22 çıxarış verilmişdir. Qeyd edək ki, həmin çıxarışların verilməsindən sonra X1 "xxxx" ASC-nin borcu əmlakların dəyəri həcmində azaldılmışdır. Hazırda tərəflər arasında digər borcların restruktruzasiya edilməsi ilə bağlı danışıqlar gedən zaman 2-ci cavabdeh həmin əmlakların da borcları qarşılamadığını qeyd etmişdir. Qeyd edirlər ki, həmin vaxt 2-ci cavabdeh məktubla müraciət edərək həmin əmlakları borcun əvəzinə alınmasını istəmişdir. Bildirir ki, həmin vaxt qüvvədə olmuş “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin hərracın keçirilmıəsi barədə sifarişçi ilə hər hansı müqavilə bağlanmadan bu hərrac keçirilmişdir. Həmin Qanunun 44cü maddəsində qeyd edilir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

3. 21.11.2025-ci il tarixində Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X1 "xxxx" ASC ilə "xxxx" ASC-nin Abşeron filialı arasında bağlanmış 13 mart 2017-ci il tarixli, 001/17 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq, tərəflər arasında 01/1 nömrəli, xx.xx.2017-ci il tarixli, 02/1 nömrəli, xx.xx.2017-ci il tarixli ipoteka müqavilələri bağlanmış, "xxxx" ASC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və avadanlıqlar, habelə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 570 nömrəli, xx.xx.2015-ci il tarixli fərmanına, Nazirlər Kabinetinin 101S nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən X1 "xxxx" ASC-nin "xxxx" ASC-yə olan kredit borcları üzrə tələb hüququ Cavabdeh1 QSC-yə keçmişdir. Qeyd edir ki, X2 "xxxx" ASC-nin 136/24 saylı, xx.xx.2024-cü il tarixli sifarişi ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC-də xx.xx.2024-cü il tarixində hərrac təşkil olunmuş, hərracın yekunları barədə 11/01 nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuş, “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC ilə Cavabdeh1 QSC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2024-cü il tarixli müqavilə imzalanmış, həmin müqavilə ilə yuxarıda qeyd edilən əmlaklar Cavabdeh1 QSC-nin mülkiyyətinə keçmişdir. Bununla bağlı 28 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və avadanlıqlar olmaqla əmlak kompleksinin Cavabdeh1 QSC-nin mülkiyyətində olması barədə **********56-12301 reyestr nömrəli çıxarış və 13 mart 2025-ci il tarixdə isə Abşeron rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsinin Cavabdeh1 QSC –nin mülkiyyətində olması barədə **********22 reyestr nömrəli çıxarış verilmişdir. Qeyd edir ki, həmin çıxarışların verilməsindən sonra X1 "xxxx" ASC-nin borcu əmlakların dəyəri həcmində azaldılmışdır. Hazırda iddiaçının iddia tələbini qəbul edirlər, əmlakların dəyəri həcmində azaldılmış borcun bərpa edilməsi şərti ilə, Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və avadanlıqların və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsinin hərrac yolu ilə satılması ilə əlaqədar keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 11/01 saylı protokolun etibarsız hesab edilməsi və onun əsasında Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatına verilmiş 28 fevral 2024-cü il tarixli **********56-12301 reyestr nömrəli və 13 mart 2025-ci il tarixli **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsi və yuxarıda qeyd edilən əmlakların iddiaçının adına reyestr xidmətində mülkiyyəti kimi qeydə alınması barədə iddia tələbinin təmin edilməsinə etiraz etmirlər.

4. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, X2 "xxxx" ASC-nin 136/24 saylı, xx.xx.2024-cü il tarixli sifarişi üzrə tərəflərindən xx.xx.2024-cü il tarixində hərrac təşkil olunmuş, hərracın yekunları barədə 11/01 nömrəli, xx.xx.2025- ci il tarixli protokol tərtib olunmuş, “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC ilə Cavabdeh1 QSC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2024-cü il tarixli müqavilə imzalanmış, həmin müqavilə ilə yuxarıda qeyd edilən əmlaklar Cavabdeh1 QSC-nin mülkiyyətinə verilmişdir. Hazırda iddiaçının iddia tələbini qəbul edirlər, Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və avadanlıqların və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsinin hərrac yolu ilə satılması satılması ilə əlaqədar keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə saylı 11/01 protokolun etibarsız hesab edilməsi tələbinin təmin edilməsinə etiraz etmirlər.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT-ın nümayəndəsi iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

7. Digır cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.

8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Azərbaycan Beynəlxalq Bankı” ASC (İpoteka saxlayan) ilə “X1 "xxxx" ASC (ipoteka qoyan) arasında bağlanmış 02 may 2017-ci il tarixli 01/1 saylı ipoteka müqaviləsinə əsasən 13 mart 2017-ci il tarixli 001/17 nömrəli Əsas kredit müqaviləsinə əsasən 100.000.000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi cavabdeh “X1 "xxxx" ASC-yə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsi Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipotekaya qoyulmuş əmlak "xxxx" MMC tərəfindən bazar qiyməti 320.000 manat məbləğində qiymətləndirilmişdir.

11. "xxxx" ASC (ipoteka saxlayan) ilə “X1 "xxxx" ASC (ipoteka qoyan) arasında bağlanmış 15 may 2017-ci il tarixli 02/1 saylı ipoteka müqaviləsinə əsasən “X1 "xxxx" ASC-yə məxsus olan Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında yerləşən 2.82195 hektar torpaq sahəsi, daşınmaz əmlakın ümumi sahəsi 4992.40 kv.m olan əmlak kompleksi ''13'' mart 2017-ci il tarixli 001/17 saylı kredit müqaviləsinin təminatı olaraq Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipotekaya qoyulmuş əmlak "xxxx" MMC tərəfindən bazar qiyməti 3.800.000 manat məbləğində qiymətləndirilmişdir.

12. "xxxx" MMC-nin 10 yanvar 2024-cü il tarixli daşınmaz əmlakın və avadanlıqların qiymətləndirilməsi barədə hesabatına əsasən Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 4992.40 kv.m olan əmlak kompleksi kimi müəssisə (avadanlıqlar, qurğular və tikililərlə birlikdə) və Abşeron rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsinin yekun qiyməti 35.499.831 manat məbləğində müəyyən edilmişdir.

13. “X1 "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Xammal və X7 və Daşınmaz əmlakların Satışı X9nə ünvanlanmış 136/24 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********08 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0,31 ha torpaq sahəsi, xx.xx.2017-ci il tarixli, **********56-12301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə, 1260-cı keçid ünvanında yerləşən 2,82195 ha torpaq sahəsi, habelə həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 4.992,4 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair mülkiyyət hüququ “X1 "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 yanvar 2024-cü il tarixli, FŞ1212 nömrəli yuxarıda qeyd olunan əmlaklara dair “Daşınmaz Əmlakın və Avadanlıqların qiymətləndirilməsi” Hesabatına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0,31 ha torpaq sahəsi, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2,8195 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yerləşən ümumi sahəsi 4.992,40 kv.m olan əmlak kompleksi kimi müəssisənin yekun bazar dəyəri 35.499.738,00 (otuz beş milyon dörd yüz doxsan doqquz min yeddi yüz otuz səkkiz) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, “X1 "xxxx" ASC-nin tam mülkiyyət hüququ qeydə alınmış və ilkin satış qiyməti cəmi 35.499.738,00 (otuz beş milyon dörd yüz doxsan doqquz min yeddi yüz otuz səkkiz) manat olan Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0,31 ha torpaq sahəsi, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31 -ci məhəllə, 1260-cı keçid ünvanında yerləşən 2,82195 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 4.992,40 kv.m olan əmlak kompleksi kimi müəssisənin (avadanlıqlar, qurğular və digər tikililərlə birlikdə) satılması üçün açıq hərracının təşkil edilməsini xahiş etmişdir.

14. “Birja yenilikləri” qəzetinin 13 fevral 2024-cü il tarixli, 389 (389) nömrəli tirajında “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 4992.40 kv.m olan əmlak kompleksi kimi müəssisə (avadanlıqlar, qurğular və tikililərlə birlikdə) və Abşeron rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixində saat 11:00-17:00-da açıq hərracın keçirilməsi elan edilmişdir.

15. xx.xx.2024-cü il tarixli “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X1 "xxxx" ASC-yə və surəti Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT-a olmaqla məktub ünvanlayaraq bildirilmişdir ki, "xxxx" ASCnin 136/24 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən Abşeron ray, Xırdalan qəs, 31-ci məh, ünvanında yerləşən 0,31 ha torpaq sahəsi, Abşeron ray, Xırdalan qəs, 31-ci məh, 1260-cı keçid ünvanında yerləşən 2,82195 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 4992,40 kv metr olan əmlak kompleksi kimi müəssisəsinin (avadanlıqlar, qurğular və digər tikililərlə birlikdə) - 35 499 738,00 (otuz beş milyon dörd yüz doxsan doqquz min yeddi yüz otuz səkkiz) manat olmaqla xx.xx.2024-cü il tarixində “Birja Yenilikləri ” qəzetində elanı çıxmış və xx.xx.2024-cü il tarixə, saat 11.00-da hərracı təyin olunmuşdur.

16. 11/01 nömrəli X6 Hərracın Yekunları barədə Prokoluna əsasən 15 fevral 2024cü il tarixində ünvan 6 ünvanında hərrac keçirilmişdir və “X1 "xxxx" ASC-yə məxsus Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə ünvanında yerləşən 0,31 ha torpaq sahəsi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə 1260-cı keçid ünvanında yerləşən 2,82195 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 4992,40 kv.m olan əmlak kompleksi kimi müəssisə (avadanlıqlar, qurğular və tikililərlə birlikdə) 35.499.738 manat qiymətində ipoteka saxlayan Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT tərəfindən əldə edilmişdir. Hərracın yekunlarına dair protokol Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT və “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir.

17. xx.xx.2024-cü il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən “X1 "xxxx" ASC-yə məxsus Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 4992.40 kv.m olan əmlak kompleksi kimi müəssisə (avadanlıqlar, qurğular və tikililərlə birlikdə) və Abşeron rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsi Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT tərəfindən 35499738 manata alınmışdır.

18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən torpaq sahəsi və ümumi sahəsi 4992.40 kv.m olan əmlak kompleksi kimi müəssisə (çıxarışın qeydiyyat tarixi: xx.xx.2024; qeydiyyat nömrəsi: **********) üzərində mülkiyyət hüquqları Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT-in adına qeydiyyata alınmışdır.

19. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.31 ha torpaq sahəsi (çıxarışın qeydiyyat tarixi: xx.xx.2024; qeydiyyat nömrəsi: **********) üzərində mülkiyyət hüquqları Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT-in adına qeydiyyata alınmışdır.

20. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

21. Belə ki, iddiaçı iddia edir ki, X1 "xxxx" ASC ilə "xxxx" ASC-nin Abşeron filialı arasında bağlanmış 13 mart 2017-ci il tarixli, 001/17 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq, tərəflər arasında 01/1 nömrəli xx.xx.2017-ci il tarixli, 02/1 nömrəli xx.xx.2017-ci il tarixli ipoteka müqavilələri bağlanmış, "xxxx" ASC-yə məxsus olan Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və avadanlıqlar, habelə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 570 nömrəli, xx.xx.2015-ci il tarixli fərmanına, Nazirlər Kabinetinin 101s nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən X1 "xxxx" ASC-nin "xxxx" ASC-də olan kredit borcları üzrə tələb hüququ Cavabdeh1 QSC-yə verilmişdir. Müqavilə üzrə öhdəliklər icra edilməməsi səbəbindən Cavabdeh1 QSC tərəfindən yuxarıda qeyd olunan əmlakların hərrac yolu ilə özgəninkiləşdirilməsi qərara alınmış, Cavabdeh1 QSC-nin təşəbbüsü ilə həmin əmlaklar xx.xx.2024-cü il tarixində "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və əmlakların dəyəri ümumilikdə 35 499 831.00 AZN olaraq müəyyənləşdirilmişdir. Qeyd edir ki, X2 "xxxx" ASC-nin 136/24 saylı, xx.xx.2024-cü il tarixli sifarişi ilə Daşınar və Daşınmaz Əmlakların Satışı X9 MMC-də xx.xx.2024-cü il tarixində hərrac təşkil olunmuş, hərracın yekunları barədə 11/01 nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuş, “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC ilə Cavabdeh1 QSC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2024-cü il tarixli müqavilə imzalanmış, həmin müqavilə ilə yuxarıda qeyd edilən əmlaklar Cavabdeh1 QSC-nin mülkiyyətinə verilmişdir. Lakin, həmin vaxt qüvvədə olmuş “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Qanunvericiliyin tələblərinə uyğun olaraq həmin hərracın keçirilməsi barədə sifarişçi ilə hər hansı müqavilə bağlanmadan bu hərrac keçirilmişdir. Həmin Qanunun 44-cü maddəsində qeyd edilir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Ona görə də keçirilmiş hərrac və nəticələri etibarsız hesab edilməlidir. Cavabdehlər tərəfindən iddia ərizəsində göstərilənlərə dair hər hansı etiraz, əks arqumentlər bildirilməmiş, əksinə hər iki cavabdeh ayrı-ayrılıqda məhkəməyə ərizələr ilə müracət edərək iddia ərizəsi ilə razılaşaraq iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

24. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

25. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

26. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

27. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

28. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

30. Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

31. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

32. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadında qeyd edilmişdir ki, Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddənin məzmunu onu deməyə əsas verir ki, qanunverici hərracın və onun nəticələrinə dair müqavilənin etibarsız sayılmasını yalnız məhkəmə qaydasında maraqlı şəxsin iddiası üzrə mümkün hesab edir. Lakin istinad edilən maddədə nəzərdə tutulan iddianın müstəqil tələblə yanaşı iddaya etirazı da ehtiva edibetməməsi aydınlaşdırılmalıdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2022-ci il 10 iyun tarixli 02/2022 nömrəli Qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə hərrac protokolunun etibarsızlığı daxil olmaqla, etibarsız sayılması üçün məhkəmə qərarı tələb olunan əqdlərlə bağlı mübahisələrə baxılarkən də qarşı tərəfin əqdin etibarsızlığı barədə dəlilləri məhkəmə tərəfindən əsaslı hesab edildiyi və əqdin etibarsızlığı müəyyən olunduğu halda son nəticədə əqd məhkəmə qərarı əsasında etibarsız hesab edilmiş olur. Mülki qanunvericilikdə belə əqdlərin maraqlı şəxsin iddiası üzrə etibarsız sayıla bilməsi barədə norma (məsələn: Mülki Məcəllə, maddə 416.1) prosessual mənada iddianın irəli sürülməsini deyil, maddi hüquqi mənada əqdin etibarsızlığına dair istənilən formada iradənin bildirilməsini ehtiva edir.

35. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının xx.xx.2024-cü il tarixli sifarişi əsasında Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və avadanlıqların və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsinin satışına dair “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC tərəfindən hərrac təşkil edilmiş. Hərracın keçirilməsi ilə bağlı elan yalnız “Birja yenilikləri” qəzetinin 13 fevral 2024-cü il tarixli tirajında yerləşdirilmişdir. Hərracın özü elandan cəmi iki gün sonra, yəni 15 fevral 2024-cü il tarixində keçirilmişdir. Hərracın keçirilməsi ilə bağlı bildiriş (keçirilmə yeri və vaxtı) əmlak mülkiyyətçisinə, eyni zamanda hərracın keçirilməsi ilə bağlı sifarişçi olan “X1 "xxxx" ASC-yə hərrac tarixindən və hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin imzalanmasından sonra, yəni xx.xx.2024-cü il tarixində çatdırılmışdır. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Göründüyü kimi hərracın təşkilatçısı qanunvericiliyin bu tələbini kobud şəkildə pozmaqla, hərracın keçirilməsi ilə bağlı elanın qəzetdə çıxmasından cəmi iki gün sonra və mülkiyyətçinin (hərrac sifarişçisinin) xəbəri olmadan hərracı keçirmiş və yekünlarına dair protokol imzalamışdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş hərrac və onun nəticələrinə dair 11/01 nömrəli, xx.xx.2024-cü il tarixli hərrac protokolu etibarsız hesab edilməlidir.

38. Hərracın nəticələri etibarsız hesab edildiyi üçün Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası və avadanlıqların və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsi üzərində Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT-nın mülkiyyət hüququna dair verilmiş 28 fevral 2024-cü il tarixli ********** (**********56-12301) reyestr nömrəli çıxarış və 13 mart 2024-ci il tarixli ********** (**********22) reyestr nömrəli çıxarışlar ləğv edilərək əmlak üzərində “X1 "xxxx" ASC-nin mülkiyyət hüquqları bərpa edilməlidir.

39. Məhəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC arasında bağlanmış 11/01 nömrəli, xx.xx.2024-cü il tarixli Hərracın Yekunları barədə Protokol etibarsız hesab edilsin. Abşeron rayonu, Xıralan şəhəri, 31-ci məhəllə, 1260-cı keçid ünvanında 2.82195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və avadanlıqların və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, 31-ci məhəllə ünvanında yerləşən 0.31 ha torpaq sahəsi üzərində Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT-nın mülkiyyət hüququna dair verilmiş 28 fevral 2024-cü il tarixli ********** (**********56-12301) reyestr nömrəli çıxarış və 13 mart 2024-ci il tarixli ********** (**********22) reyestr nömrəli çıxarış ləğv edilərək əmlaklar üzərində “X1 "xxxx" ASC-nin mülkiyyət hüquqları bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar