Məhkəmə qərarları › İş №e-2-2(113)-966/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-966/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-966/2021 09.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Kərimov İlkin Camal oğlunun katibliyi. iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4” MMC Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/412 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə əsas borc (ƏDV daxil olmaqla) və gecikdirilmiş günlər üzrə cərimələr olmaqla ümumilikdə 27966,57 (iyirmi yeddi min doqquz yüz altmış altı manat əlli yeddi qəpik) AZN məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” LTD MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "İcarəyə verən” (“xxxx LTD” MMC) müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”-yə (Cavabdeh MMC) verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavalərdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə “icarəçi”-yə istifadəsinə verilmiş icarə obyektlərinə görə göndərilmiş sonuncu aylıq hesab-faktura bu günə qədər “İcarəçi” tərəfindən tam ödənilməmişdir. Qeyd olunan aylar ərzində ümumilikdə 175,290.95 (bir yüz yetmiş beş min iki yüz doxsan manat doxsan beş qəpik) AZN əsas məbləğ və 31,552.38 (otuz bir min beş yüz əlli iki manat otuz səkkiz qəpik) AZN ƏDV məbləğində icarə haqqı hesablanmışdır. İcarəçi tərəfindən icarəyə verənə ümumilikdə 152,471.19 (bir yüz əlli iki min dörd yüz yetmiş bir manat on doqquz qəpik) AZN əsas məbləğ və 27,444.82 (iyirmi yeddi min dörd yüz qırx dörd manat səksən iki qəpik) AZN ödənilmişdir. Hesablanmış icarə haqqı üzrə icarəçi tərəfindən icarəyə verənə 22,819.76 (iyirmi iki min səkkiz yüz on doqquz manat yetmiş altı qəpik) AZN əsas məbləğ və 4,107.56 (dörd min bir yüz yeddi manat əlli altı qəpik) AZN ƏDV məbləği ödənilməmiş borc olaraq qalmışdır. Tərəflər arasında bağlanmış AZTX/412 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 4.11-ci bəndində faktura məbləğinin faktura tarixindən 15 (on beş) iş günü ərzində ödənmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0.01 % gecikmə faizi hesablanacaq. İcarəçi icarə haqlarını faktura tarixindan 5 iş günü ərzində ödəyəcəyini bəyan və qəbul edir. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə xx.xx.2020-ci il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə pretenziya məktubu göndərilmiş, əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün cərimə məbləğinin ödənilməsi tələb edilmiş və öhdəliyin icarəsi üçün 14 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınmış və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Cavabdeh" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə prosesində iştirak etməmişdir. Cavabdeh tərəf məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, eləcə də iddiaya qarşı etiraz və ya mülahizəsini təqdim etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -“X4 “ MMC (icarəyə verən) ilə Cavabdeh" MMC (icarəçi) arasında bağlanmış AZTX/412 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən "İcarəyə verən” (“xxxx LTD” MMC) müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”-yə (Cavabdeh MMC) verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavalərdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. -Həmin müqavilənin 4.11-ci bəndinə əsasən, faktura məbləğinin faktura tarixindən 15 iş günü ərzində ödənmədiyi halda illik 5%-İ keçməmək şərti ilə günlük 0.01 % gecikmə faizi hesablanacaq. “İcarəçi” icarə haqlarını faktura tarixindən 5 İş günü ərzində ödəyəcəyini bəyan və qəbul edir, “icarəyə verən” icarə haqlanmn ödənişinin gecikməs durumunda müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna sahibdir. -Tərəflər arasında bağlanmış AZTX/412 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, 90 T 746 və 90 T 814 seriya nömrəli texnikaların aylıq icarə haqqı 9000 AZN (ƏDV siz), 2 saylı əlavəyə əsasən 90 T 750 və 90 T 747 seriya nömrəli texnikaların aylıq icarə haqqı 9000 AZN (ƏDV siz) , 3 saylı əlavəyə əsasən 1** FX *** seriya nömrəli texnikanın aylıq icarə haqqı 9000 AZN (ƏDV siz),4 saylı əlavəyə əsasən 90 T 815 seriya nömrəli texnikanın aylıq icarə haqqı 9000 AZN (ƏDV siz) təşkil etmişdir. xx xxxxxxx 2019-cu il tarixli görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 2019-cu il sentyabr ayı üçün 90-T-746 nömrəli texnikanın icarə haqqı umumilikdə 10,620.00 AZN təşkil etmişdir. Akt tərəflərin səlahiyyətli nümayəndələrinin möhür və imzası ilə təsdiq edərək təhvil almışdır. xx xxxxxx 2019-cu il tarixli görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 2019-cu il oktyabr ayı üçün 90-T-746 nömrəli texnikanın icarə haqqı umumilikdə 11.756,45 AZN təşkil etmişdir. Akt tərəflərin səlahiyyətli nümayəndələrinin möhür və imzası ilə təsdiq edərək təhvil almışdır. xx xxxxxx 2019-cu il tarixli görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 2019-cu il noyabr ayı üçün 90-T-746 nömrəli texnikanın icarə haqqı umumilikdə 4550,88 AZN təşkil etmişdir. Akt tərəflərin səlahiyyətli nümayəndələrinin möhür və imzası ilə təsdiq edərək təhvil almışdır. -Seriya: EBAE № 058415, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 2019-cu il noyabr ayı üzrə 4550,88 AZN dəyərində, Seriya: EBAL № 512810, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2019-cu il sentyabr ayı üzrə 10619,99 AZN dəyərində, Seriya: EBAL № 512835, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2019-cu il oktyabr ayı üzrə 11756,45 AZN dəyərində texnika icarəyə verilmişdir. -xx.xx.2020-ci il tarixli maliyyə arayından görünür ki, xx.xx.2019 tarixində “xxxx LTD” MMC ilə Cavabdeh MMC arasında imzalanan AZTX/412 nömrəli icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikalar 2019-cu ilin fevral ayından - 2019-cu ilin dekabr ayınadək icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmişdir. Qeyd olunan aylar ərzində ümumilikdə 175,290.95 azn ( bir yüz yetmiş beş min iki yüz doxsan manat doxsan beş qəpik ) əsas məbləğ və 31,552.38 azn ( otuz bir min beş yüz əlli iki manat otuz səkkiz qəpik ) ədv məbləğində icarə haqqı hesablanmışdır. İcarəçi tərəfindən icarəyə verənə ümumilikdə 152,471.19 azn ( bir yüz əlli iki min dörd yüz yetmiş bir manat on doqquz qəpik ) əsas məbləğ və 27,444.82 azn ( iyirmi yeddi min dörd yüz qırx dörd manat səksən iki qəpik ) ödənilmişdir. Hesablanmış icarə haqqı üzrə icarəçi tərəfindən icarəyə verənə 22,819.76 azn ( iyirmi iki min səkkiz yüz on doqquz manat yetmiş altı qəpik) əsas məbləğ və 4,107.56 azn ( dörd min bir yüz yeddi manat əlli altı qəpik ) ədv məbləği ödənilməmiş borc olaraq qalmışdır. AZTX/412 nömrəli müqavilənin 4.11. bəndinə əsasən gecikən gün üzrə 180.56 azn ( bir yüz səksən manat əlli altı qəpik ) əsas məbləğ, 32.50 azn ( otuz iki manat əlli qəpik ) ədv məbləği cərimə hesablanmışdır. -xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, “X4 MMC cavabdeh “Cavabdeh" MMC-dən AZTX/412 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə yaranmış 26927,32 manat məbləğində borcun 14 gün müddətində ödənilməsini tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icarə sını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında AZTX/412 saylı, xx.xx.2019-cu il tarixli icarə obyektinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən bu müqavilə ilə “İcarəyə verən” müqavilənin Əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “icarəçi”-yə verməyi, “icarəçi” isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. Cavabdehin iddiaçıya 26927,32 manat borcu vardır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi tam icra etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, texnikanı cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə AZTX/412 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə yaranmış 26927,32 manat icarə haqqı borcu tutulmalıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş günlər üzrə cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki,” Cavabdeh" MMC üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, AZTX/412 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə əsas borc 26927,32 manat (ƏDV daxil olmaqla) və gecikdirilmiş günlər üzrə cərimələr olmaqla 1039,25 manat ümumilikdə 27966,57 (iyirmi yeddi min doqquz yüz altmış altı manat əlli yeddi qəpik) AZN və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. AZTX/412 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə əsas borc üzrə 26927,32 (ƏDV daxil olmaqla) və 1039,25 manat cərimə məbləği ümumilikdə 27966,57 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat (əlli yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına” apellyasiya şikayəti verilə bilər. ” Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar