Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-972/2023 01.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 450 manat məbləğində pul vəsaitinin, habelə mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 20 manat, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 10 manat, cəmi 480 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə “daşınmaz əmlakın subicarə müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mağazanın sahəsinin 2 m2-lıq hissəsini qram ətir satışını həyata keçirmək üçün ayda 300 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür. Cavabdehin həmin subicarə müqaviləsinə görə 450 manat məbləğində borcu yaransa da bu günə qədər borcunu geri qaytarmamışdır. Cavabdeh şifahi və yazılı xəbərdarlıqlara baxmayaq İddiaçı MMC-yə olan 450 manat məbləğində borcunu bu günə qədər ödəməmişdir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh qeydiyyatda olduğu ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın subicarə müqaviləsindən görünür ki, İddiaçı MMC ünvan 1 ünvanında yerləşən mağazanın sahəsinin 2 m2-lıq hissəsini Cavabdeh subicarəyə verməyi, Cavabdeh isə bu müqavilə ilə müəyyən edilmiş subicarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. 04 oktyabr 2022-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 450 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. 28 dekabr 2022-ci il tarixli MŞB/9-00708 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 20 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. 19 yanvar 2023-cü il tarixli ********** nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh arasında daşınmaz əmlakın subicarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən mağazanın sahəsinin 2 m2-lıq hissəsini qram ətir satışını həyata keçirmək üçün ayda 300 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüş, lakin icarə haqqı borcunu tam ödəməyərək İddiaçı MMC-yə 450 manat məbləğində ödənilməmiş icarə haqqı borcu qalmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, İddiaçı MMC-nin 450 manat icarə haqqı borcu, 20 manat mediasiya xərci və 10 manat məbləğində dövlət rüsumu tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki hallarını qiymətləndirərək hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 450 manat icarə haqqı borcu, 20 manat mediasiya xərci və 10 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh 450 manat icarə haqqı borcu, 20 manat mediasiya xərci və 10 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-972/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-972/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver